Generalın qızı ilə sevişən əsgərin müsibəti

12:49 / 20.08.2014

Sevinc Elsevər yazır...

Rasim Qaracanın  belə şeiri var: R hərfi olmayan aylarda şeir oxumayın! R hərfi olmayan aylar girəndən kitablarla arama soyuqluq girmişdi. Baxmayaraq ki, həddindən artıq isti idi. İyulun sonunda dostum Mirmehdi Ağaoğlu qonağımız oldu. Gələndə özüylə  Bakını ələk-vələk eləyib tapdığı “Yazı” dərgisini, özünün “Görüş” və “Küləyi dişləyən” kitablarını və “Qanun” nəşriyyatının təndirdən indicə çıxan çörək kimi qoxuyan ən yeni tərcümə seriyasından çap olunan yeni nəşrini- Suzanne Collinsin “Aclıq oyunları” romanını gətirmişdi. Dovlatovun “Əcnəbi qadın” romanını isə əlindən tutub aldım.

 

Mirmehdigili yola salan kimi yüyürdüm kitabların üstünə. Əvvəlcə Mirmehdinin kitablarından başladım. Amma düzünü deyim ki, Mirmehdinin kitablarına hələ göz atmaq istəyirdim. Fikrim bu idi ki, ”Əcnəbi qadın”ı sonra da “Aclıq oyunları”nı  oxumağa başlayım. Amma Mirmehdinin romanlarını vərəqlədikcə “oxu, oxu” deyə sehrli kəlmələr pıçıldayırdılar. Cadu-zad eləmişdi sanki kitablara Mirmehdi…

 

Gözüm Sevinc Fədainin oğluma bağışladığı kepkadan qorxmuşdu axı. Sevinc gedəndən azı qırx gün sonra da uşaq kepkanı başından çıxarmadı. Başında yatdı, başında durdu. Yumağa da vermirdi. Qırmızı papaq qaralmışdı. Bir dəfə əlindən alıb paltaryuyan maşına atdım. Maşın fırlanmağa başlamışdı ki, şöngüdü qabağında, başladı ağlamağa. Çıxartdım verdim özünə. Bir gecə oğlum yatanda papağı başından alıb paltaryuyana atdım, yudum. Papaq yuyulandan sonra oğlum daha istəmədi onu. Gülməkdən keçinmişdim. Zəng elədim Sevincə ki, ay qız oğluma niyə dualıq eləmisən?

 

Yuxarıdakı abzası zarafat  üçün yazdım.

 

Mirmehdinin hər iki kitabından yaxşı təəssüratlarla ayrıldım. Kitabları bitirən kimi qələm dostuma zəng eləyib dedim: “Sən nə yaxşı yazıçı imişsən, xəbərim yoxmuş!”

 

Yazıçılar özləri də bir-birinin kitablarını almaqdan, oxumaqdan soyuyublar. Yazıçılıq Sizif  əməyinə  çevrilib. Hamı bilir ki, özü, ya qələm dostu lap xarüqələr yaratsa da hətta ölkədə, paytaxtda səs salmayacaq. Kitab əldən-ələ gəzməyəcək.

 

Gündəm problemlə o qədər doludu ki, sadə azərbaycanlının ən sonuncu dərdi kitab almaq, kitab oxumaqdı. Kitab bəziləri üçün bahadır, bəzilərinin də kitab oxumağa vaxtı və həvəsi yoxdu.

Buna görə ölkəmizdə kitab yazmaq, nəşr eləmək, satmaq Sizif əməyidir. Necə ki, dostum Mirmehdi Ağaoğlunun küləyi dişləmək istəyən qəhrəmanı əsgər İsayev Asif bir maşın daşı bir yerdən başqa yerə daşımaqla cəzalandırılıb. Kitabı sevmək də elə bir cəza olub.

 

Generalın qızı ilə gizli eşq yaşayan və buna görə dustaq edilən əsgər hər gün bir maşın daşı töküldüyü yerdən ona göstəriş verilən başqa yerə daşımalı, sonra da qaytarıb yerinə yığmalıdı. Əsgər hər gün günortaya qədər qan-tər içində daşları daşıyıb aparır, günortadan axşama qədər isə geri qaytarıb yığır. İşin ağırlığı yox, yeknəsəqliyi, məqsədsizliyi əsgəri yorub əldən salır. O, gördüyü işə məna qazandırmağa çalışır. Daşları gah sıra ilə üst-üstə yığır, gah da piramida şəklində düzür. Komandiri  daşları fərqli şəkildə yığmağa can atan əsgəri cəzalandırır. Kiçik bir dəyişikliyi də əsgərə çox görür. Necə ki, oxucular kiçik bir yeniliyi, standartdan çıxma cəhdini biz yazıçılara bağışlamırlar.

 

Əsgər özünə təlqin eləyir ki, guya kəndlərindədi, yenə əmisinin evini tikirlər.

 

Ordudan tərxis olunandan sonra artıq Sizif əməyinə öyrəşmiş, zülmə tabe olmuş əsgər daş daşımaqdan əl çəkə bilmir. Daşı ətəyindən tökmür. Bütün yoldaşları tərxis olunmaq əmrlərinin sevincini yaşayanda o, həvəslə öz daşlarının yanına yüyürür.

Ordudan sonra da Bakıya gedib yeni tikilən binalarda daş daşıyır. Artıq o, daş daşımadan yaşaya bilmir. Və axırda da daşıdığı daşların altında qalıb ölür.

 

Bütün sadə insanların taleyi həmin əsgərin taleyinə bənzəyir. Hətta evdar qadın kimi  mənim də. Səhərdən axşama kimi evdə işləyirəm. Bir ucdan təmizləyirəm, baxıram o biri ucdan təzədən batıb. Çarlz Bukovski deyir ki, uşaqlı evi təmizləmək qar yağarkən küçəni süpürmək kimi bir şeydi.

 

Sonuncu cümlələri gülmək üçün yazdım./kulis.az/


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM