“Satirik şair üçün bundan ağır dərd yoxdur”

11:37 / 05.09.2014

Əvəz Qurbanlı 1976-cı il avqustun 9-da Saatlı rayonunun Azadkənd kəndində anadan olub. Yaradıcılıqda vəzn və forma məhdudiyyəti görmür. Əsasən satirik şair kimi tanınır.

1 il Bakı Slavyan Universitetində əruz və klassik Şərq poetikasından mühazirə deyib. İctimaiyyət onu əsasən ANS TV-nin “Qulp” verilişindən tanıyır. 2005-ci ildən sonra həmin proqramda müntəzəm olaraq satirik şeirləri ilə çıxış edib. Demək olar ki, “Qulp”dakı bütün satirik mahnıların mətn müəllifi, bir çox səhnəciyin isə birbaşa ideya müəllifi olub.

2006-cı ildə “Təzə zarafat” adlı satirik və lirik şeirlər kitabı işıq üzü görüb. “Bakuinfo.az” saytının baş redaktorudur.
 

- Azərbaycanda satiranın, satirik şeirin durumunu necə dəyərləndirirsiz?

- Azərbaycan satirasının bugünkü durumunu qiymətləndirmək üçün müqayisəli təhlilə ehtiyac var. Bu, bir növ elmi-ədəbi müzakirənin mövzusudur və təbii ki, kiçik bir söhbətdə müzakirə olunası məsələ deyil. Ümumilikdə istər satiranın, istərsə də satirik şeirin durumunun yaxşı olmadığı qənaətindəyəm.

- Bunun səbəbi nədir: doğrudanmı bugünkü cəmiyyətimizdə satirik sözə ehtiyac yoxdur? Yaxud doğrudanmı istedadlı satirik qələm sahibləri yetişmir? 100 il qabaqkı satirik şeirimiz bu gün niyə yazılmır?

- Yox, mən belə deməzdim. Cəmiyyətin hər bir zaman satirik sözə ehtiyacı olub. Sabirdən söz düşəndə deyirlər ki, o, bir Günəş kimi doğaraq cəmiyyətdəki mikrobları, bakteriyaları öz şüasında məhv elədi. Bu baxımdan məsələyə yanaşanda görürük ki, bu gün cəmiyyətimizin satiraya olan tələbatı Sabirin dövründən qat-qat çoxdur. Tənqid hədəfləri o qədər çoxalıb ki, onların əməllərini yazıb qurtarmaq mümkün deyil.

Satirik qələm sahiblərinin yetişməməsi fikri ilə də razı deyiləm. Kifayət qədər istedadlı satirik qələm sahibləri var Azərbaycanda. Və yetərincə də mükəmməl, oxunaqlı satirik şeir nümunələri yaranır. Amma gəlin görək həmən müəllifləri tanıyan, o şeirlərin yarandığını bilən varmı? Yox. Tanımırlar. Problem bundadır.

- Niyə tanımırlar? İndiki dövrdə satirik söz üçün meydan yoxdur?

-  Müsahibələrimin birində demişdim ki, bu gün satira çox adiləşib. Sabir dövründə isə belə deyildi. Bəzən bir tənqidi şeir satirik şairin həyatı bahasına başa gələrdi. Ona  görə də tənqid yazan qələmlər imzalarını dəyişməyə, gizlənməyə məcbur olurdular. Ancaq  tanınmamaq problemini təkcə satiriklər yaşamır. Ümumilikdə qələm əhli ilə oxucu arasında əlaqə ya itib, ya da zəifləyib. Sovet dövründə bunun bir mexanizmi vardı. Yaxşı yazar bir kitabı ilə də tanınardı. Tələbat vardı deyə kitablar on minlərlə, bəzən yüz minlərlə tirajla çap olunurdu. Demək olar ki, cəmiyyətin kitabla təmin olunmayan hissəsi qalmırdı. Bəs bu gün vəziyyət necədir? Bədii əsərlər ən yaxşı halda 1000 tirajla çap olunur. Onun da oxucuya düzgün çatdırılma mexanizmi yoxdur.

- Bəs niyə Sabir dövründə satira ciddi reaksiya doğururdu, indi yox?

- Bunun  səbəbi çoxdur. Birincisi, o zaman ictimai düşüncə satirik sözə, açıq tənqidə öyrəşməmişdi; yeni tənqidi baxış ortaya çıxan kimi güclü axına qarşı dayanmalı idi. İkincisi, o zaman Azərbaycan cəmiyyətində əsrlərdən bəri gələn əxlaq prinsipləri, mental təfəkkürə bağlılıq çox güclü idi. Tənqid hədəfləri bu prinsiplərdən kənara çıxdıqları üçün güclü qınağa tuş gələcəklərindən, necə deyərlər, “böyük rüsvayçılıqdan” çox qorxurdular. Üçüncüsü, o zamankı Azərbaycan cəmiyyətində feodal idarəçilik meylləri vardı; cəmiyyətdə ifrat təbəqələşmə hökm sürürdü. “Axırıncı aşırım” filmində deyildiyi kimi acından günorta duran filankəs gəlib adlı-sanlı, mallı-mülklü bəylə bərabər ola bilməzdi. Belə bir dönəmdə, “sözü qılıncdan kəsərli” olan ağaları tənqid etmək az qala həyatından bezmək kimi başa düşülərdi.

Bəs gəlin görək bu gün vəziyyət necədir? Tənqid hədəfləri olan obrazlar öz əməllərini elə rahat həyata keçirirlər ki, hətta bu əməllərin tənqid mövzusu ola biləcəyini ağıllarına da gətirmirlər. Hara baxırsan onları görürsən, onların əyri əməlləri ilə rastlaşırsan. Bu şəraitdə satirik sözün nə effekti ola bilər?

Onu da qeyd edim ki, təkcə Azərbaycanda yox, dünyada böyük mənəvi deqradasiya prosesi gedir. Texnologiya dünyasının insanları köhnə dünyaya yeni gözlə baxırlar. Virtual dünyanın kəşf olunması mənəvi, etik, milli sərhədlərin məftillərinin doğranması ilə nəticələndi. Bəşəriyyət üçün dəhşətli gələcək vəd edən bu proses durdurulmazsa, yeni, qloballaşan insan üçün mənəvi çərçivə deyilən bir şey qalmayacaq. Bax, satiranın zəifləməsində bu vacib amili də yaddan çıxarmamalıyıq.

- Satirik şair kimi, satiranın inkişaf etməsi üçün nə təklif edərdiniz?

- Satiranın əvvəlki üslubda və istiqamətdə növbəti inkişaf mərhələsinə qədəm qoyacağına ümidim azdır. Məncə, satira özünü yeniləməlidir. Çağdaş satiranın uğurlu forması axtarılmalıdır. Elə bir forma ki, bugünkü və gələcək insanın düşüncəsinə ciddi təsir etsin.

- Cəmiyyətimizdə tənqid mühitinin zəiflədiyini deyənlər var...

- Mühit istər zəif olsun, istər güclü – tənqid nəticə verməlidir. Nəticə yoxdursa, həvəs də yaranmır. Həvəs yaranmırsa, tənqidi əsər də yaranmayacaq. Buna baxmayaraq bu günün satirik qələmləri yeni-yeni əsərlər yaratmaqdadır.

- Siz özünüz sonuncu dəfə nə zaman satirik şeir yazıb dərc etdirmisiz?

- İstər çap mətbuatında, istərsə də onlayn mediada müntəzəm olaraq satirik şeirlərlə çıxış edirəm. Çalışıram ki, şeirlərim müasir dövrlə səsləşsin. Həm obraz, həm də dil, üslub və forma baxımından yeni olsun. Son dövrlərdə qələmə aldığım “İnternet”, “Feyzbukda ”, “Faiz” və digər satirik şerlərimi buna misal göstərə bilərəm.

- Həmkarlarınızdan hansı müəllifləri izləyirsiz?

- Mən ümumiyyətlə ad çəkməyi xoşlamıram. Söhbət satirik yazarlardan gedirsə, demək olar ki, çağdaş qələmlərin hamısını izləyirəm. Nə isə öyrənmək üçün yox, yenilik görmək üçün.

- Klassik satira ustalarından kimi və ya kimləri özünüzə ustad sayırsız?

- Böyük şairlərin və yazıçıların hər biri mənim yaradıcılığımda hansısa iz qoyub. Mən poetik düşüncəni xalq şeirində, poeziyanın özünü isə Füzulidə kəşf etmişəm. Füzulidən yol başlayıb axtarışa çıxmışam, Sabirdən yol keçib özümü tapmışam. Ona görə də Mirzə Ələkbər Sabiri müəyyən mənada ustad sayıram.

- Tənqidi mövqeyinizə görə hər hansı təhdid və ya sərt münasibətlə qarşılaşmısız?

- Təhdid deməzdim, sərt münasibətlə, kobud davranışla əvvəllərdə rastlaşmışam. Ancaq bunların heç biri qorxulu deyil. Çağdaş satirikin faciəsi – onun dediklərinin reaksiya verməməsidir, əhəmiyyətsiz sayılmasıdır. Bundan ağır dərd yoxdur satirik şair üçün.

- Nə üçün ciddi və populyar satirik qəzet, sayt yoxdur? Sizcə, buna ehtiyac varmı?

- Satirik media orqanının yaranması ciddi fədakarlıq tələb edir. Bunun üçün sabit maliyyə olmalıdır. Maliyyə olmadan hansısa media orqanının ciddi uğur qazanacağı real deyil. 14 ildir mətbuatdayam, bu sahənin incəliklərini bilirəm. Tutaq ki, mən bu gün 500-1000 manat pul tapıb satirik qəzet, yaxud satirik internet saytı açdım. Axı, bu saytın yaşaması üçün bütün vaxtımı sərf etməliyəm. Bütün vaxtımı buna sərf etsəm, dolanışıq necə olacaq? Bu iş üçün sponsora ehtiyac var. Sponsorları da fədakarlıq yox, pul qazanmaq düşündürür.

Burada bir məqamı da mütləq qeyd etməliyəm. Özünü satirik adlandıran bəzi qaragüruhçular zaman-zaman cəmiyyəti çaşdıraraq, təhqir və ucuz qeybətdən ibarət əsərləri satira əvəzinə sırımağa cəhd ediblər.

Cəmiyyətin bir qismi isə tənqidi qidanı daha çox meyxana kimi vasitələrlə almağa meyllidir. Əlbəttə, sənət satirasının, yüksək bədii sözün də öz sərrafları var, ancaq bu auditoriya çox kiçikdir.

Bütün bunları nəzərə alanda satirik mətbuat orqanı yaradaraq uğur qazanmaq ehtimalı şübhə altına düşür.

- Bayaqdan satiradan danışırıq, yaradıcılığınız təkcə satiradan ibarətdir?

- Doğrusu, məni həm də qəzəlxan kimi tanıyırlar. “Speys” TV-də “Sözümüz sözdür” meyxana yarışmasında baş münsif olmuşam, əruz bilicisi kimi, qəzəlxan kimi dəvət etmişdilər. Eyni zamanda heca şeirləri yazıram, nəsr sahəsində də işləyirəm. Əvvəllər müğənnilər üçün mahnı mətnləri də yazırdım, sonralar bu mühit mənə getdikcə yadlaşdığından onlarla əlaqəni demək olar ki, kəsdim. 2006-cı ildə, sözləri mənə məxsus olan “Sənsizləmişəm” mahnısı müğənni Xatirə İslamı populyarlaşdırdı.

Bu yerdə, heç unuda bilməyəcəyim bir hadisəni danışmalıyam. “Sənsizləmişəm” mahnısının populyar olduğu vaxtlar idi. Soyuq, yağışlı payız gecəsində Bakı küçələrinin birində dayanacaqda avtobus gözləyirdim. Markasını bilmədiyim bahalı maşın gözləmədiyim halda yolu buraxıb düz üstümə sürdü, yanımdakı yağış gölməçəsinin içindən sürətlə keçib, palçıqlı su ilə üst-başımı   suvadı . Çox pis olmuşdum və özümə gələ bilmirdim: həmin bahalı maşının açıq pəncərəsindən mənim sözlərimə yazılmış “Sənsizləmişəm” mahnısının sədaları eşidilirdi!

- Yaradıcılıqda vəziyyət necədir?

- Düzdü, bəzən gileylənirəm ki, dünyaya şair kimi gəlmişdim, istedadımı jurnalistikaya xərclədim. Dediyim kimi, uzun illərdir mətbuatdayam, potensialımın və enerjimin çox hissəsini jurnalistika əlimdən alır. Bununla belə, yaradıcılığa davam edirəm. 2006-cı ildə “Təzə zarafat” adlı ilk satirik və lirik şeirlər kitabım, 2012-ci ildə “Canlı dirəklər” romanım işıq üzü görüb. Bir neçə kitabım da çapa hazır vəziyyətdədir. Yarımçıq elmi monoqrafiyalarım var. Əsasən klassik Şərq poetikası ilə bağlıdır. İnşallah, qismət...

Qurban


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM