Azərbaycanın el sənətinin maraqlı nümunələri

14:50 / 04.10.2013

Günay Qafarova

sənətşünaslıq namizədi

Azərbaycan xalq sənətinin mühüm və ən geniş yayılmış növlərindən olan xalça sənətinin nəfis nümunələri, müxtəlif dövrlərdə toxunmuş xovlu və xovsuz, mövzulu və ornamental xalçalar dünyanın ən iri muzeylərində - İngiltərənin Viktoriya və Albert, Rusiyanın Ermitaj, Fransanın Luvr, Amerikanın Tekstil, Türkiyənin Topqapı sarayı muzeyi - sərgilənir. Avropanın tanınmış rəssamları H.Holbeyn, H.Memlinq və s. öz əsərlərində azərbaycan xalçalarını təsvir etmişlər.

            Yunun emalı Azərbaycanda əsas və mürəkkəb sahələrdən biri olmuşdur. Yundan hazırlanmış məmulatlar əhalinin təsərüfat həyatında və məişətində ən çox tələbat olan əşyalar idi. Xalçaçılıq Azərbaycan dekorativ- tətbiqi sənətinin ən qədim və geniş yayılmış növlərindən biridir. İncəsənətin bu növü əsrlər boyunca qorunaraq nəsildən - nəsilə keçmişdir.

            Xalçalar toxunma texnologiyasına görə xovsuz və xovlu növlərə bölünür. Xovsuz xalçalar xovlu xalçalara nisbətən qədim tarixə malikdir və özünün orijinallığı, parlaq koloriti ilə fərqlənir.Onların sırasında palas, cecim, kilim, şədda, vərni, zili, sumax  kimi məmulatlrn adlarını çəkmək olar.

            Xovlu xalça növünün tərkibində olan süjetli xalçalar xüsusi marağ doğuru. Bu tip xalılar Səfəvi dövründən başlayaraq istehsal olunmağa başlanıb və muasir dövrədə geniş yayılıb. Misal kimi, XIX əsrdə toxunmuş Təbriz qrupuna aid edilən  "Dərviş" xalçasının adını çəkmək olar. XV əsrdən başlayaraq Təbrizdə toxunan xalçalar Yaxın Şərq, o cümlədən Qafqaz Xalçaçılıq sənətinə ciddi təsir göstərmişdir.

Xalçanın ərişi pambıq, özü isə yun sapdan toxunmuşdur. Pambıq əriş xalçaya tarımlıq gətirirdi. Xalçada dərvişlərin məclisi təsvir olunur - sağ küncdə Şəmsi Təbrizi, yuxarı sol küncdə Sultan Bəyazid, aşağı sol küncdə Nur Əli Şax, aşağıda sağ tərəfdə Əli şah Müştaq təsvir edilmişdir. Kompozisiyanın gözündə Nemətulla şahdır. Xalçada təsvir olunmuş adamlar sufiliyin davamçılarıdır. Sufiliyin davamçıları qardaşlıq əsasında bölünürlər və onların hər biri öz dövrlərinin məşhur sufisi kimi yüksəlir.

Sufi sözünün özünün suf (yun) sözündən yarandığı təxmin edilir. Elə sufilərin - tərki-dünyaların paltarları da yundan toxunurdu. İlk sufilər aydın dünyagörüşünə malik deyildilər. Sonralar tədricən sufizm qədim Şərqin müxtəlif dini baxışları olan qnostisizm və xristianlığın müxtəlif təlimlərini götürərək ideya-nəzəri cəhətdən təkmilləşmişdir.

Sufizm İslamın şiəlik cərəyanının hakim dininə çevrilərək XIV əsrdən geniş yayılmağa başlamışdır.

Xalçada təsvir edilən kiçik göldə üzən ördəklə, iki qırmızı balıq,yuxarıda isə dərviş atributları : iki kəsişən təbərzin, kəşkül və təsbeh, kiçik medalyonlarda ərəbcə dərvişlərin adları verilmişdı. Göldə üzən ördək və iki qırmızı balıq paklığın və gələcəkdə yenidən dünyaya qayıdış deməkdir.

Xalça yundan toxunulub, əsası pambıqdan idi. Ölçüləri 220 x 135 sm, vəziyyəti tam deyil. (ill.1------)

Şuşa qrupuna aid   olan "Rüstəm və Zöhrab",  (1911) xalçası.  .  Adından bəlli olur ki, buradad orta əsr İran ədəbiyyatının tanınmış qəhrəmanları sayılan Rüsrəm və Zöhrab təsvir olunub. Onların adları Firdosinin "Şaxnamə" əsərində əvsanələrin biri ilə bağlıdı. Əvsanəvi qəhrəman və vətənin müdafiyyəçisi Rüstəm, döyüşdə güclü və qorxmaz döyüşçü Zöührabı öldürür. Lakin, ilk görüşdə Rüstəm bilmir ki, onun rəqibi onun öğludur.

Xalçanın sujetimarağlı təşkil olunmuşdu. Mərkəzdəki göy fonda qarşı-qarşıya əyləşmiş Rüstəm və Zöhrabın təsvirləri işlənilib, həmin sahənin hər iki küncündə gül təsvir edilmişdi. Həyat ağacının üzərində "Simurq" quşu təsvir olunub. Aşağı hissədə it, dovşan təsvir olunmuşdu, xalçanın alt hissəsində  "мая 9 1911» . Həşiyəsi nəbati ornamentli dörd zolaqdan ibarətdir. Əsas rəngləri : göy və qırmızdır. (İll.2-----)

Tətgiqat aparılan muzeydə nümayiş etdirilən xalı da, "Dörd fəsil" (XIX ə. ) adlandırılır. Xalça 1948 -cı ildə muzey tərəfindən  Baki sakini Sadıx Zamanidən alınmışdı. Bu tipli sujetli xalçalara az ras gəlmək olur. Lakin, buna baxmayaraq, Bakıda üç eyni adlı kompozisiyalı xalçaya rast gəlmək olar

Xalçanın ara sahəsi xüsusi ilə maraqlıdır. O, simmetrik xəttlərlə 4 hissəyə bölünmüşdür. Hər hissə sərbəst kompozisiyaya malik olub özündə ilin müəyyən fəslini əks etdirir.

Xalçanın mərkəzində rombvari mdalyonun icərisində böyük şair Ömər Xəyyamın öz sevgilisi ilə təsviri verilmişdir. Kompozisiya miniatür sənətinə xas səpkidə yaranmışdır. Lakin burada miniatür sənətinə xas olmayan elementlərə - kölgələrə, həcmiliyə rast gəlmək olar.

Aşağıda sağ küncdə  "Payız" fəsli tərənnüm edilir. Burada payız tarla işləri görülür, məhsul yığılır. Arxa tərəfdə "Taxte-Cəmşid" in xarabaları görünür.

Bu təsvirlərin solunda yeni bir kompozisiyada "Qış" mənzərəsi verilib. Hər tərəf ağappağ qardır. Uşaqlar qartopu oynayırlar. Çılpaq, yarpaqsız, quru ağaclar altında qar adamı təsvir olunmuşdur. Bundan əlavə burada bir çox həyat, məişət səhnələri də verilib. Bunlardan damının qarını kürəklə təmizləyən şəxs, uzunqulağı qabağına qatıb aparan adam və sairə təsvirlər diqqəti cəlb edir.

Bu kompozisiyanın arxa planında XV əsr Azərbaycan memarlıq sənətinin ən gözəl incisi - Göy məsçid verilmişdir.

Xalçanın orta sahəsinin yuxarı sağ tərəfində "Yaz" fəsli təsvir olunub. Təbiət yaşıl don geymiş, ağaclar gül-çiçək açmışdır. Öz sürüsü ilə otlağa çıxmış çoban bu kompozisiyaya xüsusi hərarət gətirir. Bundan əlavə burada cay qırağında oturub istirahət edən bir qoca, uzunqulaq və onu müşahidə edən bir şəxs də təsvir edilmişdir. Kompozisiyanın yuxarı sağ hissəsində yaşıl çəməndə bu gözəlliyi müşahidə edən bir gənc qız obrazı da vardır.

Bu təsvirlər də o biri kompozisiyalarda olduğu kimi məşhur memarlıq abidəsi fonunda verilmişdir. Burada Elxani Olçaytu Xudabəndənin XIV əsrdə Soltaniyyə şəhərində tikdirdiyi türbə təsvir olunub.

Xalçanın orta hissəsinin yuxarı sol tərəfində "Yayın" qızmar çağı göstərilir, kəndli ailəsi biçinə çıxıb. Kişilər biçinlə məşğuldur, qadın-qızlar isə onlara kömək edirlər; dərz bağlayır, daşıyırlar. Bundan əlavə kompozisiyada dəvə karvanı və qeyri təsvirlər də vardır. O biri kompozisiyada olduğu kimi, bu mövzu da memarlıq abidəsi, yəni "Mədain xərabələri" ilə bitir.

Təsvir etdiyimiz bu süjetli kompozisiyalar biri digərindən gül-çiçək motivlərindən təşkil olunmuş bəzək elementləri ilə ayrılır. Bu bəzəklərin kəsişdiyi  yerdə, yeni mərkəzdə paxlavavari kətəbə verilmişdir. Onun daxilində səliqə ilə bəzədilmiş bir otaqda Ömər Xəyyam və gənc qız təsvir olunub. Onlar səmimi oturub söhbət edir, qarşılarında isə şərbət və meyvə vardır. Qızın əlində üzərində adam təsviri olan bir kuzə var. Bu təsviri əhatə edən kətəbənin yelən hissəsində Ömər Xəyyamın həyat həqiqətinə dair iki rübaisi yazılmışdır. Bunların birində deyilir: bu kuzə də vaxtı ilə mənim kimi gözü ağlar bir aşıq olmuşdur. Bu gözəlin zülfünün kəməndində əsir olmuşdur, onun boynunda gördüyünüz bu əl həmin əldir ki, vaxtı ilə yar boynunda olmuşdur (27, 105).

Haqqında bəhs etdiyimiz xalçanın yeləni də ara sahə kimi rəngarəng və bəzəklidir. Yelənin ən maraqlı hissəsi onun üzərində simmetrik şəkildə yerləşdirilmiş təsvirlərdir. Burada yelən boyu səkkiz medalyon yerləşdirilmişdir. Bunlardan "Adəm və Həvva", "İbrahimin qurban verilməsi", Nizami poemalarından parçalar - "Leylinin Məcnunla görüşü", "Fərhadın Şirinlə görüşü" səhnələri diqqəti cəlb edir. Bundan əlavə burada Firdovsinin, Sədinin, Hafizin portretləri və "Taxte-Cəmşid" qabartmalarından götürülmüş qəhrəmanın şirlə mübarizəsi əks edilən süjet təsvir olunmuşdur.

Miniatürlərdə təsadüf olunan bədii tərtibat üsullarından biri xəttatlıqdan - "Nəstəlik" xəttindən istifadə olunmasıdır. Medalyonların orta sahəsindəki haşiyələrdə və yeləndə ərəb əlifbası ilə yazılmış nümunələr xalçanın ümumi kompozisiyasına bitkinlik və ifadəcilik verir.

İpəyə bənzəyən zərif yun xov yaradır, parlaq rənglər isə yumşaq açıq rənglərlə vəhdət  təşkil edir. Xalçanın uzunluğu 380, eni 270 cm-dir, qirağların eni təxminən 25 sm. bərabərdi.  Bir kv.m.-də ilmələrin sıxlığı 2.500-dir. Xovunun hündürlüyü 5 mm.-dir (İll.3)

 Bəhs etdiyimiz xalı sənətkarlıq baxımından orta əsr miniatür sənətinə yaxın olsa da, burada bir çox yeniliklər özünü büruzə verir. Onlar məişət əşyalarının təsvirlərində, insan fiqurlarının dəqiq işlənməsində və xüsusilə memarlıq abidələrinin rəsmində açıq-aydın görünür. Araşdırmalar göstərir ki, toxucular xalıda əks olunan təsvirlərin (xüsusən memarlıq abidələrinin) əksəriyyətini o vaxtlar litoqrafiya üsulu ilə dərc olunmuş şəkillərdən köçürürdülər (23, 42).

"Leyli və Məcnun" xalçası 1896-cı ildə toxunmuşdur .Əsərin üzərində "Leyli və Məcnun" poemasına həsr olunan mövzulu kompozisiya təsvir edilir. Xalça orta sahədən, böyük və ensiz kənar haşiyələrədn ibarətdir. Tənasüblər adamların, heyvanların və şəhər mənzərəsinin elementlərinin sxematik şəkildə göstərib.

 Orta sahənin aşagı sahəsində - iki inək və iki qoyun, naxır bulağın yanında, soldan əlində şallaq saxlayan qadın və it, bir qədər onlardan aralı - alaçaq. Bir qədər yuxarı, sol tərəfdə yaxın - körpü, ortada - dörd ağac (çinarlar).

Kiçik təpənin üstündə iri planda palmaya bənzər ağac, çətirdə isə - meymun. Aşağıda - güllər, orta planda iri şəkildə maralla Məcnun fiqurası, sol planda - milli geyimdə Leyli və sxematik at fiqurası. Onların arasında ağac, üstündə xırda planda hövzə, yuxarıda soldan iri şəkildə şir.

Böyük haşiyədə meşə və ev heyvanlarının, bitki aləminin elementləri təsvir edilir. Haşiyənin hər dörd küncündə quşnan kişi fiqurası yerləşir. Kişinin təsviri hind miniatürlərindəki təsvirlərə bənzəyir.

Kiçik kənar haşiyədə stilistik bitki aləminin təsviri verilir. Üzərində ərəb əlifbası ilə "Məcnun və Leyli" 1303 hicri sözləri yazılıb. (ill. 4--------)

XIX əsr süjetli xalçaların  arasında zoomorf təsvirlərə də tez tez rast gəlmək olar. "...Mənbələr göstərir ki, belə süjetli xalçalar XIX əsrdə əsas etibarı ilə Şirvan, Qarabağ və Gəncədə istehsal olunurdu. O vaxt bu tipli xalçalar dəfələrlə təkrar toxunsa da, həm txunuşuna, həm də bədii tərtibatına görə bir-birindən fərqlənirdi. Bu, şübhəsiz, ayrı-ayrı toxucunun sirf özünəməxsus fərdi yaradıcılıq xüsusiyyətlərindən irəli gəlirdi." (Azərbaycan incəsənəti, səh.101)

Zərgərlik Qiymətli metaldan (bədii metal) hazırlanmış zərgərlik məmulatları, zinyət əşyaları və soyuq silahlar, çini, kağız, şüşə, ağac və daş üzərində oyma ilə işlənmiş əşyalar, bədii tikmə, parça və kişi, qadın, uşaq milli geyimləri, zərif naxışlı bədii metal nümunələri və s. kimi xalq tətbiqi sənət nümunələri muasir dövürdə belə alimlərin və adi tamaşaçıların marağına səbəb olur..

Zərgərlik nümunələri, əsаsən yüksək zövqlə işlənmiş, nəfis nümunələrlə təmsil оlunurlаr. Аzərbаycаn zərgərlik nümunələri zəngin bədii kоmpоzisiyа хüsusiyyətlərinə mаlik оlmаqlа rəmzi (аllеqоrik) mаhiyyət kəsb еdirlər. Zinyət işləri əsas etibarı ilə qızıl və gümüşdən düzələrək həyatda qadın və kişi bəzəyi kimi istifadə edilirdi. Ümumiyyətlə, qiymətli metallardan düzəldilmiş qızıl-gümüş bəzəklərinin gəzdirilməsi və geyilməsinə görə 4 hissəyə bölünür - boyun bəzəkləri, qol və barmaq bəzəkləri, baş bəzəkləri, libaslara bənd olunan bəzəklər (22, 19).

Zərgərlik nümunələri-mizin keçmiş ənənələrlə sıx əlaqəsini bu dövrdə düzəldilmiş qadın və kişi kəmərləri xüsusilə əyani bir şəkildə təsdiq edir.

Bədii metal sahəsində aparılmış elmi araşdırmalar göstərimişdi ki, 16-19 əə. Hazırlanmış bədii metal nümunələri 6 texniki üsulda bəzədilirdi :döymə, basma, qara savad, şəbəkə, xətəmkərlıq, minaçılıq.

Orta əsr mənbələrində zərgərlik sənətinin inkişafı haqda məlumatlara rast gəlinir. Mənbələrdə əsasən Gəncə, Şamaxı, Bakı, Beylaqan kimi şəhərlərin adları göstərilir. S.Əsədova yazırdı "...17-18 əsrdə şamaxı ustalarının bəzək əşyaları böyük şöhrət qazanmışlar. Holland səyyahı Y.Streys və qraf P.Volınskiy qadın bəzəklərini və silahları yüksək qiymətləndirirdilər." (  , 15)

Qeyd etmək lazımdır ki, zərgərlik sənəti nəsildən nəsilə ötürülür və hər bir kökə aid olan xüsusiyyətləri qoruyub saxlmağa çalışır. Bu faktorda şərti olaraq "məktəblərin" meydana gəlməsinə səbəb olmuşdu. Xüsusi olaraq - Bakı, Şamaxı, Lahıc, Naxçıvan, İrəvan, Ordubad, Şəki, Gəncə  "məktəblərinin " adlarını çəkmək olar.

Qiymətli metallar fondunda saxlanılan əşyaların arasında iki müəllifi bəlli olan sənət əsəri diqqəti cəlb edir. Birincisi Əbdül Həmid tərəfindən hazırlanan "Toqqa" xüsusi diqqət cəlb edir. Əşya XX əsrin əvvələrində  gümüşdən hazırlanıb. Digəri isə İ.Məmmədov tərəfindən hazırlanan "Quran qabıdır" .Əşya qızıldan hazırlanıb, firüzə, yaqut və mirvari ilə bəzədilib. İll.5-6

Minasazlıq XVI-XIX əsrdən Azərbaycan zərgərlik sənətini yüksəklərə qaldıran salələrdən biri idi. Minasazlığın ən çətin və maraqlı sahələrindən biri pərdəli minadır. Əldə olan materiallardan görünür ki, Azərbaycanda pərdəli mina işləri ən çox Təbrizdə, Naxçıvanda və xüsusilə Bakıda olmuşdur. Tarixdən məlumdur ki, yüksək keyfiyyətli Bakı pərdəli minaları hələ XVIII əsrdə dünya bazarlarında birinci yeri tutmuşdur. Əbəs deyildir ki, indiyə qədər xalq arasında hələ XIX əsrdə yaşamış məşhur Bakı minaçılarından Məşədi Əbüləziz, Usta Aslan, Molla Fərəc kimi sənətkarların adları qalmışdır. Minaçılıq sənətinin üsulu oyulmuş bir rəsmin, yaxud naxışın içini rəngli mina mayesi (şirəsi) ilə doldurmaqdan ibarətdir. Bundan ötrü qızıl, gümüş və qeyri-metal parçası üzərində lazım olan rəsmli və naxışlı qəlibi basma üsulu ilə ona keçirdikdən sonra burada əmələ gələn boşluqları mina mayesi ilə doldururlar.

Metal.  Bildiyimiz kimi muzeydə zərgərlik nümunələri ilə yanaşı misgərlik numunələri də eksponat şəklində nümayiş etdirilir. XIX əsrdə Lahıcda misgərlik o qədər inkişaf emişdir ki, əhalinin əksəriyyəti misgərliklə məşğul olunurdu. Burada  külli miqdarda məişət əşyası və ev avadanlığı (dolça, satıl, aftafa, sərnic, məcməyi, sərpuz və s.) hazırlanırdı. Qab-qacaqların bədii tərtibatında epiqrafik ornamentlərdən məharətlə istifadə edilirdi.  Ərəb əlifbasını çətin hərfləri Lahıc ustalarının əlində  adi ornamentlərinə çevrilərək, hər hansı bir qabın bəzəyində  istifadə edilirdiş XIX əsrdə Lahıcda düzəldilmiş muzeyində  saxlanılan  incə naxışlı qabda əşyanın hansı ildə, kimin üçün  kim tərəfindən hazırlandığı  qeyd olunmuşdur. Bununla yanaşı muzeydə XIX əsrə aid olan "Satıl", "Məcməyi" və s. göstərmək olar. İll.7-8

Bunlar gözəl məişət əşyaları olmaqla bərabər həm də o dövrdə Azərbaycanda rəsmin, naxışın nə vəziyyətdə olduğunu bildirən nadir sənət nümunələrindəndir. Bunların üzərində düz, əyri ("ilan yolu"), sınıq xətlərdən və onların əmələ gətirdiyi "üçbucaq" və "paxlava"dan (rombdan) ibarət olan qədim həndəsi naxışlarla bərabər, tədricən mürəkkəb "yarpaq", "gül", müxtəlif formalı "buta"lar, quş, heyvan və insan təsvirlərinə təsadüf edilir). Bu qab-qacaqların bədii tərtibatında müxtəlif yazı nümunələrindən də məharətlə istifadə edilmişdir. Ərəb əlifbasının çətin hərfləri Lahıc ustalarının əlində adi ornament elementlərinə çevrilərək, hər hansı qabın bəzəyində istifadə edilmişdir. Bəzəkdən başqa bu yazılar həm də qiymətli bir tarixi məxəzdir. Məsələn, Azərbaycan Dövlət İncəsənət muzeyində saxlanılan Lahıcda düzəldilmiş incə naxışlı bir şərbət qabında isə əşyanın hansı ildə kimin üçün və kim tərəfindən yaradıldığı qeyd olunmuşdur.

Bədii parça və bədii tikmə. Azərbaycan parçalarını bəzəyən ornament və rəsmlər onların ən qiymətli cəhətidir. Azərbaycan parçaları öz bədii tərtibatına görə üç böyük qrupa bölünür: müxtəlif dini sözlər və yaxud Şərq klassiklərinin rübailəri ilə bəzədilmiş parçalar, ornamental parçalar və süjetli parçalar. Qərbi Avropa və rus alimləri azərbaycanın bu sənət nümunələrini araşdırıb dünyaya təqdim etmişlər, onların yüksək bədii səviyədəd tərtib edildiylərinin xüsusi vurğulayırdılar. Belə alimlərin arasında N.N.Sobolyev, T.Armand, E.K. Kverfeld kimi alimlərin adını çəkmək olar. "Azərbaycan tarixindən bizə məlumdur ki, hələ tunc dövründə adamlar həm əyirmək və həm də toxumağı bacarmışlar. Bu, Azərbaycanda aparılmış qazıntılar zamanı tapılan qaba parça qalıqları nümunələrindən görünür. Azərbaycanda hələ eramızdan əvvəl III-I ərslərdə yun parçalar hazırlanırmış...

III-V əsrlərdə bədii sənət şeylərinin istehsalı, o cümlədən parça, saxsı qablar, zərgərlik işi və hətta xalçaçılıq belə, xeyli inkişaf edib artmışdır..." (Azərbaycan xalq yaradıcılıq nümunələri., B., 1960, səh.5-6)

Orta əsr tarixçiləri qeyd edirdi ki, Azərbaycan ustaları satmaq üçün ipək, yun və pambıq, kətan, atlaz, xətai  parçalar hazırlayırdılar. Bu parçalarda daha metal xasiyyəti daşımırdı. XI-XII əsrdə Gəncə ipəkləri xüsusi tanınırdı.

XIII əsrdə Azərbaycanda olmuş venesiyalı Marko Polo, yazırdı ki Təbriz şəhərində tanınmış xalça və parça ustaları işləyirdi. "Azərbaycan şəhərlərindən Təbrizdə, Şamaxıda, Şəkidə, Gəncədə və başqalarında xalçaçılıq, təkəldüz sənəti inkişaf edir, müxtəlif basma parçalar hazırlanır və dünyanın hər tərəfinə ticarət vasitəsiilə yayılırdı." (Azərbaycan xalq yaradıcılıq nümunələri., B., 1960, səh.6-7)

XV əsrən etibarən parça üzərində verilən yazılarda Qurandan götürülmüş sözlər get-gedə öz əhəmiyyətini itirərək, daha çox Şərq şairlərinin şeirləri ilə əvəz olunmağa başlayırdı. Şeirlər içərisində ən görkəmli yeri Hafizin, Sədinin və Nizaminin əsərləri tuturdu. Azərbaycan ərazisində tapılmış ən qədim yazılı parça nümunəsi XVI əsrin əvvəllərinə aiddir. 1936-ci ildə Bakıda Şirvanşahlar sarayında aparılmış qazıntı zamanı köhnə qəbirlərin birində kəfən yerinə istifadə olunmuş yazılı ipək parça tapılmışdır. Bu parçanın yazılarını oxuyan tarix elmləri namizədi Ə.Ələsgərzadə onun fars dilində yazılmış şeir olduğunu müəyyən etmişdir (23, 47).

Gül-çiçək rəsmləri ilə bəzədilmiş parçalar Azərbaycan toxuculuq sənətində ən görkəmli yer tutaraq çoxluq təşkil edir. Nəbati ornamentlə bəzədilmiş parçaların bizə gəlib çatmış ən orijinalı XV-XVI ərə aid edilən parça tikəsidir. Bakıda Şirvanşahlar sarayında aparılmış qazıntı işləri zamanı tapılmış bu ipək parça zərif naxışları ilə diqqəti cəlb edir.

XIX-XX ərin əvvəllərindən Azərbaycanda əsas etibarilə müxtəlif çeşidli saya və naxışlı ipək parçalar istehsal edilirdi. Bu əsrlərdə Azərbaycanın Şimal əyalətində ən keyfiyyətli ipək parçalar Şamaxı şəhərində və ona yaxın olan üç kənddə - Baskal, Müci, Zeyvədə toxunurdu.

Bu parçalar milli qadın geyimlərinin (don, çarşab, kəlağayı və s.) tikilişində və məişət əşyalarının (yorğan, döşək üzü, süfrə, boğça və s.) hazırlanmasında geniş istifadə olunurdu. Müxtəlif rəngli zolaqlar, dama naxışları, ot, şaxə kimi bitki motivləri bu dövr parçalarının əsas bədii xüsusiyyətini təşkil edirdi

XVIII əsrə aid edilən parça nümunələrini seyr edərək məlum olur ki, bu dövrün parçaları üzərində rast gəlinən bəzəklər əsas etibarilə basma və tikmə üsulu ilə icra edilirdi. Parçanı basma qəliblərlə bəzəmək Azərbaycanın bir çox yerlərində inkişaf etmişdir. Bu işdə Naxçıvan, Gəncə, Şamaxı, Təbriz ustaları xüsusilə şöhrət qazanmışdılar (35, 152).

Parçalara bəzək vurmaq üçün istifadə olunan ornamental taxta qəliblər, qoz və palıd ağaclarından, əsasən bəzəyin forması və ölçüsü ilə əlaqədar olan formada düzəldilirdi. Belə taxta qəliblərin üzərində böyük ustalıqla oyulmuş nəbati və həndəsi naxışlara, stilizə edilmiş quş, heyvan, bəzən də insan təsvirlərinə rast gəlirik. Taxta qəliblər üzərindəki bu rəsmlər elə bədii səpkidə və sənətkarlıqla oyulmuşdur ki, hətta indi də əməli əhəmiyyətini itirməmişdir. Məsələn, heç də təsadüfi deyildir ki, Basqalda, Şəkidə, Gəncədə və s. yerlərdə hazırlanan kəlağayılar bu günədək həmin taxta qəliblərlə bəzədilir. Sənətkarlar parçanı təkcə taxta qəliblərlə basıb naxışlanmaqla kifayətlənmir, parçanı daha əlvan və rəngarəng görünməi üçün onu əlavə rənglərlə boyayırdılar. Parçanı boyayarkən basılmış naxışların üzəri bulaşmasın deyə, onu mumla örtür və rəngli məhlulun içərisinə salırdılar. Parça boyanıb qurtardıqdan sonra mum örtüklər götürülür və beləliklə, parça üzərində rəngbərəng bəzəklər əmələ gəlirdi (23, 49).

Azərbaycan Milli İncəsənət muzeyində Azərbaycan sənətkarları tərəfindən XVIII əsrdə hazırlanmış bir neçə bədii qələmkar parçalar saxlanmaqdadır. Misa olaraq, Usta Hacı Məhəmməd tərəfindən hazırlanmış iki qələmkar-namazlığı qeyd etmək olar.

Tikmə.     XIX - XX əsrin əvvəllərində bədii tikmələr üçün əsas rolu oynayan material yerli istehsal olan qonovuz, darai və məxmər idi. Onlar, Şamaxıda, Basqalda, Şəkidə, Gəncədə, Şuşada və Azərbaycanın digər şəhərlərində hazırlanırdı. Bədii tikmə üçün yerli ipək və yun saplardan və yerli basmaqəliblərdən istifadə olunurdu. Boyama üçün bitki mənşəli boyayıcılar işlədilirdi.

Bədii tikmə məmulatları ornamental motivlərin zənginliyi və müxtəlifliyi ilə fərqlənirdi. Azərbaycan bədii tikmələrində ən çox işlədilən bitki motivləri qızılgül, nərgiz, qərənfil, lalə, zanbaq, meyvə ağaclarının yarpaqları - nar, heyva, alça çiçəkləri, eləcə də sünbül və müxtəlif formalı yarpaqlardır (27, 131). Misal kimi, Şəkidə (Nuxada) XX əsrin əvvələrində işlənmiş tikməni qeyd etmək olar. Qara mahud üzərində təkəldüz tikməli stilizə edilmiş nəbati ornamentlər simmetrik təkrarlanır. Əsas rəngləri: qırmızı, narınc, yaşıl və mavidir. (İll 9.)

Bədii tikmələrin həndəsi naxışları düz və sınıq xətlərdən, ziqzaqlardan, üçbucaqlardan, dördbucaqlardan, altı və səkkizguşəli ulduzlardan, romblardan, ulduzcuqlardan və günəşin rəmzi təsvirlərindən ibarətdir. Bədii tikmələrdə quşları: bülbül, tovuz quşu, göyərçin, tutu quşu, hophop (şanapipik), sərçə, qırqovul, bildirçin, kəklik və digərlərini təsvir etməyi sevirdilər). Misal olaraq, XIX əsrdə Şəkidə (Nuxada) hazırlanmış pərdəni qeyd etmək olar.. Bu pərdənin üzəri piləklərlə tikilmiş, çəhrayı rəngli qanovuz parçadandır. Mərkəzdə quş və gülabdanların əhatəsində iki stilizə edilmiş sərv ağacı, künclərdə isə butalar işlənmışdir. Pərdənin kənarları güllər və yarpaqlardan hörülmüş dalğalı xətt şəkilli tikmələrlə işlənmış qanouz parça ilə əhatələnmişdir. Əsərin üzərində sarımtıl pilləklərə rast gəlmək olar. (İll.10-------)

Məişət əşyalarından gülab suyu üçün sürahilər, daraq üçün futlyar, kosmetika üçün flakonlar, kuzələr və s. rast gəlinir.

Azərbaycanda məişətdə populyar və geniş yayılmış bədii tikmə növləri: güləbətin, , təkəlduz, metal muncuqlu tikiş, muncuqlu tikiş, basmanaxış,  qurama,

Bütün tikmə növlərindən ən qədimi - qızılı və gümüşü saplarla bədii tikmələrdir. Əsasən çox sıx parçadan istifadə edilirdi. Qırmızı, tünd qırmızı, bənövşəyi və yaşıl rəngli parçalardan məxmər ən yaxşı material sayılırdı. Müxtəlif çalarlı incə mahud, parça, tirmə, atlas, tumac dəri üzərində də bədii tikmələr salınırdı. Qızılı və gümüşü saplarla tikiş üçün fabrik istehsalı qızıl və gümüş saplardan istifadə olunurdu. Bu bədii tikmə növü bir terminlə - güləbətin adlanırdı (35, 154).

Güləbətinlə daha çox qadın üst geyimlərinə, baş geyimlərinə, ev məişət əşyalarına, at yəhərinə və daha xırda məmulatlara bəzək vurulurdu. Gəlinin cehizinə güləbətin işləməli məişət təyinatlı müxtəlif əşyaları daxil etmək adəti də vardı (27, 130). İll.11

Rəngli ipək saplarla işlənmiş bədii tikmələr arasında təkəlduz tikmələri daha geniş yayılmışdı. XVIII-XIX əsrlərdən qalmış tikmələrimizdə daha çox fərdi xarakterli ayrı-ayrı  quş,  heyvan, rəsmlərinə rast gəlirik. XVIII əsrin axırlarında Şamaxıda hazırlanıb hal-hazırda Azərbaycan Dövlət İncəsənət muzeyində saxlanılan tovuz quşu, durna, hacıleylək, bülbül təsvirli tikmələri, muzeydə nümayiş etdirilən  başqa bir bədii tikməni bu cür kompozisiyalı təkəldüz  işləri sırasına daxil edə bilərik. Təkəlduz bədii tikmələrinə qadın geyimləri, böyük yastıqların üzlükləri, mütəkkələr, hamamda işlədilən ayaqaltı xalçalar, örtükləri misal göstərmək olar. İll.12

Muncuqlu tikməsi xırda və rəngərəng muncüqlarla işlənilir. Onlar xüsusi saplara düzülür, sonra isə pul kisəsinin, daraq qabının və yaxud digər əşyaların üzərinə tikilib bərkidilir.Adı çəkilən əşyalar üzərində təsvirlər müxtəlif formada və kompozisiyada işlənilirdi. Lakin ən geniş yayılan motivlər güllər, çiçəklər, yarpaqlar idi. Belə tipli tikmələrdə mirvaridə istifadə edilirdi. İll.13

Muncuqlu tikmənin geniş yayıldığı yerlər  Şuşa, Gəncə, Qazax, Naxçıvan, Bakı və Təbrizdir.

Qurama xırda-xırda kəsilmiş rəngərəng parçalrın birləşməsinə deyilir. Bu növ tikmədə həndəsi elementlərdən daha çox istifadə edilib. Onlara ən çox Abşeronda, Gəncədə, Qazaxda və Gədəbəydə rast gəlmək olar. İll 14

Oturtma (qondarma) geniş yayılımış sənət növlərindən biridir. Burada istənilən bəzək ayrıca parçalardan kəsilib başqa bir parça üzərinə qoyulur və sonradan onun üzərinə bərkidilir. "Rəsm"i və yaxud naxışı daha qabarıq göstərmək üçün bəzi hallarda onun altına pambıq qoyurdular.  Bu tikmənin geniş yayıldığı yerlər  Abşeron,Gəncə, Qazax, Şamxor  və Sevan gölünün ətrafı.

Qeyd olunan bədii tikmə və parça növləri qadın və kişi geyimlərində geniş istifadə edilirdi.

Yekün olaraq, vurğulamaq istiyardim ki, mən öz çıxışımda azərbaycan xalq ustalarının yaratdığı əsərlərin yalnız çox az bir hissəsi ilə sizi tanış etdim. Adı çəkilən sənət nümunələrinin hər biri müstəgil çıxış və araşdırma mövzusu ola bilər. Güman edirəm ki, bu məruzə azərbaycan xalq sənətinə olan marağı dahada artıraçaq.

 

 

 

 

 

 

 

 

 

 
 

Müəllifin digər yazıları


Etiket:

Strategiya.az

Müəllifin digər yazıları

Daha çox
Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM