Rəqs meydançasında Qabriel Qarsia Markes sevgilisi Mersedes Barça evlənmə təklifini məhz bu cümlələrlə edib. “Mən razıyam, bircə icazə verin məktəbi bitirim” – deyə ciddi bir əda ilə qızcığaz cavab verib. Bu hadisə təxminən 1945-ci ilə təsadüf edir. Rəqs meydançasında baş tutan bu tanışlıq sonralar əfsanəvi məhəbbətə çevriləcəkdi...
Magik realizmin yaradıcılarından olan Markes, dünyaya öz təxəyyülünün pəncərəsindən baxırdı. O, hər şeyi görmək istədiyi kimi görür və insanlara da belə çatdırırdı. Çox az məqam var ki, onun təxəyyülünün nəzərindən yan keçə bilib. Məsələn, 1927-ci ilin 6 martında Kolumbiyada doğulması...
Onu nənə-babası böyüdüb. Qabrielin dünyagörüşünün, həyata baxışının məhz bu istiqamətdə formalaşmasında onların rolu əvəzedilməzdir. Qürurlu nənəsi sonralar Markesin bir çox əsərlərində tipik qadın obrazı olaraq öz əksini tapır. Babası – 1899-1903-cü illər müharibəsində iştirak edən polkovnik də sonralar nəvəsinin əsərlərində özünə yer tapacaqdı.
Qabriel Sapakira şəhərindəki uşaq evində təhsil alıb. O, yazmağa məhz burada başlamış, gələcəkdə isə vəkil olmaq qərarına gəlmişdi. Gənc yazar 1946-cı ildə Boqotdakı universitetlərdən birinə daxil olur. Bununla yanaşı, ədəbi mütaliəsini axsatmır. 1947-ci ildə onun ilk sentimental şeiri dərc olunur. Bütün əldə etdiyi uğurlarla yanaşı, onu düşündürən bir problem var idi – Mersedeslə evlənmək üçün pul qazanmaq!
Yaxınları təsdiqləyir ki, onların tanış olduğu vaxtda Mersedesin on üç yox, doqquz yaşı var idi. Burada yazarın “Yüz ilin tənhalığı” romanındakı balaca qızcığaz Remedios obrazı yada düşür. Bundan sonra Markesin əsərlərində nikah yaşına çatmamış qızlara toxunmamaq məsələsi qabardılır, onların müəyyən yaşa çatmağını gözləməyin vacibliyi öz əksini tapır. Həmişə bu qəmli hadisənin bir açıqlaması olurdu: “Sadəcə, qızcığaz doğulmağa gecikib...”
Mersedes
Zaman keçdikcə Markes müsahibələrində xanımını hələ məktəbli ikən yuxularında gördüyünü deyirdi. Və hekayələrinin birində ona yuxularında ilham verən bu xanımı kəpənəyə dönüb, evdən uçan bir obraz kimi təsvir etmişdi...
Mersi xanım 1932-ci ildə Maqdalena çayının yaxınlığında dünyaya gəlib. Onun anası kolumbiyalı fermer ailəsindən idi. Atasının qanında isə şərq qanı, daha dəqiq desək, misirli qanı axırdı. Markesə görə xanımının bu şərq gözəlliyi elə atasının kökləri ilə bağlıdır. Mersi həmişə elit və bahalı məktəblərdə oxuyub. Xanım qız həmişə əla qiymətləri və nümunəvi şagird olması ilə seçilib. O, çox ciddi və məsuliyyətli uşaq olub. Ən sevimli məşğuliyyəti bağçadakı otluqda uzanıb uçan quşları, buludları, doğan günəşi seyr etmək idi. O, gələcəkdə bioloq olmağı arzu edirdi. Markeslə baş tutan gözlənilməz evliliyi Mersedesi öz fikrindən döndərib.
Mersedesə tez-tez onun sevgilisinin sərgüzəştlərindən danışır və Markesi qınayırdılar. Mersini nə sevgilisinin öz peşəsini atıb, jurnalistikaya keçməsi xəbəri, nə də Parisdə ispan aktrisa Mariya Kintana ilə roman yaşaması narahat etdi. Əsas o idi ki, Qabriel xanımına məktub yazmağa davam edirdi və bununla onun könlünü oxşamağı bacarırdı. Onun uzaqlarda – Parisdə kiminlə yatağını bölüşdüyü isə Mersinin vecinə deyildi: “O, kişidir, evlənmədən öncə atdığı addımlar normal qarşılanmalıdır...”
Qabo və Mersi həftədə iki-üç dəfə məktublaşırdılar. Qabriel öz məktublarında vurğulayırdı ki, hər səhər oyananda və yatmağa uzananda öz sevgilisinin şəkillərinə baxır. Markesin dediyi bu faktı onun evinə gələn dostları da təsdiqləyirdi. Nəhayət, uzun sürən ayrılıq və həsrətdən sonra sevgililər 1958-ci ildə evlənirlər.
Ailə
“Ailə həyatımızda bircə dəfə də olsun ciddi münaqişə yaşamamışıq. Yəqin ki, bu bizim problemlərə baxış bucağımızdan asılıdır. Ailə həyatı çətindir, sən hər gün eyni şeylərə yenidən başlayırsan və bu, sənin ömrünün axırınacan davam edir. Bəzən bu qorxulu olur, amma onu yaşamağa dəyər!” – Markes vurğulayır.
Onlar evləndikdən sonra “El Espektador” qəzetinin redaksiyası yaxınlığında bir evdə yaşamağa başlayırlar. Qabriel ev işlərində öz xanımına yardım edir və ona öz sevdiyi yeməkləri bişirməyi öyrədirdi. Yaşanan iqtisadi problemlər tez bir zamanda Mersinin ev qadınına çevrilməsinə kömək etdi. Xanım tezliklə kasıb həyatına öyrəşdi.
O, Markesin yaradıcılığında müstəsna rola malik bir qadın olaraq Qabrielin yaradıcı fəaliyyətinə hörmətlə yanaşıb. Mersi Qabrielin çoxsaylı qonaqlarını öz balaca evində qəbul etsə də, danışıb-gülməyə çox da meyilli biri deyildi. Markesin dostu Plinio Mendos xatırlayır: “Mən bir neçə dəfə dostum Markesgilə qonaq getdikdən sonra xanımıma dedim ki, Qabi lal xanımla evlənib”.
Mersi yeni evə köçəndə Qabrielin ona Parisdən yolladığı məktubları da özü ilə gətirir. Amma Markes xanımından onları yandırmasını xahiş edir. Səbəbini isə sonradan belə açıqlayır: “O məktubların kiminsə əlinə keçməsini istəmirdim. Sonra mənə deyəcəkdilər ki, bəs sən Parisdən yazdığın məktublarda Mersiyə filan-filan sözləri vermisən. Niyə onlara əməl etmirsən?”
Xanım Mersi öz həyat yoldaşının bu xahişini yerinə yetirir və Markesin gözünün önündə bu məktubları məhv edir. Beləliklə, Markes məsuliyyətdən və verdiyi sözlərdən xilas olur.
24 avqust 1959-cu ildə Mersedeslə Markesin ilk oğlu – Rodriqo Qarsiya dünyaya gəlir. Elə məhz həmin vaxtda redaksiya Markesi Avropaya müxbir göndərmək qərarına gəlir. Mersedes yenə səbirlə gözləməyə məcbur olur. Markesin həyatına yeni daxil olan kommunist ideyaları və onların radikal şəkildə müdafiəsi xanım Mersini narahat etsə də, o, həmişə ərinin ideyalarına hörmətlə yanaşır.
Markes Kubaya, Şərqi Avropaya, SSRİ-yə səfər edir, şərq haqqında məqalələr yazırdı. Daha sonra Markesə Nyu York qəzeti olan “Prensa Latina”dan iş təklifi gəlir. O, müqavilənin uzunmüddətli olduğunu nəzərə alıb ailəsini də özüylə aparır. Lakin buradakı fəaliyyəti uğursuz olur. Redaksiyaya edilən zənglər, evinə yazılan təhdidlər Markesi ailəsini də götürüb ölkədən çıxmağa məcbur edir. O çətin günlərdə amerikalı əsgərlərdən biri onlara əxlaqsız təklif edir: “Xanımını bir neçə saatlığa bizə ver. Mən və iki dostum onunla bir az əylənək. Həm bizim əhvalımız düzəlsin, həm də pul qazanın, özünüzə yeməyə bir şey alın”.
Təyyarəyə bilet almağa kifayət qədər pul olmadığından onlar səfərə avtobusla yola çıxırlar.
1962-ci ildə, Meksikada onların ikinci oğlu – Qonsalo Qarsiya dünyaya gəlir.
Roman
Mersedes Qabriel “Yüz ilin tənhalığı” romanını yazmağa başlayanda ona çox dəstək olur. Bunun üçün Markes öz maşınını satır və on səkkiz ay kabinetindən çıxmır. O, hətta ailəsinə də vaxt ayırmır. Evin iqtisadi problemlərini Mersedes yoluna qoymağa çalışır: “Ən çətini ev sahibini yola gətirmək idi. Mən ondan sentyabra qədər vaxt istədim, o isə söz verdiyim təqdirdə gözləyə biləcəyini dedi. Sentyabrda pulu ödədik”.
Kitab yazılıb hazır olduqda mətbəəyə göndərmək üçün 160 pesa tapa bilməyən ailə öz mikser və fenini girov qoyub pul götürür. Mersi Allaha yalvarırdı: “Bircə bu roman pis olmasın!”. Roman nəinki yaxşı, hətta möhtəşəm alınır.
“İndi yalnız Mersedesin əriyəm”
1989-cu ildə böyük yazıçının xərçəng olduğu məlum olur. Amma o, xəstəliyin yüngül mərhələsini yaşayırdı. Həkimlər Markesə bir neçə ay, uzağı bir il vaxt qoyurlar. Lakin yazarın iradəsi, xanımının qayğısı və düzgün müalicə nəticə verir. Sağaldıqdan sonra keçirdiyi ilk mətbuat konfransında Markes deyir: “Artıq yazmayacağam. İndi mən təkcə Mersedesin əriyəm. Özümü ona həsr edəcəyəm!”
Yazıçı yaşlandıqca sevgidən daha tez-tez və açıq danışmağa başlayırdı: “Mənim üçün, şübhəsiz, həyatın mənası məhəbbətdir. Yalnız sevgidən yazmaq lazımdır. Çünki qalan hər şey məkrlidir. Mənim növbəti romanım, əlbəttə ki, təmiz, ehtiraslı, böyük və əbədi məhəbbətdən olacaq”.
Markes haqqında yayılan ölüm xəbərlərinə belə münasibət bildirirdi: “ХХI əsrdə məni ardı-arası kəsilmədən, dəfələrlə “dəfn ediblər”. Televizoru və ya radionu açıb öz ölüm xəbərimi eşidirəm. Bu gün qəzetdə oxuyuram: “Məşhur yazıçı, Markes bu gün dünyasını dəyişdi”. Əvvəllər bu, mənim əsəblərimi toxunurdu, indi isə ayda ən az iki dəfə eşitdiyim bu xəbəri normal qəbul edib gülümsəyirəm. Nə etmək olar?”
Ömrünün son illərində Markes Alzeymer xəstəliyindən əziyyət çəkirdi. Yazıçının qardaşı bu haqda jurnalistlərə demişdi: “Elə günlər olurdu ki, o, heç bir həyat nişanəsi göstərmirdi. Evdəki övladlarını, qohumlarını – heç kimi tanımırdı. Mersedesi isə o, həmişə tanıya bilirdi. O, bəzən Mersini hələ də doqquzyaşlı qızcığaz hesab edirdi”./1937.az/
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM