Məhəmməd Hadinin Nizami Gəncəvidən etdiyi bir tərcüməsi haqqında

14:27 / 18.08.2014

Strategiya.az saytı "GEOSTRATEGİYA" jurnalına istinadən AMEA-nın M.F. adına Əlyazmalar İnstitutunun əməkdaşı  Pəri Qeyisovanın "Məhəmməd Hadinin Nizami Gəncəvidən etdiyi bir tərcüməsi haqqında" adlı məqaləsini sizə təqdim edir

Hörmətli redaksiya!

Məlum olduğu kimi, klassik ədəbiyyatımızın böyük bir hissəsi dövrün ənənəsinə görə fars dilində qələmə alınmışdır. Farsdilli poeziya örnəkləri hələ orta əsrlərdən başlayaraq Azərbaycan türkcəsinə tərcümə olunmağa başlayır və bu iş XX yüzillikdə daha geniş vüsət alır. XX əsrdə farsdilli ədəbiyyatın tərcüməsi sahəsində səmərəli fəaliyyət göstərən görkəmli sənətkarlarımızdan biri də Məhəmməd Hadi olmuşdur. AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, gənc tədqiqatçı Pəri Qeyisova “Hadinin tərcümələri” mövzusu üzərində çalışır. Onun “Məhəmməd Hadinin Nizami Gəncəvidən etdiyi bir tərcüməsi haqqında” məqaləsinin jurnalınızda çap olunmasını məsləhət bilirəm.

Möhsün Nağısoylu
filologiya elmləri doktoru, professor

 


XX əsr Azərbaycan romantik ədəbiyyatının ən parlaq simalarından biri olan görkəmli şair, istedadlı qələm sahibi Məhəmməd Hadi (1879-1920) yaradıcılığında klassik Şərq ədəbiyyatının, İslam mədəniyyətinin, mənəvi dəyərlərin, irfanın böyük təsiri olmuşdur. Hadi bir çox əsərlərində islamın müqəddəs kitabı olan Qurana müraciət etmiş, islam maarifi hərəkətinə böyük önəm vermişdir.


Mən bir kitab, hər vərəqim min kitabdır,
Ayati-mühkəmati bütün inqilabdır.

Çıx, çıx məzardən, ərəsati-həyata gəl,
“İkrə kitabəkə”... bu ki, yövmül-hesabdır.

Klassik Şərq poeziya ənənələrinə sadiq qalaraq yaradıcılığında əruz vəzninə üstünlük verən Hadi qələmini bədii tərcümə sahəsində də sınamışdır. Belə ki, o və klassik farsdilli poeziyanın nəhəng simalarından olan Nizami Gəncəvi, Cəlaləddin Rumi, Sədi Şirazi və Hafiz Şirazi əsərlərindən ayrı-ayrı nümunələri bədii və bir qədər sərbəst biçimdə və olduqca uğurlu bir şəkildə dilimizə çevirmişdir.
Şairin poetik tərcümə sahəsindəki səmərəli fəaliyyətində dahi Azərbaycan şairi Nizami Gəncəvinin məşhur “Leyli və Məcnun” poemasında oğlu Məhəmmədə müraciətlə yazdığı şeir parçasının tərcüməsi xüsusi yer tutur.
Məlum olduğu kimi, Nizami Gəncəvi bu poemasında 14 yaşa yenicə qədəm qoymuş oğlu Məhəmmədə elm, ədəb öyrənməyi, özünə faydalı bir peşə seçməyi və seçdiyi sənətə mükəmməl şəkildə yiyələnməyi tövsiyə edir:

Bir elmi öyrənmək istədikdə sən,
Çalış ki, hər şeyi kamil biləsən.
Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan.
Məndən söyləməkdir, səndən eşitmək,
Bir insan əliboş gəzməsin gərək.
(tərcümə: Səməd Vurğunundur)

Dahi Nizami Gəncəvinin bu fikirlərini maarifə, elmə, təhsilə böyük önəm verən maarifçi şair Hadi çox bəyənmiş, məhz buna görə də həmin parçanı ana dilimizə poetik şəkildə tərcümə etmişdir. Qeyd edək ki, bu tərcümə ilk dəfə Hadinin çalışdığı məşhur “Füyüzat” jurnalının 27-ci sayında (18 sentyabr 1907-ci il) nəşr olunmuşdur. Maraqlıdır ki, Hadi bu tərcüməsini “Nizaminin övladına nəsihəti” adı altında nəşr etmişdir. Tərcümə 25 beytdən ibarətdir və orijinalda olduğu kimi məsnəvi şəklində qələmə alınmışdır. Onu da əlavə edək ki, Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasında bu hissə 36 beytdən ibarətdir və aşağıdakı misralarla başlanır.
Ey çardəh sale-ye ğorrətül-eyn,
Baleğnəzər-e olum-e kovneyn.
An ruz ke həft sale budi,
Çun qol be çəmən həvale budi.
Vəknun ke be çardəh residi,
Çun sərv bər ouc sər keşidi.
Bu misralar Hadinin poetik tərcüməsində aşağıdakı kimi səslənir:
Ey on dörd yaşa ermiş nuri-çeşman!
Oğul! Kəsb eylə elmi-dinü əbdan.
O gün ki, yeddi yaşındaydın, övlad,
Çəməndə gül kimi qönçəydin, övlad.
Yetişdi şimdi kim, on dördə yaşın,
Erişdi sərvvəş balayə başın.
Dahi Nizami Gəncəvinin bu misraları ilə Hadinin tərcüməsindəki yaxınlıq və uyarlıq göz qabağındadır. Şair – tərcüməçi bu misraların tərcüməsi zamanı orijinalın məzmununu maksimum şəkildə saxlamağa can atmış, eyni zamanda fikri poetik şəkildə ifadə etməyə çalışmış və buna uğurla nail olmuşdur.
Əyanilik üçün bu parçanın filoloji tərcüməsinə nəzər salaq:
Ey on dörd yaşlı gözümün işığı!
İki dünya elmlərində tam yetkin,
O gün ki, yeddi yaşındaydın,
Çəməndəki gül kimi idin.
İndi ki on dördünə çatmısan,
Sərv kimi yüksəkliyə baş qaldırmısan,
Göründüyü kimi, Hadinin bu poetik tərcüməsi ilə onun filoloji tərcüməsi arasında elə bir ciddi fərq yoxdur. Dahi şairimiz S.Vurğun isə bu parçanı çağdaş dilimizə aşağıdakı şəkildə tərcümə etmişdir.
Sən, ey on dörd yaşlım, hər elmə yetkin!
Gözündə əksi var iki aləmin!
Yeddi yaşar oldun o zaman ki, sən,
Açıldın gül kimi, güləndə çəmən.
İndi ki, çatmışdır yaşın on dördə,
Başın sərv kimi durur göylərdə.
Təbii ki, Hadi ilə S.Vurğunun tərcüməsi arasında məzmunca elə bir ciddi fərq onlar arasında dil-üslub baxımından müəyyən ayrıntıların olması da göz qabağındadır.
Bütövlükdə götürdükdə Məhəmməd Hadi dahi ustadı Nizami Gəncəvinin bu misralarını nəzərə çarpmasına baxmayaraq tərcümə edərkən həm ondakı dərin mənanı, həm də poetik ruhu saxlamağa can atmışdır.
XX əsr ədəbiyyatımızın görkəmli nümayəndəsi Məhəmməd Hadinin bədii tərcümə yaradıcılığı təbii ki, ayrıca bir araşdırmanın mövzusudur. Buna görə də biz böyük şairimizin dahi Nizamidən etdiyi tərcüməsi haqqındakı bu kiçik məqaləmizi elə həmin tərcümənin tam mətnini verməklə bitiririk:

 

 

در نصیحت فرزند خود محمد نظامی

 

ای چارده ساله قرةالعین                                   بالغ نظر علوم کونین                                    

آن روز که هفت ساله بودی                            چون گل به چمن حواله بودی                            

و اکنون که به چارده رسیدی                          چون سرو بر اوج سر کشیدی                            

غافل منشین نه وقف بازیست                          وقت هنر است و سرفرازیست                            

دانش طلب و بزرگی آموز                              تا بنگرند روزت از روز                                 

نام و نسبت به خردسالی است                          نسل از شجر بزرگ خالی است                           

جایی که بزرگ بایدت بود                            فرزندی من ندارت سود                                     

چون شیر به خود سپه شکن باش                    فرزند خصال خویشتن باش                                

دولت طلبی سبب نگه دار                              با خلق خدا ادب نگه دار                                    

آنجاکه ففسانه ای سکالی                               از ترس خدا مباش خالی                                   

وان شغل طلب ز روی حالت                          کز کرده نباشدت خجالت                                   

گر دل دهی ای پسر بدین پند                          از پند پدر شوی برومند                                   

گرچه سر سروریت بینم                              و آیین سخنوریت بینم                                       

در شعر مپیچ و در فن او                            چون اکذب اوست احسن او         

زین فن مطلب بلند نامی                           کان ختم شد است بر نظامی        

نظم ارچه به مرتبت بلند است                   آن علم طلب که سودمند است        

در جدول این خط قیاسی                         می کوش به خویشتن شناسی          

تشریح نهاد خود درآموز                          کاین معرفتی است خاطر افروز    

پیغمبر گفت علم علمان                             علم الادیان و علم الابدان            

در ناف دو علم بوی طیب است                    وان هر دو فقیه یا طبیب است     

می باش طبیب عیسوی هش                        اما نه طبیب آدمی کش              

می باش فقیه طاعت اندوز                            اما نه فقه حیلت آموز              

گر هر دو شوی بلند گردی                         پیش همه ارجمند گردی            

صاحب طرفین عهد باشی                           صاحب طرف دو مهد باشی       

می کوش به هر ورق که خوانی                       کان دانش را تمام دانی          

پالان گریی به غایت خود                            بهتر ز کلاه دوزی بد              

گفتن ز من از تو کار بستن                         بی کار نمی توان نشستن           

با اینکه سخن به لطف آبست                       کم گفتن هر سخن صوابت         

آب ارچه همه زلال خیزد                            از خوردن پر ملال خیزد          

کم گوی و گزیده گوی چون در                    تا ز اندک تو جهان شود پر        

لاف از سخن چو در توان زد                     آن خشت بود که پر توان زد       

مرواریدی  کز اصل پاکست                       ارایش بخش آب و خاکست        

تا هست درست گنج و کانهاست                  چون خرد شود دوای جانهاست    

یک دسته گل دماغ پرور                           از صد خرمن گیاه بهتر            

گر باشد صد ستاره در پیش                       تعظیم یک آفتاب ازو بیش         

گرچه همه کوکبی به تابست                        افروختگی در آفتابست             

       

 

 

Məhəmməd Hadi

Nİzamİnİn övladına nəsİhətİ

Ey on dörd yaşa ermiş nuri-çeşman!
Oğul! Kəsb eylə elmi-dinü əbdan.
O gün ki, yeddi yaşındaydın, övlad,
Çəməndə gül kimi qönçəydin, övlad.
Yetişdi şimdi kim, on dördə yaşın,
Erişdi sərvvəş balayə başın.
Deyildir vəqti-bazi, olma qafil,
Hünər övqatıdır, kəsb et fəzail.
Üluma talib ol, öyrən maarif –
Ki, görsünlər səni gün-gündən arif.
Təfəyyüz göstər, ol amalə vasil,
Mənə övlad olmaqdan nə hasil?
Müzəffər ol, qıl ehrazi-bəsalət,
Xüluq ol, eylə ehrazi-səadət.
Dilərsən sərvət, əldə eylə alat,
İbadullaha qıl, oğlum, müraat!
Haçan dərpiş qılsan bir xəyalı,
Xudanın qorxusundan olma xali.
İşində eylə fövqəladə diqqət,
Sənə üz verməsin axır xəcalət.
Könül qoysan bu pəndi-sudməndə,
Olursan bəxtiyar, ey nuri-didə!
Cəbinində füyuzi-qabiliyyət, -
Əyandır səndə ənvari-zəkavət.
Əvət, əşar ülvi mərtəbətdir,
Şu elmi kəsb qıl, pürmənfəətdir.
Buyurmuş “fəxri-aləm”: elm elman.
Biri əbdan, digər elm elmi-ədyan.
Edər bunlarla millət kəsbi-qüvvət:
Fəqahətdir, sənaətdir, təbabət.
Əsasi-şərdir bunlarla qaim.
Səmayi-dindir bunlarla daim.
Fəqih ol, ittiqapərvər və dindar,
Fəqihi-pürdəsais olma zinhar.
Təbib ol, can bağışla mürdəganə,
Nəinki mövt bəxş et zindəganə.
Əgər kəsb etsən elmi-dinü əbdan,
Olrsan hörmətü təqdirə şayan.
Ülumu eyləsən ehraz hərgah,
Olursan hər iki aləmdən agah.
Haçan bir elmü fənn etsən qiraət,
Mükəmməl bilməyə sərf eylə qeyrət,
Külahduzi-dəğəldən, qabil palanduz,
Həqiqət, yaxşıdır qabil palanduz.
Əməl səndən, oğul, məndən nəsihət,
Edər bədbəxt insanı ətalət.
Su misli gərçi söz də basəfadır,
Söz ol sözdür ki, azdır, bixətadır.
Nə rütbə olsa da su pakü safi,
Çox içmək səhhətə oldu mənafi.

 

Ədəbİyyat

 

  1. کلیات حکیم نظامی گنجوی. تصحیح استاد وحید دستگردی. تهران: انتشارات نگاه. ص ٣٣٣-٣٣٢،  ١٣٨٨

2. Nizami Gəncəvi. “Leyli və Məcnun” filoloji tərcümə izahlar və qeydlər prof. Mübariz Əlizadə. Bakı “Elm” 1981, səh. 51-53
3. Məhəmməd Hadi. “Seçilmiş əsərləri”. Azərbaycan nəşriyyatı. Bakı-1957, səh.393-394
4. Nizami Gəncəvi. “Leyli və Məcnun” . “Yazıçı” nəşriyyatı. Bakı-1982


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM