Dünyanın yeni kabusu - KORONAVİRUS

17:53 / 27.03.2020

Elman Nəsirov

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN DEPUTATİ, AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASININ SİYASİ ARAŞDIRMALAR İNSTİTUTUNUN DİREKTORU, SİYASİ ELMLƏR DOKTORU, PROFESSOR

Dünyada yenidən bir kabus dolaşmaqdadır. 11 sentyabr hadisələrindən keçən 19 il ərzində ilk dəfədir ki, dünya üçün bir nömrəli təhlükə daha beynəlxalq terrorizm deyildir. Artiq 3 aydır ki, bu qlobal təhdid mənnbəyi qismində başlanğıcını Çinin Uhan şəhərindən götürən koranaviris pandemiyası çıxış edir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də bu virusun təsir imkanlarını məhz pandemiya kimi müəyyən edib və “SOS” siqnalı vermişdir. Antarktida istisna olmaqla bütün qitələr bu pandemiyanın cəngindədir. Dünya koronavirusla nüharibə vəziyyətindədir. Düşmən gözə görünmür, o mövcuddur və hücumdadır. Koronaviris sərhədlər tanımır. Yanvarın 11-də ilk çinlinin koronavirusdan ölümündən sonra , 27 mart tarixinə olan məlumata görə, bu virisa yoluxanların sayı dünyada yarım milyonu ötmüş, vəfat edənlərin sayı isə 22 min nəfəri keçmişdir. Rəqəmlər hər an dəyişir. Ümumdünya Səhiyyə Təşkilatı həyəcan siqnalı verərək, vurusun yayılma dinamikasına diqqəti cəlb edir. ÜST-nin məlumatına görə, 3 ay ərzində dünyada koronovirusa yoluxanların sayı 100 min nəfərə çatmışdısa, sonrakı 12 gündə eyni nəticə təkrarlanmışdır. Vəziyyətin dramatikliyi ondadır ki, artıq 4 gündə daha 100 min nəfərin bu virusa yoluxması faktı qeydə alınınmışdır. Ən son məlumata görə, isə artıq bir gün yarım ərzində eyni sayda virusayoluxma halı baş vermişdir. Yəni 3 ayın nəticəsi ilə bir gün yarımın nəticəsi eynidir. Rəqəmlər özü dilə gəlir və faciənin miqyasını ifadə edir. Artıq martın 26-da ABŞ koronavirusa tutulanların sayı baxımlndan da Çini ötməklə dünya lideri oldu-85,5 min nəfər. Çində müvafiq göstərici 81, 8 min nəfərdir. . Dünya müqavimət göstərməkdədir. Bu müqavimətin səmərəlilik əmsalı müxtəlif dövlətlərdə fərqli mənzərəni üzə çıxarır. Hətta dünyanın ən güclü dövlətləri belə onun qarşısında böyük itkilər verməkdən sığortalanmayıb. Çin, İran, İtaliya, Fransa, İspaniya, ABŞ və digər nəhəng dövlətlərin üzləşdikləri acı reallıqlar belə qənaətə gəlməyə əsas verir. Təkcə bir faktı qeyd edək ki, martın 25-də koronoairus pandemiyasının birbaşa təsirinin nəticəsi olaraq, son 300 ildə fəaliyyətini heç bir vaxt dayandırmayan (parlament kanikulları istisna olmaqla) Böyük Britaniya parlamenti ilkin olaraq aprelin 21-dək öz işinə fasilə vermək məcburiyyətində qalmışdır. Onu da xüsusi vurğulamağa dəyər ki, bu parlament hətta I və II Dünya müharibələri dövründə də fəaliyyətinə hər hansı bir pauza verməmişdir. Koronavirus qarşı mübarizədə preventiv, proflaktik, operativ, sistemli və ardıcıl mübarizə siyasətini müəyyən edib, onun yayılması prosesini nəzarət altına almağı bacaran ölkələrdə itkilər nisbətən aşağı səviyyədədir. Məsələyə bu xüsusda qiymət verdikdə. Azərbaycan dövlətinin atdığı addımlar ilk növbədə proflaktik və preventiv xarakteri ilə seçilir. Fikrimizi əsalandırmağa çalışaq. Martın 24-də Prezident İlham Əliyev Azərbaycan Televiziyasına verdiyi müsahibədə dedi: “Biz bəri başdan bu məsələyə çox ciddi fikir verməyə başlamışdıq. Hətta bu xəstəlik bizdən uzaqlarda yayılanda da artıq hazırlıq işlərinə başlamışdıq. Bildiyiniz kimi, dərhal Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Bu qərargah 24 saat fəaliyyət göstərir və bütün görülmüş tədbirlər haqqında vətəndaşlara mənim göstərişimlə müntəzəm olaraq məlumatlar verilir.” Digər mühüm amil, heç şübhəsiz, Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatı ilə yeni formatda münasibətlər qurması ilə bağlıdır. Bu qurumun nümayəndələri mart ayında ölkəmizdə səfərdə oldular və hökumətimizin bu istiqamətdə atdığı addımları yüksək qiymətləndirdilər. Onları tövsiyələri və təcrübəsi bizim üçün olduqca qiymətlidir. Nəhayət, pandemiyanın geniş yayıldığı ölkələrin olduqca acı təcrübəsi ölkəmizin antipandemiya addımlarının keyfiyyət göstəricisinin yüksəlməsində mühüm rol oynamişdır. Məsələn, koronavirusun geniş yayaıldığı reallıqda bir çox dövlətlərin proflaktik addımlara biganə münasibəti və bu xüsusda yalnız virusa yoluxanları karantinə alıb, onların əlaqədə olduğu insanları nəzarətdən kənarda qoyması, konkret desək, Almaniyanın yarım milyon insanın iştirak etdiyi ənənəvi karnaval keçirmək məsələsində məsuliyyətsiz davranışı, İtaliyanın iri miqyaslı sərgilər keçirmək və sosial təcrid məsələlərinə barmaqarası yanaşması, İranın koronavirusun yayılma episentrinə çevrilmiş Qum şəhərini dərhal karantinə almaq işində göstərdiyi olduqca ciddi səhlənkarlıq, ABŞ-ın ÜST ilə zəif əməkdaşlığı və onların təqdim etdiyi tibbi testlərdən imtina etməsi və iqtisadiyyatı əhalinin sağlamlıq məsələsindən önə çəkməsi və s. Yuxarıda sadalanan və digər reallıqlar nəzərə alınmaqla, ilk addımlardan biri olaraq, bütün quru sərhədlərimiz dərhal bağlandı, eyni zamanda, xaricdə qalan Azərbaycan vətəndaşlarının təxliyə edilməsi üçün əməli addımlar atıldı. Bu günə qədər on min Azərbaycan vətəndaşı vətənə qaytarıldı. Aviareyslərin sayı kəskin aşağı düşdü və demək olar ki, indi çox aşağı səviyyədə aviareyslər icra edilir və bu da önləyici tədbirlərin bir hissəsidir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində bəzi sosial izolyasiya tədbirlərini tətbiq etmişdir. Həmin tədbirlər aşağıdakı məhdudiyyətlər və qadağaları ehtiva edir: -ölkə üzrə bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirləri təxirə salınır, artıq təyin olunmuş tədbirlərin tarixi dəyişdirilir; -ölkə üzrə kinoteatrların, muzey və teatrların, əyləncə mərkəzlərinin, idman zallarının fəaliyyəti dayandırılır; -ölkə ərazisində bütün toy məclislərinin keçirilməsi qadağan edilir (14 və 15 mart 2020-ci il tarixlərinə əvvəlcədən təyin olunan toy mərasimləri istisna olmaqla); dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağan olunur; -restoran və kafelərdə iş rejimi saat 21:00-dək müəyyən edilir və müvafiq dövlət strukturları tərəfindən bu məkanlar üçün açıqlanacaq qaydalara riayət olunması mütləqdir; -restoran və kafelərdə kütləvi şənliklərin, məclislərin təşkili qadağan edilir; saat 21:00-dan sonra fəaliyyət göstərən klublar və barların fəaliyyəti dayandırılır; -ölkə üzrə fəaliyyət göstərən alış-veriş mərkəzlərinin fəaliyyətinin müvafiq dövlət strukturları tərəfindən açıqlanacaq qaydalara riayət olunaraq həyata keçirilməsi mütləqdir; -aptek, ərzaq mağazaları, market və supermarketlərin iş rejimində dəyişiklik olmayacaqdır; -ictimai nəqliyyatın fəaliyyəti müvafiq dövlət strukturları tərəfindən açıqlanacaq qaydalara uyğun həyata keçiriləcəkdir; -tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarəti qadağan edilir; -dövlət strukturlarında çalışan bütün şəxslərin və səhiyyə işçilərinin ölkədən kənara səfərləri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın icazəsi əsasında həyata keçirilə bilər; -dövlət və özəl sektorda çalışan şəxslərin ən vacib məqamlar istisna olmaqla ezamiyyə səfərlərinə məhdudiyyət tətbiq edilməlidir; -özəl tibb müəssisələri Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi ilə (TƏBİB) koordinasiya şəraitində çalışmalı, yarana biləcək hər-hansı hallar üçün yüksək hazırlıq səviyyəsi təmin edilməlidir; -qeyd olunan müddətdə dövlət strukturlarının, özəl qurumların, bank və iaşə obyektlərinin və digər qurumların fəaliyyəti, vətəndaş müraciətlərinə baxılması, vətəndaşların qəbulu, daxili görüş və iclasların təşkili üçün xüsusi qaydalar işlənib hazırlanmalıdır; Koronavirus diaqnozu ilə xüsusi rejimli xəstəxanalarda müalicə alan və karantin qaydalarını pozan şəxslər barəsində cəza tədbirləri tətbiq olunacaqdır. Eyni zamanda, ictimaiyyətdə yanlış fikrin formalaşdırılması məqsədi güdən və qəsdən bu qəbildən olan informasiyaların yayılmasını həyata keçirən kütləvi informasiya vasitələri, o cümlədən sosial şəbəkə istifadəçiləri barəsində ən ciddi tədbirlər görüləcəkdir. Vətəndaşlarımızdan və kütləvi informasiya vasitələrindən bütün dünyada yaranmış hazırkı vəziyyətdə maksimum məsuliyyətli olmaq və dövlət tərəfindən həyata keçirilən tədbirlərə hərtərəfli dəstək göstərmələri tələb olunur. Belə ki, hazırda koronavirus zəminində yaranan fövqəladə şəraitdə yalnız dövlət tərəfindən keçirilən tədbirlər deyil, vətəndaşlarımızın, bütün cəmiyyətin sosial məsuliyyətdən irəli gələn addımları, görülən işlərə dəstəyi vacibdir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə, təklif və qərarları qeyd-şərtsiz icra olunmalıdır. Bündan savayı, koronavirus pandemiyasına qarşı təxirəsalınmaz tədbirlər çərçivəsində qısa müddətdə 4 laboratoriya alınmışdır və onların sayı 10-a çatmışdır. Lazımı qədər tibbi testlər alınmışdır. Bu addımların vaxtında atılmasını xüsusi olarq qeyd etmək istərdik. Məsələ ondadır ki, virusa yoluxanların sayının qlobal xarakter kəsb etməsi, bir çox ölkələrdə isə bu tendensiyanın ədədi və hətta həndəsi silsilə ilə artması nəticəsində müalicə üçün lazım olan müvafiq tibb məhsullarına ehtiyac dünyada kəskin artmiş və onların əldə edilməsi çətin məsələyə çevrilmişdir. Bakıda və bölğələrdə 10 xəstəxana xüsusi rejimdə işləyir. Elektron vizaların verilməsi dayandırılmışdır. Bütün bunlarla yanaşı, Prezidentin martın 19-da imzaladığı 2 mühüm sərəncamla müvafiq olaraq koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsini gücəldirmək məqsədilə onların aylıq əməkhaqlarına vəzifə maaşlarının 3-5 misli miqdarında müddətli əlavə müəyyən ediıdi, habelə koronovirus pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin daığalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyinə, ölkədəki məşğulluq məsələlərinə və digər sahibkarlıq subyektlərinə mənfi təsirlərinin azaldılması ilə bağlı bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinin vacibliyi təsbit olundu. Prezident İlham Əliyevin 19 mart 2020 – ci il tarixində imzaladığı “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı çərçivəsində Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılmışdır. Həmin gün Prezidentin ehtiyat fondundan 20 milyon manat vəsait bu fonda ayrılmışdır. Bundan daha əvvəl dövlət başçısının göstərişi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılanda, ilk dəfə 10 milyon manat vəsait ayrılmışdır. Bunula da Azərbaycan növbəti birinciliyə imza atdı. Ölkəmizin bu təşəbbüsü, bir çox digər addımları kimi, bir çox ölkələrdə təqdir və təkrar olunur. Artıq BMT anoloji təkliflə dünya dövlətlərinə müraciət etmişdir. Müraciətdə Latın Amerikası,Afrika, Yaxın Şərq və Asiyanın kasıb ölkələrinə koronavirus pandemiyası ilə mübarizə aparmaq məqsədilə dünya dövlətlərindən 2 milyard dollar vəsaitin ayrılması xahişi əks olunmuşdur. Bu müraciətdə haqlı olaraq qeyd olunur ki, dünyanın kasıb və deməli koronavirus qarşısında ən müdafiəsiz ölkərində bu virusun yayılması nəticə etibarilə bəşəriyyəti böyük təhlükə qarşısında qoya bilər. Dünyanın 80-dən artıq ölkəsi Beynəlxalq Valyuta Fonduna koronavirusla mübarizədə maliyyə yardımı üçün müraciət etmişdir. Eyni zamanda BVF və Dünya Bankı “Böyük 20-liy”ə müraciət edərək, adambaşına milli gəliri 1175 dollardan az olan 76 ölkənin borclarına güzəşt etməyə çağırmışdır. Azərbaycan dövlətinin bu addımım atılmasının arxasında çox böyük bir mətləb dayanır. Bəs o nədən ibarətdir? Dövlət başçısı bu məsələyə də aydınlıq gətirmişdir: “Fondun yaradılmasının əsas məqsədi milli həmrəyliyi daha da gücləndirməkdir. Sirr deyil ki, bu gün Azərbaycan dövləti güclü dövlətdir və bizim kifayət qədər böyük maliyyə imkanlarımız var. Bax, bu gözəl şəhərsalma layihəsi bunun əyani təzahürüdür. Böyük vəsait tələb edən bir çox işlər görülür. Fondun yaradılmasının əsas məqsədi ondan ibarətdir ki, hər bir vətəndaş imkan daxilində öz vətəndaş mövqeyini göstərsin, həmrəylik göstərsin, cəmiyyətimizin əsas sütunlarından biri olan həmrəylik və mərhəmət bir daha özünü büruzə versin. Biz həm özümüzə, həm də bütün dünyaya göstərək ki, biz böyük xalqıq.” Prezidentin sərəncamı ilə koronavirus pandemiyasına qarşı mübaizə məqsədilə Nazirlər Kabinetinə bir milyard manat vəsait ayrılmışdır. “Bir milyard manatın ayrılmasının əsas məqsədi ondan ibarətdir ki, sahibkarlığa dəstək verilsin, xəstəlikdən və onun fəsadlarından əziyyət çəkmiş sahibkarlara dövlət öz maliyyə dəstəyini göstərsin”,-deyən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəxsi nümunə göstərərək , bir illik əmək haqqlarını fonda ianə etmişlər. Dövlət rəhbərliyinin bu unikal addımı ölkəmizdə geniş ictimai rezonans doğurmuşdur. Müxtəlif təşkilatlat, qurumlar, sahibkarlıq subyektləri, ictimaiyyət numayəndələri və ziyalılar bu prosesə böyük ruh yüksəkliyi ilə qoşulmuşlar. Hakim Yeni Azərbaycan Partiyası da bu işdə oncül mövqedədir. YAP fonda 500 min manat civarında vəsait ianə etmişdir. Bundan savayı, YAP Naxçıvan Muxtar Respublikasında yaradılan anoloji fonda 30 min manat vəsait köçürmüşdür. Paralel olaraq, partiyanın fəalları və könüllüləri "Sağlamlığımız milli həmrəyliyimizdədir" -- aksiyası çərçivəsində operativ profilaktik və mübarizə tədbirlərinə qoşularaq maarifləndirmə işində fəallıq göstərirlər. Azərbaycan Respublikasının baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədovun qeyd etdiyi kimi “Bu günə qədər YAP-ın könüllüləri 2500-dən çox tənha və ahılları ziyarət edib, tibbi spirt, maska, əlcək və digər tibbi, gigiyenik vasitələr paylayıblar. Həmin aksiya bu gün də və bundan sonra da davam etdiriləcəkdir. Məqsəd ondan ibarətdir ki, ehtiyacı olan və lakin bunu almaq üçün çölə çıxmağa imkanı olmayan və yaxud başqa cür imkanları olmayan insanlara özlərinin koronavirusdan qorunması üçün lazım olan vasitələri çatdırsınlar.” Milli Məclisin rəhbərliyi və deputatlar da bu prosesdə fəal vətəndaş mövqeyi nümayiş etdirməkdədir. Bu sətirlərin müəllifi də aylıq maaşının yarısından bir qədər çox hissəsini fonda ianə etdmişdir. Hazırda Koronavirusla Mübarizəyə Dəstək Fonduna dövlət büdcəsi, hüquqi və fiziki şəxslər tərəfindən 90 milyon manatdan çox vəsait toplanmışdır. Eyni zamanda, Prezident İlham Əliyevin sərəncamı əsasında pandemiyanın iqtisadiyyata təsirləri ilə mübarizə məqsədilə dövlət büdcəsindən 1 milyard manat vəsait ayrılmışdır. Azərbaycan ÜST-ə də qlobal səviyyədə pandemiya ilə mübarizə məqsədilə 5 milyon dollar vəsait köçürmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək ölkəmizdə xüsusi karantin rejimi elan etmişdir. Bu rejim çərçivəsində 3 kateqoriya üzrə məhdudiyyət və qadağalar tətbiq olunmaqdaır. Bunlar ilk növbədə birbaşa insan -cəmiyyət, nəqliyyat və ictimai-iaşə obyektləri ilə bağlı sferaları əhatə edir: 1. 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilsin. Bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsi təmin edilsin. 2. Xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılsın. 3. Mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərlərarası sərnişindaşıma fəaliyyəti dayandırılsın. 4. Azyaşlı uşaqları olan ailələr, yaşlılar, tibbi yardıma ehtiyacı olan şəxslər və qadınlara üstünlük verməklə, müəyyən olunmuş qrafik çərçivəsində xaricdə olan Azərbaycan Respublikası vətəndaşlarının 14-21 gün ərzində məcburi karantin rejimində yerləşdirməklə xüsusi çarter reysləri ilə Azərbaycana gətirilməsi təmin edilsin. 5. Bakı Nəqliyyat Agentliyi metro stansiyaları arasında müəyyən edilmiş marşrut əsasında saat 06:00-22:00 arası xüsusi ekspress avtobus xətlərini tətbiq etsin. Sərnişinlərə tövsiyə edilsin ki, metrodan istifadə minimuma endirilsin, yerüstü nəqliyyatdan istifadəyə üstünlük versinlər. 6. İctimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və sair yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilsin. 7. İnsanlararası təmaslarda vətəndaşlar tərəfindən 2 metrlik məsafənin saxlanılması tövsiyə edilsin. 8. İctimai iaşə müəssisələrinə yeni iş rejimi tətbiq olunsun: müştərilərə yerində xidmət vaxtı saat 12.00-15.00 arası müəyyən edilsin, evə götürmə, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilsin; 9. Nəzdindəki supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, ölkə ərazisində ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti dayandırılsın; 10. Ərzaq mağazalarının, apteklərin və digər həyat əhəmiyyətli obyektlərin fəaliyyəti təmin edilsin. 11. Xüsusi karantin rejiminin tələblərinin icrasına nəzarət Azərbaycan Respublikasının Daxil İşlər Nazirliyinə həvalə edilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargah bütün əhalidən evdə qalmağı, özünütəcrid şəraitinə riayət etməyi, koronavirus xəstəliyi üçün xarakterik simptomları hiss edən şəxslərə 103 və ya 15-42 nömrəli qaynar xəttlərə zəng etməyi ciddi tövsiyə edir. Heç şübhəsiz, Azərbaycanda koronavirus pandemiyasının təsiri altında formalaşmış xüsusi karantin rejimi ən dəyərli nemət olan əhalimizin can sağlığının və təhlükəsizliyinin qorunması mənafeyinə xidmət etsə də, yeni şəraitdə labüd olaraq insanlar üçün müəyyən mürəkkəb sosial-iqtisadi problemlərin yaranması da qaçılmaz olur. Təbii olaraq insanların gəlirləri azalır, məşğulluq problemləri daha qabarıq üzə çıxır, kiçik və orta sahibkarlğa dəstək məsələləri yeni məzmun kəsb edir, vergi, istehlak və ipoteka kreditlərinin ödənilməsi ilə bağlı çətinliklər meydana gəlir. Yeni şəraitdə yaranmış bu və digər problemlərin həlli məqsədilə Prezident İlham Əliyevin martın 19-da “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” imzaladığı sərəncama əsasən dörd işçi qrup yaradılmışdır.. Pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirmək üçün yaradılacaq işçi qrup pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrinin və bu sahələrdə fəaliyyət göstərən hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin siyahısını müəyyən etmək üçün müvafiq meyarları təsdiq etməli, pandemiyanın yaxın və orta müddətlərdə ölkənin biznes mühitinə mənfi təsirini azaltmaq, habelə bu dövrdə ölkədə iqtisadi artımın davam etməsinə dəstək göstərmək məqsədilə müvafiq təkliflərini hazırlayıb, eləcə də mütəmadi olaraq, hüquqi və fiziki şəxslərin ehtimal olunan zərərinin məbləğini müəyyən edib Nazirlər Kabinetinə təqdim etməlidir. Maliyyə nazirinin rəhbərliyi ilə yaradılacaq İiçi qrupa tapşırılır ki, pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrinə, sahibkarlıq fəaliyyəti göstərən hüquqi və fiziki şəxslərə dövlət dəstəyi üçün müvafiq təkliflər hazırlasın və Nazirlər Kabinetinə təqdim etsin. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin rəhbərliyi ilə yaradılacaq işçi qrup pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrində çalışan muzdlu işçilərin sosial müdafiəsi və onlara dövlət dəstəyinin göstərilməsi, yaxın və orta müddətdə məşğulluq tədbirlərinin gücləndirilməsi, bu sərəncamda qeyd olunan problemlərlə əlaqədar ölkə əhalisinin aztəminatlı hissəsinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim edəcək. Mərkəzi Bankın sədrinin rəhbərliyi ilə yaradılacaq işçi qrupa isə pandemiyanın Azərbaycanın bank sektoruna və makroiqtisadi mühitinə ehtimal olunan mənfi təsirlərinin qiymətləndirilməsinin həyata keçirilməsi, Azərbaycan manatının məzənnəsinin və istehlak qiymətlərinin sabitliyinin dəstəklənməsi, ölkədə makroiqtisadi sabitliyin qorunub saxlanması üçün həyata keçirilməli əlavə tədbirlərə dair təkliflər hazırlayıb Nazirlər Kabinetinə təqdim etmək tapşırılmışdır. Onlar mart ayının sonunadək təklifləri hazırlayıb, dövlət başçısına təqdim etməlidirlər. Bu reallıqlar fonunda atılması olduqca zəruru olan bir addımla bağlı dövlət başçısı sahibkarlara müraciət etmişdir ki, “sahibkarlar işçiləri ixtisar etməsinlər. Ona görə bu bir milyard manat məbləğində vəsaitin necə xərclənəcəyi haqda vətəndaşlara müntəzəm olaraq məlumat veriləcək. Çünki burada məşğulluq məsələləri ön plandadır, makroiqtisadi sabitlik təmin edilməlidir.” Heç şübhəsiz, möhtərəm Prezidentimizin rəhbərliyi və ciddi nəzarəti altında planetar bəlaya çevrilmiş koronavirus pandemioyasına qarşı aparılan çoxsaylı və sistemli tədbirlərin səmərəlilik əmsalı o halda lazımı nəticələri verə bilər ki, vətəndaş məsuliyyəti yüksək səviyyədə olsun, dövlət-vətəndaş birliyi olsun. Həmrəyliyimiz, birliyimiz və məsuliyyətimiz bizim nicat yolumuzdur. Biz bu bəlaya da az itkilərlə qalib gələcəyik. Bunun üçün xalq-hakimiyyət birliyini göz bəbəyi kimi qorumalıyıq. Bu birlik Azərbaycan xalqının sağlamlığı, təhlükəsizliyi və rifahı üçün hava-su kimi vacibdir. Qarşılıqlı şəfqət, qayğı və mərhəmət hissləri bizi bu qorxulu xəstəlik önündə güclü edir, əksi olan biganəlik, laqeyidlik məsuliyyətsizlik isə düşmənin-koronavirusun “dəyirmanına su tökmüş olur”. Butün yuxarıda sadalanan reallıqlar fonunda öz yorulmaz fəaliyyəti ilə xalqımızın qəlbində şəfqət və mərhəmət simvoluna çevrilmiş hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər birimiz üçün bir öyüd-nəsihət olan dəyərli fikirləıri xüsusi məna və əhəmiyyət kəsb edir: “Virusa qarşı immunitet vaksin tapıldıqdan sonra yaranacaq. biganəliyə qarşı immuniteti isə hər kəs özündə formalaşdırmalıdır."


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM