Bu gün polis-vətəndaş münasibətləri yüksələn xəttlə inkişaf edir. Təcrübə göstərir ki, polisin işi və xidmət dairəsi digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqələrlə məhdudlaşmır və o, cinayətlərin üstünün açılmasında vətəndaşın köməyinə hər zaman ehtiyac duyur. Bir çox cinayətlərin vətəndaşlarımızın səyi ilə açılması deməyə əsas verir ki, ölkəmizdə sabitliyin, əmin-amanlığın vətəndaşın özü üçün daha çox vacib olduğunun cəmiyyət fərqindədir və bu, eyni zamanda, sosial narahatlıq yaradan hallara qarşı birgə mübarizəni gücləndirir...
Paytaxtda və yerlərdə vətəndaşların qəbulu, polis-vətəndaş həmrəyliyi ürəkaçan bir mənzərə yaradır. Sabirabadda ezamiyyətdə olarkən bunun bir daha şahidi oldum.
Rəis, polis polkovniki Mübariz Quliyev gəlişimin məqsədini biləndən sonra “Bəlkə də bu bir təsadüfdür”,- deyib məni Ulacalı kəndində vətəndaşlarla keçiriləcək görüşə dəvət etdi.
Xatırladım ki, Ulacalı Sabirabadın ən böyük kəndlərindən biridir, sakinləri elmə, biliyə xüsusi münasibəti ilə seçilirlər. Bu görüşün kənd orta məktəbinin akt zalında keçirilməsi də bu mənada təsadüfü deyildi.
Görüşdən xəbər tutan qonşu kəndlərin sakinləri də gəlmişdilər. Rəis onlarla hal-əhval tutduqdan, vəziyyətlərini öyrəndikdən sonra gəlişinin məqsədini bir daha xatırlatdı və dedi ki, hər dəfə insanlarla görüşə gələndə, onları dinləyəndə dövlətin ona verdiyi səlahiyyətləri yenidən xatırlayır, ən ümdəsi, göstərilən etimadı doğrultmağın məsuliyyətini dərk edir.
"Mən Ulacalıya dəfələrlə gəlmişəm. Bu kəndə əbəs yerə ziyalılar kəndi demirlər. Biz bu gün təkcə polislə bağlı deyil, digər problemlərinizi dinləməyə, əgər pozulan huquqlarınız varsa, onu bərpa etmək üçün sizlərə dəstək olmağa gəlmişik",- deyən Mübariz Quliyev sakinləri səmimi şəkildə polemikaya dəvət etdi.
Bağ-bağçanı, saldıqları yaşıllıqları qoruyub çoxaltmaq üçün su qıtlığından tutmuş, kənddə daha geniş ticarət şəbəkəsinin təşkilinə qədər bir çox məsələlər barədə sıxıntılarını dilə gətirənlər bunun polisin işinə aidiyyatı olmadığını bildirsələr də, yenə də polisdən kömək umduqlarını bildirdilər. Sakinlərdən Gülağa Nəsirov, Zakir Babayev, Daşqın Dadaşov polisin işinin bu gün çox ağır və məsuliyyətli olmasını qeyd etdilər və dedilər ki, gənc nəslin cəmiyyətin bəlasına çevrilən narkomaniyanın qurbanına çevrilməməsi üçün polis əməkdaşlarının əməyi danılmazdır.
Polis polkovniki Mübariz Quliyev onları narahat edən məsələlərin aidiyyatı qurumlara çatdırılacağını və tezliklə öz həllini tapacağını dedikdən sonra vətəndaşları da narahat edən narkomaniyanın çox ciddi bir problem olduğunu qeyd etdi. Bildirdi ki, bu gün polis, digər hüquq-mühafizə orqanları bu bəla ilə mübarizə aparsalar da yenə də vətəndaşların köməyinə ehtiyac var. Bəzən eləsi olur ki, doğması, yaxını, oğlu, qızı bu bəladan əziyyət çəkir və onu cəmiyyətin qınağına tuş gəlməkdən qorxub onu hər kəsdən, xüsusilə də polisdən gizlədirlər. Ancaq unudurlar ki, bu bəlanın kökünü kəsmək üçün əlbir işləmək lazımdır, birlikdə, hərə bacardığı qədər mübarizə aparmalıdır. Bu gün ölkəmizdə müasir tibbi avadanlıqlarla təchiz olunmuş narkoloji dispanserlər var ki, orada həmin xəstələri müalicə edərək sağlam həyata, cəmiyyətə qaytarmaq mümkündür.
Valideynlərlə bərabər müəllimlərin də öhdəsinə böyük məsuliyyət düşür. Onlar şagirdlərə təkcə bilik, savad verməli deyil, həm də sağlam, vətənpərvər bir gənc kimi yetişdirməlidirlər.
Ulacalı kənd orta məktəbinin direktoru Nail Xanməmmədov görüşün məhz məktəbdə keçirildiyi üçün təşəkkür etdi. O, bu il məktəbdən 14 şagirdin ali məktəblərə daxil olmasını, onlardan 3-nün yüksək bal toplamasını iştirakçıların diqqətinə çatdırdı. Bildirildi ki, bu il məktəbin məzunu Nuriyev Malik Fuad oğlu 587 bal toplayaraq DİN-in Polis Akademiyasına qəbul olunub.
Görüşdən sonra insanlar tərəfindən səsləndirilən problemlərin həllini nə vaxt tapacağı ilə bağlı sualımı cavablandıran RPŞ-nin rəisi qeyd etdi ki, bundan əvvəl əhali ilə keçirilən görüşlərdə polisə aid olmayan digər problemlər belə az vaxtda rayonun aidiyyatı qurumlarına çatdırılmış və öz həllini tapmışdır.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM