Uşaq nağılını öz adına çıxan jurnal
Uşaqlıqdan bədii ədəbiyyata böyük marağım olub. Orta məktəb illərində çoxlu əsərlər oxuyurdum. Həm də balaca həcmli hekayələr yazırdım. Bu hekayələr o vaxtkı “Azərbaycan pioneri” qəzetində çap olunurdu. Həmişə sinif yoldaşlarım deyirlər ki, biz də göndəririk, bəs bizimki niyə çap olunmur? Mən də çiyinlərimi çəkirdim.
İllər keçdi, instituta qəbul oldum. Bədii ədəbiyyata marağım getdikcə güclənirdi. Rayona qayıdıb təzəcə müəlliməliyə başlayanda Qarabağ müharibəsi başladı. Müharibədə hər şeyimi itirdim. Bakıda işsiz-gücsüz qaldığım vaxtlarda bekarçılıqdan uşaqlar üçün nağıllar, hekayələr yazırdım. Bir dəfə anam əlyazmalarımı oxuyanda heyrətlə: “Sən allah, özün yazmısan?”-dedi.
“Mən yazmayanda bəs kim yazıb?”- dedim?
Uşaqlarım balaca olduğundan onlara rəngli kitablar, jurnallar alırdım. Oradakı hekayələrlə öz hekayələrimi müqayisə edəndə görürdüm ki, vallah, heç də pis yazmıram. 2005-ci ilin söhbətdir. Bir gün qərara aldım ki, 10-15 hekayə götürüb bir uşaq jurnalının redaksiyasına gedim. Getdim də. Baş redaktorla görüşdüm. Hündürboy bir qadın idi. Dedim, qonorar zad istəmirəm, bircə istəyim odur ki, hekayələrim çap olunsun və müəllif kimi adımı qeyd edəsiniz. Dedi, əlbəttə, əlbəttə...
Məni gülə-gülə içəri dəvət etdi. Darısqal bir otaq idi, üç qadın və bir oğlan kompüterin arxasında bərk məşğul idilər. Baş redaktor məni otaqda qoyub əlyazmalarımı götürüb harasa getdi. Bir az gözləməli oldum. Bir ortayaşlı, eynəkli qadının yanında durub onun nə iş gördüyünə diqqət yetirdim. Rus dilində olan uşaq jurnalına baxıb tərcümə edirdi. Sonra başa düşdüm ki, ideya oğrusu olsa da, sağ olsun, o vaxt suallarıma düzgün cavab verib. Dedim, bunu tərcümə edib neynirsiz? Gülümsəyib dedi:
- Neyləyəcəyik? Çapa hazırlayırıq daa.
- Aaa, özünüz hekayə, nağıl yaza bilmirsiniz?
- Nə yazmaq, ay qız?! Elə bilirsən hamı yaza bilir?! Sonra təəccüblə:
-Sən özün yazırsan?
- Hə...
Otaqdakılar əllərindəki işi dayandırıb təəccüblə mənə baxdılar. Gördüm ki, hərəsinin stolunun üstündə qalaq-qalaq rus, ingilis dilində olan rəngli uşaq jurnalları var. O biri qadın uşaqlar üçün labirint oyun hazırlayırdı. Mənə göstərib dedi:
“Bax, burda donuz şəklidir, mən onu dəyişib maral edəcəm.
Mən təəccübləndim:
- Mən sizin jurnala neçə illərdim abunəyəm. Elə bilirdim hər şeyi sizin yaradıcı heyyətiniz özü yazır.
Üçü də güldü. Sonra baş redaktor gəlib çıxdı. Dedi, siz gedin, mən sizə xəbər edərəm. İndi özümə məəttəl qalmışam ki, otaqdakı söhbətdən sonra görəsən, mən hansı ağılla o əlyazmalarımı baş redaktora həvalə etdim.
Bir həftədən sonra baş redaktora zəng elədim.
- Çap olunacaqmı?- dedim.
- Yox, yox, xanım, xoşumuza gəlmədi. Gəlin əlyazmalarınızı geri götürün”
Çox məyus oldum. Hətta, depressiyaya düşdüm.
Bu əhvalatın üstündən təxminən iki ay keçmişdi. Evdə uşaqlarla televizora baxa-baxa nahar edirdik. Televizorda bir reklam çarxı getdi. “Məstan pişik hara yoxa çıxıb görəsən?”
Elə bil başıma qaynar su tökdülər. Eynilə mənim yazdığım cümlə idi. Və mən hekayələrimi reklamı gedən həmin uşaq jurnalına təqdim etmişdim.
Tez qaça-qaça yaxınlıqdakı “Qasid”ə getdim. Jurnaldan birini alıb həyəcanla həmin hekayəni tapdım. Birnəfəsə oxudum. Elə bir stress yaşadım ki... Eynilə mənim hekayəm idi. Sadəcə adlar dəyişmişdi. İdeya öz yerində qalmışdı. Axı, adam öz yazdığını necə tanımaya bilər?! Yazan adamlar bilir ki, bir şey yazanda ora ürəyini qoyursan.
Bir də ayıldım ki, “Qasid”in qabağında pilləkəndə oturmuşam və hamı məni təəccüblə süzüb keçir. Özümü ələ alıb ayağa qalxdım. O uşaq jurnalının baş redaktoruna zəng etmək üçün tələsirdim.
Zəng etdim, dedim bu nə biabrçılıqdır?! Özünüz deyirsiniz hekayədən xoşum gəlmədi, özünüz də adları dəyişdirib çap edirsiniz?! Mənim müəlliflik hüququmu niyə tapdaladız? Eybi yox, mən sizi məhkəməyə verərəm, görərsiz!
Baş redaktor əl-ayağa düşdü, dili topuq vurdu. Dedi, üzr istəyirəm, anlaşılmazlıq olub.
Dedim, nə anlaşılmazlıq?! Açıq-aydın mənim hekayəmi öz adınızdan çap etmisiniz. Heç olmasa altdan mənim adımı yazardınız da, axı onu mən yazmışam. Yox, mən sizi məhkəməyə verəcəm!
Sözün düzü, məhkəməyə vermək fikrim yox idi, amma görürdüm bu sözdən çox narahat olur, tez-tez təkrarlayırdım. Günahı vardı deyə elə yalvarırdı ki... Axı, biabır olacaqdı. Tez-tez televiziya ekranlarına çıxıb, adını da qoymuşdu uşaq yazarı. Kitabları çap olunurdu. Bədbəxt oradan-buradan oğurlayıb, dəyiş-düyüş edib pul qazanırdı...
Amma onu sizə deyim ki, bu ideya oğrusu mənə daha gözəl ideyalar verdi. Düşündüm ki, əgər o nəşriyyat mənim hekayəmi oğurlayıb çap edibsə, bəs mən niyə oturub baxıram? Daha da ruhlandım, daha maraqlı nağıllar, hekayələr yazdım. Və bunları kitab şəklində çap etdim. Satışı da uğurlu oldu.../kulis.az/
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM