AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN DEPUTATİ, AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASININ SİYASİ ARAŞDIRMALAR İNSTİTUTUNUN DİREKTORU, SİYASİ ELMLƏR DOKTORU, PROFESSOR
Xalqa xidmət etmək mənim ən böyük vəzifəmdir.
Mənim üçün bu, böyük şərəfdir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bu, bir həqiqətdir ki, ölkəmizdə siyasi sabitlik və innovativ inkişafın, davamlı iqtisadi yüksəlişin, nizami və güclü ordu quruculuğu prosesinin, demokratik islahatların, müasirləşmənin, ugurlu xarici siyasətin və pozulmuş ərazi bütövlüyümüzün bərpası naminə fədakar mübarizənin təşəbbüskarı və təminatçısı Prezident İlham Əliyevdir. Digər həqiqət isə ondan ibarətdir ki, möhtərəm prezidentimizin qazandığı bütün uğurların kökündə Heydər Əliyev siyasətinə sadiqlik və onun dünyanın yeni geosiyasi reallıqları kontekstində kreativ və innovativ yanaşmalarla davam etdirilməsi kursu dayanır. Azərbaycanı son 16 il ərzində məhz Prezident Ilham Əliyevin məqsədyönlü, sistemli, düşünülmüş və müdrik siyasəti sayəsində sabitlik və təhlükəsizlik adasına çevrilmişdir. Xalq öz prezidentinə inanır və onu dəstəkləyir. Prezident də ayrı-ayrı beynəlxalq siyasi dairələrin və dövlətlərin diqtəsi ilə deyil, məhz Azərbaycan xalqının milli mənafeyindən irəli gələn bir müstəqil siyasət həyata keçirir. İqtisadi müstəqilliyimiz siyasi müstəqilliyimizi şərtləndirir. Azərbaycanı milli dövlətçilik maraqlarımıza uyğun gəlməyən heç bir beynəlalq kampaniya və macəralara cəlb etmək mümkün deyildir.
Azərbaycanın möhtəşəm uğurlarını şərtləndirən bu siyasi kurs 2018-ci il 11 aprel prezident seçkilərində növbəti dəfə xalqın mütləq əksəriyyətinin səsini qazanaraq prezident seçilmiş cənab İlham Əliyev tərəfindən son 1 il ərzində yeni məzmunla zənginləşdirilmişdir. Başqa sözlə, dövlət başçısının təşəbbüsü ilə prezident seçkilərindən sonra olkəmizdə islahatların yeni mərhələsinə keçidin anonsu verilmiş və 2019-cu ilin əvvəlindən başlayaraq sosial-iqtisadi sferada köklü və sistemli dəyişikliklərə başlanılmışdır. Bu islahatlar küll halında xalqımızın sosial rifahının yüksəlməsi mənafeyinə xidmət göstərir. Başqa cür ola da bilməz. Cənab Prezident dəfələrlə öz çıxışlarında qeyd edib ki, bütün siyasətimizn mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır. Sözü ilə əməli hər zaman üst-üstə düşən Prezident İlham Əliyev sosial paketdən olan yeni islahatlar kursu ilə növbəti dəfə təsdiqlədi ki, o, hər bir Azərbaycan vətəndaşının prezidentidir.
Eyni zamanda xüsusi həssas kateqoriyadan olan insanlar: şəhid ailələri, müharibə veteranları və müharibə əlilləri, məcburi köçkün və qaçqınlar dövlət başçısının böyük qayğısı ilə əhatə olunmuşlar. Bu baxımdan cari ilin 28 yanvar tarixində Prezident İlham Əliyevin şəhid ailələri ilə keçirdiyi görüş həmin qayğının bariz nümunəsidir. Bu görüşdə “ Xalqa xidmət mənim ən böyük vəzifədir. Mənim üçün bu, böyük şərəfdir”, -deyən dövlətimizin rəhbəri elə həmin gün imzaladığı fərmanla şəhid ailələri üçün birdəfəlik ödəmənin (11 min manat) verilməsi prosesinin əhatə dairəsini genişləndirdi. 1997-ci il 2 avqustadək şəhid olmuş əlavə 2725 şəhid ailəsinə də həmin vəsaitin verilməsi nəzərdə tutuldu. Bunlardan 2264 şəhid hərbi qulluqçu və 461 şəhid polisin vərəsəsi də 11 min manatdan az sığorta ödənişi aldığı üçün həmin siyahıya əlavə olundu. Bununla da birdəfəlik ödənişin verilməsi prosesi artıq 12.268 şəhid vərəsəsini əhatə edir. Bu məqsədlə dövlət büdcəsindən 135 milyon manat vəsait ayrılmışdır.
Cənab İlham Əliyevin cari ilin 30 yanvar tarixində imzaladığı və şəhid ailələrinə dövlət qayğısının artırılmasını ehtiva edən Fərmanı 12 mindən çox şəhid ailəsini əhatə etmişdir. Fərmana əsasən, 2019-cu ilin 1 fevral tarixindən etibarən şəhid ailələrinə verilən aylıq təqaüdün məbləğı 58 manat artırılaraq 300 manata çatdırılmışdır. Ümumən, 2007-ci ildən şəhid ailələri üçün Azərbaycan Respublikası Prezidentinin ayliq təqaüdünün məbləği 3 dəfə artırılmışdır.
Prezident İlham Əliyevin bu ilin 28 yanvar tarixində imzaladığı digər fərmanla isə şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün mənzillərin alınması məqsədilə 35 milyon manat vəsait ayrılmşdır. Yeri gəlmişkən onu da xüsusi olaraq qeyd edək ki, ötən dövrdə Prezident İlham Əliyevin təşəbbüsü ilə şəhid ailələrinə və müharibə əlillərinə 6654 mənzil, o cümlədən 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil verilmişdir. Cari ildə isə bu kateqoriyadan olan insanlara azı 800 mənzilin verilməsi nəzərdə tutulur.
Prezident İlham Əliyevin dərin sosial yönümlü islaharları öz əhatə dairəsini genişləndirməkdədir. Cari ilin 1 mart tarixində mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə cənab Prezidentin qeyd etdiyi kimi, minimum əmək haqqının və minimum pensiyanın təxminən 40% artması nəticə etibarilə 830 minə yaxın insanı əhatə etmişdir. Sosial müavinətlərin orta hesabla 100% atrırılması təqribən 600 min insana şamil edilmişdir. Çoxmənzilli binaların sənədləşdirilməsi isə təxminən 350-400 min nəfər insanın bu sahədə mövcud problemlərinin birdəfəlik həllinə gətirib çıxaracaqdır. Bundan savayı, tələbələrin təqaüdlərinin artırılması ilə təxminən 100 mindən çox tələbənin maliyyə vəziyyətinin yaxşılaşdırılması təmin edilmişdir.
Prezident İlham Əliyevin 25 fevral 2019-cu il tarxində imzaladığı “Əhalinin sosial müdafiəsinin güclədirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncama əsasən hər üç qrupdan olan əlillərə (I qrup əlillər-150 manat, II qrup əlillər-130 manar, III qrup əlillər-110 manat) və müharibə əlillərinə (I qrup müharibə əlilləri-250 manat, II qrup müharibə əlilləri-230 manat, III qrup müharibə əlilləri-210 manat), valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (100 manat), 5-dən yuxarı uşağ olan qadınların hər uşağı üçün (55 manat), uşağın anadan olmasına görə (200 manat), dəfn üçün (300 manat), I qrup əlillər və ya sağlamlıq imkanları məhdud 18 yaşadək şəxslərə qulluq edənlərə (50 manat ) müvafiq olaraq verilən müavinət və Azərbaycan Respublikasının təqaüdü 2019-cu ilin 1 aprel tarixindən artırılmışdır.
Prezident İlham Əliyevin cari ilin 28 fevral tarixində imzaladağı və problemli kreditlər məsələsinin həllini özündə ehtiva edən Fərmani çox ciddi sosial təşəbbüs olmaqla cəmiyyət daxilində böyük müsbət rezonans doğurmuşdur. Fərman təxminən 800 min insanı əhatə edir. Dövlətimizin rəhbəri insanları ciddi narahat edən bu problemin həlli məsələsinin əhəmiyyəti haqqında bəhs edərkən haqlı olaraq vurğulamışdır ki, “Bu fərmanın dünyada analoqu yoxdur. Dövlət bir daha göstərdi ki, vətəndaşının yanındadır. Ciddi devalvasiyadan əziyyət çəkən ölkələrin sayı kifayət qədər çoxdur və bizdən də dərin devalvasiyaya uğramış ölkələr vardır. Ancaq heç bir ölkədə bu dərəcədə sosialyönümlü və vətəndaşın marağını güdən addım olmamışdır. Yəni bütün bu sosial paket təqribən 3 milyona yaxın insanı əhatə edir və bir daha bizim niyyətimizi göstərir.”
Beləliklə, Prezident İlham Əliyevin 15 il ərzində davamlı olaraq həyata keçirdiyi islahatlar kursu son bir il ərzində yeni mərhələyə daxil olmaqla ölkəmizdə ictimai-siyasi və sosial-iqtisadi sabitliyi daha da möhkəmləndirmiş, səfərbər olunmuş cəmiyyət formalaşdırmış, vətəndaş həmrəyliyini şərtləndirmiş, ən əsası isə xalq-hakimiyyət birliyini monolit qüvvəyə çevirmişdir. Bu reallıqları dünyanın ən nüfuzlu reytinq agentlikləri də təsdiqləməkdədirlər. Bu baıxmdan Fransanın tanınmış “Opinion Way” sosial tədqiqatlar kompaniyasının cari ilin fevral-mart aylarında Azərbaycan ərazisində (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) keçirdiyi sorğuda ölkədə ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunmasında Prezident İlham Əiyevin rolu, həyata keçirdiyi sosial-iqtisadi islahatlar kursu, kadr islahatları, regionların inkişafı istiqamətində atdığı addımlar, xarici siyasət kursu ilə bağlı respondentlərə suallar ünvanlanmışdır. Bu sorğunun nəticələri ilə bağlı “Opinion Way” şirkətinin rəhbəri aprel ayının 9-da Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirmişdir. Həmin nəticələrə görə, respondentlərin 80,1%-i ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunması və möhkəmləmdirilməsini Prezident İlham Əliyevin fəaliyyətinin ən böyük uğuru kimi dəyərləndirmişdir. “Prezident İlham Əliyevin son 1 illik fəaliyətini necə qiymətləndirirsiniz” sualına sorğuda iştirak edənlərin 85,1%-i müsbət cavab vermişdir. Yalnız 6,8% “mənfi”, 8,1% isə “bilmirəm” kimi cavablandırmışdır. “ Azərbaycanda həyata keçirilən sosial-iqtisadi fəaliyyəti və bu sahədə Prezident İlham Əliyevin son ildə apardığı islahatları necə qiymətləndirirsiniz” sualına respondentlərin 90,5%-i ümumən müsbət cavab vermişdir. Prezident İlham Əliyevin seçkiqabağı verdiyi vədlərini yerinə yetirməsi vəziyyəti ilə bağlı suala sorğu iştirakşılarının 75,6 %-i müsbət cavab vermişdir. Əks mövqedə dayananların faizi cəmisi 5,8% təşkil etmişdir. 4,2% isə cavab verməkdə çətinlik çəkdiyini söyləmişdir.
Respondentlərin 90,4 %-i Prezident İlham Əliyevin regionalrın inkişafı ilə bağlı siyasətini bəyəndiyini bildirmişdir.
Sorğu iştirakçılarının 89,9 %-i dövlət başçısının xarici siyasət kursunu müsbət qiymətləndirmişdir.
Beləliklə, Fransanın nüfuzlu “Opinion Way” sorğu kompaniyasının və öz fəaliiyətində şəffaflığı, dürüstlüyü, peşəkarlığı və obyektivliyi əsas götürən digər beynəlxalq reytinq qurumlarının ümumi rəyi bu qənaətə gəlməyə əsas verir ki. Azərbaycanda ictimai-siyasi və sosial-iqtisadi sabitliyin, vətəndaş həmrəyliyinin, səfərbər olunmuş cəmiyyətin, sosial-iqtisadi, siyasi və məhkəmə-hüquq sistemində köklü islahatların təşəbbüskarı və qarantı Prezident İlham Əliyevdir. Məhz möhtərəm Prezidentimizin müəyyən etdiyi müstəqil və mill maraqlara söykənən həm daxili, həm də xarici siyasət kursu Azərbaycanın bütün uğurlarını şərtləndirir və onun davamlılığını təmin edir. Eyni məntiqlə yanaşdıqda növbəti qənaətimiz hasil olur. Həmin qənaətə görə, əgər bu gün ölkəmizdə prezident seçkiləri keçirilsəydi, cənab İlham Əliyev xalq sevgisi və etimadının nəticəsi olaraq 1 il öncə qazandığı 86,03%-lik nəticəni üstələyə bilərdi. Cənab Prezidentin atdığı addımların miqyası və xalqın reaksiyası bu qənaətə gəlməyə əsas verir.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM