Belə bir oğul vardı... - Fotolar

17:00 / 01.09.2014

 

         Əslində yaşamaq elə də çətin deyil. Çətin olan necə yaşamaq lazımdır ki, xatırlana biləsən sualına cavab tapmaqdır...

         Bir müqəddəsin həyat haqqında dediklərini günümüzün reallığına çevirsək tamam başqa bir mənzərə ilə qarşlaşmış olarıq. O müqədəds deyirdi ki, “Həyat ancaq sənin baxışınla məna qazanar. Ya yalnız bir nöqtəni görərsən və həyatın axıb gedər sən fərqinə varmazsan. Ya da görə biləcəyin bütün gözəlliklərin tam ortasında həyatı yaşayarsan və zamanın məna qazanar.”

         Zaman elə bir məfhumdur ki, onun içində hər şey var. O, həm də qəlibdir, ölçüdür...

Hərdən ömrümüz mənə qum saatını xatırladır. Vaxtı doldurmaq üçün keçmişdən gələcəyə, gələcəkdən sonsuzluğa qədər uzanan bir ömür yaxşı ki, qismətimizə yazılmayıb. Yaxşı ki, qədərin hər şeyi hədər edəcəyi qorxusu var içimizdə. Bizdən sonra nə qalacaq, qalanlar da heç olmasa xatırlanacaqmı? İnkar etsək də, etməsək də həyat bizim üçün sualdan başlayır. Ömürümüzün əvvəli də sual, sonu da...

Bəlkə də çoxumuzun tanımadığı bir şəhid qardaşımız haqqındakı bu yazımı niyə belə başlamağım özümə də qəribə gəldi. Hərdən düşünürəm ki, şəhidlərdən danışarkən elə bir məqamda olmalısan ki, o ucalığa yüksələnlərin ruhu inciməyə. Yəni bütün vücüdun ilahi bir eşqin nuruna qərq ola, özünü onlarla bir cərgədə hiss edəsən...

Şəklinin önündə durub onun son döyüşünü, aldığı sonuncu nəfəsi gözlərimin önündə canlandırmağa çalışdım. Bir anlıq hiss etdim ki, birlikdə döyüşürük. O, sanki ölümü ikinci, üçüncü dəfə yaşayıbmış kimi məni qoruyurdu. Atılan güllələrdən, partlayan mərmilərdən mən qorxmayım deyə gözlərinin odunda əriyən qəzəbini  “sən hələ cavansan, həyat, yaşamaq gözəldir” ifadəsi ilə  əvəzləyib yenə də özünü ölümün qucağına atırdı...

Mən onun şəkildən gülümsəyən gözlərinin içindəydim. Sanki bir səs qulağıma pıçıldadı: Biz ölməmişik, bizi xatırlayın. Nə qədər uzaq, əlçatmaz olsaq da bir o qədər də sizə yaxınıq...  

Kürdəmir RPŞ-nin inzibati binasının ikinci mərtəbəsində qarşısına tər qərənfillər qoyulmuş bu şəkillər şəhid polis Həsənov Hamlet Tahir oğlunundur. O, 1966-cı ildə Füzulinin Mirzəcamallı kəndində dünyaya göz açıb. Orta məktəbi Aybatanlı kəndində bitirib. 1982-ci ildə Bakıda texnikuma daxil olub. Hərbi xidmətini başa vurduqdan sonra 1988-ci ildə Kürdəmir RPŞ-də xidmətə başlayıb. 1993-cü ildə torpaqlarımızın müdafiəsi zamanı qəhrəmancasına həlak olub. Şəklin aşağısında yazılmış sonuncu cümləni bütün şəhidlərimizə aid etmək olar...

“Axı bir şəkil bir ömürdən xatirə kimi özündə çox şeyləri əks etdirmir. Onu yaxından tanıyan, bilən, heç olmasa xatırlayan yoxdurmu”. Elə bu sualı RPŞ-nin rəisi, polis polkovniki Oktay Məmmədova ünvanladım. Düzü, şəkillə belə maraqlanmağım, şəhidimiz haqqında ətraflı öyrənmək istəməyim onun da marağına səbəb oldu və “Qohumunuzdurmu” deyə sual verdi. “Yox” dedim. Rəis polis mayoru Hamletlə birgə döyüşlərdə iştirak edən  Vaqif Əhmədovu yanına çağırdı və H. Hamlet haqqında xatirələrini danışmasını xahiş etdi.

“Xatırlamaq insanın heç də həmişə sevincinə səbəb olmur. Qəribə olan budur ki, biz insanlar sevincimizdən çox dərdimizi, itirdklərimizi xatırlayırıq. Bəlkə də bu min illərdir ki, beləcə davam edir. Bizi də nə vaxtsa bizsiz xatırlayacaqlar. Yəni xoşbəxt o insandır ki, o xatırlanır və yada düşür. Mən Hamleti 1990-cı ildən tanıyıram. Onun simasında bəlkə də çoxumuzda olmayan qəribə bir cizgilər vardı. Hərdən onunla söhbət zamanı mənə elə gəlirdi ki, Hamlet yer adamı deyil. İnsan da bu qədər sadə, səmimi ola bilərdimi? Biz dost idik. Hə, onun toyunda da iştirak etmişəm. Hərdən zarafatla deyirdim ki, füzulilər bir az çətin adam olurlar. Fikrimi gülüşlə, zarafatla da qarşılayardı və deyərdi ki, mən Füzulidə doğulsam da gəncliyim Kürdəmirdə keçib, bu yerin istisi qanıma-canıma hopub, ona görə də istiqanlıyam.  1991-ci ildə Malıbəylidə və Quşçularda döyüşmüşük. Mənə qəribə gələn bilirsinizmi nədir? İnsanın ölümdən qorxmamasını mən onda gördüm. İnanın səmimiyyətimə, çox ürəkli oğlanıydı. O, şəhid olanda 6 ay idi ki, ailə qurmuşdu. Avqustun 23-ü haqqa qovuşdu.”...

Mənə çoxlu şəkillər təqdim etdilər. Kürdəmir şəhidliyində Hamlet Həsənovun məzarı başında çəkilmişdi. Şəkillərə baxa-baxa bunu da dedilər: “Biz torpaqlarımız uğurunda canından-qanından keçən qəhrəman oğullarımızı, igid həmkarlarımızı heç vaxt unutmuruq, onları həmişə xatırlayıb keçdikləri döyüş yolu barədə gənc əməkdaşlarımızı məlumatlandırırq. Gənclər onların qəhrəmanlıq dolu döyüş yolunun davamçıları olduğunu unutmamalıdırlar. Sabitliyi, ictimai asayişi qorumaq vəzifə borcumuz olsa da, torpaqlarımız uğurunda şəhid olmaq, onun bütövlüyünü qorumaq hər birimizin vətəndaşlıq borcudur”...

Kim deyir ki, biz unutqanıq. Xatırlamağı bacarırıqsa, xatırlayıb əziz tuturuqsa, deməli, Vətənin həm də şəhid qanıyla yoğrulduğunu daha yaxşı dərk edirik.

Yeri gəlmişkən, bir nüansı da xatırlatmaq istəyirəm. Ölkə başçısının Füzuliyə olan səfəri və  “Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Siz - Qarabağda doğulmuş, yaşamış, bu gün yaşayan insanlar bunu hamıdan yaxşı bilirsiniz. Bu, əzəli Azərbaycan torpağıdır – Xankəndi, Şuşa. Sadəcə, müvəqqəti olaraq işğal altındadır, ancaq biz bu işğala son qoyacağıq. Biz öz torpağımızda yaşayırıq, öz torpağımızı müdafiə edirik və müdafiə edəcəyik. Əminəm ki, ərazi bütövlüyümüzün bərpası qaçılmazdır. Bunu düşmən də bilir və bilməlidir…,- deməsi inanıram ki, Hamlet kimi qəhrəman oğullarımızın da ruhunu şad etdi. 

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM