Səməd Vurğun yaradıcılığında milli və bəşəri kaloritlər

09:48 / 30.04.2013

Yusif Əfşar

Fizika üzrə fəlsəfə doktoru

 "Mən ona görə dahiyəm ki, özümdən öncəki dahilərin çiyinlərində dayanmışam" - bu sözləri dahi ingilis fiziki İsaak Nyuton demişdir. Həqiqətən də, bu deyimdə böyük bir hikmət payı vardır. Millətin millət kimi formalaşmasında onun sayının azlığının, ya çoxluğunun fərqi yoxdur, yəni daha doğrusu, bu prinsipdə kütlə amili heç bir əhəmiyyət kəsb etmir. Hər bir xalqı dünyada tanıdan onun şəxsiyyətləri, onun dahiləridir. Yəni xalq üçün doğulan, lakin bəşəriyyət üçün yaşayan, iz buraxan dühalar xalqı tanıdıb.

Maddi-mədəniyyət nümunəsi, folkloru zəngin olan xalq özünün möhtəşəm varlığı üzərində ədəbi və bədii ədəbiyyatını yaratmışdır. Bu ədəbiyyat nümunələri dövrün fəlsəfəsinə, yaşam tərzinə uyğun olaraq, sanki, böyük bir zəncir halqaları kimi bir-birinə keçərək gələcəyə doğru uzanmışdır. Əgər bu halqalardan hər hansı birini öz dövrünün epoxasından ayırıb, ona ya özündən əvvəlki, yaxud da özündən sonrakı dövrün siyasi və sosial tələbləri müstəvisindən baxılsa, bu mükəmməl bağlılıq darmadağın olar.

"Kitabi-Dədə Qorqud" dastan folkloru təməlində formalaşan tarixi Azərbaycan, türk ədəbiyyatının zəngin xəzinəsi dahi şəxsiyyətlər vasitəsilə günümüzə qədər gəlib çatmışdır. Hər bir şair, sənətkar onlarca, yüzlərcə müasiri ilə bir dönəmdə yaşayıb yaratmışdır. Lakin cəmiyyətin sərt və dəyişkən tələbləri qarşılığında xalqın duyğusunu, sevgisini daha çox qazanmış sənətkarlar ələnərək özündən öncəki dahinin dahiliyi üzərində zirvələrə ucalmışdır. Azərbaycan xalqı dünyanın xoşbəxt xalqlarındandır ki, onun dünyaca məşhur dahi sənətkarları və elm adamları olub. Nizami Gəncəvi, Nəsimi, Füzuli, Nəsrəddin Tusi kimi dahilərin sırası daha sonralar Mirzə Fətəli Axundova, Mirzə Cəlilə, Üzeyir Hacıbəyliyə, Hüseyn Cavidə, Səməd Vurğuna və digərlərinə gəlib çatmışdır. Azərbaycan xalqının milli-mənəvi sərvəti olan dahi şəxsiyyətlərin və mütəfəkkirlərin məqsədli şəkildə ləkələnməsi qeyri-milli qüvvələr tərəfindən bu və ya digər formada ortaya atılmışdır. Çox təəssüflər olsun ki, bu işdə "sapı özümüzdən olan baltalar" daha çox aktivlik göstəriblər.

Bir vaxtlar Nizaminin fars, Füzulinin qeyri-millətdən olmasını söylədilər. Bir vaxtlar Mirzə Cəlili, Rəsul Rzanı, Cavidi, Müşfiqi, Sabiri ittiham etdilər, onların şəxsiyyətlərini alçaldacaq böhtanlar yağdırdılar. Son vaxtlar isə saxta ittihamlarla, mənşəyi bilinməyən böhtanlarla hələ özünü tanımayan, dərk etməyən, yetişməmiş insanların vasitəçiliyi ilə Azərbaycan xalqının böyük oğlu, dahi şair Səməd Vurğuna qarşı qaragüruh fəaliyyətə keçiblər.

Milli və siyasi baxışlarına görə Səməd Vurğuna əks cəbhədə göstərilərək Sovet ideologiyasına baş əymədiyinə görə repressiyaya məruz qalması iddia olunan Azərbaycan şair və yazıçıları haqqında bu cür yanaşma kökündən yanlışdır. Əvvəla Səməd Vurğun yaradıcılığını dərindən bilənlərin, onu sevərlərin Səməd Vurğuna qarşı iddialar irəli sürənlərdən köklü fərqi ondan ibarətdir ki, Vurğunsevərlər daim Vurğun yaradıcılığı ilə yanaşı Cavid, Müşviq, Əhməd Cavad yaradıcılığını da sevmişlər. Məhz repressiya illərində Müşviqini, Cavidini, Əhməd Cavadını itirən Azərbaycan ədəbiyyatının ağırlığının böyük hissəsi Vurğunun üzərinə düşmüşdür. Buna görə də Səməd Vurğun qanlı repressiya illərində özünü qorumağı düşünmədən bir-birinin ardınca xalqın ədəbi xəzinəsini dolduracaq əsərlər yazmışdır ki, bunlardan biri də "Vaqif" dramıdır.

Ümumiyyətlə, Səməd Vurğun Sovet senzurasının xalqların milli ədəbiyyatı qarşısına çəkdiyi "tikanlı sərhəd məftilləri"ni doğrayaraq, özünə cığır açaraq bu sərhədi keçmiş və xalqının taleyinin acı tarixini bəzən öz dilində, bəzən obrazının dilində nəzmə çəkmişdir. Səməd Vurğun üçün dolğun həyat fəlsəfəsi xalqla, təbiətin vəhdətindən doğurdu. Məlumdur ki, Səməd Vurğunun müasiri olan kütlə və intellekt sahibi olan insanlarla bugünkü insanların milli düşüncəsi arasında yerlə göy arası fərq vardır. O dövrdə Sovet ideologiyasına uymuş kütlənin özü belə milli ruhda yazılan istənilən əsərə qarşı sərt təpki göstərərək, müəllifi baykot edərdilər. Şairin, sənətkarın da ölməzliyi, böyüklüyü elə ondadır ki, o yazmış olduğu əsərləri həm dövrün ruhuna uyğun yazmalı, həm də zamanın dəyişkən axarında onların yaşamağını təmin etməli idi. Səməd Vurğun 1934-cü ildə yazdığı "Azərbaycan" şeiri ilə kütləyə özünün zəmanə ruhlu şair olduğunu, düşüncə və təfəkkürü dərin olan oxucuya, gələcək tədqiqatçılara isə bəşəri duyğulu sənətkar şair olduğunu göstərmişdir. Ümumiyyətlə, Səməd Vurğunun şeirlərinin təhlilini vermək üçün gərəkdir ki, ədəbiyyatdan, tarixdən kifayət qədər məlumatın ola. Məsələn, milyonlarla insan "Azərbaycan" şeirini əzbər bilir. Şeir hər bir dövrün ruhuna uyğun gəlir. Lakin şairin yaradıcılığında ortaya qoyduğu milli problemləri duya biləcək az sayda insanlar var. Bu şeirdə Quzey Azərbaycanla Güney Azərbaycanın yaralı yeri olan ədalətsiz parçalanmanın acısından danışıldığını nə dərəcədə bilirik? O zaman şeiriyyətdə bəzi bəndlərə diqqət çəkək:

El bilir ki, sən mənimsən,

Yurdum, yuvam məskənimsən,

Demək, doğma vətənimsən,

Ayrılarmı könül candan?

Azərbaycan, Azərbaycan!

Birinci üç sətirdə şair Azərbaycan ərazisində mövcud olmuş tarixi dövlət və imperiyaların mövcudluğu zamanı bu ərazilərin Azərbaycan türklərinə aid olduğunu bütün dünyanın bildiyini və buradakı qədim toponimlərin məhz türklərə aid olduğunun şübhəsiz təsdiqinə eyham vuraraq "Demək, doğma vətənimsən" yazmışdır. "Ayrılarmı könül candan?" yazmaqla tarixin qara səhifəsində Azərbaycanı bölmüş güclərə səslənərək Quzey Azərbaycanla Güney Azərbaycanın ayrılığına rəğmən Azərbaycan adını iki dəfə çəkir. Şeirin sonrakı bəndində Səməd Vurğun Azərbaycanın milli probleminin siyasi durumunu poetik dillə oxucuya ötürmüşdür:

Mən bir uşaq, sən bir ana,

Odur ki, bağlıyam sana:

Hankı səmtə, hankı yana    

Hey uçsam da, yuvam sənsən,

Elim, günüm, obam sənsən!

Birinci misrada şair Sovet Azərbaycanının ərazi və əhali baxımından kiçikliyinə rəğmən buna "mən bir uşaq" deyərək, İran Azərbaycanına isə "sən bir ana" deməsilə bu vəhdət daxilində tarixi bir coğrafiya cızmışdır. Sonuncu üç sətirdə isə şair Azərbaycanda fəaliyyət göstərən gizli Güney mühacir təşkilatlarının və xaricdə fəaliyyət göstərən Azərbaycan mühacir hökumətinin fəallarının haralarda fəaliyyət göstərməsindən asılı olmayaraq, Azərbaycan üçün döyünən bir ürək olduqlarını poetik formada vermişdir. Şair böyük poetik maneralarla şeirin bəndlərində Quzey Azərbaycanın siyasi və mövcud xəritəsiini cızaraq son anda Güneyə uzanan yola baxır. Məsələn, "Azərbaycan" şeirinin digər bəndində:

Bir tərəfin bəhri - Xəzər,

Yaşılbaş sonalar gəzər;

Xəyalım dolanar gəzər

Gah Muğanı, gah Eldarı,

Mənzil uzaq, ömür yarı!

Bu bənddə Quzey Azərbaycanın gözəlliyini vəsf etmiş, lakin sonda "Mənzil uzaq, ömür yarı" deməklə açıq-aydın görsənir ki, bütöv Azərbaycanı dolanmaq üçün bir insan ömürü yetməz. Digər bir bəndə diqqət yetirək:

Keç bu dağdan, bu arandan,

Astaradan, Lənkərandan.

Afrikadan, Hindistandan

Qonaq gəlir bizə quşlar,

Zülm əlindən qurtulmuşlar...

Bu misralar adi oxucu üçün gözəl təbiət mənzərəsi kimi görsənir. Amma gəlin, şeirin poetikasına enərək sətiraltı ifadələri incələyək. "Keç bu dağdan, bu arandan, Astaradan, Lənkərandan" deməklə şair Güney Azərbaycanın sərhəd zolağında dayanaraq buradan Güneyə boylanır. Birdən-birə sanki şeirdə uzlaşmayan təbiət mənzərəsi ortaya çıxır. Lənkəranı əyalət kimi göstərdiyi halda, sonrakı misralarda materik və ölkə anlayışına keçir. Bəs, görəsən, burada şairi yaralayan nə idi? Şairin Güneydə fars rejimi əsarətində zülm çəkən milyonlarla soydaşının Quzeydə yaşayan qardaşlarına qovuşmasına qadağa qoyulduğu bir vaxtda, Afrika dövlətlərinin qara dərili vətandaşlarının və "qardaş" Hindistan vətəndaşlarının heç bir maneələr olmadan "beynəlmiləlçilik" adı altında sovetlərə rahat şəkildə gələrək gül-çiçəklə qarşılanmaları şairi yandırırdı.

Şairin böyük qardaşı Mehdixan Vəkilovun atam mərhum İmrayıl Alıyevə söylədiyi xatirələrindən: "Səməd Vurğun Güney Azərbaycan problemini millətimiz üçün faciəvi problem adlandırırdı. Mən İkinci Dünya müharibəsi başlayandan sonra 1941-ci ilin sentyabr ayında Təbriz şəhərinə ezam olunmuşdum. Orada gizli və aşkar şəkildə arxivlərdə işləyirdim. Rastıma çıxan materiallar məni dəhşətə gətirirdi. Bu xalqın zəngin ədəbi-bədii yaradıcılığı, tarixi keçmişi qalaq-qalaq, toz basmış köhnəlmiş sənədlərdə yatırdı. Mən qadağan olunmuş sənədlərin mətnini əzbərləyərək yadımda saxlayırdım. Çünki hər hansı qeyd aparmağın acı sonluğu mənə məlum idi. Bu məlumatları Bakıya gəlincə gizlincə Səmədə danışırdım. Səməd qulaq asıb dinlədikdən sonra gözləri yaşarmış halda "ay Qara, bu xalq hər zaman yaratmış, yaradır, yaradacaq da" deyərək qəhərlənirdi".

Lakin olaylara dərindən yanaşma məntiqi olmayan, ədəbi düşüncə tərzi dayaz olan bəzi insanlar Səməd Vurğunu təkcə aşıq şair adlandırırlar. Bəli, ədəbi bilik səviyyələrinin sərhədləri daxilində bunu düz görürlər, lakin çox təssüf ki, qıfıllanmış zehniyyətləri bundan artığını görməyə imkan vermir. Milli və bəşəri dəyərlərə əsaslanan problemlərin qoyuluşu baxımından Səməd Vurğun yaradıcılığında iki əsas motiv (milli və bəşəri) vəhdət təşkil edir. Məlumdur ki, aşıq yaradıcılığı Azərbaycan türklərinin kökündən gələn bir yaşam tərzidir. Həqiqətən də, xalq şairi, xalq sənətkarı olan kəs o xalqın milli ruhunu ruhunda daşımayırsa, ən yaxşı halda həmin sənətkar məhəlli bir formada qısa zamanda yaddaşlarda yaşayacaq. Milli kaloritləri öz əsərlərində ortaya qoya bilməyən şair bəşəri müstəviyə çıxa bilməz. Səməd Vurğun ədəbi yaradıcılığında milli dəyərlər xəzinəsi üzərində dayanaraq, bəşəriyyət üçün ortaya bəşəri problemlər qoymuşdur. Belə ki, əsərlərində milli və bəşəri kaloritlərə toxunan şair sonluqda hadisələrin mərkəzində insan faktorunun dayandığını üzə çıxarmış və "Qalib gələcəkmi cahanda kamal?" deyərək ümumbəşəri bir problem ortaya qoymuşdur. Və beləliklə, özündən sonra gələn nəsillərə yaradıcılıq çevrəsi müəyyən etmişdir.

Sonda yuxarıdakı təhlillərə əsaslanaraq təhlili bu cür tamamlamaq istərdim: "Səməd Vurğunun hər bir əsəri ayrı-ayrılıqda palıd ağacının budaqlarını, əsərlərinin vəhdəti isə ağacın kökünü və gövdəsini təşkil edir. Səməd Vurğunun əsərlərini dərk etməyən, onun yaradıcılığına şübhə ilə yanaşanların qaranlıq zehniyyətində bir qıfıllanma vardır".

Səməd Vurğun yaradıcılığında aparılacaq təhlilli yazılar silsilə halında davam etdiriləcək. Əsl ədəbiyyatçı, tənqidçi və yaradıcı insanlarımızdan bu yöndə fikirlərini bildirməsini xahiş edirik.

 

 

 

 

 

 
 

Müəllifin digər yazıları


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM