8 il həbsdə yatan Azərbaycan şairi

16:09 / 24.12.2013

Strategiya.az Kulis.az-a istinadən  filologiya elmləri doktoru Aybəniz Kəngərlinin "Xalq Şairi Sücaət" məqaləsini təqdim edir.

Hansı xalq şairi?

 

...Mənim muzeyim də, mətbuatım da,

 

Elin ürəyidir, el də bəsimdi!

 

 "Xalq Şairi" rəsmi adı olan şairdən söz getmir bu yazıda. Elə indi, bu yazının lap ilk sətirlərindəcə "xalq şairi" ifadəsinin Azərbaycanda kifayət qədər çoxmənalı olduğunu vurğulamaq zərurəti duyuram. Belə şairlərin bəzən bu xalqa gerçəkdən dəxli olmur, məsələn o xalq o adda şairin varlığından belə xəbərsiz qala bilir. 70 illik sovet dönəmində bu ada layiq görülənlərin böyük bir qismini təxminən "partiya şairi", ya da ona yaxın bir mənada qəbul etsək məsələyə daha dəqiq yanaşmışıq. 

 

Onlar  Azərbaycan xalqının şairləridir, burda mübahisə-filan mənasız şeydi. Amma burda "xalq şairi"  ifadəsi milli mənsubiyyətinə görə bu xalqa aid olan mənasındadı-ancaq bu qədər!

 

Mənə görə xalq şairi ən azı bu xalqın gözəl  tanıdığı, özündən bildiyi, özünə doğma saydığı, həmişə bu xalqla olan, onun hisslərinin, duyğularının ifadəçisi olan və bu xalqa heç vaxt xəyanət etməyən sənətkardı... Mənə görə Azərbaycanda ən böyük xalq şairlərindən biri  yeddidən yetmişə hər kəsin azı  bir neçə bəndini əzbər bildiyi "Azərbaycan" şeri yazarı Səməd Vurğundu. Daha bir böyük xalq şairi çoxsaylı uşaq şerləri ilə gözümüzü açandan həyatımıza daxil olan Abdulla Şaiqdi, "Vətən" şeri müəllifi Abbas Səhhət, "Hophopnamə" yazarı M.Ə.Sabir də o böyük xalq şairləri siyahısına başçılıq edənlərdəndi... Xoşbəxtlikdən  Azərbaycanda bu siyahıya daxil olan şairlər çoxluq təşkil edir. Sücaət həmin bu siyahıya daxil olan həqiqi xalq şairlərindəndir...

 

Yaxşı yaman bilən gündən,

Elin səsi səsim olub.

Biri haqsız döyüləndə,

Qəlbim əsim-əsim olub.

 

...Dodaqlardan atılan ox,

Sücaətə dəyibdi çox,

Dağlardakı duman, çən yox,

Mənim tüstüm, hisim olub!

 

Qohumları, onu yaxından tanıyanlar qaçqınlıq illərində  şerlərini kitab halında nəşr etdirdikləri zaman Sücaət deyərmiş ki: "Niyə zəhmət çəkirsiniz? Bu şerləri camaat əzbər bilir-bu mənə ən böyük mükafatdı. Kitab çap etməklə, qəzetdə şer çap etdirməklə adam şair olmaz!"

 

Mən onu necə tanıdım?

 

Dodaqlardan atılan ox,

Sücaətə dəyibdi çox.

Dağlardakı duman-çən yox,

Mənim tüstüm hisim olub

Dodaqlardan atılan ox,

Sücaətə dəyibdi çox.

Dağlardakı duman-çən yox,

Mənim tüstüm hisim olub.

 

Yaradıcılığa sovet dövründə  başlasa da  Sovet dövründə, demək olar ki, şerləri çap olunmayıb. Özü ehtiyac hiss etməyib şerlərini çap etdirməyə. Tanıyanlardan eşitdiyimə görə qadağan olunub bəzi şerləri.

 

Şair imzasıyla çap olmaq üçün,

Zəhərə bal deyib yeyəsən gərək.

Əyrini dünyaya düz tanıtdırıb,

Düzün dişlərinə döyəsən gərək.

 

 

Şair kimi məşhurlaşması Azərbaycan torpaqlarının itirildiyi dövrə və ondan sonraya aiddir. 1993-cü ildə Kəlbəcər işğal olunduğu zaman evini-eşiyini itirən şairin əlyazmaları da əsir düşdü. Sonralar çap olunan şerlər yalnız sücaətsevərlərin yaddaşında qalan, əzbər bildikləri şerlərdi, şairin zəngin irsinin cüzi bir hissəsidir. Qəribə taledir... Hər şairə şeri insanların yaddaşlarına həkk olunmaq nəsib olmur. Sücaət elə şairdi ki bir dəfə eşidən unutmur, misralar özü həkk olur insanın yaddaşına.

 

...Bir gün torpaqlarımız uğrunda şiddətli döyüşlər getdiyi zamanlarda  Qarabağda kiçik qardaşım Sənanın maşınında yol gedirdik,  kimsə şer deyirdi.

 

Bəlalı başımın qalma-qalıyla,

Hər yerdə, hamıdan seçilmişəm mən.

Zəhərdən açıdır bəxtim, taleyim,

Pis günün boyuna biçilmişəm mən.

 

 

Bütün həqiqi şairlər kimi şeri son dərəcə gözəl oxuyurdu müəllif, yaşayaraq oxuyurdu. Kədər, ağrı dolu misraları dinlədikdən sonra "Kimin şeridi bu?- dedim..."Sücaətindi"-"Tanımırsan?"-dedi.

 

Bir az günahkar kimi: "yox!"-dedim.  Sənan: "Qarabağda az toy olar ki orda Sücayət şerlərini əzbər deməsinlər"-deyərək əlavə etdi.

 

Sücaət şer deyirdi maqnitofonda:

 

Sınmayaydı qanadlarım,

Quş, yerinə mən olaydım!

Uçardım düz Dəlidağa

Kaş, yerinə mən olaydım!

 

 

 

Həyat yalan, ömür talan,

Dərdə düşsün dərdə salan.

O dağlarda məğrur qalan

Daş, yerinə mən olaydım!

 

Sücaəti unutma sən,

Həsrətindi məni didən,

Yanağından axıb gedən

Yaş yerinə mən olaydım!

 

 O vaxt mənim də iki qardaşım Qarabağ uğrunda döyüşlərdə iştirak edirdi. Sücaətin torpaq həsrəti, yurd harayı, dağlar hayqırtısı onları da güclü təsirləndirmişdi... Və onun ilk şerini öz ifasında mən belə eşitdim. O şeri və Sücaət adını bir də heç unutmadım. Unudula bilən şair deyil Sücaət... Bircə şerini eşitmək kifayətdi ki, insanın həyatına ömürlük daxil olsun. Bircə şeri kifayətdi ki, ömürlük sənin doğmana, əzizinə çevrilsin. Sonralar çox şerlərini müğənnilərin, hətta Güney Azərbaycan aşıqlarının ifasında eşitdim. "İstedad sərhəd tanımır" deyirlər.   Onunla şəxsən tanışlıq nəsib olmadı mənə. O zaman harda yaşadığını belə bilmirdim. Öncə audio kasetlərini tapdım, sonra internetdə haqqında bilgi almağa, şerlərini tapmağa çalışdım. Haqqında az məlumat tapa bildim o zaman. Nəhayət, illər sonra Bakıda çap olunmuş "Sən ağlama, mən ağlaram", "Dəlidağın dəliləri", "Sücaəti unutma sən"  kitabları keçdi əlimə. Bu kitablardakı şerlər Sücaət irsinin kiçik bir qismini əhatə edir.  Bu yaxınlarda fəaliyyətə başlayan, bir Sücaət heyranı tərəfindən yaradılan "Sücaəti unutma sən" adı  facebook səhifəsi də Sücaətsevərlərə əvəzsiz töhfədi.

 

Sücaət haqqında ən gözəl söz, ən gözəl təqdimat onun misralarıdı, dillər əzbəri şerləridi. Nə desən- o şerlər gücdə olmayacaq, nə qədər çalışsan-Sücaət deyəni deyə bilməyəcəksən. O şerləri oxumaq, mümkünsə Sücaətin öz ifasında dinləmək gərək... İstər sevgi mövzusunda, istər ictimai mövzularda yazdığı şerlər axıcılığı, təbiiliyi ilə seçilir...

 

Güldüm gülüşümü qəm qucaqladı,

Ağladım, gözümün yaşı da yandı...

 

Yaxud

 

Mən ölənə yaşın qalmaz,

Sən ağlama, mən ağlaram...

 

Yaxud

 

Talanan talanıb, qalan ömrümü

Ömrünün üstünə yazın anamın!

 

Belə misraların sayı-hesabı yoxdu Sücaət poeziyasında...

 

Ömür yoluna bir nəzər

 

El arasında sadəcə olaraq "Sücaət", bəzən də "Sücaət Dəlidağlı", "Sücaət Kəlbəcərli" adları ilə məşhur olan  Sücaət Yunus oğlu Əhmədov Azərbaycan Respublikasının Kəlbəcər rayonunda 1943-cü ildə anadan olmuşdur. Hələ uşaq yaşlarında şer yazmağa başlamış, Kəlbəcərin  məşhur İstisu kurortunda rəhbər vəzifələrdə çalışmışdır.  Şairlik Sücaətə irsən keçən bir keyfiyyət idi. Əmisinin, bir sıra qohumlarının da gözəl şerləri məlumdu. Sücaətin şerləri əsasən dildən-dilə yayılmış, dillər əzbəri olmuşdur.  El şənliklərində öz ifasında şerləri kasetlərə yazılmış, bu yolla Sücaətsevərlər arasında yayılmışdır.  Sücaət iki dəfə qanunsuz həbs edilmiş,  qısa ömrünün 8 ilini zindanlarda keçirmişdi. Bir təkrarsız şair ömründən namərdlər əlilə qoparılan 8 il!

 

Taladılar, alovlara çatdılar,

Gözüm kimi saxladığım illəri!

Xoşbəxtlikdən bulaq kimi durulub,

Tərtər kimi çağladığım illəri!

 

Onun haqq tərəfdarı olması, haqsızlığa dözə bilməməyi, gücsüzü müdafiə etməsi hər iki həbsinin əsas nədəni olmuşdu.  Kəlbəcərin işğalından sonra  şair  Gəncədə məskunlaşmış, 2002-ci ildə orada vəfat etmişdir.

 

Kəlbəcər harayı-torpaq yanğısı

 

Ömrünün son illərini Kəlbəcərsiz, qaçqın-köçkün kimi yaşadı Sücaət-əgər buna yaşamaq deyilirsə... Əzab-ağrı içində yanıb qovrula-qovrula, inləyə-inləyə, Kəlbəcərə ağı deyib ağlaya-ağlaya yaşadı. Yaşaya bilmədi-öldü Kəlbəcər həsrətindən-dağlar dərdindən:

 

Yanmışamsa külüm hanı,...

Obam hanı, elim hanı?!

Qardaş, belə zülüm hanı?!

Sən ağlama, mən aglayım.

 

Obam hanı elim hanı?

Qardaş, belə zülüm hanı?

Sən ağlama, mən ağlayım..

 

Yaxud,

 

Obam hanı, elim hanı?!

Qardaş, belə zülüm hanı?!

Sən ağlama, mən aglayım.

 

Gözümü açanda Murovu gördüm,

Kəlbəcər yadıma düşdü bu səhər.

Ürəyimdən nələr keçdi, ay Allah!!

Ayrılıq bağrımı deşdi bu səhər.

ya da,

 

Bu odlu, alovlu ömür yolumun,

Bir ilin bir günə keçirəm daha.

Arxamca döşünə döyməsin ölüm,

Dünyadan könüllü köçürəm daha.

 

Sücaətəm, oldum qərib, xəstə mən,

Köçürəm dünyadan asta-asta mən,

Həsrət qaldım qohuma mən, dosta mən,

Qəza yollarımı bağladı, neynim

 

Bir Kəlbəcər vardı bu dünyada-cənnət guşəsi-bizim idi- bu gün bizim deyil. Yağı tapdağında, gözləri yol çəkən bir Kəlbəcər var dünyada! Kəlbəcəri, torpaqlarımızı itirəndən sonra itirə-itirə yaşamağa da öyrəşdik...Bir Kəlbəcərli Sücaət vardı bu dünyada-təpədən dırnağa səmimiyyət, təpədən dırnağa ağrı, təpədən dırnağa hicran, həsrət dolu şerlər müəllifi! Kəlbəcərə ağı deyən, onu oxşayan, əzizləyən, onun dərdindən ölən bir şair vardı-məclislər yaraşığı, dillər əzbəri, el şairi, xalq şairi Sücayət!

 

Şerin duzu, dadıdır o

Ruhumuza qidadır o...

Ustadlar ustadıdır o

Unutmayaq Sücaəti...(Asif Talıboğlu).

 

 

Ruhu şad olsun!

 

Aybəniz Kəngərli

 

Almaniya, Köln, 23.12.2013

 

 

 

Şerlərindən örnəklər

 

Daha

 

Bu odlu, alovlu ömür yolumun,

Bir ilin bir günə keçirəm daha.

Arxamca döşünə döyməsin ölüm,

Dünyadan könüllü köçürəm daha.

 

 

Hər şeyin mətahın bilmək yaxşıdır,

Düşmən qabağında gülmək yaxşıdır.

Belə yaşamaqdan ölmək yaxşıdır,

Ağılla ölçürəm-biçirəm daha.

 

Doğru danışanın kəsilir dili,

Məğrur dayananın qırılır beli.

Bu alçaq dünyanın fitnəsin, felin

Baş barmağım kimi seçirəm daha.

 

Kitablar bir yalan yuxudur, yuxu,

Həyatı həyatın özündən oxu.

Saxta yaşamağı neynirəm axı

Bunların adından qaçıram daha.

 

Sücaətəm, doğranmışam bıçaqsız,

A xoş günlər, niyə məndən qaçaqsız?

O qədər yanmışam odsuz, ocaqsız,

Suyu da üfürüb içirəm daha.

 

Bilməz

 

O yar ürəyimi dağlayan kimi,

Fələk də çalışsa, dağlaya bilməz.

Həsrət ürəyimdə çağlayan kimi,

Sellər də, sular da çağlaya bilməz.

 

Həsrətim "hə" desə, dağları dələr,

Göz yaşım kükrəyər, sel olub gələr.

Hamı mənim kimi sevinə bilər,

Heç kəs mənim kimi ağlaya bilməz....

 

Nur saçmır yoluma çırağı yarın,

Üzüb Sücaəti fərağı yarın,

Təki, təki gəlsin sorağı yarın,

Ölümdə yolumu bağlaya bilməz.

 

Nur saçmır yoluma çırağı yarın,

Üzüb Sücaəti fərağı yarın,

Təki, təki gəlsin sorağı yarın,

Ölümdə yolumu bağlaya bilməz.

 

Məni

 

Ağlım təzə-təzə kəsirdi hələ

Sən vara, dövlətə satanda məni.

Məhəbbət yandırıb kül eləmişdi

On səkkiz yaşıma çatanda məni.

 

Saçımda dolanan dən idin onda

Gözümdə dumandın, çən idin onda

Özündən xəbərsiz sən idin onda...

Axtaran da məni, atan da məni.

 

Yollarım od olub, ayağım yalın

Əlində qalmışam dərdin, məlalın

Əridib şam kimi şirin xəyalın

Soyuq zindanlarda yatanda məni.

 

Onun məhəbbəti dilində idi

Həqiqət gözümün selindəidi

Əlin o alçağın əlində idi

Həsrətin odlara satanda məni.

 

Birimiz ağlarıq, birmiz də şən

Dağdan ağır dərddi Sücaət çəkən

Həmişə yadıma sən düşəcəksən

Hər ürək ağrısı tutanda məni.

 

Ana

 

Deyib dönə-dönə ərlər, ərənlər,

Bədbəxtlik hər şeydən uludur, ana.

Tale verən dərdi necə çəkməyim?!..

İnsan yaman günün quludur, ana.

 

Çəkdiyin ağrılar bəsdi bolhabol,

Yoruldun, az ağla, az nigaran ol.

Mənim yana- yana keçdiyim bu yol,

Məğrur kişilərin yoludur, ana...

 

 

Məhbus Sücayətəm, bimar misalam,

 

Qorxuram yorulub yollarda qalam,

 

Demə zindanlarda təkcədi balam,

 

Bura biçarəynən doludu, Ana!


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM