AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN DEPUTATİ, AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASININ SİYASİ ARAŞDIRMALAR İNSTİTUTUNUN DİREKTORU, SİYASİ ELMLƏR DOKTORU, PROFESSOR
Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Tarixi və hüquqi nöqteyi-nəzərdən Qarabağ həmişə Azərbaycan torpağı olmuşdur. Azərbaycan xalqı Dağlıq Qarabağda və işğal edilmiş digər torpaqlarda əsrlər boyu yaşamış, yaratmışdır. Bütün tarixi abidələrimiz, toponimlərimiz, kəndlərin, şəhərlərin adları Azərbaycan mənşəlidir. Bu, həqiqətdir. Əlbəttə ki, biz bunu bilirik, dünya da bunu bilir və bilməlidir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Müstəqil Azərbaycan Respublikası 23 ay hakimiyyətdə olmuş (1918-ci il 28 may – 1920-ci il 28 aprel) Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Azərbaycan Respublikası ötən payız müstəqilliyinin 27-ci ildönümünü qeyd etdi. Bu illər ərzində ölkəmiz şərəfli və eyni zamanda, mürəkkəb bir inkişaf yolu keçmişdir. Bu yazıda həmin yolun beynəlxalq aləmlə əməkdaşlıq kontekstində təhlükəsizlik məsələləri ilə bağlı hissəsi haqqında təhlillər aparmaq, elmi nəticə və qənaətlərimizi paylaşmaq niyyətindəyik.
Bu, bir həqiqətdir ki, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli Heydər Əliyevin memarı olduğu xarici siyasət kursunda başlıca yer tuturdu. Bu məqsədlə ulu öndər 1993-cü ildə hakimiyyətə tarixi qayıdışından sonra münaqişənin həllinə nail olmaq üçün ikitərəfli formatda keçirdiyi çoxsaylı görüşlərdə, beynəlxalq forumlarda, ATƏT-in zirvə tədbirlərində, Minsk qrupunun həmsədrləri ilə aparılan müzakirələrdə, həmçinin Ermənistan prezidenti ilə təkbətək danışıqlarda Ermənistan -- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və mahiyyəti, onun törətdiyi nəticələr haqqında təkzibedilməz faktları və arqumentləri ortaya qoymuş, münaqişənin əzəli və tarixi Azərbaycan torpağı olan Dağlıq Qarabağı ilhaq edib özünə birləşdirməyə çalışan bədnam qonşumuzun ölkəmizə qarşı ərazi iddiaları nəticəsində yarandığını bəyan etmişdi. Həmin dövrdə keçmiş Sovet İttifaqı rəhbərliyinin Azərbaycana qarşı ədalətsiz və qərəzli mövqeyi nəticəsində münaqişə dərinləşərək müharibəyə çevrildi.
1994-cü ilin dekabrında ATƏM-in Budapeştdə keçirilən zirvə görüşündə Ermənistan --Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qurumun fəaliyyətinin intensivləşdirilməsi barədə qərar qəbul olundu. ATƏM dövlətlərinin başçıları nizamlamanın mərhələli xarakterini müəyyən edərək ATƏM-in Minsk Konfransının həmsədrlərinə silahlı münaqişənin dayandırılması barədə saziş hazırlamağı tapşırdılar. Saziş bütün tərəflər üçün münaqişənin əsas nəticələrinin aradan qaldırılmasını özündə əks etdirməli və Minsk Konfransının çağırılmasının səbəbi olmalı idi. Münaqişə zonasında sülhün təmin edilməsi üçün ATƏM-in çoxmillətli qüvvələrinin yerləşdirilməsi barəsində də ayrıca qərar qəbul olundu. ATƏT-in 1994-cü il Budapeşt, 1996-ci il Lissabon və 1999-cu il İstanbul sammitlərində münaqişənin dinc və siyasi yollarla həlli istiqamətində bir sıra mühüm təkliflər irəli sürüldü. Xüsusilə 1996-cı ildə ATƏT-in Lissabon Zirvə görüşü zamanı Heydər Əliyevin siyasi uzaqgörənliyi və qətiyyəti sayəsində Azərbaycanın mövqeyi Ermənistan istisna olmaqla, 53 dövlət tərəfindən qəbul edildi, tanındı və müdafiə olundu.
Ümummilli lider Heydər Əliyevin münaqişənin aradan qaldırılması sayəsindəki titanik fəaliyyətinin göstəricisi olan bəzi faktlara istinad etmək yerinə düşərdi. Belə ki, 1993-2000-ci illər ərzində ulu öndər ATƏT rəhbərliyi və Minsk qrupunun təmsilçiləri ilə 130-dan çox görüş keçirmişdir. Heydər Əliyev 1993-cü ildən 2001-ci ilədək 68 ölkənin dövlət başçısı ilə 485 dəfə görüşmüşdür. Bu görüşlərin hamısında Ermənistan -- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunmuşdur. NATO-nun, Müstəqil Dövlətlər Birliyinin zirvə görüşlərində, İslam Konfransı Təşkilatının iki, İqtisadi Əməkdaşlıq Təşkilatının dörd zirvə görüşündə, türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşlərində hər dəfə ulu öndər Heydər Əliyev Ermənistan – Azərbaycan münaqişəsini gündəliyə çıxarmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də ümummilli lider Heydər Əliyevin müəllifi olduğu çoxvektorlu və balanslı xarici siyasət kursunu sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq çevik, innovativ və hücum taktikasına əsaslanmaqla davam etdirir. Milli dövlətçilik maraqlarının müdafiəsi həm ikitərəfli, həm də çoxtərəfli formatda həyata keçirilən bu siyasətin başlıca məzmununu təşkil edir. Həmin siyasətin uğurunu təmin edən çoxsaylı parametrlər sırasında birinci mövqedə dayanan amil Prezident İlham Əliyevin beynəlxalq siyasətin aktoru statusuna yüksəlməsi reallığı ilə bağlıdır.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin təbirincə desək, Prezident İlham Əliyev dünya siyasətinə təsir gücünə malik beynəlxalq aktor statusunda dövlət başçısıdır. Bu statusuna tam adekvat olaraq İlham Əliyev həm daxili, həm də xarici siyasət kursunun həyata keçirilməsi prosesində dərin zəka, iti fəhm, analitik və innovativ düşüncə tərzi, sistemli analiz qabiliyyəti, prinsipiallıq və qətiyyət nümayiş etdirir. Hər dövlət başçısına nəsib olmayan bu unikal şəxsi keyfiyyətlərin daşıyıcısı olan Prezident İlham Əliyev harada çıxış etməsindən və mövqe bildirməsindən asılı olmayaraq, şahmat dili ilə desək, həmişə ağ fiqurlarla oynayır və artıq start vəziyyətində qarşı tərəf və ya tərəflər üzərində ilkin üstünlüyünü təmin etmiş olur. Həmin “siyasi şahmat lövhəsi”ndə siyasət qrossmeysterinin -- Prezident İlham Əliyevin rəqibinə “mat” elan etməsi labüddür. Bu, sırf zaman məsələsidir. Dəfələrlə bu həqiqətin şahidi olmuşuq. Bu yanaşma tərzi Ermənistan -- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə münasibətdə də istisna təşkil etmir.
Bu gün dünyada “güclü haqlıdır” məntiqinin işlədiyini nəzərə alaraq, Prezident İlham Əliyev davamlı şəkildə güclənmək xəttini daha da möhkəmləndirmişdir. Yalnız bu halda Ermənistan --Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupunun ədalətin bərpasına yönəlik siyasətinin formalaşmasına ümid bəsləmək olar. Hazırda isə bu qurumun fəaliyyəti sanki münaqişəni həll etməyə deyil, onun müharibəyə çevrilməsinin qarşısını almağa yönəlmişdir. Elə Minsk qrupu bu fəaliyyəti ilə də məlum Aprel döyüşlərinədək öyünürdü. Aprel döyüşləri bu illüziyanı alt-üst etdi. Məlum olduğu kimi, Azərbaycan Ordusu 2016-cı il aprelin 2-dən 5-dək Ermənistan silahlı qüvvələrinin növbəti hərbi avantürasının qarşısını əks-həmlə ilə aldı və düşmənə sarsıdıcı zərbələr endirdi. Dördgünlük hərbi əməliyyatlarda qoşunlarımız mövqe üstünlüyünü təmin etmiş oldu.
Prezident İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Qüdrətli Azərbaycan Ordusu, qəhrəman əsgərlərimiz ermənilər üçün daim qorxu mənbəyidir və bu qorxunu aradan qaldırmaq üçün, sadəcə olaraq, Ermənistan beynəlxalq hüquq normalarına əməl etməlidir və işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxmalıdır.
Ermənistan tərəfi bu fikirlərə uzun müddət ərzində bir təbliğat kampaniyasının tərkib hissəsi kimi yanaşırdı. Elə bu məntiqlə də həmin il aprelin 1-dən 2-nə keçən gecə növbəti hərbi avantüraya əl atdı və layiqli cavabını aldı. Ermənistanın Azərbaycanla dövlət sərhədində və qoşunların təmas xəttində törətdiyi növbəti hərbi insident Azərbaycan Ordusunun qüdrətini və sarsılmaz döyüş ruhunu, erməni ordusunun isə acizliyini və zəifliyini nümayiş etdirdi. Ən müasir hərbi texnika və silahlarla təchiz edilmiş, yüksək vətənpərvərlik ruhuna malik ordumuzun 4 gün ərzində düşməni əks-hücumu ilə darmadağın etməsi Prezidentimizin yuxarıda qeyd olunan fikirlərinin tam həqiqəti əks etdirdiyini bir daha təsdiqlədi.
Prezident İlham Əliyevin cari il yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qeyd etdiyi kimi, Ermənistanda iyirmi il hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş kriminal xunta rejimi süqut etdi. Bu da təbiidir və bu, kriminal rejimin məntiqi acı sonudur. Bu məsələdə əlbəttə ki, Ermənistanın işğalçılıq siyasəti də mühüm rol oynayır. Çünki məhz bu siyasətə görə Ermənistan biz tərəfdən bütün regional layihələrdən təcrid edildi. Bu işğalçılıq siyasətinə görə Ermənistan iqtisadiyyatı demək olar ki, çökdü. Ermənistan çox dərin demoqrafik böhran içindədir və depopulyasiya, yəni, ölkədə əhalinin azalması prosesi geniş vüsət alıbdır. Azərbaycan dünyaya sübut etdi ki, onun apardığı siyasət düzgün siyasətdir.” Bəli, Serj Sarkisyanın məhz işğal siyasətini davam etdirməsi nəticə etibarilə onun “taxt-tacı”nı laxlatmış, ölkədə siyasi kataklizmləri labüd etmiş, Ermənistanda inqilab baş vermiş və nəticədə o, tarixin qaranlıq arxivinə atılmışdır.
Ermənistanın siyasi tarixində Nikol Paşinyan erası başlanmışdır. Onun nə qədər davamlı olması Ermənistanın yeni rəhbərinin öz sələflərinin səhvlərindən nə dərəcədə ibrət dərsi almasından asılı olacaq. Əgər Nikol Paşinyan dərk etsə ki, işğalçılıq siyasəti Ermənistanın üzləşdiyi bütün böhran və kataklizmlərin əsas fundamental səbəbidir və aradan qaldırılmalıdır, bu halda Nikol Paşinyan rəhbərlik etdiyi dövlət və xalqın qaranlıq tuneldən çıxışını təmin edə biləcək. Yox, əgər əksi olarsa, bu halda o da sələfləri kimi səbəblərlə deyil, nəticə ilə mübarizə apararaq qaranlıq tunelin sərgərdan yolçusu statusuna enəcəkdir. Bu eniş isə onu da sarkisyanların sığınacaq tapdığı tarixin qaranlıq zirzəmisinin sakininə çevirəcəkdir.
Ən azı, bu eniş və onun məlum ünvanı qorxusu Nikol Paşinyanı konstruktiv mövqe axtarışına sövq etməlidir. Zənnimizcə, hazırda bu istiqamətdə müəyyən meyillər diqqətdən yayınmır. Onlar hansılardır? Birincisi, hakimiyyətinin ilk aylarında qondarma Dağlıq Qarabağ rejiminin münaqişənin tənzimlənməsi prosesində bir tərəf kimi iştirakında israrlı olan Nikol Paşinyan, Azərbaycan Prezidenti İlham Əliyevin prinsipial və qətiyyətli mövqeyi qarşısında geri çəkilməli oldu. Həmin mövqeyə görə, münaqişənin yalnız iki tərəfi vardır. Bunlar Ermənistan və Azərbaycandır. Bundan fərqlı yanaşma qəbuledilməzdir. Hadisələrin sonrakı gedişi göstərdi ki, Ermənistanın yeni rəhbərliyi Azərbaycan Prezidentinin polad iradəsi qarşısında geri çəkilərək 2018-ci ilin sentyabr ayında Düşənbədə, dekabr ayında Sankt-Peterburqda və cari ilin yanvar ayında Davosda qondarma Dağlıq Qarabağ rejiminin iştirakı olmadan danışıqlar aparmaq məcburiyyətində qalmışdır. Eyni məntiqlə də artıq dörd dəfə Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşmüşlər. Xüsusilə, hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində Parisdə aparılan danışıqlarda konkret olaraq hər iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanması yolları müzakirə edilmişdir. Tərəflər bu istiqamətdə əməli addımların atılmasının zəruriliyi ilə bağlı ortaq mövqeyə malik olduqlarını bildirmişlər.
Nikol Paşinyanın timsalında Ermənistanda hakimiyyətə gəlmiş və onu daha da möhkəmləndirməkdə olan qüvvələrlə ona qarşı dayanan müxalif tərəflər arasında ziddiyyətlər yeni məzmun kəsb etməyə başlayır. Onu da nəzərdən qaçırmayaq ki, Nikol Paşinyana müxalif radikal qüvvələrin başında Dağlıq Qarabağın erməni klanı dayanır. Əslində, onlar arasında “kim-kimi” prinsipi üzrə açıq mübarizəyə start verilib. Bu mübarizənin kompromissiz olacağını proqnozlaşdırmaq elə də çətin deyil. Təsadüfi deyildir ki, Nikol Paşinyan artıq açıq mətnlə Dağlıq Qarabağdakı rejimin qondarma “rəhbəri” Bako Saakyanı və ətrafını ittiham etməkdən çəkinmir. O qeyd edir ki, Bako Saakyan Serj Sarkisyan qüvvələrinə işləyir və 9 dekabr erkən parlament seçkilərində müxalif Ermənistan Respublika Partiyasını müdafiə etmişdir. Yaxın zamanlarda Nikol Paşinyan -- Bako Saakyan qarşıdurmasının açıq müstəvidə yeni məzmun kəsb edəcəyini proqnozlaşdırmaq olar. Məsələyə eyni məntiqlə yanaşsaq seçkiöncəsi zaman kəsimində Ermənistanın ikinci prezidenti Robert Koçaryanın həbsi də təsadüfi sayılmamalıdır. Son parlament seçkilərindən sonra tərəflər bir-birinə qarşı açıq müharibə elan etdiklərini gizlətmirlər. Bu mübarizədə Nikol Paşinyan Dağlıq Qarabağ klanını siyasi səhnədən tam uzaqlaşdıra bilsə, bu, onun ikinci qələbəsi olacaq. Bu hadisənin regionun təhlükəsizliyi üçün faydalı ola biləcəyinı ehtimal etmək mümkündür.
Azərbaycan tərəfinin münaqişənin həlli yolları ilə bağlı mövqeyi dəyişməzdir. Bunu cari il martın 29-da Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında Vyanada keçirilən görüş də təsdiqlədi. Görüşün yekunu oaraq, birgə bəyanat qəbul edildi. Həmin sənəd Vyana görüşünün substantiv xarakter daşıdığını və əhatəli olduğunu göstərir. Ermənistanda parlament seçkilərindən sonra eyforiyada olan ölkə rəhbərliyi işğal altındakı Azərbaycan torpaqlarında yaratdıqları qondarma rejimi hər vəchlə leqallaşdırmaq üçün danışıqlar formatının dəyişdirilməsi istəyini açıq-aydın büruzə verirdi. Birgə bəyanat, ilk növbədə, Ermənistan tərəfinin son dövrdə danışıqların formatının dəyişdirilməli olduğuna, bunun baş vermədiyi müddətdə münaqişənin mahiyyəti üzrə danışıq apara bilməyəcəklərinə dair verdikləri bəyanatların iflasa uğradığına dəlalət edir.
Vyana görüşü bu istəyin əsassız olduğunu və onun reallaşdırılmasının mümkün olmadığını Ermənistan tərəfinə nümayiş etdirdi. Prezident İlham Əliyev də görüşdən sonra verdiyi açıqlamada bildirdi ki, danışıqların formatı dəyişməz qalır.
Azərbaycan Prezidenti İlham Əliyev münaqişənin nizamlanmasında öz qəti mövqeyini dəfələrlə bəyan edib. Bu mövqeyə görə, Azərbaycan dövləti münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində və Dağlıq Qarabağ ermənilərinə respublikamızın hüdudları daxilində ən yüksək muxtariyyət statusu verilməsi yolu ilə həllini dəstəkləyir.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM