Tarix üzrə fəlsəfə doktoru, AMEA Şəki R.E.M-in elmi işçisi
Mərhum akademik Ziya Bünyadovun tariximiz üçün çox qiymətli əsərlər miras qoyduğu bütün elm adamlarına məlumdur. Onun hər bir araşdırması ciddi elmi dəlillərə və ilkin mənbələrə söykənir. “Azərbaycan VII- IX əsərlərdə” və “Azərbaycan Atabəylər dövləti” adlı əsərlərini göstərmək yetərlidir.
Nədənsə, Z. Bünyadovun Qaxın Qum kəndi ilə bağlı apardığı araşdırma, çıxardığı nəticə diqqətdən kənarda qalmışdır. Odur ki, Qum haqqında yazılanları bir daha gözdən keçirərək “Qum Bazilikası” adlanan nəhəng məbədə bir daha baş çəkərək, Qumun erkən orta əsrlər dövründə yetərincə böyük bir yaşayış məntəqəsi olduğunu, dini və elmi mərkəzə çevrildiyini qeyd etmək istərdik.
Bu gün dediklərimizi sübut edən faktlardan biri – uzunu 36,5 metr, eni isə 19,5 metr olan və elmi ədəbiyyatda “Qum Bazilikası” adlanan alban məbədidir. Nəzərə alsaq ki, kiçik bir yaşayış yerinində bu qədər böyük məbəd tikilə bilməzdi. Digər tərəfdən “Bazilika” latın dilində “hökmdar evi” mənasını verir və bu məbəd V əsrin sonunda Alban hökmdarı
III Mömin Vaçaqanın əmri ilə Fələstinli xristian missioneri Yeliseyin atəşpərəstlər tərəfindən öldürüldüyü yerdə - indiki Qum kəndində tikilmişdir. Son dərəcə əlverişli təbii- coğrafi şəraiti, zəngin bitki örtüyü olan bu ərazi və ona yaxın olan ərazilərdə ən qədim dövrlərdən bəri iri yaşayış yerləri və bu yaşayış yerlərinin öncəki dinlərlə bağlı məbədləri də olmuşdur. Bütün bunlar Qumun orta əsrlərdə böyük, şəhər tipli yaşayış yeri olduğunu deməyə əsas verir.
3 nefli (3nefli-3 hissəli, 3 otaqlı) alban məbədi olan Qum məbədi, 1898-ci ildə A.S. Xaxanovun rəhbərliyi ilə cənubi Qafqazın xristian məbədlərini araşdırmaq üçün göndərilən ekspedisiya tərəfindən ilk dəfə tədqiq edilib.
Ötən əsrin 40-cı illərində bərpaçı memar Pyotr Baranovski Qum məbədində arxeoloji qazıntı apararaq, müəyyən bərpa işlərini görmüşdür [1].3 giriş qapısı olan və 3 tərəfə uzanan qalareya tipli sütunlu balkonlar məbədə o qədər möhtəşəm görkəm verir ki, onun bu günkü xeyli dağılmış vəziyyəti belə bu məbədin “sıradan bir məbəd” olmadığını göstərir.
Təsadüfi deyil ki, P.D. Baranovskidən başqa, tarixi adbidələr, xüsusiylə xristian abidələrinin tədqiqi üzrə görkəmli tədqiqatçı alimlərdən D.A.Axundov [2] və Gülçöhrə Məmmədova [3] da Qum məbədi ilə bağlı araşdırma aparmışlar.
Məbədin möhtəşəm qalıqları Qum kəndinin mərkəzində yerləşir. Dövrümüzə yalnız üçnefli bazilikanın əsas hissəsi və qismən örtük hissəsi çatmışdır. Vaxtilə məbədin üçtərəfli qalereyaya malik olmasını şərq divarındakı kiçik otaqlar yaxınlığında qalmış divar qalıqları və qərb qalereyasının sütun qalıqları sübut edir. Məbədin daxili həcmi düzbucaqlı formada olmaqla 36.5x19.5 metr ölçüyə malikdir. Daxildən əsas ibadət zalı iki cüt T-formalı müstəqil sütun və bir cüt pilyastrla üç nefə bölünmüşdür.
Orta nef eninə görə yan neflərdən iki dəfə böyük olmaqla şərqdə nalformalı apsida (yarımdairəvi mehrab) ilə tamamlanır. Yan neflər kvadrat formalı kiçik yan otaqlarla tamamlanır ki, həmin otaqların da tağvari örtüyü dövrümüzə kimi saxlanmışdır. Binanın əsas həcmi cənub və şimalda qalereyaları formalaşdıran üçtərəfli keçidlə əhatə edilmişdir. Şimal və cənub qalereyalarının şimal hissəsində uzun otaqlar yerləşir. Həmin otaqlar da şimal divarında apsidaya malikdir.
Məbədin divarları sıraların düzgünlüyü saxlanmaqla mavi və tünd yaşıl əhəng daşından inşa edilmişdir. Məbədin fasadında üzlük daşların düşdüyü yerlərdə hörgü zamanı inşa edilmiş beton formalı qarışıq görünməkdədir. Hörgü zamanı əhəng daşı və bişmiş kərpicin qarışıq istifadə edilməsi ilə bağlı fikirlər bəzən mübahisə doğursa da tədqiqatçıarxeoloq İ.A.Babayev qeyd edir ki, “...nəzərə almaq lazımdır ki, Azərbaycan ərazisində ən qədim dövrlərdən inşaat zamanı çiy kərpic və əhəng daşı qarışığının istifadəsi tez-tez rast gəlinən haldır və bunun ən yaxşı nümunəsi II Kültəpə ərazisində aşkarlanmış tikili qalıqlarıdır. Bişmiş kərpic isə Qafqaz Albaniyası memarlığında I əsrdən istifadə edilməkdə idi.” G. Məmmədovanınfikrincə I əsrdən etibarən Qafqaz Albaniyası memarlığında çiy kərpic-əhəng daşı hörgüsü kərpic-əhəng daşı hörgüsü ilə əvəzlənə bilərdi. İnşşat tarixi islamdan əvvəlki dövrə aid olan Beşbarmaq Səddi də bu cür kərpic-əhəng daşı qarışıqlı hörgüyə malikdir.
Kilsənin T-formalı arxaik görünüşə malik daxili sütunları kvadrat formalı kərpiclə üzlənmişdir. Məbədin örtüyü əsasən saxlanmamışdır. Tədqiqatçılar yan neflərin maili tağ örtüyünə malik olmasını qeyd edirlər [1,2,3,4]. Orta nefin örtüyü sütunlar arasında olan arkalar (tağlar), onlardan qərb divarındakı pilyastrlara (sütunlara, kolonlara) və altara qədər uzanan divarların üstündə dayanırdı. Orta arkalar (tağlar) dövrümüzə kimi saxlanmış, yan arkaların mövcudluğunu isə yan divarlar boyunca qalmış beton qarışığı izləri sübut edir. Tədqiqatçılar Qum bazilikasının dövrümüzə kimi saxlanmamış örtüyünü mərtəbəli taxta dam formasındavə ya mərkəzi kvadrat üzərində günbəzli dam formasında olduğunu təsəvvür edirlər.
Məlum olduğu kimi, Cənubi Qafqazda albanlar ilk olaraq xristianlığı rəsmi din kimi qəbul etmişlər və Alban hökmdarları da bu dini müdafiə etmiş, bu dinlə bağlı məbədlərin (kilsələrin) tikilməsinə, bu kilsələrin nəzdində kilsə məktəblərinin yaranması üçün hər cür dəstək vermişlər. Böyük torpaq sahələri ayırmış, kilsənin xeyrinə əhalidən onda bir vergisi alınmağa başlanmışdı. Alban hökmdarları alban xristian ruhanilərini dünyavi əyanlarla bərabərləşdirirdi [4] . Nəticədə, Alban kilsəsi nüfuzlu bir quruma çevrilmişdi.
Bu zaman dini kitablar tərcümə edilir, müəllim kimi hazırlaşdırılmış bir çox gənc ölkənin müxtəlif vilayətlərinə, o cümlədən Quma yollandı. Albaniyanın ayrı-ayrı vilayətlərindən olan, dövlət ərzaq payı ilə təmin edilmiş uşaqlar dəstə- dəstə kilsə məktəblərinə, o cümlədən Qumun kilsə məktəbinə göndərilirdi [5].
Buradan çox da uzaqda olmayan “Yeddi kilsə” adlanan məbəd komleksi də buranın hələ erkən orta əsrlərdən etibarən elm və mədəniyyət mərkəzi olduğunu deməyə əsas verir.
1983-cü ildə Ziya Bünyadov Nizami Gəncəvinin yazdığı “.... Əz Kuhistan şəhri Qum”(tərcüməsi- Mən Dağlıq mahalı olan Qum şəhərindənəm”) fikrini açıqlayaraq, Nizaminin haqqında bəhs etdiyi Qumun Qax rayonu ərazisindəki Qum olduğunu əsaslandırmışdır. Həqiqətən bu, İrandakı Qum ola bilməz. Çünki, o Qum dağlıq deyil, düzən ərazidir. Həm də, erkən orta əsrlərlərdə İrandakı Qum, haqqında bəhs olunan Qum kimi elm və mədəniyyət mərkəzi, iri yaşayış yeri, şəhər olmamışdır. Bunun əksinə, Qaxın yaxınlığındakı Qumun isə yalnız oradakı Qum Bazilikasına görə [6] deyə bilərik ki, burada böyük yaşayış yeri olmuş, kilsə məktəbləri, kitabların yazıldığı, üzünün köçürüldüyü bir dini- ideoloji, elmi mərkəz, şəhər olmuşdur. Sədnik Paşa Pirsultanlı xalq arasında topladığı folklor nümunələri və rəvayətlərə görə, Nizaminin-yayda sürülərimiz Qumun dağlarında, qışda isə Qıpçaq çöllərində otarılardı- fikrinə diqqət etsək,Qaxın Qumundan cənubdaQıpçaq kəndinin olduğunu və maldarların həqiqətən də burada qışladığını görərik. Xalq müdrikdir və hər zaman dediyində haqlıdır. Qum da buradadır, Qıpçaq da. Qumla Gəncə arasındakı məsafə də həmin rəvayətlərdəkinə Ziya Bünyadovun 22 aprel 1983-cü ildə Qum kənd məktəbinə yazdığı məktub da fikrimizi sübut edən dəyərli sənəddir (məktub Qax rayon Tarix və Diyarşünaslıq muzeyində saxlanılır). Məktubu olduğu kimi təqdim edirik:
“Dahi Nizaminin doğma yurdu haqda söhbətlər çoxdan gedir. Şairin İranın Qum şəhərində anadan olması Nizaminin öz sözləri əsasında rədd olunur.İranın Qum şəhəri düzənlikdə yerləşir. Nizami isə “mən dağlıq mahalı olan Qum şəhərindənəm” yazır (Əz kuhistan şəhri Qum).
Sizin Qum orta əsrlərdə şəhərcik olub və Qum dağ mahalındadır. Ona görə də mən və məndən qabaq başqa alimlər təsdiq ediblər ki, Nizami sizin Qumdandır.
Bu barədə mən yaxınlarda çapdan çıxan “Azərbaycan Atabəyləri dövləti” kitabımda yazmışam.(Kitab rusca çıxıb). “Памятник эпоха Руставели” adlı kitabda (1938-ci ildə Leninqradda çap olunub) 111-138-ci səhifələrdə A.N.Baltırevin “Два Ширванских...” adlı məqaləsində var. Burada da sizin Qum haqda söhbət gedir. Bircə Paşayevin “Nizami və Azərbaycan xalq düşüncələri” kitabına baxın.
Hörmətlə, sizin Ziya Bünyadov.
Beləliklə, Qum və yaxınlıqdakı digər kəndlərdəki tarixi abidələr haqqında yazılanları ümumiləşdirərək deyə bilərik ki, erkən orta əsrlərdən başlayaraq Azərbaycanın şimal-qərb bölgəsində şəhər tipli yaşayış yerləri, kilsələrin himayəsində isə məktəblər, dini və elmi mərkəzlər meydana gəlmişdi.Z. Bünyadovun araşdırmalarına [7], yuxarıda adları qeyd olunan tədqiqatçıların, o cümlədən S. P. Pirsultanlının [8, 9] əsərlərinə, Nizami Gəncəvinin də fikirlərinə istinad edərək onun (Nizami Gəncəvinin) məhz Qaxın Qum adlı yaşayış yerində anadan olduğunu əminliklə deyə bilərik.
Nəticə
Cənubi Qafqazda albanların xristianlığı ilk qəbul edən xalq, Alban kilsəsinin “Həvari Kilsəsi” (Apostol Kilsəsi) olduğunu, Qafqazda xristian məbədlərinin “Anası” olan Kiş məbədinin də haqqında bəhs etdiyimiz Qumdan çox da uzaqda olmadığını nəzərə alsaq, Nizami Gəncəvi kimi böyük bir şəxsiyyətin yetişməsi üçün burada mənəvi mühit, mədəni şərait olmuşdur. Çünki, buradakı erkən orta əsrlərə və sonrakı dövrlərə aid Alban məbədlərinin sayca çoxluğu, onların memarlıq cəhətdən mükəmməlliyi (Qum Bazilikası, Ləkit Məbədi, Yeddi Kilsə və s.) Qumun orta əsr şəhərlərimizdən biri olduğunu və N.Gəncəvinin də Qumda doğulduğunu, uşaqlığını burada keçirdiyini və ilk təhsilini burada, bu mühitdə aldığını və sonra Gəncədə məskunlaşaraq, daha mükəmməl təhsil aldığını deməyə əsas verir.Tədqiqatçı, folklorşünas Sədnik Paşa Pirsultanlı da Böyük Nizami barədə xalq arasında yaşayan folklor nümünələrini, əfsanələri toplayaraq, onun Azərbaycanın Şimal-Qərbindəki Qumda doğulduğunu yazırdı.
ƏDƏBİYYAT
1. П. Д. Барановский. Памятники в селениях Кум и Лекит, ААЭИ, Баку, 1947, s. 224.
2. Д. А. Ахундов. Архитектура древнего и раннесредневекового Азербайджана,
Баку 1986, Азерб. Гос. изд. –во, s.
3. Гюльчохра Мамедова. Зодчество Кавказской Албании, Баку, 2004
4. Гюльчохра Мамедова, Христианское культовое зодчество Кавказской Албании эпохи раннего средневековья, Баку 1985, Элм.
5. Azərbaycan tarixi, 7-cilddə , II cild, Bakı, Elm, 2007, 605s.
6. A. Məmmədli, Azərbaycanın şimal-qərb bölgəsinin tarixi abidələri. Bakı,2013, 228 s.
7. Z.Bünyadov, Azərbaycan Atabəyləri Dövləti, Bakı,1983
8. S. P. Pirsultanlı, Nizami və folklor, Bakı,1976, 65 s.
9. S. P. Pirsultanlı, Nizami və xalq əfsanələri, Bakı, 1983, 123 s.
Резюме
Акиф Мамедли
Что знаем о средневековом гороле Кум
В статье рассматриваются одна из верций о месте рождения великого азербайджанского поета Низами Гянджеви. Некоторые исследователи связывают его рождения с селом Кум Кахского района. Это село в средние века был маленъким городом. Расположенные в селе Кум крупнейший Албанский памятник-Кумская базилика и другие древние строения доказывают, что село Кум в средние века являлся религиозным и кулътурным центром. Об этом в своей книге «Азербайджанское Государство Атабеков» также писал академик Зия Бунядов. С.П.Пирсултанлы тоже, на основании своего сборника фолъклора и сказаний, утверждал вышесказанное.
Summary
Akif Mammadli
The article considers one of the vertions about the birthplace of the great Azerbaijani poet Nizami Ganjavi. Some researchers associate his birth with the village of Kum in the Kakhsky district. This village was a small town in the Middle Ages. Located in the village of Kum, the largest Albanian monument-the basilica of Kuma and other ancient buildings prove that the village of Kum was a religious and cultural center in the Middle Ages. Academician Ziya Bunyadov also wrote about this in his book "The Azerbaijan State of Atabeys". SP Pirsultanov too, on the basis of his collection of folklore and legends, asserted the above.
"GEOSTRATEGİYA" jurnalı №01 (43) YANVAR-FEVRAL 2018
Strategiya.az
Şimal-qərbi Azərbaycan (Bölgənin tarixi-toponimlərin dili ilə)
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM