Bəzən xəbər saytlarında, sosial şəbəkələrdə “polis qanunu pozdu”, “vətəndaşın hüquqlarını tapdaladı” kimi müxtəlif başlıqlı yazılara rast gələndə hərdən özümü saxlaya bilmirəm. Özünü kiminsə haqqını müdafiə edən kimi göstərib, ictimai rəyi çaşdırmaq istəyənləri görəndə “insaf”, “insaf” deyib hayqırmaq istəyirsən. Birdə görürsən ki, kimlərsə kamerasını, fotoaparatını və ya telefonunu əlinə alıb piyada keçidindən keçmək istəməyən, özünün və başqasının həyatını təhlükəyə atanın qanunun tələblərinə tabe olmağa dəvət edən polis əməkdaşı ilə mübahisəsini çəkib sosail şəbəkələrdə yerləşdirir. Adını da qoyurlar ki, polis vətəndaşı cərimə edir, onu “dinc yaşamağa” qoymur.
Hələ bu harasıdır. Sən demə yol polisi qayda-qanunu pozmağa meylli olan bir-neçə nəfərin gözünün düşməni imiş. Səbəb nədir, heç özləri də bilmirlər. Öz günahlarını etiraf etmək əvəzinə, başlayırlar ki, polis bizi nahaq yerə saxladı, sənədlərimizi aldı. Hər gün yol qəzalarında gənc insanların həyatını itirməsi görəsən “hüquq müdafiəçi”lərini özünü “ziyalı”, “jurnalist” adlandıranları narahat etmirmi? Əgər ürəkləri yansaydı, o zaman, sürət həddini aşanlara, avtomaşınlarını sərxoş idarə edən sürücülərə qarşı onlar da bir kompaniya başlayıb vətəndaş mövqelərini nümayiş etdirirdilər. Görün iş nə yerə gəlib çatıb ki, maşını sərxoş vəziyyətdə, sənədsiz idarə edənlərin müdafiəsinə qalxır, polisin onların hüquqlarını pozduğunu deyib özlərini qəhrəman kimi göstərirlər. Bir ona məəttəl qalmışam ki, belələri hansı məntiqlə başqalarına da məsləhət verməklə öyünürlər...
Fikrinizi çox uzağa çəkmək istəmirəm. Bir anlıq gözlərimizin önünə Qarabağ uğrunda gedən döyüşləri gətirək. Torpaqlarımızı, ərazi bütövlüyümüzü müdafiə etmək üçün əlinə ilk dəfə silah alanların önündə bilirsinizmi kimlər gedirdi? Bilirsinizmi ki, adi bir məişət probleminə görə suçladığınız Azərbaycan Polisi sıralarından neçə şəhid verib? Bilirsinizmi ki, Azərbaycanı xürafatın, cahilliyin, nadanlığın meydan suladığı “islam dövləti” etmək istəyənlərlə, cihadla cinayətkarlığın yerini “səhv salanlarla”, müxtəlif ölkələrdə dini təhsil adı altında döyüş təlimi keçib ölkəmizdə təxribat yaratmaq istəyənlərlə mübarizədə onlarla polisimiz şəhid oldu, övladları yetim qaldı. Bunları sadalamaqla kiminsə boynuna minnət qoymaq fikrində deyiləm. Bu, Azərbaycan Polisinin işi, içdiyi anda sədaqəti, millətə və dövlətə vəfa borcudur...
Bəlkə də indi diqqətinizə çatdıracağım bir futbol oyununun təəssüratlarını polisin fəaliyyəti ilə əlaqələndirməyim sizə mətləbdən uzaqlaşmağım kimi gələr, amma yox...
Avqustun 21-i keçmiş tarix olsa da “Qarabağ” günü kimi yaddaşlarda qalacaq. O gün hamı Qarabağla, hamı Qarabağlı idi. “Qarabağ” “Tvente” oyununu izləmək üçün Tofiq Bəhrəmov adına respublika stadionuna çatanda adam əlindən tərpənmək olmurdu. Düzü, tez gəldiyimə sevindim. Otuz mindən çox tamaşaçı tutan stadion gözlərimdə bir az da böyümüşdü. Üçrəngli bayrağımıza qanad taxan külək “Qarabağ” nidalarını düşmən gülləsindən, topundan, tankından qorxmadan düz Qarabağa aparırdı. Mən buna əmin idim.
Qarabağ birinci hissədə hollandlarla hücüm “havasında” oynadı. Deyəsən oyun rəqib komandanın da sümüyünə düşmüşdü. Bir-iki hücüm edib onlar da qapımız istiqamətində top atdılar. Yaxşı ki, top qapımızda “partlamadı”, yoxsa biz “qarabağ”lıların ürəyi partlayacaqdı...
Qayıdıram yenə əvvələ, o şəkil, video söhbətinə, o şəkilçəkənlərə. Bəlkə həmin gün onlar da futbola baxmağa, yatanları, mürgüləyənləri, yıxılanları, duranları, “azadlıqları”na “qənim kəsilən” polisləri çəkməyə gəlmişdilər. Dünyaya fotoaparatın, kameranın obyektivindən baxanlar (hamıya aid deyil) unutmuşdular ki, minlərlə tamaşaçının, azarkeşin təhlükəsizliyini qoruyan, səhərdən-axşama kimi rahatlıq nədir bilməyən, istidə-soyuqda, qarda-yağışda xidmət aparan Azərbaycan Polisi təkcə 90 dəqiqəlik bir futbol oyununda deyil, hər yerdə vətəndaşlarımızın keşiyini çəkir, içdiyi anda sədaqətini həyatı bahasına, hətta yeri gəlsə ölümü ilə belə təsdiq edir.
Hər ağzına gələni yazmaq, hər gördüyünü çəkmək qəhrəmanlıq olsa, onda dünyanın şöhrət tablosunda, fəxri adlar siyahısında yer qalmazdı ki...
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM