İqtisad elmləri doktoru, Sumqayıt Dövlət Universitetinin professoru, Beynəlxalq İqtisadçılar Assosiasiyasının üzvü
Sumqayıt şəhərinin bu il 70 yaşı tamam oldu və bu əlamətdar hadisə dövlət başçısının nəzərindən yayınmadı. Bütün məsələlərdə Sumqayıta yüksək diqqət göstərən, hər bir problemin həlli üçün zəruri tədbirlərin görülməsi məqsədilə operativ və düşünülmüş qərarlar verən ölkə Prezidenti İlham Əliyevin 2019-cu il 14 fevral tarixli Sərəncamı ilə Sumqayıt şəhərinin 70 illik yubileyinin geniş miqyasda və təntənəli şəraitdə qeyd olundu. Daha böyük əlamətdar hadisə isə dövlət başçısının 2019-cu ilin noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirakı və dərin məzmunlu geniş nitq söyləməsi olmuşdur. Həmin nitqində Prezident İlham Əliyev Ulu Öndərin Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında Heydər Əliyevin tarixi xidmətləri ilə bağlı demişdir: “Heydər Əliyevin fəaliyyəti dövründə Sumqayıt müasir sənaye şəhəri kimi inkişaf etdi, burada yeni yaşayış binaları tikildi, sosial obyektlər yaradıldı, parklar, xiyabanlar salındı, ağaclar əkildi və Sumqayıt Sovet İttifaqı müstəvisində mühüm ümumittifaq əhəmiyyətli sənaye şəhəri kimi inkişaf etmişdir... Ulu Öndərin Sumqayıt şəhərinə də həmişə çox isti münasibəti olmuşdur. Həm sovet vaxtında, həm də müstəqillik dövründə dəfələrlə Sumqayıtda olmuşdur... Bu gün burada bizim görüşməyimiz həm rəmzi xarakter daşıyır, həm də təbiidir. Bu, tarixi həqiqəti təsdiqləyir. Bu binada Ulu Öndərin ruhu var. O, Sumqayıtı gözəl, müasir, havası təmiz, insanlar üçün rahat şəhər kimi görmək istəyirdi. O siyasi vəsiyyətində demişdi, bir çox işlər görülüb, amma görə bilmədiyimiz işləri bizim davamçılarımız görəcəkdir. Şadam ki, belə də oldu”. Bütün bunlar Ulu Öndərin Sumqayıtın sosial-iqtisadi inkişafında tarixi xidmətlərinə verilən böyük qiymətdir və bu baxımdan ümummili liderimiz Heydər Əliyevin tarixi xidmətləri barədə fikirlərimi Sizinlə bölüşməkdən dərinliklə məmnunam.
Sumqayıtın 70 ildə keçdiyi tarixi və şərəfli, xariqələr və qəhrəmanlıq səhifələri ilə zəngin olan inkişaf yolu doğma Azərbaycanımızın tərəqqisində, güclənməsində, iqtisadiyyatının şaxələndirilməsində mühüm hadisələrlə yadda qalmışdır. 70 il ərzində əldə edilmiş nəticələr, formalaşdırılmış potensial, qazanılmış nailiyyətlər, möhkəmlənmiş adət və ənənələr, dünənə, bu günə və sabaha sağlam yanaşmalar, baxışlar, obyektiv qiymətləndirmələr mühüm əhəmiyyət kəsb edir.
Hələ XX əsrin 30-cu illərin ortalarından başlayaraq, keçmiş SSRİ-də geniş miqyasda sənаyеləşmə siyаsətinin reallaşdırılmasına stаrt vеriləndə, Аzərbаycаnın üzərinə iri sənаyе mərkəzinin fоrmаlаşmаsı – Sumqаyıt sənаyе mərkəzinin yаrаdılmаsı düşdü. Belə bir şəraitdə Sumqayıtın yaradılması proseslərinə başlanıldı, amma Hitler Almaniyasının keçmiş SSRİ üzərinə qəfil hücumu və müharibə ilə əlaqədar bu proseslər müvəqqəti olaraq dayandırıldı. Müharibə başa çatmamış, Sumqаyıt sənаyе mərkəzi fоrmаlаşdırılmаğа və bir-birinin аrdıncа iri mеtаllurgiyа, kimyа və nеftkimyа zаvоdlаrı tikilməyə bаşlаnıldı. Qеyd еtmək lаzımdır ki, bu tip iri müəssisələrin, qurğulаrın əksəriyyəti хаmmаl və yаrımfаbrikаt təyinаtlı idi və keçmiş ittifaqın plаnlı хаlq təsərrüfаtı iqtisаdiyyаtının tələbələrinə uyğun fəаliyyət göstərirdi.
Artıq 1949-cu ilədək aparılan quruculuq və tikinti işləri, Sumqayıtın ərazisində yaradılan sənaye müəssisələri, əhalinin sürətlə artması, hər tərəfdən Sumqayıta işçi qüvvəsi axınının intensivləşməsi, şəhərdə sənaye infrastrukturunun gücləndirilməsi, şəhər infrastrukturunun yaradılması istiqamətində addımların atılması artıq Sumqayıtın bir şəhər kimi formalaşmasına dəlalət edirdi və bura şəhər adının verilməsinə zərurətin yaranmasını əsaslandıran ciddi arqumentlər var idi.
Belə bir şəraitdə Azərbaycan Respublikası Ali Sovetinin
22 noyabr 1949-cu il tarixli qərarı ilə Sumqayıt rayonu ləğv edilərək, bu rayonun bazasında Sumqayıt şəhəri yaradılmışdır. Bu tarixdən başlayaraq, Sumqayıt Azərbaycanın sosial-iqtisadi baxımından mühüm əhəmiyyət kəsb edən şəhəri kimi formalaşmışdır. Sumqayıt şəhərinin yaranma tarixinə əhalinin sayı 17,2 min nəfər olmuşdur, müqayisə üçün qeyd edək ki, bu göstərici, 1939-cu ildə cəmisi 6,4 min nəfərə yaxın olmuşdur.
Sonrakı illərdə Sumqayıtın sosial-iqtisadi infrastrukturunun yaradılması prosesləri getmişdir və şəhər təsərrüfatının formalaşdırılması diqqət mərkəzində olmuşdur. 1950-ci ildən başlayaraq, 1970-ci ilədək olan dövrdə Sumqayıtda bir-birinin ardınca iri sənaye müəssisələri istismara verilmişdir. Mərkəz – Moskva bu sənaye şəhərində bir sıra xammal təyinatlı, həm də ətraf mühitə mənfi təsir edən müəssisələrin – kimya müəssisələrinin, həmçinin alüminium istehsalatlarını yaradılmasında maraqlı və israrlı idi. Bütün bunların nəticəsində Sumqayıtda sənaye potensialı gücləndirilsə də, şəhərdə ekoloji baxımından kifayət qədər problemlər yığılmışdı. Bundan əlavə, şəhər təsərrüfatının inkişafı ilə bağlı proseslərdə lənglik var idi. İttifaq rəhbərliyi zavodların tikintisinə pul ayırdıqları zamanı, şəhər təsərrüfatı üçün vacib və zəruri olan əsaslı kapital qoyuluşu üzrə maliyyə resurslarını o qədər də həvəslə ayırmırdılar, ayıranda isə, bu məbləğlər şəhərin sosial-iqtisadi problemlərin həllinə kifayət etmirdi.
Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında əsaslı dönüş 1970-ci illərin əvvəllərindən başlamışdır. Bütün bu proseslərin təşəbbüskarı, yaradıcısı və ilhamvericisi o dövrdə respublikaya rəhbərlik etmiş ulu öndər Heydər Əliyev idi. Artıq 1970-ci illərin əvvəllərində Sumqayıt şəhərinin sənaye potensialının genişləndirilməsi, ondan maksimum səmərəli istifadə olunması məsələləri aktuallığı ilə diqqət çəkmişdir. 1970-80-ci illərdə Sumqayıtda sənaye mərkəzinin yenidən qurulması, yeni istehsalat sahələrinin, müəssisələrin yaradılması, daha məhsuldar və səmərəli texnoloji qurğuların istismara verilməsi, bunlarla bərabər mövcud istehsalatların yenidən qurulması tədbirləri geniş həcmdə həyata keçirilmişdir.
Ulu öndər Sumqayıtı daim diqqət mərkəzində saxlayırdı və həmin dövrdən başlayaraq, müstəqillik bərpasından sonrakı dövrlər də nəzərə alınmaqla, 16 dəfə Sumqayıta səfər etmişdir və onun hər dəfə Sumqayıtda olmasından sonra şəhərin sosial-iqtisadi inkişafına yeni təkan verilmiş, şəhərin dayanıqlı və tarazlı inkişafı üçün zəruri tədbirlər görülmüşdür. 1971-ci ildə “Kompressorlar” zavodu istifadəyə verilmişdir. Yaponiyanın “Nippon Elektrik İndustri” şirkətinin lisenziyası, avadanlığı əsasında qurulmuş müəsissədə soyuducular və dondurucular üçün motor-kompressor istehsal olunurdu.
1970-80-ci illərdə Heydər Əliyevin rəhbərliyi ilə Sumqayıtda aparılan davamlı və dayanıqlı sosial-iqtisadi inkişaf prosesləri, xüsusilə Sumqayıtın güclü sənaye mərkəzinə çevrilməsi proqramı artıq 1980-ci illərin əvvəllərində yerinə yetirilmiş hesab oluna bilərdi.
1970-85-ci illərdə Sumqayıtda sənaye kompleksinin strukturunun genişləndirilməsində və onun gücünün əhəmiyyətli səviyyədə artırılmasında ən iri tarixli layihə kimi “EP-300” qurğusunun tikintisini göstərmək mümkündür və bu məsələdə Heydər Əliyev qətiyyəti və iradəsi həlledici rol oynamışdır. Belə ki, respublikanın kimya sənayesinin inkişafını yeni səviyyəyə qaldırmaq üçün 1970-ci illərin sonlarından başlayaraq, Sumqayıtda - “Sintetik kauçuk” zavodunda yeni və unikal texnoloji kompleksin – “EP-300” qurğusunun inşası üçün geniş miqyaslı işlər başlamışdır. Bu qurğunun Sumqayıta gətirilməsində əsas məqsəd - Bakı neft emalı zavodlarının karbohidrogen xammalından etilen və propilen istehsalının təşkil edilməsi idi. Amma, mərkəzdə - Moskvada bunu istəmirdilər və “EP-300” qurğusunun Sumqayıtda tikilməsini əngəlləyirdilər. Heydər Əliyevin prinsipiallığı və rəhbər qətiyyəti sahəsində keçmiş SSRİ rəhbərliyinin razığı alınmış və “EP-300” qurğusunun Sumqayıta gətirilməsinə nail olunmuş, 1981-ci ildən inşaasına başlanılmış və 1987-ci ildə istismara verilmişdi.
«ЕP-300» qurğusunun istismаrа vеrilməsi prоsеsində “Sintеtik kаuçuk” zаvоdu “Sintеzkаuçuk” İstеhsаlаt Birliyinə çеvrildi və nəticədə bütövlüklə Аzərbаycаnın kimyа və nеftkimyа sənаyеsi üçün vаcib хаmmаllаrın-еtilеnin, prоpilеnin sаbit istеhsаlı təmin еdildi, bir çох iri kimyа məhsullаrı istеhsаlı qurğulаrının pеrspеktiv inkişаf prоqrаmının аrtıq həyаtа kеçirilməsinə zəmin yаrаdıldı.
1970-1985-ci illərdə Sumqayıt dinamik və hərtərəfli bir inkişaf edən güclü sənaye şəhərinə çevrliməklə, Azərbaycanın sosial-iqtisadi inkişafına əhəmiyyətli tövhələr vermişdir. Həmin dövrdə respublikanın sənaye potensialının formalaşmasında və inkişafında Sumqayıt önəmli yeri tutumuşdur və neftlə bağlı olmayan sənaye müəssisələrinin əsas potensialı məhz Sumqayıtda cəmlənmişdi. Sumqayıtda kimya və metallurgiya müəssisələri ilə yanaşı, eyni zamanda digər profilli sənaye müəssisələri, o cümlədən, kompressorlar zavodu istismara verilmiş və bir neçə iri toxuculuq müəssisələri tikilmişdir. Toxuculuq müəssisələrinin kompleks şəkildə istifadəyə verilməsi Sumqayıtda artan əhalinin işlə təminatı, ilk növbədə, qadınlar üçün layiqli iş yerlərinin yaradılması baxımından xeyli səmərəli olmuşdu. Sumqayıtda həmin dövrdə yüksək bilik və bacarığa malik kadrlar, mütəxəssislər yetişməsi üçün əlverişli şərait yaranmışdı, elmi-tədqiqatların aparılması prosesləri genişlənmişdi və s.
Həmin dövrdə Sumqаyıtdа еlmi-tədqiqаt müəssisələri və Аzərbаycаn Sənаyе İnstitutunun Sumqаyıt filiаlı yаrаdılmışdır və hazırda bu ali təhsil müəssisəsinin bazasında Sumqayıt Dövlət Universiteti ugurla fəaliyyət göstərir.
Heydər Əliyev Sumqayıtın abadlaşdırılması, yaşıllaşdırılması sahəsində görülən işlərlə bərabər, daha çox işlərin həyata keçirilməsinin vacibliyini qabardaraq belə demişdir: “Biz Sumqayıta, onun gözəlliyinə, əzəmətinə, planlı tikilməsinə və yaşıllığına ürəkdən heyranıq. Lakin siz Sumqayıtı daha yaxşı, daha gözəl bir şəhərə çevirə bilərsiniz və çevirməlisiniz”.
Keçmiş SSRİ-nin süqutu ilə əlaqədar olaraq, 1990-cı illərin əvvəllərindən başlayan proseslər öz acı nəticələrini göstərdi və Sumqayıt şəhəri özünün sənaye potensialının əhəmiyyətli hissəsini itirdi, on minlərlə sənaye iş yerlərindən məhrum oldu, bir çox iri qurğular işləmədiklərindən sürətlə köhnəlməyə başladılar və tezliklə istismara yararsız vəziyyətə düşdülər. Bir sözlə, 1990-cı illərin ortalarından Sumqayıtın sənaye potensialının bərpa edilməsi və onun Azərbaycanın sosial-iqtisadi inkişafında rolunun artırılması üçün kompleks tədbirlərin görülməsi, strateji yanaşmaların təmin edilməsi tələb olunurdu.
Bu çətin dövrdə ikinci dəfə hakimiyyətə gələn Ümummilli liderimiz Heydər Əliyevin tarixi səyləri nəticəsində Sumqayıt şəhərinin sənaye potensialının dirçəldilməsi, ümumilikdə, şəhərin sosial-iqtisadi inkişafının təmin edilməsi mümkün olmuşdur.
1995-2003-cü illərdə Sumqayıtın sənaye müəssisələrinin bir hissəsi modernizasiya olunmuş, şəhərin ekoloji problemlərinin həlli istiqamətində zəruri addımlar atılmış, sənaye potensialının gücləndirilməsi tədbirləri görülmüşdür.
1999-cu ildə Sumqayıtın 50 illiyi ulu öndər Heydər Əliyevin xeyir-duası və rəhbərliyi altında qeyd olunmuş və Sumqayıtın 50 illiyi ilə bağlı ən yüksək qiyməti Heydər Əliyev özü vermişdir: “Sumqayıt şəhəri bütün Azərbaycanı təmsil edir. Azərbaycanın hər yerindən bu şəhərdə yaşayanlar var. Azərbaycanın elə bir guşəsini tapmaq olmaz ki, oradan gəlmiş bacılarımız, qardaşlarımız - vətəndaşlarımız bu şəhərdə yaşamasın. Bu Sumqayıt xüsusiyyəti əhəmiyyətlidir. Ona görə də, Sumqayıt Azərbaycan xalqının birlik, həmrəylik şəhəridir, ölkəmizin dayağıdır, gözəl bir guşəsidir”.
2004-cü ildən başlayaraq, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi, tapşırıqları və nəzarəti altında Sumqayıt daha da intensiv sosial-iqtisadi inkişaf fazasına daxil olmuş və hazırda bu proseslər ən yüksək səviyyədə davam etməkdədir. Sumqayıtın 70 illik tarixində yadda qalan və unudulmaz hadisələr sırasında Prezident İlham Əliyevin 24 dəfə səfəri xüsusi yer tutur. Bu səfərlərin hər biri Sumqayıtın sosial-iqtisadi inkişafına yeni stimul və güclü təkan vermişdir.
Tam əminliklə deyə bilərik ki, Heydər Əliyev tərəfindən təməli qoyulmuş siyasi və iqtisadi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bütün bunları Sumqayıtın timsalında görmək mümkündür. Prezident İlham Əliyevin uğurlu iqtisadi və sosial siyasətinin nəticəsində Sumqayıt öz şöhrətini bərpa etmiş, müasir sənaye mərkəzinə və dinamik inkişaf edən abad, gözəl şəhərə çevrilmişdir.
Sumqayıtda 200-dən çox sənaye yönümlü müasir texnologiya əsasında işləyən müəssisə fəaliyyət göstərir və ən önəmlisi odur ki, bu müəssisələrin əksəriyyəti müasir dünya standartlarının tələblərinə uyğun texnologiya ilə işləyir. Sənaye müəssisələri ilə yanaşı, bu gün Sumqayıt özünün yeni inkişaf mərhələsini yaşayır. Dövlət başçısının möcüzə adlandırdığı Sumqayıt bulvarının dünyanın diqqət mərkəzinə düşməsi olduqca qürurverici haldır. Son illərdə şəhərimizin hərtərəfli inkişafı təmin olunub. Bütün bunlar onu göstərir ki, Prezident İlham Əliyevin diqqət və qayğısı Sumqayıtın yeni inkişaf mərhələsinin əsas zəminidir:
2014-2018-ci illər ərzində Sumqayıt intensiv sosial-iqtisadi inkişaf prosesləri dövrünü yaşamış, şəhərin sənaye potensialı dəfələrlə artmış, şəhər təsərrüfatı yenilənmişdir. şəhər əhalisinin ümumi sayı, 2018-ci ildə 343,2 min nəfər təşkil etmişdir. Ümumi məhsulun həcmi 8,1 dəfəyə yaxın yüksəlmiş və 2 mlrd. manata yaxın olmuş, Sumqayıt şəhərinin ölkə ÜDM-də payı 2015-2018-ci illərdə 1,5 %-dən 2,5 %-dək artmış, 2004-2018-ci illərdə şəhərin sənaye sahələri üzrə məhsul buraxılışı 6,4 dəfə artmış və 2018-ci ilin yekununda 1265,3 mln. manat təşkil etmiş, Sumqayıtın ümumi məhsul buraxılışında sənayenin xüsusi çəkisi, 63,4 % təşkil etmiş, 2009-2018-ci illərdə şəhər üzrə ümumi məhsul buraxılışında özəl sektorun payı 45,9 %-dən 66,1 %-dək yüksəlmiş, 2003-2018-ci illər ərzində şəhərdə infrastruktur layihələrinə 3 mlrd. manatdan çox investisiyalar qoyulmuşdur. Son 4 ildə isə - 2015-2019-cu illər ərzində Sumqayıtın inkişafı daha da sürətlənmişdir. Dövlət başçısının tapşırıqları və tövsiyələrinə uyğun olaraq və şəhər rəhbərliyinin səmərəli fəaliyyəti nəticəsində iri infrastruktur layihələri həyata keçirilmiş, şəhərin siması tamamilə yenilənmişdir. Sumqayıt regionun, Cənubi Qafqazın və dünyanın dinamik inkişaf edən və güclü potensiala malik sənaye şəhərlərindən birinə çevrilmişdir.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM