Psixi xəstə olan qonşumuz və ev yiyəsi

16:23 / 11.09.2014

Dünən mən işdə olanda qonşu blokda yaşayan psixi xəstə qadın gəlib bizim qapını döyüb.  O, əslində qapını döymür, bütün gücü ilə zərbələr endirir, görəndə ki, reaksiya yoxdur, qapının dəstəyinə elə bir gəliş gəlir ki, dəstək zar-zar “ağlayır”. Evdə valideynsiz olan iki uşaq hansı hallara düşür bu olaydan, təsəvvürünüzə gətirin.

 

Həm də bu ilk dəfə deyil, özü də məhz uşaqlar evdə tək olanda gəlir. Təbii ki, o, qadın bilmir evdə kim var, kim yox, sadəcə tutması tutur və öz mənzilindən çıxıb düşür qonşu qapıların canına. Qonşular artıq məsələdən çoxdan hali olduqları üçün təbii ki, ona qapı açan olmur. Dediklərinə görə, bir dəfə kimsə qapını açıb, qadın içəri soxulub və evdə sındırmadığı əşya qalmayıb. Eləsini saxlamaq qeyri-mümkündür, çox güclü olurlar. Onları yalnız məxsusi o işlə məşğul olanlar dayandıra bilər.

 

Dedim, ev yiyəsinə zəng eləyib məsələni danışım ona, qoy, bir əlac eləsin. Yəqin o qadının hansı mənzildə, kiminlə yaşadığını ev yiyəsi bilər. Adamlarına zəng vurub desin ki, onu bayıra buraxmasınlar. Ev yiyəsi həyəcanla məni dinləyəndən sonra “Eh, mən də qorxdum, dedim görən nə olub”-deyib etinasızlıqla əlavə etdi:

 

“Qonşu blokda birinci mərtəbədə tək yaşayır həmin qadın, neçə illərdir psixi xəstədir, heç kimi də yoxdur. Uşaqlara tapşır qorxmasınlar”.

 

Bayaqdan psixi xəstəyə əsəbiləşmişdim, indi evini bizə kirayəyə verən bu ziyalı sayılan qadının reaksiyası mənə od qoydu.  “Psixi xəstə niyə evdə tək yaşamalıdır?”, “Birdən gecənin birində elə öz mənzilinə od vurdu?”, “Niyə cəmiyyətdə bu kimi problemlər öz həllini tapmır, kimsəni düşündürmür?”  kimi suallar da məni narahat etmədi. Daha doğrusu, ev yiyəsinin verdiyi reaksiya bu problemi gözümdə kiçiltdi.

 

Deməli, əgər mən ona zəng vurub evdə “oboy sökülüb”, nə bilim “su kranı qırılıb” desəydim bu onun üçün dəhşətli xəbər olardı. Mənim də işim-gücüm yoxmuş kimi buna zəng vurub deyirəm ki, uşaqlar evdə tək olurlar, psixi xəstə qapını “sındırıb” onları qorxudur, bunun qarşısını necə almaq olar? Təbii ki, öz evinin əşyaları, “oboy”u onun üçün mənim uşaqlarımdan daha vacibdir.

 

Axı, bizim cəmiyyətdə hələ də kirayə verən kirayə qalana təhkimçisi, qulu, daha nə bilim nəyi kimi baxır. Daha düşüncəsi çatmır özü-özünə desin:

 

- A balam, adam az qala bir aylıq maaşını bu evdə qaldığı üçün mənə ödəyir. Qaldığı müddətdə  bu ev onundur, orda özünün sərbəst, rahat, nəzarətsiz hiss etməyə haqqı var, çünki bunun üçün ödəniş edir, yoxsa elə ödəniş etmədən küçədə, vağzalda qalardı də.

 

Qonşudakı psixi xəstə barədə sən mənə xəbərdarlıq etməli idin, etməmisən, indi onun zərərsizləşdirilməsi üçün mənə yardım etməyə borclusan. Yoxsa “uşağa de qorxmasınla” məsələ bitmir axı. Uşaq artıq qorxub.

 

Gülməlidir hə, qlobal məsələdən xırdaçılığa keçdim? Hansı hal daha təhlükəlidir – psixi xəstənin binada bir evdə tək-tənha, nəzarətsiz yaşaması, yoxsa ev sahiblərinin kirayəşinlərə ikinci dərəcəli adammış kimi baxmaları? /kulis.az/


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM