Gənc fəal Pərviz Əzimov Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu tərəfindən gənc yazarlarında hekayələrindən ibarət "13" adlı kitabının senzuraya məruz qalması ilə bağlı məlumat yayıb
"Qafqazinfo» xəbər verir ki, Əzimovun yaydığı məlumatda qeyd olunur ki, fondun aparat rəhbəri Faiq Qürbətov kitabda "əxlaqsız" sözlərin işlənməsini əsas gətirərək yayımlanmasına qadağa qoyub:
"Məlumatınız olduğu kimi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fonduna gənc yazarların hekayələrindən ibarət kitabın çap olunması ilə bağlı "Cib kitabı" adlı layihə təqdim etmişdim. Layihəyə fondun Müşahidə Şurası tərəfindən baxıldı və maliyyə ayrılması ilə bağlı qərar verildi.
Layihə çərçivəsində ekspertlər tərəfindən seçilmiş 13 müəllifin hekayəsindən ibarət "13" adlı kitab çap olundu. Kitab çap olunduqdan sonra bir nüsxəsini təqdimatöncəsi keçiriləcək təqdimata dəvətnamə ilə birlikdə Gənclər Fonduna təqdim etdim.
Kitabı təqdim etdikdən 1 gün sonra fondun aparat rəhbəri Faiq Qürbətov mənimlə əlaqə saxlayaraq "Bu kitab yayılmamalıdır" dedi. Səbəbini soruşduqda isə bildirdi ki, kitabda əxlaqsız sözlər var: "Kitabda "məmə" sözü var. Utanmırsan, bu kitabı çap edirsən. Bu bizim milli-mənəvi dəyərlərimizə ziddir. Mən heç vaxt icazə verə bilmərəm ki, bu kitabı övladlarım oxusun".
F. Qürbətova ölkədə senzuranın ləğvi ilə bağlı eks-prezident Heydər Əliyevin imzaladığı sərəncamı xatırlatdım. O isə buna heç bir cavab vermədən təhqiramiz formada: "Get bacına oxutdur bu kitabı. Evdəkilərinə oxutdur. Mən deyirəm yayılmamalıdır vəssalam".
Bir gün sonra isə kitabın təqdimatı keçiriləcəyi Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsi "Kitab evi"ndən mənimlə əlaqə saxlayaraq bildirdilər ki, yuxarıdan tapşırıq gəlib. Ona görə də təqdimat üçün yer verə bilməyəcəyik.
Belə olan halda tələb etdim ki, fond bununla bağlı mənə rəsmi məktub göndərsin. Bir gün sonra fonddan elektron poçtuma daxil olan məktubda isə tamam başqa səbəblər göstərilməyə başladı. Məktubda göstərilirdi ki, guya kitabın üzərinə yazılan qiymət Qeyri-Kommersiya Layihələrinin maliyyələşdirilməsi ilə bağlı qanuna ziddir. Yəni ki, kitab satılmamalıdır. Bu məktublarına cavab olaraq bildirdim ki, mənim tərəfimdən fonda təqdim olunan "Cib kitabı" layihəsində "Layihənin davamlılığı çap olunacaq kitabların simvolik qiymətə satışı ilə təmin olunacaq. Beləki, kitablar simvolik qiymətə 2.5 AZN-ə satılacaq. Əldə olunan gəlir isə layihənin davamlılığını təmin edəcək. İndiki layihə əsasən paytaxt gənclərini əhatə edəcək. Əldə olunan vəsait vasitəsilə isə layihənin ikinci hissəsi olaraq region gənclərinin kitabları çap olunacaq" təklifini əlavə etmişdim.
Fondun Müşahidə Şurası layihənin dəyərləndirərkən buna heç bir etiraz etməyib və mənə bu bəndin dəyişdirilməsi ilə bağlı öncədən heç bir xəbərdarlıq edilməyib. Müşahidə Şurası məndən yalnız büdcənin azaldılmasını tələb edib və mən də buna əməl etmişəm. Lakin göndərdikləri məktubda qeyd olunur ki, kitabların üzərində olan qiymət kommersiya əldə etmək üçün yazılıb və bu qanuna ziddir.
Bundan başqa, məsələ ilə bağlı Prezident İlham Əliyevə və fondun icraçı direktoru Fərhad Hacıyevə də müraciət ünvanladım. Müvafiq olaraq Prezidentə və F. Hacıyevə göndərdiyim ilk məktubdan 17 gün, ikinci məktubdan isə 14 gün vaxt keçməsinə baxmayaraq heç bir məktubuma cavab verilməyib.
Dörd gün öncə isə fonda yaxınlaşaraq layihə ilə bağlı təsviri və maliyyə hesabatını təqdim etmək istədim. Mühasibə hesabatı təqdim edərkən Faiq Qürbətov içəri daxil oldu və "Bundan hesabatı qəbul etməyin. Bu o tərbiyəsiz kitabın müəllifidir", - deyərək hesabatımı qəbul etməməyi tapşırdı.
F. Qürbətov bildirdi ki, fondun loqosu kitabın üzərində götürülməlidir. Bu isə onu göstərir ki, məsələ kitabın üzərindəki qiymət yox (çünki o hissə dəyişdirilir və satışı təşkil olunmayacaq) kitabın mətni ilə bağlıdır. Qısaca, kitaba senzura tətbiq edilir.
Bütün bunları nəzərə alıb bəyan edirəm:
1. Fonda təqdim etməli olduğum maliyyə hesabatı hazırdır və fond bunu qəbul etmir. Bununla bağlı heç bir məsuliyyət daşımıram!
2. Fond layihənin maliyyələşdirilməsi ilə bağlı layihə bitdikdən sonra keçirilməli olan məbləğin 30 faizini tezliklə hesabıma köçürməlidir.
3. Kitablar yaxın günlərdə oxuculara təqdim olunacaq və buna kimsə mane ola bilməz. Heç bir məkan buna icazə verməsə, təqdimatı evimdə keçirəcəyəm".
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM