AZƏRBAYCANCA DÜNYA
Azərbaycan tərcüməçilərini tanıtım layihəsi
İlqar Əlfioğlunun Per Lagerkvistdən tərcüməsi
LİFT CƏHƏNNƏMƏ GEDİRDİ
Bank direktorunun müavini Yensson dəbdəbəli liftin qapısını açıb, kirşan və xəz qoxuyan zərif məxluqu yüngülcə irəli itələdi. Yumşaq oturacağa əyləşib bir-birinə möhkəm sıxıldılar və lift aşağı yollandı. Bəstəboy qadın şərab iyi verən yarıaçıq dodaqlarıyla Yenssona sarı dartındı və onlar öpüşdülər. Elə indicə otelin açıq terrasında, ulduzların altında şam eləmişdilər və indi əylənməyə gedirdilər.
– Yuxarıda qiyamət idi, əzizim! – qadın pıçıldadı. – Orada səninlə yanaşı oturmaq nə qədər poetikdir – sanki lap, lap göylərdə, ulduzların arasında süzürdük. Yalnız orada anlamağa başlayırsan ki, məhəbbət nədir. Sən məni sevirsən axı, hə?
Bank direktorunun müavini öpüşlə cavab verdi, birincisindən də uzun bir öpüşlə. Lift aşağı düşürdü.
– Nə yaxşı ki, sən gəldin, mənim körpəcəm, – dedi. – Artıq özümə yer tapa bilmirdim.
– Hə, yaxşı oldu, kaş biləydin, o, necə dözülməzdir! Elə özümü təzəgə səliqəyə salmağa başlamışdım, soruşdu ki, hara gedirsən. «Hara lazımdır, ora», – cavab verdim. Məhbus-zad deyiləm ki! Onda oturdu, gözlərini bərəldib zillədi mənə və düz geyinib qurtarana kimi eləcə baxdı – bej rəngli təzə paltarımı geyirdim; necə bilirsən, o paltar yaraşır mənə? Ümumiyyətlə, hansı paltarım daha yaxşı tutur məni? Bəlkə, çəhrayı yaxşıdır?
– Sən al da geysən yaraşar, şal da, sevgilim, – bank direktorunun müavini heyranlıqla cavab verdi, – amma bugünkü qədər gözqamaşdırıcı olduğunu hələ heç vaxt görməmişdim.
Minnətdarlıqla gülümsünən qadın qısa kürkünün düymələrini açdı və onların dodaqları uzun bir öpüşdə bir-birinə qovuşdu. Lift aşağı düşürdü.
– Sonra, artıq tam hazır olanda və evdən çıxanda yapışdı qolumdan, elə sıxdı ki, indiyədək ağrıyır, heç olmasa bir söz deyəydi! Yaman kobuddur, sən heç təsəvvürünə də gətirə bilməzsən bunu! «Yaxşı, sağ ol», – dedim ona. Təbii ki, bunu da cavabsız qoydu. O qədər tərsdir ki, daha tabım yoxdur ona.
– Mənim yazıq körpəcəm, – bank direktorunun müavini Yensson dedi.
– Sanki, mənim bir qədər əylənməyə də ixtiyarım yoxdur! Amma bilirsən, onun kimi ciddi adam, bəlkə də, heç bütün yer üzündə yoxdur. Heç nəyə sadə, təbii baxa bilmir, onun üçün hər şey ölüm-dirim məsələsidir.
– Yazıq körpəcəm, nələrə dözməli olursan sən!
– Oo, bilsən əgər, mən necə dəhşətli əzab çəkirəm, dəhşətli. Belə əzabı kimsə görməyib. Yalnız səninlə rastlaşandan sonra məhəbbətin nə olduğunu bilmişəm.
– Əzizim! – Yensson onu qucaqlayaraq dedi. Lift aşağı düşürdü.
– Necə gözəldir, – qucaqlaşmanın ləzzətindən özünə gəlib dilləndi, – səninlə orada, yuxarıda oturub ulduzlara baxmaq və xəyala dalmaq; oo, mən bunu heç vaxt unutmaram. Axı Arvid o qədər dözülməzdir ki, haçan baxırsan ciddidir, bir damcı da poeziya yoxdur onda, poeziya onunçun əlçatmaz bir şeydir.
– Təsəvvür edirəm, əzizim, lap dəhşətdir.
– Düzdür, dəhşətdir. Yox, – qadın gülümsünərək əlini ona uzatdı, – nə mənası var oturub, belə şeylərdən danışmağın? İndi çıxarıq, yaxşıca əylənərik. Sən məni sevirsən, hə?
– Əlbəttə, özü də necə! – bank direktorunun müavini nida etdi və uzun bir öpüşlə qadının dodaqlarından sallaşdı. Lift aşağı düşürdü.
Yensson ona sarı əyildi, nəvazişlər yağdırmağa başladı; qadın qızardı.
– Biz bu gecə bir-birimizi heç vaxt olmayan kimi sevəcəyik, deyilmi?.. – pıçıldadı. Qadın onu özünə tərəf çəkdi və gözlərini yumdu. Lift aşağı düşürdü.
Elə hey düşür, düşürdü.
Nəhayət, Yensson qalxdı, üzü pörtmüşdü.
– Bu liftə nə olub, görəsən? – təəccübləndi. – Niyə dayanmır bu? Məncə, biz nə vaxtdan buradayıq, lap çoxdan, oturub söhbət edirik, elə deyil?
– Elədir, əzizim, düz deyirsən. Vaxt da yaman tez keçir axı.
– Bir tanrı bilir nə vaxtdan oturmuşuq burada! Bu, nədir belə?
O, qapının barmaqlıqları arasından baxdı. Qatı zülmət idi, başqa heç nə. Lift isə elə hey enirdi, özü də yaxşı sürətlə, rahat enirdi, getdikcə daha dərinə, daha aşağı.
– Aman Tanrım, bu nədir görəsən? Elə bil, dibsiz quyuya düşürük, artıq nə vaxtdandır belədir!
Onlar bu dibsizlikdə nəsə görməyə çalışırdılar. Qatı zülmətdən savayı, bir şey görünmürdü. Onlar isə daha da dərinə enirdilər, getdikcə daha dərinə.
– Cəhənnəmə düşürük, – Yensson dedi.
– Mən qorxuram, sevgilim, – qadın onun qolundan sallaşaraq ağlamsındı. – Xahiş edirəm, qəza dəstəyini çək!
Yensson var gücü ilə dəstəyi dartdı. Kömək etmədi: lift elə bayaqkı kimi aşağı tələsirdi, nəhayətsizliyə.
– Dəhşətdir bu! – o çığırdı. – Bəs nə edək biz?!
– Burada nə gələr ki, əlimizdən? – Yensson dilləndi. – Lap sayıqlamadır ha, yuxuya oxşayır.
Bəstəboy qadını bir çıxılmazlıq çulğadı, hönkürtü çəkdi.
– Bəsdir, əzizim, ağlama, buna şüurlu yanaşmalıyıq. Onsuz da əlimiz bir yana çatmayacaq. Belə, indi gəl, oturaq... Sakitcə oturaq, yanaşı, baxaq görək axırı nə olur. Haradasa dayanmalıdır axı bu zəhrimar, heç olmasa iblisin dərgahında!
Beləcə oturub gözləyirdilər.
– Sən bir işə bax, – qadın dilləndi, – gərək bizim başımıza gələydi bu, özü də əylənməyə hazırlaşanda!
– Hə, çox sarsaq işdir, – Yensson razılaşdı.
– Sən məni sevirsən, elədir?
– Mənim sevgili körpəcəm! – Və Yensson onu bərk-bərk sinəsinə sıxdı. Lift isə aşağı enirdi.
Və nəhayət, durdu. Ətrafdakı parlaq işıq gözləri kor edirdi. Onlar cəhənnəmdə idilər. Şeytan nəzakətlə liftin barmaqlıqlarını açdı və əməlli bir təzim edib dedi:
– Axşamınız xeyir!
Şıq geyinmişdi, ancaq frakı arxadan domba dururdu, elə bil, paslı mismar vardı kürəyində: şeytanın tüklü peysərindən aşağı, birinci fəqərəsi yaman donqar dəyirdi gözə. Başları gicəllənən Yensson və qadın birtəhər liftdən çıxdılar.
– Biz haradayıq, aman ilahim?! – qışqırışdılar, bu eybəcər məxluqu görəndə, uçunma tutmuşdu onları.
Şeytan bir az sıxıla-sıxıla, onlara hara düşdüklərini anlatdı.
– Amma bu camaatın fikirləşdiyi qədər dəhşətli deyil, – tələsik əlavə etdi, – ümidvaram cənabınız hətta ləzzət alacaq burada. Bircə günlük təşrif gətirmisiniz, elə bilirəm, hə?
– Hə-hə! – sevincək olmuş Yensson təsdiqləməyə tələsdi.– Yalnız bircə gecəlik! Artıq qalmaq fikrimiz yoxdur, qətiyyən!
Bəstəboy qadın tir-tir əsərək onun dirsəyindən yapışmışdı. Sarı-yaşıl işıq o qədər kəskin idi ki, ətrafda nəyisə görmək, demək olar, mümkün deyildi. İşlər pis idi, bunu anlayırdılar. Gözləri bir az öyrəşəndə, gördülər ki, ətrafında evlərin ucaldığı, zülmət içində olan bir meydandadırlar, evlərin pəncərəsindən qırmızı işıq düşürdü bayıra, bəlli idi ki, içəridə alov tüğyan edir.
– Cənabınız, deyəsən, sevgilisiniz, deyilmi? – şeytan maraqlandı.
– Bəli, çox sevirik bir-birimizi, – qadın cavab verdi və onun gözəl gözləri parladı.
– Onda xahiş edirəm, mənim dalımca buyurasınız, – lütfkarcasına təklif elədi. Bir-neçə addım keçəndən sonra, onlar meydandan qaranlıq döngəyə çöndülər. Kirli giriş qapısının üstündən köhnə, çatlaq fənər asılmışdı. – Bura buyurun. – O, qapını açdı və nəzakətlə bir addım dala atıb, onları irəli buraxdı.
İçəri girdilər. Onları gömbul, yaltaq bir təbəssümlə gülümsünən, iridöşlü, saqqal və bığında bənövşəyi kirşan yumruları olan şeytanə qarşıladı. O, fıs-fıs fısıldayırdı, istiot dənələrinə oxşayan gözləri təzə gələnlərə havadar kimi, dostyana baxırdı, alnındakı buynuzların ətrafı saçlarıyla hörülmüşdü və mavi ipəkdən lentlərlə bağlanmışdı.
– Ah, cənab Yenssondur, bir xanımla! Buyurun səkkizinci nömrəyə, – deyərək, böyük bir açar uzatdı onlara.
Onlar kirli pilləkənla yuxarı qalxdılar. Pillələr yağdan parıldayırdı, adam sürüşüb yıxıla bilərdi; iki pilləkən qalxası oldular. Yensson səkkizinci nömrəni tapdı və onlar içəri girdilər. Otaq böyük deyildi, havası da ağır, boğucu. Düz ortasında, üstündə kirli süfrəsi olan stol, divarın dibində nimdaş mələfəli çarpayı dururdu. Otaq onlara rahat gəldi. Paltolarını çıxardılar və dodaqları uzun bir öpüşdə qovuşdu.
Digər qapıdan ofisiant paltarı geymiş birisi səssizcə içəri girdi, amma smokinqi səliqəli idi, yaxalığı isə elə təmizdi, sanki alaqaranlıqda işıq saçırdı. O, səssiz yeriyirdi, addımları eşidilmirdi və hərəkətləri də, elə bil, avtomatik idi, sanki, nə etdiyini başa düşmürdü. Ciddi sifətindəki hərəkətsiz gözləri düz qənşərinə baxırdı. Üzündə ölü bəyazlığı vardı, gicgahında isə güllə dəliyi qaralırdı. O, otağı səliqəyə saldı, tualet masasını sildi, gecə vazını, zibil vedrəsini qoydu.
Onlar bu şəxsə heç fikir vermirdilər, lakin o getməyə hazırlaşanda Yensson dedi:
– Bəlkə, bir az şərab götürək, bizə yarım şüşə madera gətirin, zəhmət olmasa.
Kişi baş əyib, yox oldu.
Yensson pencəyini çıxardı. Qadın tərəddüddə idi:
– O qayıdacaq axı.
– Balası, tərpən, belə yerlərdə utanmağın adı yoxdur, soyun getsin.
Qadın paltarını çıxardı, tumanını nazlı bir əda ilə çəkib, onun dizləri üstündə oturdu. Bu, qiyamət idi.
– Bir düşün, – o pıçıldadı, – biz səninlə belə qeyri-adi, romantik bir yerdəyik, birlikdəyik! Necə poetikdir! Bunu ömrüm boyu unutmaram...
– Mənim gözəlim, – o dedi və dodaqları uzun bir öpüşdə bir-birinə qovuşdu.
Adam bir də içəri girdi, yenə də tam səssiz. Yenə də sakit, avtomatik hərəkətlərlə qədəhləri qoydu, şərabı süzdü. Masanın üstündəki gecə işığının nuru onun üzünə düşdü. Sifətində diqqət cəlb edəcək məxsusi bir şey yox idi, sadəcə, ölü bəyazlığı vardı üzündə, gicgahında isə güllə dəliyi qaralırdı.
Qadın qışqırıb Yenssonun dizindən düşdü.
– Aman ya rəbbim! Arvid! Bu, sənsən! Sən! İlahi, o ölüb! O, özünü güllələyib!
Adam hərəkətsiz durmuşdu, baxışları bayaqkı kimi, düz qənşərinə yönəlmişdi. Onun sifətində əzab yox idi, ciddi idi, çox ciddi.
– O, Arvid, sən nə etdin, nə etdin! Niyə etdin bunu?.. Əzizim, əgər mənim ağlıma belə bir şey gəlsəydi, inandırıram səni, evdə qalardım, səninlə qalardım. Sən mənə bu barədə heç nə demədin gedəndə, bircə kəlmə də demədin! Mən axı haradan biləydim, sən susurdunsa, haradan ağlıma gələydi? Aman, ilahi!..
O, tir-tir əsirdi. Kişi isə qadına yad, tanış olmayan adam kimi baxırdı, nəzərləri buz kimi soyuq və rəngsiz idi, bu baxış qarşısındakı hər şeyi dəlib keçirdi. Bəyaz-sarı sifəti parlayır, yarasından qan gəlmirdi, orada ancaq qaralan bir dəlik vardı.
– Oo, dəhşətdir bu, dəhşət! – qadın qışqırdı. – Mən burada qalmaq istəmirəm. Gedək, elə bu dəqiqə gedək, buna dözə bilmirəm!
Paltarını, gödəkçəsini və şlyapasını qapıb, otaqdan bayıra atıldı. Yensson onun dalınca tələsdi. Onlar pillələrlə aşağı cumdular, qadın sürüşdü və düz tüpürcək lombalarının, siqar külünün üstünə oturdu. Aşağıda elə həmin buynuzlu qarı durmuşdu, o, dostyana, havadarcasına gülümsünür, başını tərpədirdi.
Küçədə onlar bir az sakitləşdilər. O geyindi, bəzək-düzəyini qaydaya saldı, burnunu kirşanladı. Yensson, onu müdafiə edirmiş kimi, belini qucdu, öpüşləriylə gözlərindən sıçramağa hazır olan yaşları saxladı, o yaman mehriban idi. Tələsik meydana tərəf addımladılar.
Müdir-şeytan elə bayaqkı kimi gəzişirdi orada, onlar yenə rastlaşdılar.
– Necə, bitdi artıq? – dedi. – Ümidvaram, cənabınız razı gedir?
– Oo, bu, dəhşət idi! – qadın səsini ucaltdı.
– Belə deməyin, ola bilməz ki, siz, həqiqətən, belə düşünəsiniz. Xanım, bir görsəydiniz buralar keçmiş zamanlarda necəydi! İndi artıq cəhənnəmdən şikayətlənmək, sadəcə, günahdır. Biz hər şey edirik ki, insan nəinki ağrı duymasın, həm də ləzzət alsın.
– Hə, düz sözə nə deyəsən, – cənab Yensson razılaşdı, – etiraf etmək lazımdır ki, buralar xeyli humanist olub indi.
– Oo, əlbəttə, – şeytan dilləndi, – yuxarıdan aşağıya kimi, hər şey, necə lazımdır, modernləşdirilib.
– Əlbəttə, zamanla ayaqlaşmaq gərəkdir.
– Hə, indi ancaq mənəvi əzablar qalıb.
– Tanrıya şükürlər olsun! – qadın nida elədi.
Şeytan nəzakətlə onları liftə ötürdü.
– Görüşənədək, – deyib, əməlli bir təzim etdi, – və yenidən görüşmək ümidiylə.
O, qapını örtdü. Lift yuxarı qalxdı.
– Nə yaxşı ki, bitdi bu, – bir-birinə sıxılıb yumşaq oturacağa çökəndə, hər ikisi yüngülləşibmiş kimi dilləndilər.
– Sənsiz mən heç dözə bilməzdim buna, – qadın pıçıldadı.
O, qadını özünə tərəf çəkdi və dodaqları uzun bir öpüşdə qovuşdu.
– Bir düşün, – kişinin qucağından ayrılaraq, özünə gələn qadın dedi, – gör bir o nə etdi! Amma həmişə birtəhər adam olub o. Sadə, həyati şeylərə adi, təbii baxa bilmirdi, onun üçün hər şey ölüm-dirim məsələsiydi.
– Sarsaq işdir...
– Axı mənə bir kəlmə deyə bilərdi də, elə deyil? Mən evdə qalardım. Səninlə başqa vaxt da görüşə bilərdik.
– Əlbəttə, – Yensson dedi, – əlbəttə, başqa bir vaxt görüşərdik.
– Amma, sevgilim, bu nədir ee, oturub gör nə barədə danışırıq. – qadın pıçıldayaraq kişinin boynunu qucaqladı. – Artıq hər şey arxadadır.
– Hə, mənim körpəcəm, hər şey arxadadı.
O, qadını ağuşuna aldı. Lift isə yuxarı qalxırdı./kult.az/
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM