“Politoloq Hikmət Hacızadənin 1937.az-a müsahibəsində Xalq şairi Səməd Vurğunla bağlı səsləndirdiyi fikirlər etiraza səbəb olub. Politoloqun iddiaları ilə bağlı keçirdiyimiz sorğunu təqdim edirik:
Elçin Şıxlı:
“Səməd Vurğunu tənqid etmək artıq tendensiyaya çevrilib. Görünür, Hikmət Hacızadə o söhbəti edəndə kefi olmayıb. Ya da özü də Səməd Vurğun kimi şeir yazmaq istəyib, alınmayıb. Nəticədə, belə fikirlər səsləndirməyə başlayıb. Mən onu şəhər intiligenti kimi tanıyıram və belə şeylər haqqında danışmağını normal qəbul edə bilmirəm. Çünki o, rus məktəbini bitirib və Səməd Vurğunun əsərlərindəki Azərbaycan dilinin gözəlliklərini anlamaz. Bəlkə də, tərcümədə oxuyub, xoşuna gəlməyib. Görünür, onun haqqında danışan yoxdur deyə bu cür gündəmə gəlmək istəyir. Böyük adamlara çamur atmaqla tarixdə qalmaq eşqinə düşüb”.
İbrahim İylaslı:
“Səməd Vurğunun son zamanlar tənqid hədəfi olmağının başqa səbəbi var. Ələlxüsus da, siyasətçilərin bununla məşğul olması qəbuledilməzdir. Çünki bu işlə məşğul olmalı olan ədəbi tənqid var. Əgər siyasətçi bu barədə fikir bildirirsə, deməli, onun şəxsi marağı var. Marağı varsa da, deməli, Səməd Vurğun böyük şair olub ki, ona münasibət bildirməklə gündəmə gəlmək istəyirlər. Hikmət Hacızadənin son zamanlar siyasətdə də adı hallanmır. Nə etsin, nə iş görsün bəs? Səməd Vurğunu tənqid edir ki, camaat reaksiya versin, desinlər ki, hə, bu da var imiş. Əgər bu fikirləri ədəbiyyatşünas desəydi, onun ətrafında polemika aparmaq olardı.
Əlbəttə, heç kim büt deyil. Hər bir yazıçını, hətta klassikləri belə tənqid etmək olar. Ancaq bu, ədəbiyyatçıların işidir”.
Fikrət Qoca:
“Hikmət Hacızadə kimi adamları səfir göndərmək yox, qutuda saxlamaq lazımdır ki, görən olmasın. Səməd Vurğun haqqında bu cür fikir bildirən adam üçün bundan artıq heç nə deyə bilmərəm. O,bu münasibətə layiqdir”.
Vaqif Nəsib:
“Özlərini tanıtmaq xatirinə çığır-bağır salırlar. Səməd Vurğunun Sovet hökumətinə yazdığı şeirlər də sənətkarlıqla yazılıb. Onun şeirində ancaq yaradıcılıq axtarmaq lazımdır. Səməd Vurğun “Eşqimi açdığım, söylədiyim yer, dumanlı bir gündə məzarım olsun” deyən şairdir. Hikmət Hacızadə bu fikirləri səsləndirməklə yarımçıq həkim, yarımçıq siyasətçi olan Sərdar Cəlaloğluna bənzədi”.
Əkbər Qoşalı:
“Hikmət Hacızadə Azərbaycanın Rusiyadaki səfiri olub. Mətbuatda tez-tez görünən imzalardan biridir. Onun Azərbaycan mədəniyyətinin, şeirinin inkişafında müstəsna xidmətləri olan şair haqqında belə ifadələr işlətməsi, ilk növbədə, özünə böyük ayıb gətirir. Mən yazar olaraq da, oxucu olaraq da, hesab edirəm ki, nəinki Səməd Vurğun kimi böyük şair barədə, haqq dünyasında olan hər hansı bir adam haqqında bu cür danışmaq doğru deyil. O, fikirlərini korrektə etmək məcburiyyətində idi. Hikmət Hacızadənin dedikləri ilə tanış oldum, və təəssüf edirəm ki, o, belə bir açıqlama verib”.
Məti Osmanoğlu:
“Hikmət Hacızadə Azərbaycan dilini Səməd Vurğunu oxuyacaq və başa düşəcək səviyyədə bilmir. Ona görə də onun dediklərini ciddi qəbul etmək olmaz...”
Əliqismət Bədəlov:
“Hikmət Hacızadə öz ana dilində əməlli-başlı danışa bilmir. Onun Azərbaycan poeziyası haqqında fikir söyləməsi gülüncdür. Səməd Vurğun Azərbaycan poeziyasının ən yüksək zirvələrindəndir. Hikmət kimilər belə zirvələrin yamaclarına qalxa bilməzlər. Onları milli-mənəvi dəyərlərimizdən, milli sərvətimizdən çox öz maddi maraqları daha çox maraqlandırır. Görünür, onu antimilli dairələr danışdırır. Hikmət Hacızadənin Azərbaycan dilində danışığı “Dərviş Parisi partladır” filmindəki Müsyö Jordanın danışığına bənzəyir. Beləsindən bundan artıq heç nə gözləmək olmaz”.
Afaq Şıxlı:
“Ümumiyyətlə, bu neçə vaxtda ürəyimdə çox sözlər yığılıb qalmışdı. Səməd Vurğuna, başqa qazaxlı yazarlara qarşı sanki gizli, hətta heç gizli də yox, əməlli-başlı açıq müharibə elan edilib.
İlk öncə bunu demək istəyirəm: Niyə Qarabağ – Azərbaycanın musiqi ocağı, yurdumuzun konservatoriyası deyiləndə qəlbimiz fərəhlə dolur?
Qazağın, həqiqətən də, söz, şeir, şirin kəlam ocağı olmasını dilimizə gətirməyə qoxmamaq üçün mütləq onu da mı itirməliyik? Bəlkə, hələ gec deyil? Bəlkə, düşmənlərə qurban edək, sonra da Səməd Vurğunun Azərbaycan şeirindən bu parçanı ağlaya-ağlaya dilimizdə əzbər edək?
– Min Qazaxda köhlən ata,
Yalmanına yata-yata...
At qan tərə bata-bata
Göy yaylaqlar belinə qalx,
Kəpəz dağdan Göygölə bax!
Səməd Vurğunun yaşıdı belə olmayan, onunla söhbət edib bir masaya oturmaq şansını yaxalamayan Hikmət bəy və özünə yaraşdırıb ona “səviyyəsiz” deyən başqaları onun hansı səviyyəsizliyini görüblər ki? Şeirlərinə görə, fikir yürüdürlürsə, onun şeirləri əsil şeirdir!
Səməd Vurğunu və vətənimiz Azərbaycanı, sərhədlərindən çox-çox uzaqlarda başqa xalqlara tanıdan və sevdirən şeirlərə – Səməd Vurğunun “daha bir axmaq şeiri” deyən insanlara, əlbəttə ki, Moskvada yaşayan bir yazarın bu sözləri təsir etməyəcək. Heç olmasa, başqalarına təsir etsin və sabah, o biri gün, bir daha belə sözlər eşidəndə, onlar bu insanlara cavab versinlər.
Kimisə bəyənməmək olar. Dostoyevskini də, Vurğunu da. Lakin təhqir özünə “ziyalı” deyən heç bir ziyalıya yaraşmaz!
– Mən yaranmamışam göylər övladı,
Əzəl şöhrətimdir torpağın adı.
Bu eşqim çoxuna qismət olmadı...
Şairim, aç payla söz xəzinəni!
Şeiriyyat ilhama çağırır məni!
Bu sözlərdən qanı coşmayan adamlara, sadəcə, ürəyim ağrıyır! Doğrudan da, Vurğun eşqi çoxlarına qismət olmayıb! \1937.az/
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM