Moskva Dağ-Mədən İnstitutunun məzunu, "Azinterpartlayış-X" MMC-nin baş direktoru
Qloballaşan dünyamızda dağ-mədən sənayesi hazırda aparıcı sahələrdən birinə çevrilmişdir. Bu sahənin aparıcı qolu olan metallurgiyanın Azərbaycanda qədim ənənələri olmuşdur. Ölkəmizin ərazisində aparılmış arxeoloji qazıntılar zamanı yerli xammaldan hazırlanması birmənalı təsdiq edilmiş əmək alətləri və bəzək əşyalarının tapılması bu ərazidə hələ eramızdan əvvəl dağ-mədən işlərinin aparılmasına dəlalət edir. Buna görə də haqlı olaraq Azərbaycan qədim metallurgiyanın beşiklərindən biri hesab olunur. Mənbələrə əsasən burada orta əsrlərdə qızıl, mis və qurğuşun istehsal olunmuşdur. Dağ-mədən işləri aparılmasının sonrakı mərhələsi XIX əsrin ikinci yarısına təsadüf edir.
Qeyd etmək yerinə düşər ki, 1941-45-ci illərdə keçmiş SSRİ-də müdafiə sənayesi üçün hasil edilən kobaltın 60%-i Azərbaycanın (Daşkəsən yatağı) payına düşmüşdür.
1950-ci ildə Zaqafqaziya metallurgiya sənayesinin xammal bazası olan Daşkəsən dəmir filizi yatağı istifadəyə verilmiş və sonradan Daşkəsən filiz rayonunda daha iki iri filiz yatağı kəşf edilmişdir. Bu filiz yatağının ehtiyatları Zaqafqaziya metallurgiya sənayesini uzun illər ərzində xammalla təmin etmiş və həmin yataqların qalıq ehtiyatları bu gun Azərbaycan metallurgiya sənayesini onilliklər ərzində xammalla təmin etmək iqtidarına malikdir.
Hesab edirəm ki, milli maraqlar zəminində mineral-xammal bazasından ölkə daxilində maksimum və ətraf mühitə zərər vurmadan səmərəli istifadə edilməli və ilk növbədə ölkəyə gərəkli olan mineral-xammal mənbələri istehsala cəlb olunmalıdır.
Bununla bərabər mineral-xammal sərvətlərinin çıxarılması və emalı Azərbaycan dövlətinin ciddi nəzarəti altında aparılmalıdır.
Ölkənin mineral sərvətlərindən səmərəli istifadə olunması üçün xammalın çıxarılmasından son məhsulun istehsalına qədər texnoloji zəncirin qurulmasına, hazır məhsulun rəqabət qabiliyyətinin yüksəldilməsinə nail olmaq mümkündür.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İ.Əliyevin çıxışlarında qeyri-neft sektorunun inkişaf etdirilməsinə xidmət edən və müasir tələblərə cavab verən istehsal, sosial və bazar instrakturu şəbəkəsi yaradılması prioritet hesab olunur.
Dünya metallurgiya sənayesinin hazırki vəziyyətinə nəzər salsaq bu sahədə yeni bir eranın başlamasını müşahidə etmiş olarıq. Dünya sənayesində qara, əlvan və nadir metallara olan təlabat artmaqdadır. Təlabat isə inkişaf etməkdə olan bazarın artım dinamikası ilə müəyyən olunur. Metallara olan təlabat ilk növbədə Çində avtomobilqayırma, gəmiqayırma və infrastrukturaya günbəgün artan xammal təlabatı ilə müəyyən olunur. Məhz Çində metallara olan təlabat dünyada metalların qiymətinin sıçrayışına səbəb olmuşdur.
1991-ci ildə SSRİ-nin birdən- birə çökməsi metala olan təlabatla təklif arasında olan həzin müvazinəti pozdu. 1990-cı ildə Rusiya və Ukrayna birlikdə 70 mln ton polad əridirdilər. Artıq 1992-ci ildə bu rəqəm dəfələrlə aşağı düşdü.
2002-ci ildən qlobal metallurgiya Çinə rəğmən modernləşməyə başladı və artım tempi ildə 7-8 %-ə qədər çatdı.
2010-cu ildə qlobal metallurgiya bazası böhrandan çıxdı. Dünyada polad istehsalı 1,41 mlrd ton olmaqla rekord səviyyəyə çatdı. Bu 2009-cu illə müqayisədə 15% artıq idi.
1990-cı illərin sonlarından qlobal metallurgiyada uğurlu rekonstruksiya işləri aparılmağa başlanıldı. Buraya:
1. Aktivlərin toplanmasının sürətlənməsi,
2. Ziyanla işləyən dövlət aktivlərinin özəlləşdirilməsi,
3. Metallurgiya şirkətlərinin bir çoxunun yüksək texnologiyalı məhsul istehsalına yönəldilməsi,
4. Metallurgiya sahəsinin modernləşdirilməsi aid edilir.
Sonuncuya əsasən Çin və Hindistan aiddir.
Aparılan tədbirlər nəticəsində metallurgiya sənayesi əvvəllər heç zaman çatmadığı artımı əldə etmiş oldu.
Son illərdə qlobal metallurgiyada əvvəllər istifadə olunmayan imkanlar səfərbər olundu. Çindən başqa qlobal metallurgiya bazasının əsas oyunçuları Hindistan, Braziliya və Rusiyadır. Hindistan əsas liderlərdən olmaqla yaxşı perepektivləri olan ölkə sayılır.
Yaxın perespektivdə Brazilya Qərbi Avropa və ABŞ-a metal və metalluruji yarımfabriqatların göndəricisi olaraq qalacaqdır. Eyni zamanda onun digər Latın Amerikası ölkələrinə eksportu da güclənməkdədir. Braziliyada metallurgiyanın inkişafının əsas səbəblərdən biri də onun daxili ehtiyatında yüksək keyfiyyətli dəmir filizlərinin olması, enerjiyə olan tələbatın nisbətən az olması və ucuz işçi quvvəsinin olmasındadır.
Metallurgiya bazasınin inkişaf etdirilməsi ücün Rusiyanın da perspektiv imkanları vardır. Lakin, bu sahədə olan texnologiyaların modernləşdirilməsi zərurəti mövcuddur. Metallurgiya neft və qazdan sonra Rusiya iqtisadiyyatında əhəmiyyətinə görə ikinci yer tutur.
Hesab edirik ki, Azərbaycanımız da yaxın zamanlarda inkişaf etmiş, modern metallurgiya sahəsinə nalik olacaq və o bölgədə daha qüdrətli bir dövlətə çevriləcəkdir.
Sonda metallurgiya sahəsinin inkişaf yollarında qarşıya çıxa biləcək bəzi problemlər və onların həlli yolları ilə bağlı fikirlərimi bildirmək istərdim.
Rəhbərlik etdiyim "Azinterpartlayış-X" MMC dağ-mədən sənayesinin çox önəmli sahələrindən biri olan qazma-partlayış işlərini həyata keçirir. Bu işlər dünyanın ən inkişaf etmiş ölkələrindən gətirilmiş partladıcı maddələr, müasir və modern qazma avadanlıqları ilə həyata keçirilir. Belə ki, partladıcı maddələr Avstraliyanın "ORİKA" Şirkətinin, texnika və avadanlıqlar Yaponiya, İsveç və Almaniya istehsalıdır.
Əgər nəzərə alsaq ki, respublikamızda dağ- mədən sənayesi sürətlə inkişaf edir və bu sahədə yaxın illərdə sıçrayış gözlənilir, o zaman partladıcı maddələrin və partlayış vasitələrinin idxalında ciddi problemlərin yaranacağı qaçılmaz olacaqdır. Tək bir rəqəmi xatırlatmaq istərdim. Daşkəsən dəmir yatağında üst açma işlərinin aparılmasına tək bir dəfəyə 400 ton partladıcı maddə sərf olunmuşdur. Apardığımız araşdırmalar nəticəsində bəlli olub ki, bu işlərin aparılmasına ildə orta hesabla 10-15 min ton partladıcı maddə tələb olunacaqdır.
Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, metallurgiya sahəsinin davamlı, stabil inkişafına nail olmaq üçün Respublikamızda partladıcı maddələr istehsal edən müəssisənin yaradılmasına kəskin ehtiyac vardır.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM