Qax əhalisinin demoqrafik vəziyyəti (XX-XXI əsrlər)

08:00 / 30.03.2018

Asəf Ha­cı­yev

Ba­kı Döv­lət Uni­ver­si­te­ti, Ta­rix fa­kül­tə­si

Şimal-qərbi Azərbaycanın əhalisi və onun demoqrafik xarakteristikası, inzibati-ərazi bölgüsü və əhalisinin yerləşməsində baş verən dəyişikliklər Azərbaycan tarixşünaslığında kompleks olaraq tədqiqata cəlb edilmədiyi üçün bu mövzunun araşdırılması aktuallıq kəsb edir. Eyni zamanda, “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət proqramı”, 2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramları, 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi üçün kompleks elmi yanaşma və tədqiqatlara ehtiyac vardır. Bu proqramların icrasına elmi cəhətdən yanaşaraq, inzibati-idarəetmə sisteminə və əhalinin məşğuliyyətinin tarixi ənənələrinə nəzər salmaq zəruridir.
Bunları nəzərə alaraq, şimal-qərbi Azərbaycanın əhəmiyyətli coğrafi mövqeyində olan Qax rayonunun əhalisinin öyrənilməsi, onun tarixi-demoqrafik xarakteristikasının tədqiqi əhəmiyyətlidir. Mövzunun tədqiqi üçün SSRİ, Azərbaycan SSR və Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünü əks etdirən müxtəlif statistik toplulara müraciət edilmişdir. Bu məlumatlar vasitəsilə rayonun ərazisində baş verən inzibati dəyişiklikləri və əhalinin məskunlaşmasını müqayisəli şəkildə təhlil etmək imkanı yaranır.
Tarixi mənbələrdən məlumdur ki, hələ e.ə. VII əsrin əvvəllərində Qaxın ərazisiSkif çarlığının tərkibinə daxil olmuşdur. Skif çarlığınınvə onunəsasını qoyan tayfaların - skif, sak tayfalarının izlərinə Qax rayonunun ərazisində rast gəlinir. Yaşayış məskəni kimi Qaxın adını ilk dəfə MoiseyKalankatlının “Albaniya tarixi” kitabında görürük. IV əsrə aid hadisələrdən bəhs edən tarixçi Haku (Qax) adlı yaşayış məskəninin adını qeyd edir. Qax adı haqqında söylənən fikirlərin ən başlıcası odur ki, “qaq” tayfası bu ərazinin ən qədim tayfalarından biri olmuşdur. Sonralar bu söz “qax” kimi işlənərək bu günümüzə qədər gəlib çatmışdır. Bu ad barəsində elmdə müxtəlif mülahizələr söylənsə də, bir həqiqət bizə məlumdur ki, hələ 3000 il bundan əvvəl, bu ərazidə yaşamış ən iri tayfalardan biri elə qax adlı tayfa idi. Həmin tayfanın bir qolu olan “er” qəbiləsi (“er”, “ər”, yəni cəsur, igid çox olduğundan qəbilədə onlar belə adlanırdı) hələ 2700 il bundan əvvəl xatırlanmışdı. Çox güman ki, qaxlar həmin ərazidə qədim dövrlərdən mövcud olmuşlar və böyük bir ərazidə yaşayırdılar. Qax adı V əsr hadisələri ilə əlaqədar gürcü mənbələrində də xatırlanır. VIII əsrə aid gürcü mənbələrində Qaxin indiki ərazisi Qax-Ubani, yəni Qax obası adlanırdı. Qax adına başqa xalqların toponimiyasında da rast gəlinir: Dağıstanın Qunib dairəsində Qax kəndi, Avar dairəsində Qax kəndi, Buynaksk dairəsində Qaxısaray xarabalığı, Qaxmataş dağı, Kürə dairəsində Qaxtsuq kəndi, Qars vilayətinin Ərdəhan dairəsində Qaxıcvari dağı və s. Faktlar göstərir ki, qaxlar Balakən-Şəki zonasında qədim alban tayfalarından biri olmuşdur. Güman ki, qaxlar III-IV əsrlərdə xristianlığı, VIII-IX əsrlərdə isə islam dinini qəbul etmişlər.
XI əsrdən başlayaraq Qax rayonunun indiki ərazisində oğuz-səlcuq türkləri, sonra isə qıpçaq türkləri məskunlaşmışdır. Həmin dövrdə Qaxın ərazisi o zaman mövcud olanAtabəylər və Şirvanşahlar dövlətlərinin tərkibinə daxil idi. XIIIəsrdəQaxın ərazisi Hülakülər dövlətinin tərkibinə daxil olduqdan sonra onun cənub torpaqlarına türk-moğol tayfalarının köçü başlamışdır. Ərazidə ilk dövlət qurumu 1562-ci ildə Səfəvi hökmdarı Şah I Təhmasibin fərmanı ilə İlisu sultanlığının əsası qoyulmuşdur. 1803-cü ildə İlisu sultanlığı Rusiya imperiyası tərəfindən işğal edilmişdir. 1840-ci il ərazi islahatı ilə İlisu sultanlığı ləğv edilir. Sultanlıq 1844-cü ildə üsyan edərək sultanlığın əhalisini ruslara qarşı qaldırmışdır. Ruslar sultanlığın mərkəzi olan İlisu kəndini yandırdıqdan sonra sultanlığın ərazisi mahallara bölünür və Car-Balakən dairəsinə tabe edilir: ərazinin bir hissəsi Car-Balakən dairəsinin tərkibinə qatılır, bir hissəsi isə Gürcü-İmereti quberniyasının tərkibində yaradılan yeni Sığnaq qəzasına verilir. Rusiya imperiyası tərəfindən XIX əsrin II yarısında bir sıra ərazi islahatları keçirilir və islahatlar zamanı indiki Qax rayonunun ərazisi Car-Balakən dairəsinin tərkibində qalır. 1860-cı ildə Car-Balakən dairəsinin adı dəyişdirilərək Zaqatala dairəsi adlandırılır. 1867-ci il “Qafqazda və Zaqafqaziya vilayətində idarəetmənin yenidən təşkili haqqında” fərmanına əsasən Zaqatala dairəsi ayrıca inzibati vahidlik kimi qalır. 1918-ci ildə yaranan müsəlman şərqinin ilk respublikası olan Azərbaycan Demokratik Respublikası dövründə bu əraziyə Gürcüstan Respublikası əsassız ərazi iddiaları irəli sürür. 1920-ci ilin aprelində bolşevik Rusiyasının təcavüzü nəticəsində Azərbaycan Demokratik Respublikası süqut edir və Azərbaycan SSR-i yaradılır. Rayonun indiki ərazisi Azərbaycan SSR-nin sərhədləri daxilində saxlanılır. Bundan sonra quberniyalar ləğv olunur və Azərbaycan SSR-nin inzibati ərazi quruluşu qəzalara bölünür. Zaqatala dairəsi qəzaya çevrilir və ərazisi 6 mahala bölünür: Almalı, Balakən, Car, Əliabad, Qax və Muxax. 1926-cı ilə aid məlumatlardan görürük ki, bizim tədqiq etdiyimiz indiki Qax rayonunun ərazisi həmin dövrdə Zaqatala qəzasının tərkibnə daxil idi. 1929-cu il aprelin 8-də Zaqatala qəzası Nuxa qəzası ilə birləşdirilir və nəticədə Zaqatala-Nuxa dairəsi yaradılır. 1930-cu il mayın 25-də isə yenidən ayrıca Nuxa və Zaqatala qəzaları təşkil edilir. 1930-cu il 8 avqust tarixli qərarla Azərbaycan SSR-nin rayonlaşdırılması ilə əlaqədar Azərbaycan Respublikasının şimal-qərbində 1494 kvadrat km. ərazidə mərkəzi Qax kəndi olan Qax rayonu təşkil edilir. Qax rayonu şimaldan Rusiya Federasiyası, şimal-qərbdən Zaqatala rayonu, qərbdən Gürcüstan Respublikası, cənubdan Yevlax və Samux rayonları, şərqdən isə Şəki rayonu ilə həmsərhəddir.
Oturaq əkinçilik, maldarlıq və sənətkarlıqla məşğul olan Qax rayonunun əhalisi haqqında ilk məlumatlar T.N.Yayişnikovun1831-ci ildə tərtib etdiyi İlisu sultanlığı əhalisinin siyahıyaalmasında olan məlumatdır [1]. Həmin siyahıyaalmada Qaxda həyətlərin sayı 400, ailələrin sayı isə 650 göstərilmişdir. Sonralar Azərbaycanın, o cümlədən Qaxın əhalisinin sayı barədə Rusiya imperiyasının və SSRİ-nin tərkibində olarkən, həmçinin müstəqillik illərində müxtəlif vaxtlarda keçirilən siyahıyaalınmalarda məlumatlar verilmişdir.
1872-ci ildə dərc olunmuş və 1869 cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalında Zaqatala dairəsinin İlisu naibliyinə daxil olan Qax kəndində milli tərkibi muğallardan və ingiloylardan ibarət olan 160 ailənin yaşadığı qeyd edilib [28].
1930-cu ildə rayonun yaranmasından sonra 1931-1987 - ci illərdə əhalinin artımını izləmək üçün cədvəl 1-ə nəzər salaq [19; 22; 23; 24; 26].

Cədvəl 1
Qax rayonu əhalisinin say dinamikası
(1931-1987 - ci illər)


Cədvəldən görünür ki, əhalinin sayında ciddi fərq 1939 və 1959-cu illər arasında baş vermişdir. Bir çox sovet respublikalarında müşahidə edilən bu azalma əlbəttə ki,II Dünya müharibəsi ilə əlaqədar yaranmışdır.
Əhalinin yerləşməsinə diqqət yetirdikdə, məlum olur ki, rayonun əhalisi əsasən kəndlərdə məskunlaşmışdır. Bir sıra kəndlər hər zaman əhalinin sayının çoxluğuna görə fərqlənmişlər. Hələ 1933-cu ildə Qax rayonunun bəzi kənd şuralarında məskunlaşan əhalinin sayı 2 mindən çox idi. Bunlara İlisu (2.954), Qaşqaçay (2.400), Qax-İngiloy (2.910), Qax-Muğal (2.178) daxildir. Əhalisinin sayı mindən çox olan kənd şuralarının sayı daha çox idi. Bunların siyahısına Almalı, Əlibəyli, Güllük, Ləkit, Qum, Qıpçaqkənd şuraları daxildir. 1959-cu il əhalinin siyahiyaalınma materiallarına əsasən Qax-İngiloy (2.533), İlisu (1.360), Güllük (1.177) və Qax-Muğal (1.110) kəndləri əhalisinin sayının çoxluğuna görə fərqlənmişlər.Əldə edilən məlumatlara əsasən, rayon təşkil edildikdən sonra ərazinin idarəedilməsi məqsədilə həyata keçirilən inzibati bölgüləri və kənd şuralarında edilən dəyişiklikləri izləmək mümkündür.
1933-cu il inzibati bölgüsündə Qax rayonunun ərazisindəki 48 kəndin idarə edilməsi üçün 15 kənd şurasının mövcud olduğu göstərilir [7]. Həmin kənd şuralarının adları bunlardır: Almalı, Əlibəyli, Güllük, İlisu, Ləkit, Marsan, Qarağan, Qaşqaçay, Qax-İngiloy, Qax-Muğal, Qum, Qıpçaq, Sarıbaş, Tasmalı, Zəyəm. 1938, 1941 və 1947-ci illərə aid materiallarda da Qax rayonunun ərazisi 15 kənd sovetindən ibarət olub [16; 17; 18].
1955-ci ilə qədər rayonun tərkibində şəhər və qəsəbə statusu olan yaşayış məskəni yox idi. 1955-ci ildə Qaxa şəhər tipli qəsəbə statusu verilir.
1961-ci ilin Qax rayonu üzrə inzibati-ərazi bölgüsü cədvəlində ərazi bölgüsündə elə bir dəyişiklik görünmür. Kənd sovetlərinin sayı - 9, qəsəbə sovetinin sayı - 1 göstərilir. Yaşayış məntəqələri haqqında verilən məlumatda 59 kəndin olduğu qeyd edilir. Qax rayonunun 1961-ci il üçün siyahıda göstərilən kənd şuralarının adları bunlardır: Əlibəyli, Almalı, İlisu, Qax-İngiloy, Qax-Muğal, Qaşqaçay, Ləkit, Sarıbaş və Tasmalı [21].

Cədvəl 2
Qax rayonunun kənd şuraları və yaşayış məskənləri


1961-ci il və 1933-cü ildəki ərazi bölgüsünü təhlil etdikdə görürük ki, kənd şuralarının sayında azalma var və 6 kənd şurasının adı qeyd olunmayıb [21; 7; 24; 25]. Kəndlərin aid olduğu kənd şuralarına əsasən müəyyən etmək olur ki, 1933-cü ildə mövcud olan kənd şuralarından Qum kənd şurası Qax-Muğal kənd şurasına, Marsan və Zəyəm kənd şuraları Tasmalı kənd şurasına, Güllük kənd şurası Ləkit kənd şurasına, Qarağan kənd şurası Almalı kənd şurasına, Qıpçaq kənd şurasına aid olan kəndlər isə Qax-İngiloy, İlisu, Tasmalı və Sarıbaş kənd şuralarına daxil edilib. 1979-cu il inzibati-ərazi bölgüsündə də keçən müddətdə inzibati dəyişikliklər aparıldığını muşahidə edirik. Belə ki, əvvəl ləğv edilmiş bir sıra kənd şuraları yenidən təşkil edilir, yaşayış məntəqələri arasında yeni kəndlərin adına rast gəlinir [24]. 1933-cü ildə ayrıca kənd şurası olan Qıpçaq, Qum, Güllük, Zəyəm və Marsan kənd şuraları yenidən təşkil edilir [7]. Marsan kənd şurasının adı Turaclı olaraq dəyişdirilir.
4 yanvar 1963-cü il tarixli qərara əsasən Azərbaycan SSR-nin inzibati bölgüsündə dəyişikliklər aparılır və Qax rayonu ləğv edilərək ərazisi Zaqatala rayonuna verilir. Lakin 1964-cü il iyunun 17-də yenidən mərkəzi Qax qəsəbəsi olmaqla Qax rayonu yaradılır. 1967-ci il yanvarın 14-də rayon mərkəzinə respublika tabeli şəhər statusu verilir.
İzlənilən bütün dəyişikliklər əhalinin sayının dəyişməsi və inzibati-idarəetmə sisteminin təkmilləşdirilməsi ilə izah edilir. 1989-cu ildə aparılmış siyahıyaalınmada həm Azərbaycan SSR-nin, həm də Qax rayonunun əhalisi göstərilir.

Cədvəl 3
Əhalinin siyahıyaalınması (1989-cu il)


Cədvəldən görünür ki, 1989-cu ildə Azərbaycan SSR-nin əhalisi 7 037 867 olduğu halda, Qax rayonunun əhalisi 45 163 nəfər təşkil edib. Bunun da 21 945 nəfərini (48,5 faizni) kişilər, 23 218 nəfərini (51,5 faizini) isə qadınlar təşkil edib. Bu ildə Qax rayonunun əhalisi Azərbaycan əhalisinin 0,64 faizini təşkil edib [25].
Beləliklə, Qax rayonunun yarandığı 1930 cu ildən - müstəqillik dövrünə kimi əhalisinin sayı - 1931-ci ildə - 17 524, 1933-cü ildə - 22 721, 1939-cu ildə - 26 720, 1959-cu ildə - 22 482, 1970-ci ildə - 37 700, 1979-cu ildə - 40 200, 1983-cü ildə - 41 200, 1987-ci ildə - 41 700, 1989-cu ildə isə 45 163 nəfər təşkil edib [19; 7; 22; 24; 26; 25].
1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1999-cu və 2009-cu illərdəəhalininsiyahıyaalınması keçirildi. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti 22 fevral 1996-cı il tarixli, 422 saylı 1999-cu ildə əhalinin siyahıyaalınmasının keçirilməsihaqqında və 07 iyun 2006-cı il tarixli, 415 saylı 2009-cu ildə əhalinin siyahıyaalınmasının keçirilməsihaqqında fərmanlar da imzalayıb.

Cədvəl 4
Qax rayonu üzrə əhalinin siyahıyaalınması (1999-cu il)


1999-cu ildə keçirilənAzərbaycan Respublikası əhalisinin siyahıya alınmasında Qax rayonunun əhalisinin sayı 51 161 nəfər olub ki, bunun 24 784 nəfərini kişi (48,5 faiz), 26 377 nəfərini isə qadın (51,5 faiz) təşkil edib. Əhalinin 11 719 nəfəri (23 faiz) (5 579 nəfər kişi, 6 140 nəfər qadın) şəhərdə, 39 442 nəfəri (77 faiz) (19 205 nəfər kişi, 20 237 nəfəri qadın) isə kənddə yaşayıb. Bu cədvəldən aydın olur ki, Qax rayonunun əhalisinin daha çox hissəsi kənd yerlərində yaşayıb. 1999-cu ildə Azərbaycanın cəmi əhalisinin 7 953 438 nəfər olduğunu nəzərə alsaq Qax rayonu Azərbaycan əhalisinin 0,643 faizini təşkil edib. O cumlədən, kişilər 0,638 faizini, qadınlar isə 0,648 faizini təşkil edib [3, s. 43].

Cədvəl 5
Qax rayonu üzrə əhalinin siyahıyaalınması (2009-cu il)


Cədvəldən aydın olur ki, 2009-cu ildə Qax rayonunun əhalisi 53 259 nəfər olub. Bunun da 25 823 nəfərini (48,5 faiz) kişilər, 27 436 nəfərini (51,5 faiz) isə qadınlar təşkil edib. Əhalinin 12 328 nəfəri (23,15 faiz), o cümlədən 5 864 nəfəri kişi,6 464 nəfəri qadın şəhərdə, 40 931 nəfəri (76,85 faiz), o cümlədən 19 959 nəfəri kişi, 20 972 nəfəri qadın isə kənddə yaşayıb. Bu ildə Qax rayonunun əhalisi Azərbaycan əhalisinin 0,596 faizini təşkil edib [4; 10].


Cədvəl 6

2009-cu ilin siyahıyaalınması əsasında Qax rayon və ərazi dairələri üzrə əhalinin sayı

Bu cədvəldən aydın olur ki, rayonun ən çox əhalisi Qax-İngiloy kənd inzibati ərazi dairəsində yaşayır- 7529 nəfər (14.14 faiz), ən az əhali isə Ayazlı kənd inzibati ərazi dairəsində qeydə alınıb-703 nəfər (1.32 faiz).

Cədvəl 7
Qax rayonu əhalisinin demoqrafik göstəriciləri
(2010-2016-cı illər)


Cədvəldən aydın olur ki, 2010-2016-cı illərdə Qax rayonunun əhalisi 53 mindən 56 min nəfərədək artıb. 2010-cu ildə934 nəfərin doğulduğunu nəzərə alsaq əhalinin daha çox təbii artımı da (482 nəfər) məhz elə bu ilə təsadüf etdiyini görərik. Ən çox ölüm halı2013-cü ildə (464 nəfər), ən az ölüm halı isə 2015-ci ildə (382 nəfər) baş verib.

Cədvəl 8
Qax əhalisinin milli tərkibi və sərbəst danışdığı dillər (3 yaş və yuxarı)


Cədvəldən aydın olur ki, Qax əhalisinin əsas danışdığı dil Azərbaycan dilidir. Azərbaycan dilindən sonra danışılan dillər içərisində ingiloyların, saxurların və ləzgilərin dili üstünlük təşkil edib[4, s.635-638].

Cədvəl 9
1999 və2009-cu illər üzrə əhalinin etnik tərkibi


Cədvəl 9-dan aydın olur ki, 1999-cu ildə Qax rayonunda yaşayan 51.161 nəfər əhalinin 39.355 nəfərini (76.92 faiz) azərbaycanlılar təşkil etdiyi halda, 2009-cu ildə bu rəqəm 53.259, 43.946, (82.51 faiz) təşkil edib. Sonrakı yerləri İngiloylar- 1999-cu ildə-7.450 nəfər (14.56 faiz), 2009-cu ildə - 7.447 nəfər (13.98 faiz),Saxurlar- 1999-cu ildə 2.612 nəfər (5.11 faiz), 2009- cu ildə 1.008 nəfər (1.89 faiz), Ləzgilər- 1999-cu ildə 609nəfər (1.19 faiz), 2009-cu ildə 253 nəfər (0.48 faiz) təşkil edib.
Beləliklə Qax rayonunun demoqrafik inkişafını xarakterizə edərkən ilk öncə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 noyabr tarixli “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamını qeyd etmək lazımdır. Sərəncamda Azərbaycan Respublikasında demoqrafik proseslərin ölkənin sosial-iqtisadi strategiyasına uyğun inkişafına nail olmaq, əhalinin orta ömür yaşını artırmaq, ana və uşaqların sağlamlığını, ailələrin möhkəmləndirilməsini və miqrasiyanın tənzimlənməsini təmin etmək nəzərdə tutulur [11]. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 iyun tarixli 1264 nömrəli Sərəncamına uyğun olaraq hazırlanmış “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı” ölkədə mövcud demoqrafik proseslərin təhlili əsasında bu sahənin gələcək inkişaf istiqamətlərini və həyata keçirilməli olan zəruri tədbirləri özündə əks etdirir. Onun əsas məqsədi əhalinin optimal təkrar istehsalına nail olmaq, ölüm səviyyəsini azaltmaq, orta ömür uzunluğunu artırmaq, ana və uşaqların müdafiəsini gücləndirmək, ailələrin inkişafı üçün əlverişli sosial-iqtisadi zəmin yaratmaq və miqrasiya proseslərinin tənzimlənməsi yollarını müəyyən etməkdən ibarətdir.

 

ƏDƏBİYYAT
1. Yaişnikov T.N. Opisanie vladeniya İlisuyskoqo sultana. İQED. Moskva, 1958.
2. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 1999-cu il IV hissə, Bakı 2000-ci il.
3. Azərbaycan Respublikası əhalisinin 1999-cu il siyahıyaalınması. Bakı 2001.
4. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. XIX cild, Bakı 2011-ci il.
5. Azərbaycanın regionları. Bakı-2012.
6. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi - Prezident Kitabxanası: İnzibati ərazi vahidləri. Qax rayonu.
7. ASŞÇ inzibati bölünüşü. Bakı, Az.XTUİ nəşriyyatı, 1933. - 292 səh.
8.Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. Cild 2. Bakı, Lider nəşriyyatı, 2004.
9. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 1999-cu il. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Bakı, Səda, 2000, I hissə. - 565 s.
10. Azərbaycan Respublikası Əhalisinin siyahıyaalınması 2009-cu il. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Bakı, “9 saylı kiçik müəssisə”, 2010, I hissə, 630 səh.
11. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı // Azərbaycan Respublikası. İqtisadi İnkişafNazirliyi. http://www.economy.gov.az
12. Hacıyev A.A. Azərbaycanın Şimal-Qərbində yerləşən Qax rayonu əhalisinin 1999 və 2009-cu illərdə siyahıyaalınması. // Tarix və onun problemləri. Nəzəri, elmi, metodik jurnal. № 4. Bakı, 2012. s.215-220.
13. Qarayev İ. Azərbaycan Respublikasının inzibati ərazi bölgüsü. Məlumat toplusu (2013- cü il aprel ayının 1- nə olan vəziyyətə görə). Bakı, “Azərbaycan”, 2013.
14. Qarayev İ. Vətən torpaqları: itirdiklərimiz bəsdir… // Azərbaycan Respublikası Milli Məclisinin jurnalı. http://jurnal.meclis.gov.az/news.php?id=313
15. Территориальное и административное деление СССР на 1-е января 1926 года. Москва, Главное Управление Коммунального Хозяйства НКВД, 1926. 286 стр. (PDF).
16. Административно-территориальное деление Союзных Республик ССР. Районы и города СССР. Москва, Изд. Власть Советов, 1938. 327 стр. (PDF).
17. Административно-территориальное деление Союзных Республик. Москва, Изд. Ведомости Верховного Совета, 1941. 400 стр. (PDF).
18. Административно-территориальное деление Союзных Республик. Москва, Изд. Ведомости Верховного Совета, 1947. 488стр. (PDF).
19. Административно-территориальное деление СССР. Районы и города СССР. Москва, Изд. Власть Советов при президиуме ВЦИК, 1931. 311 стр. (PDF).
20. Азербайджанская ССР Административно-территориальное деление на 1977 г. Баку, Азерб.гос.изд., 1979.
21. Азербайджанская ССР. Административно-территориальное деление на 1 января 1961 г.. Баку, Азерб.гос. изд., 1961. – 280 с.
22. Всесоюзная перепись населения 1959 г.Численность наличного населения городов и других поселений, районов, районных центров и крупных сельских населенных мест на 15 января 1959 года по регионам союзных республик (кроме РСФСР) // http://demoscope.ru/weekly/ssp/ussr59_reg1.php.
23. Всесоюзная перепись населения 1970 года. http://demoscope.ru/
24. Всесоюзная перепись населения 1979 года. http://demoscope.ru/
25. Всесоюзная перепись населения 1989 г. Численность городского населения союзных республик, их территориальных единиц, городских поселений и городских районов по полу. // http://demoscope.ru/weekly/ssp/sng89_reg2.php.
26. Естественное движение и миграции населения Азербайджанской ССР в 1982 году. Статистический сборник. ЦСУ. ДСП. Баку, 1983, 266 стр..
27. Летифова Э.М. Илисуйское султанство: территория и этническая история. // Dünya azərbaycanlıları: tarix və müasirlik. Elmi-nəzəri toplu. III buraxılış, Bakı, “MBM” nəşriyyatı, 2009, s. 187-196.
28. Военный обзор Тифлисской Губернии и Закатальского округа, составлен подполковником Генерального штаба В. Н. Филиповым. Воспроизведено в оригинальной авторской орфографии издания 1872 года (изд. «Санкт-Петербург: Товарищества «Общественная польза»), стр. 168

Açar sözlər: Azərbaycan, Qax, Əhali, Siyahıyaalma, İnzibati-ərazi bölgüsü
Ключевые слова: Азербайджан, Гах, Население, Перепись, Административно- территориальное деление
Keywords: Azerbaijan, Gakh, People, Census, Administrative-territorial division

РЕЗЮМЕ
Население северо-западного Азербайджана и ее демографическая характеристика, административно-территориальное деление и изменения, произошедшие при ее размещении, актуализировали изучение этой темы, так как в историографии Азербайджана это не было комплексно исследовано. С этой точки зрения, изучение населения Гахского района, обладающего важным географическим расположением, исследование его историко- демографической характеристики имеет большое значение. В статье предоставлены сведения относительно названия района, его территории, жилых поселениях, и наряду с переписью за советский период, ведется подробное исследование динамики численности населения района в переписях, проведенных в годы независимости.

SUMMARY
Because of the fact that the population of North-West Azerbaijan and its demographic characteristics, administrative-territorial division and the changes in the location of the population are not involved in complex research in Azerbaijani historiography, research of this topicis actual. In this regard, the study of the population of the Gakh region which is in the significantly geographical position of Azerbaijan and investigation of demographic characteristics is very important. İn the article information isprovided on the name, area, habitat of the region, along with the census of the Soviet era, during the years of independence, detailed studies on the population dynamics and ethnic composition of the region are conducted.

 

"GEOSTRATEGİYA" jurnalı №01 (43) YANVAR-FEVRAL 2018

 


Etiket:

Strategiya.az

Müəllifin digər yazıları

Daha çox
Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM