Haqqında: Əvəz Qubadxan oğlu Qurbanlı. 1976-cı il avqustun 9-da Saatlı rayonunun Azadkənd kəndində anadan olub. Dünyaya şair kimi gəlib, ancaq dediyinə görə istedadını əsasən jurnalistikaya xərcləyib. Yaradıcılıqda vəzn və forma məhdudiyyəti görmür. Əsasən satirik şair kimi tanınır. Ədəbi tənqidçilərin ümumi fikrinə görə, Sabir inqilabi satira məktəbinin üzdə olan yeganə davamçısı sayılır.
Klassik ədəbiyyata marağı hədsizdi. Özünün dediyinə görə əruz vəzni ilə bağlı heç bir kitab oxumasa da, əruz onun "canına hopub”. Hətta 1 il Bakı Slavyan Universitetində Əruz və Klassik Şərq Poetikasından mühazirə deyib. Elə məhz əruza bələd bir şəxs kimi Space TV-də "Sözümüz sözdür” meyxana yarışmasında baş münsif kimi iştirak edib.
İctimaiyyət onu əsasən ANS TV-nin "Qulp” verilişindən tanıyır. 2005-ci ildən sonra həmin proqramda müntəzəm olaraq satirik şeirləri ilə çıxış edib. Demək olar ki, "Qulp”dakı bütün satirik mahnıların mətn müəllifi, bir çox səhnəciklərin isə birbaşa ideya müəllifi olub. "Məhəllə uşaqları”nın bütün meyxanalarının da sözləri Əvəz Qurbanlıya aiddir.
Şeirlərinə mahnılar yazılıb, musiqilər bəstələnib. Ən populyar mahnısı 2006-cı ildə ortaya qoyduğu "Sənsizləmişəm”dir və bu mahnı, müğənni Xatirə İslamı da populyar edib.
Müstəqil Azərbaycanın tarixində ilk hərbi-vətənpərvərlik romanı olan "Canlı dirəklər”in (2012-ci il)müəllifi də Ə.Qurbanlıdır.
14 ildir jurnalistika ilə məşğul olur. Hazırda Bakuinfo.Az saytının baş redaktorudur.
- Klassik ədəbiyyat nümunələrində kodlar altında gizli qalan məsələləri açmaq üçün hansı "açar”ları təqdim etmisiniz?
- Siz burada birbaşa irfan ədəbiyyatına işarə edirsiz. Söhbətimiz yaman çətin mövzudan başladı (gülür). Ümumilikdə klassik ədəbiyyat başdan-başa sehrlə, bədii möcüzələrlə zəngindir. Ancaq bu mövzuda danışarkən biz əvvəlcə klassik və klassik olmayan ədəbiyyatın sərhədlərini müəyyən etməliyik. Ancaq bu barədə bir az sonra.
Klassik Şərq Ədəbiyyatı dedikdə əsasən Klassik Şərq Poetikası nəzərdə tutulmalıdır. Çünki Qədim və Orta Əsrlər Şərqi, əsasən poeziyası ilə daha irəli gedib və məşhur olub. Klassik Azərbaycan şeiri də böyük Şərq ədəbiyyatının ayrılmaz hissəsidir.
Klassik ədəbiyyatda "kodlar altında gizli qalan məsələlər” nədir? Klassik şeirimizdə doğrudanmı belə kodlu informasiyalar mövcuddur yoxsa bu, bir mifoloji təfəkkürdən doğur? Əlbəttə, bu, çox geniş bir söhbətin mövzusudur. Buna baxmayaraq, sualı da cavablandırmaq lazımdı. Ona görə də kodlu informasiya məsələsinin kiçik izahını verməyə çalışacam.
Mövzu ilə bağlı uzun əsrlərdir ki, cild-cild kitablar yazılır. Hətta bu günün özündə də yazılmaqdadır.
Yuxarıda qeyd etdim ki, siz birbaşa irfan ədəbiyyatına işarə edirsiz. İrfan ədəbiyyatı nədir? İrfan – Allahı tanımaq haqda elmdir. İrfan ariflərin həyat tərzidir. Ariflər Füzuli demişkən "dünyavü mafiha”nı (dünya və onda olan şeylər), hətta bizim dünyamıza aidiyyatı olmayan bir çox mətləbləri qəlbinin gözü ilə görmək dərəcəsinə qalxmış şəxslərdir. Uzun əsrlərdən bəri böyük elm ocaqlarında irfan dərsi tədris olunur. Lakin maraqlısı da budur ki, irfan tədrislə öyrənilmir, mən deyərdim, təlimlə yaşanır.
Ariflərlə filosofların fərqi budur ki, ariflər sirli mətləbləri bəsirət gözü ilə görür, filosoflar isə əqli dəlillərə əsaslanır. Bu fərqin meydana çıxdığı yerdə də yerdə yollar ayrılır. Qövsinin bir beyti burada yerinə düşər:
Bəsirət əhli dəlil istəməz ki, kövnü məkan
Nişan ilən doludur, binişan ilən doludur...
Klassik poeziya haqqında yazılan elmi əsərlərdən bizə məlumdur ki, irfan şeri başdan-başa rəmzlərlə doludur. Bax, "kodlu informasiya” məsələsinin sirrini də burada axtarmaq lazımdır. Niyə arif şairlərimiz hansısa mətləbi açıq şəkildə izhar etmirdilər? Rəmzlə söz deməyə bir səbəb vardımı?
Səbəb vardı. Özü də bir yox, bir neçə səbəb vardı.
İlk səbəb o idi ki, bəsirət əhlinin gördüklərini zahiri gözlə baxanlar anlamayacaqdı. İkincisi, İlahi eşqin izahını vermək üçün zəngin bədii təsvir vasitələrinə müraciət etmək lazım idi ki, bu da irfan şerinin sadə adamlar tərəfindən anlaşılmasını çətinləşdirirdi. Üçüncüsü, ariflərə əyan olan bəzi mətləblər, sadə insanları çaşdıra, azdıra və qorxuda bilərdi; çünki sadə insanlar bu mətləbi aydın şəkildə görməyə hazır deyillər. Dördüncüsü, kodlaşmış informasiya təkcə həmin dövrün insanlarına yox, həm də gələcək nəslə hədəflənmişdi. Və bu kimi başqa səbəblər də ola bilərdi.
Hər bir halda, haqqında danışdığımız irfan şerindəki kodlu informasiyalar – İlahi həqiqətlər haqqında bəşəriyyətə ünvanlanmış xəbərdarlıq mesajları idi. Bəşəriyyət zaman-zaman öz varlığının səbəbkarı olan Uca Yaradanı unudur, Onun nemətlərinə şükr etmək əvəzinə şirk edir, azıb küfrə gedir, beləcə, Qiyamətə qədər möhlət verilmiş Şeytanın əsirinə çevrilir. Bununla da insan Yaradandan uzaqlaşır, İlahi dərgahdan aldığı informasiyalar getdikcə azalır.
Bu mövzuda yazdığım şeirlərin birindən bir beyt burada yerinə düşər:
Azıb nə küfrə getdin, ey Həqiqət axtaran bəşər,
Azaldı aldığın cavab, çoxaldı verdiyin sual...
Mənim özümün hansısa kodlar altında gizli qalan informasiyaların açarlarını təqdim etib-etməməyimə gəldikdə, belə cavab verməliyəm: belə gizli mətləblərin açarı yalnız irfan əhlinin əlində olar. İnşallah, o məqamı Allah bizə nəsib etsin ki, dünya alimlərinin elmi dəlillərlə sübut etdikləri mətləbləri biz bəsirət gözü ilə görək.
Ancaq bu da var ki, hətta ariflərə belə, gizli mətləblərin izharı yasaqdır.
- Əvəz bəy, milli düşüncəyə qayıtmaq, mənəviyyat pillələrini qət etmək üçün niyə klassik ədəbi metodlardan istifadə etmirik?
- Bu da çox vacib və geniş bir söhbətə aparan sualdı. Əvvəlcə gəlin özümüzə belə bir sual verək: biz bir toplum olaraq milli düşüncəyə qayıtmaq, mənəvi pillələri qət etmək istəyirikmi? Böyük əksəriyyətimiz bunu istəmir – bu, reallıqdı. Heç elmi-ədəbi müstəvidə də bunu istəyənlər demək olar ki, yoxdu. Varsa da çox azdı. Azərbaycanda elmi müstəvidə klassik düşüncəyə qapı açmaq, Elmlər Akademiyasının qapısını bağlayaraq yüzlərlə "qalstuklu alim”dən imtina etmək deməkdi. İctimai müstəvidə isə çağdaş həyat tərzi ilə vidalaşmaqdı. Çünki mənəvi zənginliklə dolu olan bir həyat tərzi zahirpərəstliyi qətiyyən sevmir. Zahirpərəstlik – bir şeyin zahirinə vurulmaq, şeylərin mahiyyətinə deyil, formasına bənd olmaqdır. Bugünkü insan cəmiyyətində hansı proseslər gedir? Təsəvvür edin, insanlar olduğu kimi görünmək istəmirlər! Baxırsan acından ölür, amma özünü o yerə qoymur. İşinin xatirinə haqqa nahaq deyir. Min bir əziyyət hesabına ödədiyi kreditlə bahalı maşın alıb sürür. Özünü imkanlı göstərməyə çalışır və s. Görürsüzmü? Bəşəriyyəti öz təbii məcrasından çıxararaq yanlış istiqamətə yönəldiblər. Bu, sırf maddiyyat üzərində qurulmuş yanlış bir həyat tərzidir. Belə həyat tərzi sonda insanların yırtıcıya çevrilərək bir-birini parçalamasına aparır. Bu yolun sonunda bəşəriyyəti xeyirli bir aqibət gözləmir.
Digər tərəfdən, bugünkü ədəbiyyat adamları klassik ədəbi metodlara bələd deyil. Bələd olanlar varsa da, nəzəri görüşdən uzağa gedə bilmirlər. Filoloq alimlərimizin çoxu klassik ədəbiyyatdan söz düşəndə ya susur, ya söhbəti dəyişir, ya da səthi, ümumi şəkildə informativ xarakterli danışmaqla kifayətlənirlər. Əzizlərim, klassik ədəbiyyatdan qaçmaq mümkün deyil. Nə qədər qaçsan, bir o qədər qarşına çıxacaq. Əgər ədəbiyyatımızı fırlanan kürəyə bənzətsək, hesab edək ki, klassika onun mərkəzindəki oxdur. Bunu dərk və qəbul etmək lazımdır. Filoloq alimlərimiz ad almaq yox, uğur qazanmaq istəyirlərsə, klassik Şərq poetikasının incəliklərinə dərindən bələd olmalıdırlar.
Klassik poeziyamızla bugünkü poeziyamızı tutuşduranda, müqayisə olunmaz bir fərqin şahidi oluruq. Bilirsiz niyə?
- Niyə?
- Çünki keçmişlə bu gün arasındakı təbii inkişaf xətti qırılıb. Bu, sovet imperiyasının Azərbaycanı işğal etməsi ilə başladı. Ənənəni yaşadan böyük ziyalı kütləsi repressiyalara məruz qoyularaq məhv edildi. Qalanlarına keçmiş ənənəni yaşatmaq və təbliğ etmək qadağan olundu. Belə bir mühitdə süni şəkildə yetişdiriləcək "sovet adamı” üçün sifarişli "mənəvi qida” hazırlanacaqdı. Beləliklə, sovet ədəbiyyatı yarandı. Yenə sual olunur: böyük əxlaqi kodeksləri özündə ehtiva edən İslam dini sovet dövründə nəyə görə yasaq olundu? Halbuki İslam əxlaqının prisipləri demək olar ki, başqa adla tamamilə sovet əxlaq sisteminə "transplantasiya” edilmişdi. Burada deyənlər tapılacaq ki, atetist bir formasiyada təkcə İslam deyil, xristianlıq da qadağa altındaydı. Bəli, ilk baxışdan belə idi, son baxışda isə göründü ki, belə deyil. Ateizm qılıncı yalnız İslam təfəkkürünün başı üzərində dayanırdı. İslam təfəkkürü nə idi? İnsan düşüncəsinin və həyat tərzinin təbii yaradılış qanunauyğunluqları baxımından inkişafı və idarə olunması. Belə həyat tərzi sonda nəyə gətirib çıxarır? Yer üzündə haqq və ədalətin bərqərar olunmasına. Bunu kim istəmir? Aha, bax, mətləbə indi gəlib çıxırıq. Yer üzündə yüz illərdir ki, sabitliyin, haqq-ədalətin bərqərar olunmasını istəməyən böyük şər qüvvələr var! Onlar ağlımıza gətirə bilməyəcəyimiz qədər güclüdürlər. Bu gün dünyada nələr baş verir? Niyə hər yerdə insan qırğınları, müharibələr gedir? Məgər bu, təbii prosesdir? Xeyr! Bu, məkrli planlarını məqsədli şəkildə həyata keçirən şər qüvvələrin işidir. Bax, əsrlərdir ki, irfan şeiri bəşəriyyəti bu şər qüvvələrdən qorumaq üçün mübarizə aparır. Klassik ədəbiyyat, irfan ədəbiyyatı İslam dininin bir az fərqli formada təbliğindən başqa bir şey deyil. Yuxarıdakı söhbətimizin mövzusuna təkrar qayıtmaq istəməzdim. Lakin bu yerdə qeyd etməliyəm ki, irfan şerinin rəmzlərlə yazılmasının bir səbəbi də, bəzi dövrlərdə İslamın düzgün və aşkar təbliğinə qarşı amansız mübarizənin olması ilə bağlı idi.
- Əruz özü-özlüyündə bir yaşantıdır. Daxili dünyadakı əhvalın xaricdəki təzahürüdür. Bizim əruzumuz əsrlər boyu hansı rəngdə olub?
- Bəli, əruz barədə söhbətlərimdə həmişə bu vacib amili vurğulamışam. Əruz – həyatın ritmidir. İncəliyinə vara bilsək, əruzun ritmik musiqisində çox möhtəşəm bir ilahi simfoniyanın ruhumuzu oxşadığını hiss edəcəyik. Bu gün ədəbi müstəvidə qəribə tendensiya var: kim əruzu öyrənməkdən, bu elmin dərinliyinə baş vurmaqdan qorxursa, başlayır əruzu pisləməyə, "ərəblərdən gəlib” deyərək hələ bir "köhnəlik” damğası da vurmağa. Bilirsiz nə qədər gülməlidi? Axı əruz dəqiq musiqi ritmlərindən başqa bir şey deyil. Mən mühazirələrimin birində əruzu dəqiq elmlər sırasına daxil etmişəm. Burada həqiqət var. Riyaziyyat da dəqiq elmdir, bu elmin əsasını qoyanlar da ərəblərdi. Onda gəlin riyaziyyatdan imtina edək. Onda gəlin cibimizin pulunu saymayaq ki, rəqəmləri ərəblər ixtira ediblər. Edə bilərikmi? Xeyr, mümkün deyil. Eləcə də əruz. Əgər riyaziyyat maddi ölçülərimizi hesablayırsa, əruz da ruhi vəziyyətimizin göstəricisidir. Amma təkcə bu da deyil. Əruz hər yerdədir; suda, havada, hər növ səsdə, ürək ritmlərinin qanunauyğun döyüntüsündə və bütün kainatda. Bunu sadəcə hiss etmək lazımdı.
- Əvəz Qurbanlı bir xarakter olaraq əruzun hansı bəhrinə daha uyğun gəlir?
- Maraqlı sualdı. Açığı indiyədək fikirləşməmişəm bu barədə. Gərək bundan sonra fikirləşim. Nə bilim... məsələn, desəm ki "səri” bəhrinə uyğunam, düz olmaz. Bunun üçün gərək yeniyetmələr kimi, dinamik, qıvraq olam. Yaşım isə o yaş deyil. Desəm xaraktercə "müzare” bəhrinə yaxınam, bu da doğru olmaz. Çünki müdriklik yaşında da deyiləm. Bu minvalla hansı bəhri misal çəksəm, bir uyğunsuzluq tapılacaq.
Ancaq hər bir halda, əruzun bütün bəhrləri mənə doğmadı, onlar arasında fərq qoya bilmirəm. Şeir də hansı bəhrdə gəlirsə, o bəhrdə də qəbul edirəm.
- Qəribədir; klassikaya, irfan şeirinə bu qədər yaxın olduğunuz halda, nəyə görə "şairlik pasportu”nda "milliyyətinizi” "satirik” olaraq göstərdiniz?
- Satira əslində çox ağır janrdır. Bəzilərinin düşündüyü kimi asan deyil. Desəm ki, elə məni satiraya klassika, irfan şeri gətirdi, təəccüblənməyin. Ədəbiyyatda satiranın missiyası nədir? Problemi kəskin gülüşlə, qərəzsiz tənqid etmək. Bəs satiranın hədəfi olan problemlər hansılardır? Yanlış təfəkkürdən və yanlış həyat tərzindən doğan problemlər. Bu problemlərin əksəriyyətinin kökündə, yuxarıda dediyimiz kimi, zahirpərəstlik dayanır. O zahirpərəstlik ki, bütün irfan ədəbiyyatı onun səbəbləri ilə vuruşur. Bu baxımdan yaradıcılıqda hardan-hara gəldiyim tam anlaşılan olar.
Satirik şairlər problem yaradan səbəbləri tapmaq, axının öz məcrasına qaytarmağa çalışırlar. Kəskin gülüş, hətta ironiya yolu ilə olsa belə. Hədəf birdir – doğrunu təyin etmək, haqqı təbliğ etmək.
Bilirsiz, satirik şairlərin içində ətrafdakı eybəcərliklərə qarşı kəskin ironiya var. Bu, şairin fitrətindən irəli gəlir. O, heç vaxt haqsızlığa göz yuma bilmir və heç vaxt riyakarlığa bəraət qazandırmağı bacarmır. Şairin ruhi halı təxminən belə olur: sanki zahiri aləmin soyuq riyakarlığı ilə daxili aləmin isti mənəviyyatı toqquşur və "şimşək çaxır” – bu şimşəyin adı satiradır...
Satira problemi bədii şəkildə deməyin ən uğurlu formasıdır.
- İndiki gənc yazarlar satiranın mahiyyətini dərk etməyə-etməyə ona cəhd edirlər. Nəticədə sərt şəkildə tənqid və təhqir yaranır. Satiradakı incə məqamlardan bir az danışardınız?
- Satira nə təhqirdir, nə söyüş, nə də başqa bir şey. Satira əsasən, obrazın öz dili ilə öz mahiyyətini açır. Birbaşa tənqid isə satira deyil. Satiranın kimi gəldi nifrətlə aşağılamaq, təhqir etmək kimi bir vəzifəsi olmayıb və yəqin ki, olmayacaq da.
- Meyxana sözünün mənası nədir? İndiki meyxana deyənlər hər dəfə o irfandan gələn "meyxanə” terminini təhqir etdikdə siz nə düşünürsünüz?
- Burada böyük bir faciə baş verməyib və məsələni çox qəlizləçdirmək lazım da deyil. Meyxana, bildiyiniz kimi, "mey” və "xana” sözündən olub, "mey içilən yer” deməkdi. Meyxanada təkcə mey içilmirdi, həm də çal-çağır olurdu, adamlar bura gəlib şənlənirdilər. Bir növ keçmiş insanların əyləncə yeri idi. Bugünkü bədahətən söz demək yarışına "meyxana” adının verilməsi sırf təsadüfdür.
Meyxana həm də irfani istilahdır. Sadə insanlara hazır olmadıqları fikri çatdırmaq üçün işlədilən rəmzlərdən biridir. İrfan şerində də meyxana termini zahiri mənada həmin mey içilən yer anlamındadır. Lakin batini mənada müqəddəs şəxslərin məqamına işarədir. "Mey” sözünün ərəb qrafikası ilə yazılışı əbcəd hesabı ilə 14 rəqəmini verir. Bu rəqəm də bildiyiniz kimi 14 məsuma işarədir. İrfan şerində "meyxana” ifadəsinə rast gəlsən, başa düşürsən ki, söhbət 14 məsumdan gedir.
Bütün bu mətləblərdən agah olan şəxslər bugünkü bəzi bayağı söz güləşmələrini aparıb irfana bağlamağın nə qədər mənasız olduğunu yaxşı başa düşürlər.
- İrfan ədəbiyyatına qayıdış bu günkü düşüncəyə nə kimi töhfələr verə bilər?
- Fikrimcə, bu mövzu barədə yuxarıda bəhs etdik. Əgər biz irfan ədəbiyyatına qayıda bilsək, milli təfəkkürümüzdə renesans dövrü başlanacaq. Lakin irfan ədəbiyyatına qayıdış, səsləndiyi qədər asan məsələ deyil. Bunun üçün şərait lazımdı. Ən əsası – cəmiyyətin özü buna hazır olmalıdı. Qayıdış, özü-özlüyündə prosesdir. Proses başlansa, yol qət ediləcək. Biz burada şirin xəyal aşı bişiririk, ancaq ədəbi mühitdə tam başqa əhval-ruhiyyə mövcuddur. Təsəvvür edin, biz burada irfani düşüncə tərzinin, irfan ədəbiyyatının gözəlliyini duymağa çalışırıq, amma digər ədəbi çevrələrdə "postmodernizm”, "ağ şeir”, Avropa ədəbiyyatı, nə bilim, daha nələr müzakirə olunur. Bu yolçuluğun sonunda hansı mənzil var? Mənasızlıq, mücərrədlik, fikir azğınlığı, ədəbi-bədii zövqün tamamilə sıradan çıxması...
Bizə bu lazımdırmı?
Elmin Nuri
Modern.Az
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM