Cəbhənin bir addımlığında olan Goranboyumuzu qarış-qarış gəzməsəm də burada barıt qoxusunu udub, əsl müharibə ab-havasını gördüm. Ərən oğullarımız əli tətikdə, gözü düşməndə gecəli-gündüzlü səngərlərə kürəyini söykəyib düşmənin atdığı bir gülləyə beş dəfə qarşılıq verməklə ona həddini bildirir, yerini göstərirlər. Əslində aprel döyüşləri bu yerlərdə vətəni qorumaq üçün əsgərin, polisin, bir sözlə, hər birimizin bir olduğunu bir daha sübut elədi.
Goranboyun fəxri, igid oğullarından biri, Azərbaycanın Milli Qəhrəmanı, polis mayoru Ənvər Fərəcov haqqında deyilənlər, danışılanlar məni heyrətə gətirdi. Qəhramanımızın keçdiyi ömür yolu haqqında onun doğmalarının dilindən eşitmək istədim. Ancaq haqqında az da olsa bilgiyə malik olmaq üçün internetdə axtarış verdim. Və 1991-ci ilin avqustunda yazılmış “Döyüşə gedirəm” adlı bu şeir parçası mənim bələdçim oldu…
Döyüşə gedirəm Vətən yolunda
Sinəmdə şerimlə, sazımlayam mən
Yollarım boranlı, tufanlı olsa
Gül-çiçək ətirli yazımlayam mən.
Vətənin şərəfi mənə əzizdir
Müqəddəs andımla, sözümləyəm mən
Sıldırım yoxuşlar keçməli olsam
Bükülməz qolumla, dizimləyəm mən
Keçdiyim yollara baxın, arayın
Hardan keçsəm orda izimləyəm mən.
Dağlıq Qarabağda vuruşda olsam
Çiçəkli Goranboy düzüyləyəm mən
Gəlməsəm sevgilim bil ki, ömürlük
Səninlə, Nemətlə, qızımlayam mən.
Şeirin birinci misrası bütün müharibələr üçün xarakterikdir. Yəni müharibə varsa, demək orda döyüş var, qan-qada var. Bəlkə də yuxumuza girməyən ölüm belə müharibədə hər addımda qənşərimizdə dayanır. Hətta bizi sınağa da çəkir. Çünki tətikdən çıxan hər güllə bir can üçün yola çıxır. Sağ qalmaq isə dünyaya yenidən gəlmək deməkdir. Getdiyi yolun gedərgəlməzliyini özünə dərd eləməyən Ənvər Fərəcov sanki bu şeiri döyüşə gedən bütün oğulların adından yazıb və ölümü əbədi ayrılıq hesab etməyənlərin türküsü kimi onu həzin-həzin pıçıldayıb. Bəli, bu ruhsal şeiri Vətən andı içənlər yaza və oxuya bilər. Çünki yazmaq da, oxumaq da ürək istəyir…
Düzü, illər ötdükdən sonra həsrəti övladları ilə az qala yaşıd olan qəhrəmanımızın yadigarı Emma xanım ilə görüşməyə bir az tərəddüd etdim. Ana ürəyinin alovundan qorxdum. Bilirdim ki, danışdıqca həm özü yanacaq, həm də bizi yandıracaq.
Şəhidimizin oğlu, polis polkovnik-leytenantı Nemət Fərəcovla telefon əlaqəsi saxlayanda məni evlərinə dəvət etdi. Vədələşdiyimiz yerdə görüşdük. Qapını üzümüzə qəhrəmanımızın ömür-gün yoldaşı Emma xanım açdı.
Ötənləri sanki indi olmuş kimi xatırlasa da Ənvər Fərəcov haqqında keçmiş zamanda danışmaq istəmir. Bu dərdli qadının siması payıza oxşayır. Və mənə elə gəldi ki, doğulandan onun gözlərində yaş olmayıb. Amma yox, o, Ənvərin yoxluğunu anıb ağlamaq istəmir. O, həmişə sağdı, o həmişə onlarladı...
Qısa bir xatırlatma ilə qəhrəmanımızı tanıyaq və tanıdaq. Polis mayoru Ənvər Fərəcov 28 iyun 1952-ci ildə Goranboy rayonunun Sarov kəndində doğulub. 1968-ci ildə Sarov kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olub. 1974-cü ildə mexanizasiya fakültəsini bitirib Goranboy rayonunun “Azərbaycan” kolxozunda baş mühəndis vəzifəsində əmək fəaliyyətinə başlayıb.
1981-ci ildən isə həyatını daxili işlər orqanlarına bağlayıb. Türkmənistanın Bezmin şəhərində xüsusi komendaturanın müəssisədənkənar mühafizə şöbəsində növbətçi, sonra sahə müvəkkili vəzifəsində çalışıb. 1990-cı ildə Özbəkistan Milis Akademiyasını bitirərək Azərbaycan DİN-in sərəncamına göndərilib. Gəncə şəhər DİŞ-də rəis köməkçisi işləyib. 1991-ci ildə doğma yurda qayıtdqdan sonra Todan Polis Şöbəsində pasport-masa rəisi vəzifəsində çalışıb. Bir müddət burda xidmət etdikdən sonra onu Todan Polis bölməsinin rəisi təyin ediblər. Elə o gündən çətin və ağrılı günlərin bünövrəsi qoyulub…
18 avqust 1991-ci il... O, yoldaşlarını mühasirədən çıxartmaq üçün bir neçə silahdaşı ilə qeyri-bərabər döyüşə girir. Ermənilərin mühasirəsini yararaq polis əməkdaşlarını itkisiz azad edirlər. Bu əməliyyata görə bölmə rəisi DİN tərəfindən mükafatlandırılır. Goranboya gəldiyi gündən erməni yaraqlılarına qarşı döyüşlərdə qüvvə və bacarığını əsirgəmir, Vətən torpağının hər qarışı üçün canından keçməyə hazır olduğunu bildirirdi.
11 sentyabr 1991-ci il... Yağı düşmən böyük qüvvə ilə Erkəc, Mənəşli, Buzluq kəndlərinə hücuma keçmişdi. Polis dəstəsi sayca az olsa da, kəndlərin müdafiəsində sayıqlığı əldən vermirdi. Qeyri-bərabər döyüşdə düşmən xeyli tələfat versə də bu, Ə.Fərəcovun da son döyüşü idi və o, qəhrəmancasına həlak oldu…
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 214 saylı fərmanı ilə Fərəcov Ənvər Səyyad oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Qəhrəmanımız doğma torpağında, doğulduğu Goranboyda dəfn edilib.
Şəhid polislərimizi və bu gün onların qəhrəmanlıq yolunu davam etdirərək ön cəbhədə xidmət aparan həmkarlarımızı xatırlamaq bizlərin borcudur. Bir sırada addımlayıb, öləndən sonra da geriyə deyil, bir addım irəli yıxılıb, öz boyu qədər Vətən torpağını qoruyan oğullar Vətən qədər əbədi və müqəddəsdirlər.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM