Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatlarını davam etdirir. 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Cəbrayıl rayonunun ərazisində yerləşən Xudafərin körpüsünün üzərində 27 il sonra Azərbaycan bayrağı ucaldıldı. Beləliklə, parlaq qələbələrə imza atan rəşadətli Azərbaycan Ordusu bu dəyərli abidəni özümüzə, əsl sahibinə qaytardı və 2020-ci il oktyabrın 18-i tariximizə daha bir şanlı gün kimi yazıldı.
Xudafərin körpüləri Azərbaycanın Cəbrayıl rayonunun ərazisindədir. Tarixən İpək yolunun üzərində yerləşən körpülərdən biri on beş, digəri on bir aşırımlıdır. Təxminən səkkiz-doqquz yüz il əvvəl tikildiyi güman edilən Xudafərin körpüləri Araz çayının şimal və cənub sahillərini birləşdirirdi. Bir-birindən aralı yerləşən bu körpülər çay yatağının ən əlverişli keçidlərindən biri olan Xudafərin dərəsində yerləşir. Azərbaycanın memarlıq abidələrindən olan hər iki körpü orta əsrlərdə yüksək sənətkarlığın inkişafından xəbər verir. On beş aşırımlı körpüdə milli Azərbaycan memarlığında geniş yayılmış qarışıq hörgü – kərpic və daş hörgü üsulundan məharətlə istifadə olunub. Bişmiş kərpicdən və çay daşından tikilən on beş aşırımlı körpünün ümumi uzunluğu 200 metrə yaxın, eni 4,5 m, çay səviyyəsindən ən yüksək hündürlüyü 12 metr, ən iri tağ aşırımı 8,7 metr, ən kiçik tağ aşırımı 5,8 metrdir və XII əsrin abidəsi sayılır.
Bundan təxminən 750 metr aralıda tikilmiş ikinci Xudafərin körpüsü isə on bir aşırımlıdır. Bütünlüklə daşdan tikilmiş və yaxşı yonulmuş iri daş lövhələrlə üzlənmiş və tədqiqatçılar tərəfindən Elxanilər dövründə inşa olunduğu güman edilən körpünün XIII əsrin sonlarında antik körpü qalıqları üzərində yenidən tikildiyi bildirilir. Körpünün uzunluğu 130 metr, eni 6 metr, çay səviyyəsindən hündürlüyü 12 metrdir. On bir aşırımlı Xudafərin körpüsünün yalnız üç orta tağı salamat qaldığından el arasında “Sınıq körpü” adı ilə məşhurdur.
Azərbaycan Ordusunun işğal altındakı ərazilərimizin azad olunması istiqamətində həyata keçirdiyi əməliyyatlar nəticəsində Cəbrayıl rayonu, o cümlədən Xudafərin körpüləri həm hərbi baxımdan strateji uğur, həm tarixi ədalətin bərpası, həm də xalqımızın öz mədəniyyət incilərinə sahib çıxması ilə yanaşı, həmçinin İranla Azərbaycan arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi, bölgənin sosial-iqtisadi inkişafına mühüm təkan verəcək hadisə kimi qiymətləndirilməlidir.
Bu mühüm hadisə, yəni, Cəbrayıl şəhəri və rayonun onlarla kəndinin, o cümlədən Xudafərin körpülərinin işğalçılardan azad edilməsi 4 il əvvəl - 2016-cı il fevralın 23-də Azərbaycanla İran arasında imzalanmış Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinə dair Sazişin reallaşmasına yol açdı.
Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Azərbaycan Respublikası və İran İslam Respublikası Hökumətləri arasında Saziş Tehranda imzalanıb və həmin ilin iyununda Milli Məclisdə ratifikasiya olunub. Sazişin mahiyyətini və strateji əhəmiyyətini dərk etməyən bəziləri o zaman bunu “İran-Ermənistan əməkdaşlığına şərait yaradılması” kimi qələmə verməyə çalışırdılar. Ancaq sənəd hər iki dövlətin, yəni, Azərbaycanla İranın suverenliyinə və ərazi bütövlüyünə hörmət etmək prinsiplərinə əsaslanır. Həmin prinsiplərdən çıxış edərək, Sazişdə BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasının əhəmiyyəti vurğulanıb. Həmçinin Sazişdə hər iki ölkənin suverenliyi, ərazi bütövlüyü və mənafeləri əsasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikilməsinin davam etdirilməsi və istismarı ilə əlaqədar birgə fəaliyyət göstərilir. Bu isə o deməkdir ki, imzalanmış saziş Azərbaycanın ərazi bütövlüyünə əsaslanan beynəlxalq sənəddir.
Bu gün bir daha aydın olur ki, bu sazişi vaxtilə tənqid edənlər təkcə onun siyasi əhəmiyyətini deyil, həm də regionda, dünyada baş verən prosesləri, Azərbaycanın artan nüfuzunu, hərbi və siyasi gücünü düzgün qiymətləndirməyi, təhlil etməyi, işğal altındakı ərazilərin, o cümlədən Xudafərinin azad olunacağı reallığını dərk etməyi bacarmayıblar.
2016-cı ildə Azərbaycanla İran arasında Tehranda imzalanmış və gələcəyə hesablanmış Saziş Azərbaycan Prezidenti İlham Əliyevin prinsipial dövlət başçısı və uzaqgörən siyasi xadim olduğunu bir daha göstərdi. Bununla yanaşı, Saziş təcavüzkar Ermənistanın Araz çayı üzərindəki qanunsuz fəaliyyətinin qarşısını aldı. Sənədə bu günün reallığından, yəni, Azərbaycan ərazilərinin işğaldan azad olunması kontekstindən yanaşdıqda isə aydın görmək olur ki, Prezident İlham Əliyev bu strateji addımlı ilə həm də qarşıdan gələn dövrdə həmin bölgənin sosial-iqtisadi inkişafına böyük təkan verəcək mühüm bir layihə reallaşdırdı.
Həmçinin adıçəkilən Sazişin gələcəyə hesabladığını nümayiş etdirən Prezident İlham Əliyevin həqiqətən də dərin təfəkkürə, analitik düşüncəyə malik böyük siyasi xadim olduğunu əminliklə söyləmək olar. Bu baxımdan. layihənin icra edilməsi işğaldan azad olunmuş ərazilərimizin bərpası, sosial-iqtisadi inkişafı və tərəqqisi istiqamətində mühüm rol oynayacaq. Bundan əlavə, inşa edilmiş su elektrik stansiyaları, hidroqovşaqlar vasitəsilə Azərbaycan işğaldan azad edilən ərazilərinin su və enerji təchizatı problemlərinin həll edilməsi ilə yanaşı, bölgənin qısa müddətdə bərpası və inkişafına nail olacaq.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM