Min-min il ərzində bəşər filosofları bu problemin fərqli həll variantlarını təklif ediblər: kimisi bunun həllini Atlantida kimi ideal dövlət quruluşunu təbliğ etməkdə, kimisi şahları ədalətə çağırmaqda, kimisi «qızıl era» fantaziyası ilə insanları şirnikləşdirməkdə, kimisi bəşəriyyətə biosferada unikuum statusu verərək onlara vəhşi instinktlərin təzahürünü yasaqlamaqda, kimisi ali etik və estetik dəyərlərin təntənəsində, kimisi utopik cəmiyyətlər yaradaraq insanları məcburən onun kazarmalarında yaşatmaqda, bir başqaları isə sair bu kimi yollarda görüblər.
Münaqişələri ani olaraq həll etmək qeyri-mümkündür. Nə qədər ki, onlar müxtəlifdir, onların hərəkətlərinə qarşı əks hərəkətlər və ziddiyyətlər də mövcud olacaq.
Кonfliktologiya elminin prioritet istiqamətlərindən biri də münaqişələrin konstruktiv həlli mexanizmlərini işləyib hazırlamaqdan ibarətdir. Ümumiyyətlə isə cəmiyyətdə baş verən hər bir ziddiyyət insanları onların aradan qaldırılması haqqında düşünməyə vadar edir. Tarixən münaqişələrin aradan qaldırılmasının olduqca rəngarəng formaları müşahidə edilmişdir. (1, 47-52)
Bunlardan biri də tez-tez mediada və elmi əsərlərdə rast gəldiyimiz vasitəçilik anlayışıdır. Vasitəçilik nə deməkdir sualına bir çoxları müxtəlif cavablar verə bilər.
Qeyd edək ki, münaqişələrin və mübahisə həlli prosesinə vasitəçilərin cəlb ediməsi lap qədim zamanlardan böyük əhəmiyyət kəsb edir. Bu proses öz başlanğıcını "Ənənəvi kənd yaxud tayfa muzakirəsin"-dən götürür. Burada cəmiyyətin bir yerə toplanaraq uzvlər arasında problemlərin həll edilməsinə yonəlmiş və qədim adət şəklində olan tədbirlərdir və hal-hazıra qədər az inkişaf etmiş olkələrdə və kənd yerlərində tədbiq olunur.
Bu yalnız cox sıx əlaqələrin movcud olduğu cəmiyyətlərdə tədbiq oluna bilər və muasir cəmiyyətlər ucun labud deyil. Bu usul əsasən cəmiyyətə umumilikdə xeyrin verilməsi meylini əks etdirir. Bu usul Qərbin Huququndan əvvəlki dovrə təsaduf edir və bir cox vasitəcilik proqramlarının qurulmasına ilham vermişdir. Həmin proqramlar tayfa muzakirəsinin ustunluklərini muasir sosial strukturlara və qanuni şəkildə tanınmış fərdi huquqlara uyğun gələn şəkildə tədbiq olunması cəhdini ozundə əks etdirir.
Vasitəçilik, mediasiyanın, yaxud üçüncü tərəfin iştirakı ilə mübahisə və münaqişələrin həlli üsulları ilə bağlı ilkin faktlara qədim şumerlər dövründə rast gəlinmişdir. Burada mübahisə ilə bağlı işlər məhkəməyə verilmədən öncə «mashkim» adlandırılan vasitəçilər tərəfindən mübahisələrin məhkəmədənkənar alternativ həlli üsulu kimi baxılırdı. "Mashkimin" vəzifəsi tərəflərə mübahisəni özlərinin həll etməsinə kömək göstərməkdən ibarət idi. (2)
Münaqişə iştirakçıları bir tərəfli fəalıyyətin əhəmiyyətsiz olduğunu dərk etdikdə bırgə fəaliyyət formasma can atırlаг. Düşmən münasibətində olan münaqişə iştirakçıları heç də həmişə birbaşa oz birgə fəaliyyətlərini formalaşdıra bilmirlər. Bu zaman onlar üçüncü tarəfn-vasitəçilərin xidmətlərindən bəhrələnməli olurlar.
Vasitəçilik institutu ilk olaraq Anglo-Sakson hüquq sisteminin təsiri altında olan ölkələrdə istifadə edilməyə başlanmışdır. Amerika Birləşmiş Ştatlarınında 1960-cı illərdən etibarən Vasitəçilik hüquq sistemində öz yerini gücləndirdikdən 20 il sonar Britaniyada bu xidmət qanunlaşdırılmışdır. Qloballaşma prosesi sürətləndikcə də dövlətlər və iri transmilli şirkətlər arasında münaqişə və mübahisələrin həll olunmasında geniş tətbiq olunmağa başlamışdır. (3, 39-41)
Araşdırdığımız bir çox mənbələrdə vasitəçiliyin qədim dövlərdən başlayaraq münaqişələrin həlli prosesinə cəlb edilmiş üçüncü tərəfın ən geniş yayılmış və əsas fəaliyyət formasıdır. Diplomatik lüğətlərdə vasitəçilik beynəlxalq mübahisələrin tənzimlənməsinin dinc vasitələrindən biri kimi izah edilir. Vasitəçiliyin mahiyyəti ondan ibarətdir ki, münaqişə iştirakçısı olmayan hər hansı bir üçüncü tərəf beynəlxalq hüquq normalarıııa uyğun olaraq münaqişə subyektləri arasında danışıqları təşkil edir.
Vasitəçilik termini təşəbbüsün tərəflərin, məhkəmənin gündərişi və ya üzv dövlətlərin milli hüququ ilə təyin olunmasından asılı olmayaraq, iki və ya daha çox tərəfin arasında olan mübahisənin üçüncü şəxs tərəfindən həll olunmasına cəhd güstərilməsi prosedurunu əks etdirir.
Vasitəçilik - bu, danışıqlar prosesinin vasitəçinin iştirakı ilə genişləndirilmiş formasıdır; bu, qeyri-rəsmidir; bu, problemin, mübahisənin həllinə yönəlmişdir; bu, nəticələrin könüllü qəbul edildiyi, problemin yaradıcı həllinə imkan verən, məxfi, qapalı prosesdir; tərəflər üz aralarında razılığa gəlməyənə qədər məcburi deyil və bu, tərəflərə aralarındakı münasibətləri müsbət müstəvidə bərpa və davam etdirməyə, vaxta, pula qənaət etməyə kömək edir.(4, 161)
Münaqişənin tənzimlənməsinin ilk mərhələsində tərəflər arasında kommunikasiya kanallarının bərpa edilməsi olduqca əhəmiyyətlidir, Əksər hallarda isə kommunikasiya kanallarının bərpası, tənzimləmə prosesinə yalnız mediatorun, yəni, üçüncü bir tərəfin cəlb edilməsindən sonra mümkün olur.(5, 111-112)
Vasitəçilik-münaqişə subyektlərinə, üçüncü bir tərəfin, problemin aradan qaldırılmasında kömək etməsidir.
Mediator münaqişə tərəflərinin könüllü razlığa gəlmələrini şürətləndirir. Onu da qeyd etmək vacibdir ki, elmi ədəbiyyatlarda "mediator" və "mediasiya" terminləri əksər hallarda sadəcə olaraq, "üçüncü tərəf' və "vasitəçi" sözləri ifadə edilir. Lakin medaitor nisbətən dar çərçivədə fəaliyyət göstərir. Yəni, üçüncü tərəf ümumiyyətlə münaqişənin tənzimlənməsi istiqamətində həm zorakı, həm də dinc- vasitələri tətbiq etdiyi halda, mediator sırf könüllülük prinsipinə söykənir.
Yəni, mediator bir qayda olaraq, hər hansı bir qərarın qəbul edilməsi prosesində münaqişə subyektlərinə qarşı təzyiq göstərmir. Bu baxımdan, bizim "vasitəçi" ifadəsindən istifadə etməyimiz daha məqsədəuyğun olar. (6, 98-99)
Çünki, mediator tərəflərin dialoqunu təşkil etməklə, onlara öz mövqelərini və maraqlarını bəyan etmək imkanı verir. Bu mənada, siyasi münaqişələrin həlli prosesinə mediatorun, yəni, üçüncü tərəfln cəlb edilməsi lap qədim zamanlardan böyük əhəmiyyət kəsb etmişdir. Mediatorun tənzimləmə prosesinə cəlb edilməsini, yuxarıda göstərilən pozitiv tərəflərlə yanaşı, digər mühüm məqamlar da şərtləndirir. Belə ki, münaqişə iştirakçıları birtərəfli fəaliyyətin əhəmiyyətsiz olduğunu dərk etdikdən sonra adətən, birgə fəaliyyət formasına can atırlar.
Bir çox dövlət və beynəlxalq təşkilatların ortaq nöqtəyə gəldiyi bir məqam var:
"Vasitəçilik münaqişənin başlamasına yol verməmək üçün xüsusilə faydalı alətdir". (7)
Avropada vasitəçilik modellərinin inkişafı ayrı-ayrı ölkərlədə fərqli dərəcələrdə keçir və əksər hallarda ilkin mərhələdədir. Artıq qeyd etdiyimiz kimi, düşmən münasibətlərində olan münaqişə subyekləri, kommunikasiya kanalları olmadan öz birgə fəaliyyətlərini reallaşdıra bilmirlər. Məhz bu zaman münaqişə subyektləri üçüncü tarəfin xidmətlərindən bəhrələnmək qərarına gəlirlər.
Qədim zamanlardan başlayaraq mediator rolunda bir qayda olaraq cəmiyyətin adlı-sanlı adamları çıxış edirdilər. Onlar münaqişə edən tərəflər arasında dayanaraq, mübahisənin dinc yolla aradan qaldırılmasına çalışırdılar. Münaqişənin həllinə cəlb edilmiş bu adamlar "günahkar" va "günahsız" tərəfi müəyyən edirdilər va çıxarılan qərarlar onların iradəsindən asılı olurdu.
Orta əsrlər Avropasında milli dövlətlərin yaranmasına qədər mediator rolunda Roma Papası çıxış edirdi. Həmin dövrlərdə Roma Papası mediatordan çox, -Hakim funksiyasını yerinə yetirirdi. Problemin hansı yolla həll ediləcəyini-ancaq о müəyyən edirdi. Müstəqil dövlətlərin meydana gəlməsi ilə münaqişələrin həllində Roma Papasının rolu xeyli zəifləmişdir. Çünki, artıq hesab edilirdi ki, cəmiyyətdə baş verən ziddiyyətlərin aradan qaldırılması ancaq dövlətin səlahiyyətləri çarçivəsinə daxildir. (8, 106)
Müxtəlif üzv ölkələrdə müxtəlif modellər mövcuddur. Bu gün münaqişənin həllində vasitəçiliyin çoxmənalı anlamasını müxtəlif alimlər bir neçə model üzrə təklif edir:
Normativ aspekt - beynəlxalq hüququn nəzəriyyəçiləri A.Ya.Suxarev, V.D.Zorkin, V.E.Kruskix tərəfindən irəli sürülür. Onların fikirincə vasitəçilik - beynəlxalq mübahisələrin həll olunması üçün sülh vasitələrindən biridir və o yalnız mübahisə edən tərəflərin razılığı ilə həyata keçirilə bilər;
Funksional aspekt - konfliktologiyadaYu.Q.Zaprudskiy, K.Arquris, O.Yanq tərəfindən yaranmış ideyadır. Burada vasitəçilik - mübahisəli məsələlərin həllinin köməyi və münaqişələrin dayandırılması üçün şəxslərin, qrupların və ya siyasi təşkilatların arasında münaqişələrin nizama salmasının prosesi kimi qəbul edilir.
Təşkilat aspekti - Dj. Berkoviçin nəzəriyyəsidir. Ona görə vasitəçilik - sülh xarakterinin fəallığıdır və münaqişə edən tərəflər tələblərinə bərabər münasibətə əsaslanır.
Status-kvo aspekti - K.Mitçel, R.Fişer, E.Şaynın müəllif olduğu bu ideyada vasitəçilik məcburi qərarlar qəbul etmək hüququna malik deyil və münaqişəni idarə etməyə məsləhətçi yanaşmadan istifadə edə bilər
Ünsiyyətli aspekt - D.V.Kalaşnikov, U.Mastenbruk, A.Mayer hesab edirlər ki, vasitəçilik - münaqişə edən tərəflərin arasında ümumi razılaşmaların nailiyyəti məqsədi ilə üçtərəfli danışıqların prosesidir.
Mədəniyyət aspekti - ideyasını irəli sürən K.Stivensə görə vasitəçilik - münaqişəli idarəetmənin barışdırıcı stilidir.
Texnologiya aspekti - psixososioloqlar N.S.Danakin, JI.A. Dyatçenko, D.Barton, N.Kelman hesab edirlər ki, vasitəçilik bir problemlidir və münaqişənin həllinin axtarış metodu yalnız onun səbəblərinin dərk edilməsi yolu ilə qiymətləndirilə bilər.(9, 97-99)
Beynəlxalq hüquqda vasitəçilik münaqişə tərəflərini qarşılıqlı təmin edən nizamlama əldə etmək üçün onlara edilən kömək sayılır. Vasitəçilik münaqişə tərəfləri arasında əlaqələrin qurulmasını təşkil edir. Mövcud olan anlaşılmazlıqları və çətinlikləri ayırd edir, münaqişə vəziyyətini onlara başa salır, tərəflərə şərh və məsləhətlər verir.
Vasitəçiliyin əsas prinsiplərinə nəzər salaq;
Vasitəçiliyin birinci prinsipi - könüllülükdür. Məhkəmə iddiasından fərqli olaraq, vasitəçilik prosesinə bütün mübahisə edən tərəflərin girişi könüllüdür. Əgər onlar bunu hər hansı səbəbdən istəmirlərsə heç kim tərəfləri vasitəçilikdə iştirak etməyə məcbur edə bilmək hüququna malik deyil
İkinci prinsip - tərəflərin hüquq bərabərliyidir. Heç bir onlardan prosedur üstünlüklərinə malik deyil. Eyni öz fikirlərini demək, danışıqların çağırışını müəyyən etmək, təkliflərin və razılaşmanın şərtlərinin məqbulluğunu qiymətləndirmək hüququ onlara verilir və s.
Üçüncü prinsip- bitərəflik prinsipidir. Əhəmiyyətlidir ki, vasitəçi tərəflərdən hər biriylə müstəqil, qərəzsiz münasibəti saxlasın və onunla danışıqlarda iştirakın bərabər hüququnu təmin etsin. Təbii ki, vasitəçi - insandır və onda düzgünlük və ya münaqişə edən tərəflər barəsində tərəflərdən, simpatiyadan və ya qərəzlidən birinin davranışının ədaləti haqqında öz hisləri ilə yarana bilərlər. Buna görə peşəkarlar emossiyalarından uzaq durmalıdırlar.
Vasitəçiliyin dördüncü prinsipi - məxfilikdir. Vasitəçi şahid rolunda çıxış edə bilmir, bir tərəfə informasiyanı bildirmək hüquqlarına malik deyil və bütün proses boyu məlumatların yayılmamasına cavabdeh olmalıdır. (10, 1-7)
Bu prinsiplərdən irəli gələrək mütəxxəsislər hesab edirlər ki, vasitəçilik etmək üçün bir sıra keyfiyyətlər tələb olunur. Onların olması funksiyanın müvəffəqiyyətlə yerinə yetrilməsini təmin edir.
Vasitəçiliyin də məqsədi beynəlxalq mübahisələrin dinc yolla tənzimlənməsinin digər beynəlxalq hüquqi vasitələrinin məqsədi kimi beynəlxalq mübahisənin hər iki tərəfin maraqları əsasında nizamlanmasına çalışmaqdır. Bu halda da praktika göstərir ki, vasitəçilik missiyasının qarşısında duran əsas məsələ beynəlxalq mübahisənin tərəfləri arasında mübahisəli məsələlərin həllinə nail olmaqdan daha çox, mübahisə edən hər iki tərəf üçün qəbul edilə bilən sazişin əsaslarını işləyib hazırlamaq və onları barışdırmaqdır. Buna görə də, üçüncü dövlətlərin beynəlxalq mübahisələrin tənzimlənməsində mübahisə iştirakçılarına yardım formaları onlar üçün məcburi xarakter daşımayan təkliflər, məsləhətlər formasında olmalıdır.
ƏDƏBİYYAT:
1. Политическая энциклопедия. Т. I., Т. II. ~М., «Мысль». 2000.
2. Mübahisələrin alternativ həlli üsulları www.legalreform.az/yukle/kitab_arb_son.pdf
3. Конфликтология. Хрестоматия / сост.Н.И.Леонов. - М., 2002
4. Анцупов А.Я., Леонов Н.И. и д.р. Хрестоматия по конфликтологии. Год: 2004
5. Петер Фар и др. Медиация в нотариальной практике. \ Под ред. Грефин фон Шлиффен К., Вегман Б, / пер. с немецкого С.С. Трушников.// : М: Волтерс Клувер, 2005, 388 с.
6. Куницына В.Н., Казаринова Н.В., Погольша В.М. Межличностное общение - СПб.: Питер, 2001.
7. Посредничество в конфликте http://clouds.ru/content/view/1587/88888916/
8. Лебедева M.M. Политическое урегулирование конфликтов. M. Ас¬пект-Пресс, 1999.
9. Bercovitch J. Theory and practico of international mediation: selected essays/ by J. Bercovitch. London, 2008. Pp. 235
10. Jay Folberg & Alosin Taylor, Mediation. A Comprehensive Guide to Resolving Conflicts without Litigation, San Francisco, 1984,
Strategiya.az
Beynəlxalq münasibətlərdə Vasitəçilik anlayışı və əhəmiyyəti
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM