Qadın niyə xəyanət edir?

14:41 / 16.07.2014

Kulis.Az Qəmər Alxanovanın “Nəsrdə qadın xəyanətinin psixoloji motivasiyası” məqaləsini təqdim edir.

                                                                                             

Türk və dünya ədəbiyyatının hər biri öz ölkəsinin və dövrünün ən sevilərək oxunan romanlarının mövzu və ideyalarının, süjet və kompozisiyalarının, kişi və qadın obrazlarının fərqli cəhətələri olduğu kimi, oxşar cəhətləri, bir-birinə xeyli dərəcədə yaxın, hətta bəzən üst-üstə düşən davranış, hərəkət, danışıq tərzləri vardır. Şübhəsiz ki, bədii obrazdakı tipikləşdirmənin düzgün qavranılması, tip və xarakterin açılması, bütövlükdə əsərin ideya məzmununun estetik həllinə yönəlmiş səhnələrin, hadisə və əhvalatların dərki üçün bu davranış, hərəkət, danışıq və mükalimələrin psixoloji alt qatının elmi-nəzəri təhlili lazımdır.

 

Bu məqalədə müqayisə ediləcək romanların bir qismi dünya klassik nəsrinin ən mükəmməl nümunəsi, digər bir qismi xeyli populyar müasir postmodern əsərlərdir. Təhlilə keçməzdən əvvəl, ilk növbədə, məkan və milli mənsubiyyət baxımından rus, fransız və türk, zaman etibarilə XIX, XX və XXI yüzilliklərə aid olan bu romanların qısa məzmununa, xüsusən bu məzmunlardan çıxan müştərəkliyə, ideya bənzərliyinə, oxşar məkan və şəraitin ortaya çıxardığı həmahəng obrazlara və tipoloji həyat həqiqətlərinə fikir verək.

 

“Eylül” ( Məhməd Rauf ) romanının baş qəhramanı Suat Sürəyya ilə evlidir. Bacısının münasibətinin olduğu və həyat yoldaşının yaxın dostu Nəcibin onların yaşadıqları evə gəl- getlərindən sonra ülvi bir yaxınlıq baş verir. Nəcib Suatdan uzalşamağa çalışır, tif xəstəliyinə tutulur. Yaxşılaşdıqdan sonra Suatın o xəstə olarkən unutduğu əlcəyini bacısı Həcərin tapmasından sonra bir çox insan bu məhəbətti öyrənmiş olur.Bununla da Suat da, Nəcib də bir- birlərinə olan məhəbbətlərini bir – birlərinə etiraf edirlər. Yaşadıqları villada yanğın baş verir. Suatın içəridə qaldığını öyrənən Nəcib Sürəyyadan əvvəl içəri atılır. Suat da Nəcib də yanaraq ölürlər.

 

 

 

 

“Eşqi-məmnu” (Xalid Ziya Uşaqlıgil) romanının (son illərdə bu əsərin motivləri əsasında çəkilmiş və tamaşaçıları ekran başına kilidləyən televiziya serialını xatırladırıq!) baş qəhramanı Bihtər 22 yaşında gənc və gözəl bir qadındır. O, yüngül xasiyyət qadınlar kimi ətraf mühit tərəfindən “Melih bəy dəstəsi” olaraq tanınan qadınlardan biridir. Firdevs xanımın qızıdır. 50 yaşlarındakı dul, iki uşaq atası Adnan bəy ilə evlənmişdir. Həyatındakı əskikliyi hiss etməyə başlayır və kef məclislərinin daimi sakini olan Behlüllə gizli münasibət yaşamağa başlayır. Adnan bəyin 15 yaşlı qızı Nihal Bihtəri xoşlamır. Qardaşı Bülənti, uzun illərdir ki, evə can-başla qulluq edən xidmətçilərini və mürəbbiyəsini ondan Bihtər ayırmışdır deyə düşünür. Firdevs xanım xəstələnir və qızının evində yaşamağa başlayır. Behlülə Nihalla evlənməyi məsləhət görür. Bu müddət içərsində Behlül Bihtərə xəyanət edir. Bunu qəbul edərək münasibətinə davam edən Bihtər Behlülün Nihalla evlənəcəyi fikrinə qısqanclıqla yanaşır. Onların münasibətindən evin işçisi və Nihala aşiq həbəşi Bəşir də xəbərdardır.

 

O, vərəm xəstəliyinə tutulur. Behlüllə Bihtərin söhbətini eşidən Nihal özündən gedir. Hər şeyi atasına danışır. Bəşirin köməkliyi ilə xəyanət dəqiqləşdirlir. Otağına çəkilən Bihtər Adnan bəyin onu daşındırmaq üçün etdiyi təkidlərə baxmayaraq intihar edərək özünü öldürür. Behlül qaçır. Bəşir xəstəlikdən vəfat edir. Adnan bəy qızı və oğlu ilə adaya bacısının yanına gedir. Daha sonra mürəbiyyəni və digər işçilərini geri qaytarır.

 

“Anna Karenina”( Lev Tolstoy) romanın baş qəhrəmanı Anna bibisinin təkidi ilə Aleksandroviçlə evlənmişdir. Səkkiz illik evlilik müddətinə baxmayaraq o həyat yoldaşını sevə bilmir. Yoldaşı onla maraqlanmır. Bu səbəblə də Anna ona yaxınlaşmaq yerinə ondan uzaqlaşır. Peterburqa gedərkən yolda Vronski ilə tanış olur. Ona vurulur. Annanın altı yaşında bir oğlu vardır. Vronskidən uzalaşmağa çalışır. Moskvadan Peterburqa geri qayıdır, ancaq Vronski Peterburqa onun ardınca gəlir.Vronski Anna ilə yaşamaq üçün karyerasındakı uğurlardan belə vaz keçir.

 

At yarışında Vronskinin atdan yıxıldığı vaxt narahatlığını gizləyə bilməyən Annanın bu gizli məhəbbəti ortaya çıxır. Həyat yoldaşı onunla danışır və Anna hər şeyi etiraf edir. Anna Vronskidən hamilədir. Aleksandroviç hər şeyi görməməzdən gəlməyə çalışsa da Annanın məşuqəsini evə çağırmasını gördüyü andan etibarən boşanmağa qərar verir. Anna doğum müddətində xəstələnir, etdiklərindən peşman olan qadın həyat yoldaşından onu bağışlamasını, peşman olduğunu dilə gətirir.

 

Aleksandroviç Vronskiyə Annadan ayrılmayacağını deyir. Vronski intihar edir. Ancaq ölmür. Anna evinə dönsə də yenidən Vronskiyə geri qayıdır. Bir müddət İtaliyada, sonra Peterburqda yaşayırlar. Ancaq Anna Aleksandroviçlə rəsmi şəkildə evlidir və nikahdadır. Vronski ilə ciddi problemlər yaşayan Anna depresiyaya girir. Uzun müddətdir ölüm haqqında düşünən qadın qəhrəman Vronskinin anasının onun üçün seçdiyi qızı görmək üçün getdiyini öyrənir, özünü qatarın altına atır. Vronski bundan çox təsirlənir və ölmək məqsədi ilə müharibəyə gedir. Aleksandroviç Annanın Vronskidən olan qızını yanına gətirir.

 

«Şimşək» (Peyami Səfa) Əsərin baş qəhrəmənı Pərvindir. O, zəif və xəstə Müfidlə evlidir. Təmiz həyat sürməyən Pərvin Müfidin dayısı Sacidlə münasibətdədir. Bütün bunlardan xəbərsiz Müfid şübhələnməyə başlayır. Sacid ilə yanaşı bir çox kəslərlə də münasibətdə olan Pərvin bəzən vicdan əzabı çəkir. Müfid isə evi tərk etmək, Sacidi tənha qoymaq istəyir. Şübhə hissi onsuz da sağlam olmayan Müfidi tamamən xəstə vəziyyətə salır.

 

Şübhələrinə kiçik dəlillər tapan Müfid evi tərk edərək xalasının yanana gedir. Səhhəti daha da pis vəziyyətə düşür. Pərvin əfv diləmək üçün onun dalınca gəlir. Pərvini bağışlamasa da Pərvin onun yanında qalır, Sacid də gələrək Müfidin yanında onun növbəsini çəkirlər. Qaranlıqda şimşək çaxır. Otağa düşən işıqda Müfid Pərvin və Sacidin münasibətini görür. Sacidlə Müfid bir-birlərini öldürür. Pərvin isə ağlını itirir. Baş verən hadisənin yeganə şahidi olan Pərvin sirlərini də içinə gömərək nevroloji xəstəxanaya düşür.

 

“Terese Raken”( Emil Zolya) əsərinin baş qəhramanı Raken uşaqlıqdan bibisinin yanında böyüyüb. O, bibisinin xəstə və zəif oğlu Kamillə evləndirilir. Kamilli sevməyən Terese ərinin dostu Laurentə vurulur. Ərinə onunla xəyanət edir. Laurent Teresin köməyi ilə əirini çaya atır. Kamill ölür. Kamillin ölümündən sonra Laurent ilə Terese bir-birindən nifrət etməyə başlayırlar. Kamillin ölümündən sonra qazanılmış qorxu və psixoloji böhran hissi ilə Terese ilə Laurent bir-birini öldürürlər.

 

 

 

 

 

 

“Başucumda musiqi”( Kürşat Başar) romanının baş qəhrəmanı orta məktəbi bitirdikdən sonra gənc bir diplomatla öz istəyi ilə evlənərək Amerikada yaşamağa başlayır. O, Türkiyəyə gəldiyi vaxt Ankaradaki bir ziyafətdə Fuad bəyi görür. Fuad ondan yaşca çox böyükdür. Daha əvvəl o, on dörd yaşında ikən Fuadı görmüşdü.

 

Fuada aşiq olur. Fuad da ona. Ailəli olmaqlarına baxmayaraq uzun müddət məktublaşan, telefonlaşan bu insanlar daha sonra çeşidli ölkələrdə görüşürlər. Daha sonra bu qadın qəhrəman hər şeyi öz həyat yoldaşına danışır. Boşanmağa qərar veirir və boşanır. Lakin Fuad siyasətçidir, bu qalmaqal səbəbi ilə öz yoldaşından ayrıla bilmir. Siyasi vəziyyət çətinləşir. Baş qəhrəman Türkiyədən uzaqlaşaraq rəfiqəsigilə gedir. Orda da davamlı Fuadla danışır. Fuad həbs olunur. Ancaq buna baxmayaraq həbsxanadan ona məktub yazır. Bir səhər qardaşı zəng edərək Fuadın özünü adığını xəbər verir. Qeyd edək ki, bu romanın mövzusu real həyatda baş vermiş əhvalatdan götrülüb. Menderes dövrünün nazirlərindən biri olan Fatin Rüştü və məşuqəsi Vəsamət Kutlunun məhəbbət macərasından bəhs edir.

 

“Aldatmaq” ( Əhməd Altan) romanının baş qəhrəmanı Aydan yüksək səviyyəli bir bankda işləyir. Həyat yoldaşı çevrəsi tərəfindən bəyənilən bir cərrahdır. Selin adlı qızı var. Qonşular ondan bir gün binanın həyətində tikiləcək uşaq oyun mərkəzinin layihəsi üçün memarla danışmağı xahiş edirlər. Cem zəngin bir ailənin övladıdır. Aydanın qonşusudur. Cemlə onun arasında fiziki münasibıt başlayır. Ancaq həyat yoldaşını daha əvvəl iş yoldaşı Həsənlə də aldatmışdır. Cemlə olan gizli münasibətdən bir müddət sonra bitir. Cem Aydandan soyuyur. Aydan psixi problemlər yaşayır. Qonşuların evlərindən xırda şeyləri oğurlamağa (kleptoman!) və daha sonra oğurladığı əşyaları zibil qutusuna atmağa başlayır. Şübhələnən qonşular polisə şikayət edirlər, lakin sonradan şikayət ərizələrini geri götürürlər. Həmin axşam Aydan hər şeyi yoldaşına etiraf edir. Xalıq uzun müddət düşündükdən sonra Aydanı və qızını götürərək başqa bir şəhərə təyinat alır və İstanbuldan uzaqlaşır.

 

 

 

“Eşq” ( Elif Şəfəq) Ella evlidir. Üç övladı var. Həyat yoldaşı ona xəyanət edir. Ancaq bu sadiq qadın ailəsinə sərf etdiyi zəhmətindən imtina etmir. O ədəbiyyat fakültəsini bitirib. Ancaq heç vaxt işləməmişdir. Bir gün nəşriyyat evindən iş təklifi alır. Müəyyən əsərləri oxuyub bu əsərləri şərh etmək. Ona verilən ilk əsərin adı “Eşq şəriəti” adlanır. Əsərin müəllifini inernet saytlarında axtarırır, onun mail adresini tapır. Fotoqraf Əzizlə yazışmağa başlayır. Heç vaxt aşiq olmayan Ella Əzizin ruhundakı sufi duyğulara vurulur. Ella hər şeyi ərinə etiraf edir. Əzizlə görüşür.

 

Lakin Əziz ona fiziki yaxınlıq göstərmir. Çünki Ellanın vicdani baxımdan narahatlıq yaşamağını istəmir. Əziz xərçəng xəstəsidir. Ömrü az qalmışdır. Buna baxmayaraq Ella onunla birlikdə öz ailəsini tərk edir. Əziz Konyada Şəmsi Təbrizinin və Cəlaləddin Ruminin dəfn edildiyi yerdə dəfn edilmək istəyir. Ömrünün son günlərini Konyada keçirir və burada ölür. Ella onu dəfn etdikdən sonra Bostona qayıdır.

 

Bu səkkiz əsərin qısa məzmunlarından göründüyü kimi, hamısı üçün ortaq olan ən mühüm tipoloji məqam bu əsərlərin qadınmərkəzli olması, xəyanət və sonrakı peşmançılıq üzərində qurulması, real dünya ilə öz xəyal aləmləri arasındakı ziddiyyət, şəxsi mənafelərin cəmiyyətin ümumi əxlaq qanun-qaydaları ilə toqquşması, yalan üzərində qurulmuş saxta ailə adət-ənənələri ilə uyuşmayan fərdi səadət axtarışları, bilərək əsl sevgi uğrunda hər şeyi, hətta ailəsi və çox sevdiyi övladlarını tərk etmək, ölümü gözünün içinə dik baxmaq kimi ən cəsarətli addımları atmaq və s., və i.a.

 

“Eylül” romanını baş qəhrəmanı Suat romanın ilk hissələrində həyat yoldaşını çox sevdiyini düşünür. “Terese Raken”in baş qəhrəmanı isə bibisi oğlu Kamile bağlanmışdır, çünkü uşaqlıqdan bir yerdə böyüyüblər. “Başucumda musiqi” romanının qadın qəhrəmanı özü evlənib diplomat əri ilə Amerkaya gedib. “Eşq”ın qəhrəmanı Ella həyat yoldaşına sadiq bir qadın kimi təsvir edilib. “Aldatmaq” romanının baş qəhrəmanı Aydan isə yoldaşı Xaluqu sevir. Ancaq bütün bu qadın obrazlarının həyat yoldaşları ilə olan sədaqət əlaqələri yeni sevdalara qapıların açıldığı gün sona yetir.

 

Bu qadınların hamısı ailəlidirlər. Həyat yoldaşları ilə məhəbbət əskikliyi yaşasalar da onlarla dost olmaq istəyindərirlər. Əsasən Bihtər, Ella, Pərvin, Aydan və “Başucumda musiqi” əsərinin baş qəhrəmanı bu mövzuda daha çox istəklidir.

 

Anna, Bihtər, Aydan, Pərvin “Başucumda müsiqi”nin qadın qəhramanı (müəllif əsərdə onun adını əks etdirməmişdir), Terese həyat yoldaşlarını fiziki olaraq da aldadırlar. Suadla Ella isə mənəvi xəyanət edirlər. Hamısı axtardıqları məhəbbəti tapdıqlarına inandıqları üçün təhlükədən qorxmurlar. Bihtər, Aydan və Terese bu barədə daha cəsarətlidirlər. Bu qadınların çoxu həyat yoldaşlarına xəyanət etdikləri üçün mənəvi narahatlıq yaşayırlar. Anna, Bihtər, Terese və Suad ən çox narahatlıq yaşayanlardır. Terese və Bihtər özləri ölümə doğru gedən qadınlardır. Peyami Safanın «Şimşək» romanındakı Müfid obrazı Emil Zolyanın «Terese Raken» əsərindəki Kamill obrazına çox bənzəyir. Hər iki obraz həyat yoldaşı tərəfindən xəyanətə məruz qaıb, hər iki obraz fiziki cəhətdən zəif olub (bu zəiflik uşaqlıqdan həyatlarının sonuna qədər davam etmişdir), hər ikisi arvadlarının məşuqları tərəfindən qətlə yetirilib.

 

«Şimşek»in qəhrəmanı Müfid Pərvinlə ona xəyanət edən dayısı Sacid tərəfindən, Kamill isə həyat yoldaşı, dayısı qızı Terese ilə ona xəyanət edən Laurent tərəfindən öldürülüb. Bu iki qəhrəmanın fərqlərindən biri Müfid Zolya qəhrəmanından fərqli olaraq heç olmasa xəyanətə məruz qaldığını hiss etməsi, görməsi və Sacidi öldürməsidir.

 

Bütün bu romanların hamısı əsər qəhrəmanlarının əsərin əvvəlində saf və qərarlı təsviri ilə başlayır. Ancaq hadisələr inkişaf etdikcə qəhrəmanlar realist həyatın bəxş etdiyi hadisələrə iradəsizlik göstərirlər. Bu bütün obrazlarda eyni deyildir. Bəziləri sevgi, bəziləri ehtiras qurbanıdır. Məsələn, Peyami Safanın “Şimşək” romanının baş qəhramanı Pərvin məhəbətdən çox ehtirasın qurbanıdır. Bu mövzuda Lev Tolstoyun Anna, Xalid Ziya Uşaqlıgilin Bihtər, Zolyanın Terese, Əhməd Altanın Aydan obrazı eynilik təşkil edir.

 

Məhməd Raufun “Eylül”, Əlif Şəfəqin “Eşq”, Kürşat Başarın “Başucumda musiqi” romanlarının qəhrəmanları ehtirasdan çox aşiq olduqları üçün həyat yoldaşlarına xəyanət edirlər. Bu romanlar içərsində “Eyül”, “Eşqi-məmnu”, “Terese Raken” və “Anna Karenina”nın qadın qəhramanları ərlərini aldatdıqları zaman böyük bir vicdan müharibəsinə düçar olurlar. Əsər boyu çeşidli formalarda qadınların özləri ilə sual-cavabları, vicdanları ilə mükalimələri təsvir edilmişdir. Qadınlardan sadəcə “Başucumda musiqi” romanının qadın qəhrəmanının məşuqu evlidir. Bu səbəblə də baş qəhrəman öz həyat yoldaşından ayrılsa da qarşı tərəfin ailəli olması səbəbi ilə sevdiyi insanla qanuni şəkildə yaşaya bilmir. “Eşqi-mənmu” romanının baş qəhramanı Bihtər 50 yaşlarındakı Adnan bəylə evlənmuşdir. Maddi məsələlər üçün və mənəvi dayaq axtarma istəyi Terese Raken əsərinin baş qəhrəmanı Rakendə və Anna Karenina romanında Bihtərlə eyni sayılır. Bu səbəblə də daha sonra bu üç qadın həyatlarında əskikliyin fərqinə varmağa başlayırlar. Rakenin həyat yoldaşı xəstə bibisi oğludur. Gəncliyinə baxmayaraq o xəstədir. Anna da Vronskini yaşlı Aleksandroviçdən bezdiyi günlərdə tapmışdır. Aydan qonşusu Cem ilə sadəcə fiziki ehtiyac üçün bir yerdədir. Bu mövzuda Bihtərlə yaxındır. Suat Nəcibə, Rakenin məşuqəsinə bağlandığı kimi sənət və fərqlilik səbəbi ilə bağlıdır. “Eşq ” romanının baş qıhrəmanı Ella xoşbəxt deyil. O, bunu özünə etiraf etmir. Lakin, qızı ilə arasında çıxan münaqişədən bunu öyrənirik.

 

Əhməd Altanın “Aldatmaq” romanında isə Aydanın ilk dəfə həyat yoldaşını aldatma hadisəsi belə nəql edilmişdir: “Daha önce hiç kocanı aldattın mı? Aydan hemen “hayır” demişti. Sonra  da aynı hızla “evet”diye cevabını değişmişti... Zaten aradığım sevişme filan değildi aslında  kendimi kadın hissetmeyi özlemiştim...” ( 1,s.120-121)

 

Başucumda musiqi romanının qadın qəhramanı Fuadın “məşuqəsi, aşnası” kimi yaşamağı gözə alacaq qədər hazırdır! Fuad onun ilk və son məhəbbətidir, həyatına çox-çox əvvəl, hələ o, on dörd yaşında ikən girmişdir. Ən mühüm olan isə budur ki, bu məhəbbət qarşılıqlıdır. Fuadla onun münasibətləri, fiziki yaxınlıqları uzun sürmür, təxminən 4-5 il davam edir və Fuadın asılaraq edam edilməsi ilə bitir, lakin mənəvi münasibətləri bir ömür boyu – həm Fuadın sağlığında, həm də onun yoxluğunda sürür.

 

Romanın həm də təhkiyəçisi olan qəhrəman qız ötən əsrin ortalarında yaşadığı bu müqəddəs duyğuları Fuadın ölümündən keçən 40 il müddətində də qoruyub saxlayır. Bütün bu olub-bitənlər də romanda aradan keçən bu uzun ayrılığın sonunda onun dilindən nəql edilir. O, sevib seçdiyi və ya seçib sevdiyi üçün o heç bir zaman peşmançılıq hissi keçirmir. Yalnız L.Tolstoyun məşhur romanının Annası kimi ara-sıra özü ilə, öz duyğuları ilə haqq-hesab çəkir, özünü məzəmmətləyir, hərəkətlərinin milli-mənəvi adət-ənənələr, qəbul edilmiş ümumbəşər əxlaqı, şərqli mentaliteti və türk törə-kodeksi ilə uyuşmadığına görə utanır. Bu mövzuda ella da adı çəkilən qadınlar kimi gözü qaradır. Gözünü bağlayan tək şey vardır. Eşq! Eşq bütün bu qadınların bəzən ehtiras pərdəsi, bəzən ülviyyət pərdəsi ilə gözünü bağlayan tək vasitədir.

 

Həyat yoldaşının qətlində iştirak edən Raken daha sonra uğrunda qatilliyi gözə aldığı Laurentdən nifrət etməyə başlayır. Əsərin sonraki mərhələsi Raken və Laurentin vicdan müharibəsi ilə təsvir edilmişdir. Vicdanın sual cavablarına tab gətirə bilməyən bu iki aşiq və məşuq bir birlərini Rakenin düzəltdiyi zəhəri içərək öldürməyi planlaşdırılar. Romanlar içərsində ölüm mövzusu çox təqdim edilmişdir. Əsərlərdən “Eylül”də Suat və Nəcib yanğında ölmüşdür. “Terese Raken” də Raken və məşuqəsi Laurent qərar verərək bir-birlərini öldürmüş, yəni birlikdə intihar etmişdir. “Eşqi-məmnu”da Bihtər xəyanəti ortaya çıxdıqdan sonra intihar etmişdir. Eyni formada “Anna Karenina” romanının Anna obrazı da intihar etmişdir, ancaq Tolstoyun baş qəhramının xəyanəti əsərin ortalarında həyat yoldaşı Aleksandra məlum olmuşdur. Uşaqlıgilin qadın qəhrəmanın isə xəyanəti əsərin sonlarına doğru öyrənilir. “Şimşək” romanında Pərvinin xəyanət etdiyi yoldaşı Müfid məşuqəsi tərəfindən öldürülmüşdür. “Başucumda musiqi” romanında isə qadın qəhrəmanın məşuqəsi Fuad hökümət tərəfindən asılmışdır. “Eşq” romanında isə Ella alt  ay ömrü qalmış Əziz (Zahara) ilə qaçmasına baxmayaraq Əziz vəfat etmişdir. Romanlar içərsində təkcə “Aldatmaq” romanında ölüm mövzusu təqdim edilməmişdir.

 

“Terese Raken” romanında Rakenin çətin geçirdiyi həyatını yazıçı aşağıdakı kimi təsvir etmişdir: “Son derece soğukkanlı bir kızdı. Sakin görünüşünün altında patlamaya hazır, coşkulu bir mizacı vardı. Kendini hep hasta bir çocuğun yanında sanıyordu. Yavaş konuşan, ağır hareket eden, durgun, sessiz, yaşlı bir kadın gibiydi” (3, 2003, 14).

 

“Eylül”də isə aldatmağın ancaq ailə içərisi xəta deyil. Evlilik modeli ilə bağlı bir xəta olduğunu açıqlamaq üçün yazıçı aşağıdakı cümlələri təqdim etmişdir: “Birden Necip’in “hep kabahat daima aynı hayatı sürmekte,” sözü kulaklarını yırttı. Evet değişmek gerekmez miydi? Eğer bugün yalnızca varlığıyla kocasını başqa isteklerinden uzak tutamıyorsa ve bunun sebebi hayatlarının daima tek renk olması ise… Bundan sonar o korktuğu geleceğe egemen olabilmek için hayatını değiştirmeli miydi? Şimdiye kadar hayatlarını hiçbir hesapla düzenlememiş, hep olayların akışına uydurmuştu” (5, s.30-31).

 

Romanlarda yaşanan evlilik mövzusundakı bənzər və fərqli cəhətlərin yanında xəyanət mövzusunda da bənzər və fərqli cəhətlər mövcuddur. Bənzər tərəfi bütün qadınlar bu və ya başqa formada həyat yoldaşlarını aldaırlar. Əsərlərdən “Terese Raken”in Rakeni qohum evliliyini yaşayır. Bəzi qəhrəmanlar isə maddi səbəblər üçün evlidirlər. (“Eşqi-məmnu”, “Anna Karenina”). Yuxarda sadalanan bütün yaşayış formaları və səbələr bu qadınların sədaqətini axıra qədər aparıb çıxarmır. “Eşq” romanının sözü gedən qəhrəmanı özü də həyat yoldaşı tərəfindən aldadılır.

 

Qəhrəmanlar ailələrində əldə edə bilmədikləri uğuru (mənəvi və ya fiziki) birlikdə xəyanəti reallaşdırdıqları kişilərdə axtarırlar. Romanlardakı xəyanət fəsilləri və vaxtları fərqlidir. Əsərin sonlarına doğru qadın qəhrəmanların mənəvi aləmlərinə baxarsaq bəziləri etdiyi xəyanət səbəbi ilə peşmandır, bəziləri isə peşman deyil. “Eşqi-məmnu”nun Bihtəri, “Anna Karenina”nın Annası, “Terese Raken”in Rakeni, “Eylül”ün Suadı, “Aldatmaq”ın Aydanı (az da olsa), “Başucum-da musiqi”nin baş qəhrəmanı (az da olsa) peşmançılıq hissi içərsində təsvir edilmişdir. Sadəcə Ella ( “Eşq”) bu hissdən kənarda təsvir edilib.

 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM