İranın Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiyə şəhərində Hövzeyi-hünəri mədəniyyət idarəsinin ədəbi şöbəsinin təşəbbüsü ilə Sefiyeddin Urmulu “Poeziya ocağı” salonunda yazıçı-publisist, şairə, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevanın “Arazbarı” şeirlər kitabının ərəb qrafikalı əlifba ilə Azərbaycan dilində və farsca İran nəşrlərinin təqdimatı keçirilib. İranın tanınmış ədəbiyyatçıları, Qərbi və Şərqi Azərbaycan vilayətlərindən olan görkəmli poeziya və nəsr simaları, elm və mədəniyyət xadimlərinin iştirakı ilə keçirilmiş mərasimdə əvvəlcə şairənin çoxşaxəli fəaliyyəti barədə sənədli film nümayiş etdirilib.
Sonra şairə adından iştirakçılara Azərbaycanın tarixi və müasir görkəmini əks etdirən suvenirlər və “Arazbari” kitabının İran nəşrlərindən nüsxələri, şairənin bədii yaradıcılığından hazırlanmış video disket iştirakçılara hədiyyə edildi.
Mərasimi giriş sözü ilə İranın media məkanında böyük nüfuzu ilə seçilən, “Dəniz” qəzeti və dəniznews.ir saytının baş redaktoru şair və yazıçı Mustafa Quluzadə şairə, tədqiqatçı-alim Sona xanım Vəliyevanın ədəbi yaradıcılığı və ictimai fəaliyyətindən danışıb.
Məlumat verilib ki, bu vaxtadək Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlı, fəlsəfə üzrə siyasi elmlər doktoru, yazıçı-publisist Sabir Şahtaxtı, Türkiyə elm-ədəbiyyat əsərləri sahibləri Məslək Birliyinin üzvü, şairə Gülayə Rzayeva, urmiyalı ədəbi tədqiqatçılardan – şair Əkbər Əlyar Həmidi, təbrizli tənqidçi - şairə Süsən Nəvadeh Rəzi və başqaları şairənin bədii yaradıcılığı barədə rəngarəng təhlillərlə çıxış ediblər.
Baş redaktor qeyd edib ki, Sona Vəliyeva müasir ədəbi mühitin nəbzini tutaraq öz fikirlərini bütün dünya xalqlarıyla bölüşməyi bacarır. Bundan əlavə, o öz xalqının, Vətəninin danışan dilidir və torpaq dərdi, düşmən təcavüzü, Vətən torpağının bir hissəsinin işğal altında qalmasını, Vətənin bölünməsi kimi ağır milli dərdləri var və bunların hamısını "Arazbarı" kitabında əks etdirib.
Mərasimdə çıxış edən urmiyalı tanınmış şair Həmid Vahidi də təqdim olunan kitab barədə öz ədəbi düşüncələrini fikirlərini söyləyərək qeyd edib ki, Sona xanımın şerlərində olan milli hisslər təsiredici gücə malik olduğu üçün tədqirəlayiqdir.
Tədbirdə digər iştirak edən tanınmış urmiyalı şairə Röya Şahhüseynzadə deyib: "Arazbarı” kitabının şerləri olduqca gözəl olmaqla bərabər bir sıra şerləri həqiqətən yaddaşda qalandır. "Şükür ki, ölməmişəm" adlı şeiri mənə çox güclu təsir etdi, daxili aləmimi kökündən silkələdi.
Tədqiqatçı Əkbər Əlyar da Sona xanımı Azərbaycan ədəbi mühitində tanınmış və sevilmiş bir şairə olduğunu diqqətə çatdıraraq əminliklə qeyd edib ki, “Arazbarı” kimi əsərlərin nəşri İran Azərbaycanı çağdaş ədəbiyyatının inkişafında əhəmiyyətli rol oynayacaq və iki ölkənin ədəbi simalarını qarşılıqlı olaraq, ədəbi təşkilatlar tərəfindən tanıtdırılmasına böyük tövhələr verəcəkdir.
Təqdimatda iştirak edən şair və tənqidçilər də öz fikirlərini söyləyiblər, o cümlədən Mahmud Şami, Zahra Kərimzadəgan, Əli Şüca, Qənbər Hacivənd, Xəlil Şıxlı, İsmayıl Mədədi, Şahrux Rizvani, Əli Rəzmara və başqaları şairənin bədii yaradıcılığının mahiyyəti, fitri ədəbi istedadı, xalqına və ölkəsinə aid məsələləri poetik dildə oxucu ilə bölüşməsi bacarığı barədə fikir və mülahizələrini bölüşüblər. Ədəbiyyatçılar bildiriblər ki, “Arazbarı”da cəmləşdirilmiş şerlər şairənin daxili mənəvi aləmini, yüksək insani keyfiyyətlərini, Vətəni və xalq qarşısındakı milli məsuliyyətini, bəşəri dəyərlərə olan tükənməz sevgi və məhəbbətini tərənnüm edir. Qeyd olunub ki, şairənin hiss və duyğuları ilə reallığa baxışı arasında qırılmaz tellər mövcuddur. Şairə göründüyü kimi var, var olduğu kimi də görünür. Vətəninin bütövlüyü, torpağının müdafiəsi ona nə qədər əzizdirsə irqindən və dinindən asılı olmayaraq bütün insanların firavan və sakit həyatı da o qədər əhəmiyyətlidir.
Çıxışlarda bildirilib ki, istidən qorxan, soyuqdan qaçan körpə kimi şairə də haqsızlıqdan və ədalətin pozulmasından qorxur və poetik dildə öz etiraz səsini ucaldaraq bəşəriyyəti haraya səsləyir. Hansı mövzuya müraciət etməsindən asılı olmayaraq səmimi hisslər fikir və ifadələrin sıra düzümünü tənzimləyir. Onun sadə və rəvan yazı dili, el bilmlərinə sahibliyi xalqın yaddaşında yatmış söz xəzinəsini də qəflətdən ayıldır.
Urmiyanın görkəmli sənətkarı Aşıq Nabatəli Əlizadə Sona Vəliyevanın “Arazbarı” kitabından saz siminin titrək sədaları altında səsləndirdiyi şerlər iştirakçılar tərəfindən hərarətli alqışlarla qarşılanmışdır.
Qeyd edək ki, iranlı şair Əkbər Həmidi Əlyarın əski əlifbaya köçürdüyü və fars dilinə çevirdiyi Sona xanım Vəliyevanın “Arazbarı” şeirlər kitabı bu il Qum şəhərlərində fəaliyyət göstərən “Avayi-münci” beynəlxalq sertifikatlı nəşriyyat tərəfindən nəşr edilib.
Əkbər Həmidi Əlyar,
“Dəniz” qəzetinin köşə yazarı,
ədəbi tənqidçi, şair, tərcüməçi
Tehran
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM