SİYASİ QƏTLİN DİAQNOZU-TERROR!

16:35 / 17.07.2018

Elman Nəsirov

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN DEPUTATİ, AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASININ SİYASİ ARAŞDIRMALAR İNSTİTUTUNUN DİREKTORU, SİYASİ ELMLƏR DOKTORU, PROFESSOR

Prezident İlham Əliyev 3 iyul və 10 iyul tarixlərində Gəncədə törədilmiş mütəşəkkil cinayət əməllərini məhz terror aktları kimi qiymətləndirmiş, hədəfində dövlətçiliyimizin dayandığını vurğulamışdır.

Heç şübhəsiz, cənab Prezidentin Gəncə iğtişaşlarına və onun nəticələrinə verdiyi obyektiv qiymət terror fenomeni ilə bağlı elmi mülahizə və müzakirələrin aktuallığını daha da artırmışdır. Elə bu məntiqdən çıxış edərək terror cinayəti ilə bağlı bəzi fikirlərimi qədirbilən oxucularımızla bölüşmək istəyirəm.

Bir qrup ekspert hesab edir ki, terrorçular qətllər törətdiyinə, adamları girov götürdüyünə, təyyarələri qaçırdığına və digər qanunazidd əməllərə imza atdıqlarına görə onları daxili və beynəlxalq hüquq prinsiplərinə əsasən adi cinayətkar hesab etmək və haqqlarında həbs qəti imkan tədbiri seçmək olar. Digər qrup ekspert isə terrorizmi hərbi əməliyyat, müharibənin bir forması kimi dəyərləndirir və ya onunla milli-azadlıq hərəkatı arasında bərabərlik işarəsi qoyurlar.

Şübhəsiz ki, terror aksiyası prosesi adi cinayət əməli ilə də müşayiət oluna bilər. Eyni zamanda cinayətkar elementlər terror taktikasından da istifadə edə bilərlər. Burada bir nüansı nəzərdən qaçırmaq olmaz. Cinayətkarlıq şəxsi maraqların təminatına xidmət edir. Bu halda terror taktiki vasitə kimi ikinci dərəcəli rol oynayır və əsas məqsədin reallaşmasına- zənginlənməyə, varlanmağa xidmət edir.

Terrorçular isə, hər şeydən əvvəl, siyasi məqsədlərinə çatmaq üçün, məsələn, bu və ya digər təşkilata mənsub olan məhbusların azad olunmasında, bu və ya digər məsələdə mövqelərini dəyişmək üçün hakimiyyətə təzyiq göstərilməsində və s. zorakılıqdan istifadə edirlər. Onu da qeyd edək ki, adi cinayətkarlardan fərqli olaraq terrorçular əksər hallarda cinayətlərini gizlətmir və törətdikləri qanunazidd əməllərə görə məsuliyyəti öz üzərlərinə götürərək daha geniş ictimai rezonansa nail olurlar.

Eyni fikirləri terrorizm ilə müharibə və ya terrorçuluq ilə milli-azadlıq hərəkatı arasında bərabərlik işarəsi qoyulması ilə bağlı cəhdlər haqqında da söyləmək olar. Onları birləşdirən ümumi cəhət hər birinin siyasi zorakılığın müxtəlif formaları olmasıdır. Ayıran fərqli cəhət isə ondadır ki, istənilən hərbi münaqişədə tərəflərin mübarizəsi, hər şeydən əvvəl, mülki əhaliyə qarşı deyil, hərbi birləşmələrə qarşı aparılır. Terrorçular üçün isə əsas hədəf məhz mülki əhalidir.

Milli-azadlıq hərəkatına gəldikdə isə qeyd olunmalıdır ki, o əhali tərəfindən daha geniş müdafiəsi və kütlələrin bu mübarizədə yaxından iştirakı ilə xarakterizə olunur. Terrorçular isə kütlədən kənarda fəaliyyət göstərir, onların törətdikləri qanlı terror aktları əhali tərəfindən müdafiə olunmur. İstisna olunmur ki, müharibə və ya milli-azadlıq mübarizəsi gedişində terror aksiyaları da törədilə bilər, lakin bu halda o yeridilən strategiyanın əsas həlqəsi deyil, müşayiətedici elementi qismində çıxış edəcəkdir.

Göründüyü kimi, terrorçuluq zahiri əlamətləri və təzahür formaları baxımından olduqca mürəkkəb fenomen olmaqla bir çox xüsusiyyətləri baxımından adi cinayətkarlığa da, müharibənin və ya milli-azadlıq mübarizəsinin xüsusi formasına da bənzəyir. Lakin bu oxşarlıq zahiri və vizual məzmun daşıyır.

Terrorçuluqun mahiyyəti ilə bağlı araşdırmalar onun aşağıdakı özünəməxsus xüsusiyyətlərini göstərməyə imkan verir:
Birincisi, praktiki olaraq bütün mütəxəssislər hesab edirlər ki, terrorçuluq, hər şeydən əvvəl, mütəşəkkil zorakılığın formalarından biridir.
İkincisi, terrorçuluq-gücün siyasi məqsədlərlə istifadəsidir, başqa sözlə, o, siyasi zorakılığın spesifik formasıdır.

Üçüncüsü, terror aksiyaları daha geniş ictimai rezonans üçün hesablanır. Nə qədər paradoksal görünsə də, bu bir həqiqətdir ki, terror aksiyasında əsas məqsəd konkret şəxsə və ya topluma fiziki ziyan vurmaq deyil, cəmiyyətdə qorxu və xaos aşılamaqla planlarının realizə olunması üçün maksimum əlverişli şəraiti təmin etməkdən ibarətdir.

Beləliklə, terror aksiyasında üç müxtəlif tərəf iştirak edir. Birincisi, terror aksiyasını törədən tərəfdir. İkincisi, bu aksiyanın qurbanı və ya qurbanlarıdır; üçüncüsü isə, qorxudulan və ya sonrakı davranışı zorla müəyyənləşdirən tərəfdir.Yuxarıdakı məntiqə əsaslanaraq belə bir nəticəyə gəlmək olar ki, terror aksiyasında birinci tərəfin hədəfi, əslində, üçüncü tərəfdir.Yeri gəlmişkən, sadalanan üç tərəfin konfliktdə iştirakı terrorçuluğu cinayətkarlığın digər formalarından fərqləndirən mühüm cəhətlərdən biridir.Terrorçuluqun beynəlxalq aləmə məlum olan əsas xüsusiyyətlərinin yuxarıdakı təqdimatı bir daha təsdiqləyir ki, Gəncə şəhərində məhz terror aktları törədilmişdir.

Sonda onu da xüsusi olaraq vurğulayaq ki, müasir terrorçuluqun əsas xüsusiyəti onun heyrət doğura biləcək səviyyədə yeni şəraitə uyğunlaşma və mutasiya qabiliyyətinə malik olmasıdır. Mahiyyəti etibarilə o, virus tipli və deməli epidemiya xarakteri xəstəlikdir. Onun nə zaman və haradan zərbə endirəcəyi məchuldur.

Deməli, qlobal təhdid və çağırışlardan ən təhlükəlisi qarşısında- terrorçuluqla mübarizədə vahid orqanizmin-sivil dünyanın immuniteti gücləndirilməlidir. Terrorçuluqa qarşı mübarizədə qlobal birlik nümayiş olunmalıdır.

Deməli, eyni məntiqlə də Gəncədə törədilmiş terror aktlarına münasibətdə beynəlxalq ictimaiyyətin susqun deyil, obyektiv və yekdil movqeyi ortaya qoyulmalıdır.

Azərbaycan ictimaiyyətinin belə bir ədalətli mövqeyi gözləməyə haqqı vardır.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM