"Palıdla söhbət"

15:06 / 20.05.2021

Sona Vəliyeva

Filologiya üzrə fəlsəfə doktoru


Salam, əziz Sabir bəy! Bu yaxınlarda internetdən bir videonuzu izlədim... Quruyan palıd ağacının yanından etinasız ötüb keçə bilmədiyinizin səbəbini danışırdınız. Çox təsirli səhnə idi. Adətən quruyan ağacaların, suyu kəsilən arxların, pəncərəsi sökülən, işığı kəsilən, yaşanmayan evlərin çox ağır, mənfi ruhi təsir gücü olur. Ona görə də quruyan ağacın göyərməsinə ümid olmayanda onu kəsiblər ki, o biri ağacların ruh halına təsir etməsin. Ağaclar da insan kimidir. Yaşıl, barlı-bəhrəli zamanında yüzlərlə insana rahatlıq bəxş edər. Elə ki, qurudu, bir kəs onun həyatının sona çatma səbəbini nəinki öyrənməyə cəhd etməz, hətta yaxın belə durmazlar. İndi quruduğu üçün onlara gərək olmaz... Sizin ata-ana əhvalı sormaq duyğusu ilə maşını saxlatmağınız, palıd ağacının qurumasına təəssüflənməyiniz, onun sizin mənəvi dünyanıza məhrəmliyinin sirrini açmağınız mənə çox tanış hisslər idi. Kölgəsində rahatlıq taparaq aldığınız kitabları tələsərək oxuyub, kitabların qəhrəmanları ilə dostlaşmaq hissi ilə yanaşı oxuduqlarınızı indiki hafisənizdən qat-qat öncəyə həkk etmək bacarığınız da mənə çox tanış gəldi. Mən də bir vaxtlar qəpik-qəpik pul yığaraq rayon mərkəzindən aldığım, avtobus dayanacağı hesab olunan İsa Həbibbəyligilin evinə sərhəd olan söyüd ağaclarının kölgəsində növbəti avtobus gələnə kimi oxuyub bitirdiyim kitabların məzmununu indi də xatırlayıram...
İllər sonra rayona gedəndə kölgəsi daha da böyüyən söyüd ağacına – “maşallah, necə böyüyüb bu ağac” – deməyimə orada avtobus gözləyənlər təəccüblə baxmışdılar.
Sizin palıd ağacıyla bağlı xatirələriniz atalı-analı, dəli-dolu bir gənci gözlərimiz qarşısına gətirdi. Ürəyi arzularla, ümidlərlə dolu, dünyanı dəyişmək gücündə olduğunu hiss edən, böyüdüyü kənddən gələcəyin ünvanını tapmağa çalışdığı qədər də yarı canını burada qoyub gedən gənc Sabirlə ömrün şükürlər olsun ki, şöhrət zirvəsini zəhməti, istedadı ilə fəth edən müdrik Sabir Rüstəmxanlı quruyan palıd ağacının yanında görüşürdülər... Uzun illərdən sonra iki doğma adam kimi bir-birinə keçənlərdən, olanlardan suallar yağdırırdılar.
Xatirələrin sizi əhatəyə almasından yadınızda qalmasa da, mənim izlədiyim mənzərədən baş verənlər sualları belə sıralayırdı... Sadəcə mən də elə bunları yadda saxlaya bildim.
İlk sual:
Şair:
-Sənə nə oldu? Niyə qurudun?
Palıd:
-Həyatdır da... İnsan da bir gün ölür.. Siz sağ olun!
Bir də ki ruhumu yeni göyərən palıdlara ərmağan etmişəm. Səni gördüm, ruhum yenidən oyandı. Sən necəsən, oğul?
Şair:
-İndiki halımı soruşursansa, adımı unutdum... Mən ağacların qurumasına, yaşanmayan evə, suyu quruyan arxa baxa bilmirəm. İçimdən elə bil duman qalxır.
Palıd:
-Dumanmı dedin? Duman dağa-daşa bərəkət gətirərdi. Sən gedəndən çoxu kimi o da getdi, yollar adamsız qaldıqca ömür boyu çəkdiyimiz ahlar dağlarda duman yox, içimizdə qor oldu, özümüzü yandırdı.
Şair:
-Eləsə, deyəydin getməyin, kəsəydin qarşımızı, qoymayaydın getməyə...
Palıd:
-Mümkün olmazdı... Nə evə sığırdın, nə kəndə-kəsəyə, nə də mən bitən çöllərə... Gözün yollarda idi. Bir də görmüşkən bir şeyi də soruşum, sən getdin, o necə oldu?
Şair:
-Kimi deyirsən?
Palıd:
-Özün bilirsən kimi deyirəm. O da mənim kölgəmdə çox-çox əvvəl səni düşünmüşdü...
Şair:
-Mən gedəndə nəinki onu, hətta bütövlükdə bu kəndi içimdə aparmışdım. Elə səni də...
Palıd:
-Amma kəndə gec-gec gəldin... küsmürəm, buraları unutmamağın təskinliyimizdi yenə də.
Şair:
-Mən harda oldumsa, hansı şeirim mənə uğur gətirdisə, öncə buraya, doğulduğum kəndimə, el-obama, bu yollara təşəkkür etdim.
Palıd:
-Yoxsa ki, təşəkkür etməməliydin? İlk şeirindən tutmuş bütün əsərlərinin mövzusunu sənə biz pıçıldadıq... “Ömür kitabı”-nı da, “Göy Tanrı”-nı da, “Ölüm zirvəsi”-ni də... Bütün düşüncənə halal mayanı burdan sənə ərmağan etdik. Qələbə gününə, Qarabağın zəfər salnaməsini sənin yazmağın üçün etdiyim duaları bir bilsən... Bunu unutma!
Şair:
-Unutmaq şairlik deyil! Mən xatirələrin adamıyam.
Palıd:
-Mən babanı tanıyırdım. Ərdəbildən gələndə kəndə qalxmazdan əvvəl mənimlə dərdləşmişdi. Təskinliyim ona ayrılıqları toxtatmışdı. Özünə inamı artırmışdı. Babana deyəndə ki, çox darıxma, dağların o üzü Ərdəbildi, demişdi ki, elə o çətindir də...
İndi sən müasir geyimdə olsan da, bu yaşında mənə yaşıl arxalıqlı, gümüş kəmərli babanı xatırladırsan.
Kənddəkilərə nə gətirirsən soruşmayacam, gedəndə nə aparırsan?
Şair:
-Ata-anamın məzarı üstdə etdiyim duaların yuxuma gətirdiyi valideyn dualarını və qəpik-qəpik yığıb aldığım bəzi kitabları.
Palıd:
-Tez-tez gəl... Mənə səndən başqa heç kim baş çəkmir. Elə bilirlər ki, qurumuşam, qəlbim də quruyub. Amma elə deyil.
Gözüm yollardadır, tez-tez gəlin.
Şair:
-Vaxt tapan kimi gəlirdim. İndi səninlə söhbətdən sonra buralardan intizarıma palıd atanın qayğısı da əlavə olundu... Tez-tez gələcəm.
Palıd:
-Gəl, mütləq gəl... Doğum günü ərəfəndə sənə dağ ömrü, qaya əzmi, palıd ruhu arzulayıram!
Şair:
-Aman Allah! Sən doğum günümü də xatırladın?
Palıd:
-Mən xatirələrin adamını, qurumuş görünən, amma ruhu əbədi sağ olan ağaclara salam verən övladımı yaddaşımın dərinliklərinə yazmışam.
Yolun açıq olsun! Tez-tez gəl! Gözləyəcəm!


Etiket:

Strategiya.az

Müəllifin digər yazıları

Daha çox
Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM