Hər gün olmasa da baş verəndə hamının qanı qaralır, səbəbləri axtarılır, sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilir. Öz ömrünə qənim kəsilənləri, özlərindən sonra doğmalarını, əzizlərini gözüyaşlı buraxanları xilas etmək heç də həmişə mümkün olmur. Mümkün olanda isə o yaşanan sevinci dillə deməkdə, ifadə etməkdə çoxumuz çətinlik çəkirik. Könül istərdi ki, qulağımız həmişə şad xəbərlər eşidə və intihar kəlməsi dilimizdən, şüurumuzdan birdəflik silinə.
Səbəbləri müxtəlif olsa da sonucu ölümdür. Ölüm isə həyatın qaranlıq tərəfidir və hər birimiz ondan qorxuruq. Çünki onun o üzü görünmür və bu üzü isə yaşamaqdır, işıqdır, sonsuz göylərdir, qiyamətə qədər parlayacaq günəşdir.
Uzunçuluq eləməyim, ancaq bunları yazmalıyam.
Bayram ərəfəsində Xətai rayonu ərazisində intihara cəhd edən 16 yaşlı gəncin həyatını qurtaranın kimliyi bəlkə də çoxunuza maraqlı deyil. Bunu heç sizdən soruşmaq istəmirəm. Deyəcəksiniz əsas odur ki, o xilas olunub. Onu xilas edən isə həm insanlıq borcunu yerinə yetirib, həm də böyük savab qazanıb. Elə həm də böyük qəhrəmanlıq göstərib...
Əslində, onlar ən böyük qəhrəmanlıqları torpaqlarımıza erməni təcavüzü başlayanda göstərdilər və Azərbaycanın döyüş tarixinə silinməz izlər qoymağı bacardılar. Bir deyil, beş deyil, onlarla, yüzlərlə, minlərlədir. Xilaskarlıq, qəhrəmanlıq ənnəsi bu gün də davam edir. “Cəbhədən-cəbhəyə” qanad açan, amalı qorumaq, xilas etmək, dada çatmaq olan polisimizin şərəfli tarixinə öz möhürünü vuran gənclərimizi tanıyıb sonra da sizlərə tanıtmağı özümüzə borc bilirik. Vətənimizin hər bir sərvətindən daha qiymətli olan sərvətini- insanlarını qorumaq, onların gələcəyə inamlarını möhkəmləndirmək, birliyə, bütövlüyə ruhlandırmaq bu gün vətən sevdalı paqondaşlarımızın xidmətinin də, yaşadığı ömrün də əsas qayəsidir...
“Onu necə xilas etdin” sualıma cavab verməyə tələsmədi. Sanki həmin anları bir anlıq yenidən yaşadı. “Həzi Aslanov” metrostansiyasının yaxınlığındakı binada mühafizəyə cəlb etmək üçün obyektə baxış keçirirdim.
Qışqırığa, səs-küyə özümü çölə atdım. Gördüm ki, hamı üzünü qonşuluqdakı binanın 15-ci mərtəbəsində “Yaşamaqdan bezmişəm, mən ölmək istəyirəm”,-deyən gəncə tutub canına qıymamasını xahiş edir, onu fikrindən yayındırmaq istəyir. Bir anlıq hiss etdim ki, hər kəsin nəzərləri mənə dikilib. Tez Növbətçi hissə ilə əlaqə saxladım. Fövqəladə Hallar Nazirliyinin xilasedicilərindən də dəstək göndərmələrini bildirdim. Yaşlı bir qadının: “Bala, sən axı polissən, sən onu xilas edə bilərsən” sözü ağzından çıxmamış ildirim sürəti ilə pilləkənləri çıxmağa başladım. Ancaq ürəyimdə bir qorxu, bir ümidsizlik vardı. Birdən çatmasam, birdən iş-işdən keçsə. Axı insanlar mənə ümid yeri kimi baxırdılar...
On altı yaşlı gənc 15-ci mərtəbədə qışqırıb ağlayır, valideynlərini yanına buraxmırdı. Onunla söhbətə başladım. İnandırmağa çalışdım ki, etdiyi ani bir hərəkət onu bu gözəl həyatdan, doğmalarından, əzizlərindən ya birdəfəlik ayıracaq, ya da o, ömür boyu əlil, şikəst olub yerlərdə qalacaq. Çalışırdım ki, psixoloji təsir edim. Birdən onun diqqətinin aşağıdakı insanlara yönəldiyini görüb özümdə güc tapdım və onu qucaqlayıb var gücümlə dartdım, ikimiz də eyvana yıxıldıq. Sanki, öz doğmamı, əzizimi ölümün cəngindən xilas etmişdim. Onu qucaqlayıb sevincimdən ağladım. Həmin gün xilas etdiyim o gəncin valideynləri əsl bayram sevinci yaşadılar..”...
DİN Baş Mühafizə İdarəsinin Xətai Rayon Mühafizə İdarəsinin tağım komandiri, polis leytenantı Elvin Ələsgər oğlu İmanlı 1984-cü ildə Neftçalada doğulub. Bakı şəhərindəki 201 nömrəli orta məktəbi bitirib. DİN Daxili Qoşunlarda xidməti başa vurduqdan sonra 2004-cü ildə daxili işlər orqanlarına qəbul olunub. 2012-2017-ci illərdə DİN-in Polis Akademiyasında təhsil alıb. Zabit kimi ilk xidmət yeri Nərimanov Rayon Mühafizə İdarəsi olub.
Bu gün dövlətimizin və DİN rəhbərliyinin gəncliyə olan diqqət və qayğısından, gənclərin bilik və bacarığını, həmçinin, özlərini ifadə etmək üçün yaradılan şəraitdən məmnunluğunu bildirən polis leytenantı Elvin İmanlı deyir ki, bu şücaətindən sonra Baş idarə və İdarə rəhbərliyi tərəfindən mükafatlandırılıb və ona “Təşəkkür” elan olunub...
Yeri gəlmişkən, ən böyük arzusunu da məhz elə bu gün, Aprel qələbəmizin növbəti ildönümündə sizlərlə bölüşürük: “Torpaqarımız tezliklə düşmən tapdağından xilas olunsun, yerindən, yurdundan pələsəng olan soydaşlarımız, eləcə də bu gün Azərbaycanın bir çox rayonlarda xidmət edən
qaçqın və məcburi köçkün həmkarlarımız öz dədə-baba yurdlarına qayıdıb orada xidmətlərini davam etdirsinlər.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM