Kişilərin ayaqqabısından şampan içmək istədiyi qadın
Cahidə Sonku... İlklərə imza atan qadın. İlk qadın rejissor və ilk qadın kinoprodüser. Türk filminin və teatrının ulduzu. Bütün bunları bir qadın bacarmışdı, bəli. Həm də bunu etməyin möcüzə sayıldığı bir şəraitdə - 30-cu illərdə. Bütün dünyada qadının daha çox əzildiyi və kişilərin aparıcı olduğu bir dövrdə o çıxdı, teatrda oynadı, filmdə çəkildi, üstəlik, rejissorluğu da sınadı. Türk tamaşaçısı o günə qədər aktrisa görmüşdü, əlbəttə, ancaq Cahidə qədər gözəlini görməmişdi. Sarı saçları ilə hamını valeh edirdi. O vaxtlar çox az qadının cəsarət edib geyindiyi dekolte paltarları, oynadığı iddialı rolları ilə "fetiş" olmuşdu Cahidə Sonku. Kişilər ayaqqabısından şampan içmək üçün növbəyə dayanırdı.
Sonkunu sənətə Möhsün Ərtoğrul qazandırmışdı. Məşhur rejissor, aktyor və prodüser. Ərtoğrulun diqqətini çəkmək, rəğbətini qazanmaq elə də asan deyildi, təbii. Di gəl, kino sahəsində heç bir təhsili olmayan on yeddi yaşlı bir qız bunu bacarmışdı. Amma Ərtoğrulun bir şərti var idi: fədakarlıq. Ailəsini, dostlarını, şəxsi həyatını - hər şeyi unudacaqdı Cahidə. Sadəcə işləyəcək, çox işləyəcəkdi. Və o, çox çalışdı.
Operettalarda sadəcə rəqs edən bu qızcığaz çox qısa zamanda "balet"dən "prose"yə keçdi. Artıq sözlü rolları vardı. 1933-cü ildə isə Möhsün Ərtoğrulun rejissoru olduğu "Yeddi kəndin Zeynəbi" tamaşasında hətta oynadığı epizodik rol ilə də Ərtoğrula seçimində yanılmadığını sübut etdi. Həmin il yenə Möhsün Ərtoğrulun rejissoru olduğu "Söz bir, Allah bir" filmi ilə artıq baş rolda tamaşaçıların qarşısına çıxdı və çox sevildi. Kinoda ona böyük uğuru isə "Palçıqlı damın qız Aysel" filmi qazandırdı. Möhsün Ərtoğrul filmlərində baş rola çəkilən Sonku haqda artıq dedi-qodular da yaranmağa başlayırdı: "Möhsün bu gənc qıza aşiqdir, baş rollar ona əbəs yerə təklif edilmir". Ancaq o, sadəcə çox istedadlı və çox gözəl idi. O günə qədər kameraların qarşısından çox aktrisalar gəlib keçmişdi, amma heç biri Cahidə kimi parlaq ulduz ola bilmədi. Tezliklə Sonku şöhrətinə, uğuruna daha birini əlavə elədi. "Fədakar ana" filmi ilə həm özü yenə də kameraların qarşısına keçdi, həm də rejissorluğu sınayaraq Türkiyənin ilk qadın rejissoru olaraq tarixə keçdi. Onu hələ çox uğurlar gözləyirdi, həm iş, həm də şəxsi həyatında. Ancaq sadəcə qısa bir müddət üçün.
Və şəxsi həyat. Demək olar ki, hər filmdə kişiləri öz toruna salan gözəl qadın roluyla görülən Cahidə arzulanan, uğrunda yarışılan bir qadın idi artıq. Bir "fetiş". "İstanbul küçələrində" filmini çəkən ilk kinooperatorlardan biri olan Cəzmi Ar ilə evli olan sarışın, qıvrımsaçlı qadın çox keçmədən Ar ilə yollarını ayıraraq dövrünün məşhur aktyorlarından olan Talat Artəməl ilə evlənir. Xoşbəxt və qısa bir evlilik olur. Üçüncü dəfə isə məşhur tütün kralı İhsan Doruk ilə evlənir. Amma bu evliliyin təməli sevgiyə yox, daha çox pula söykənirdi. Sonku puluna pul, şöhrətinə şöhrət əlavə etmişdi. Artıq Türkiyənin ən zəngin qadınlarından biri idi. Hətta onun haqqında ayaqqabısındakı parlaq daşlar belə əsl brilliant idi, deyirdilər. Hamı qarşısında təzim edir, ən seçkin məclislərə xüsusi olaraq çağırılırdı. Evindəki sərvət ilə "Şəhər teatrı"ndan aldığı maaş arasında o qədər böyük fərq var idi ki, bir gün Sonku "Xudahafiz, bundan sonra artıq daha rahat olmaq və həyatımı daha yaxşı yaşamaq istəyirəm", deyib teatrla vidalaşaraq "Sonku" film şirkətini yaratdı və o günə kimi Türkiyədə heç bir prodüserin çəkmədiyi filmləri ərsəyə gətirdi. Təkcə Zəki Mürənlə çəkdiyi "Gözlənilən mahnı"dan bir milyondan çox pul qazanmışdı. Sonku xoşbəxt idi. Bu xoşbəxtlikdə qızı Enderin varlığı da böyük rol oynayırdı. Həyat ona çox yaxşı davranırdı. Amma gözlənilmədən İhsan Dorukdan boşandı, keçmiş əri qızını anasına göstərməkdən boyun qaçırtdı, film şirkəti yandı. Sonku içkiyə qurşandı. Ender, alqışlar, pul, daha heç biri yox idi. Türkiyə mədəniyyət tarixində hələ heç kəs Cahidə Sonku qədər şöhrətin və sərvətin zirvəsinə qalxa bilməyib və yenə heç kəs onun qədər yoxluq və səfalətin çuxuruna yuvarlanmayıb. Milyonları olan qadın artıq hər rastına çıxandan içki pulu istəyir, bir zamanlar işçisi olduğu kasıb insanların mərhəməti sayəsində ac qalmırdı. Ancaq hər şeydən ağırı qızını görə bilməməyi idi.
Ender Doruk. Demək olar ki, anasının taleyini yaşayacaqdı. Atası Londona köçərək yenidən evlənmiş, onu da özüylə aparmışdı. Ancaq İhsan Doruk öləndən sonra analığı ilə vərəsə uğrunda mübarizəsi Enderin məğlubiyyəti ilə bitir. Nəticə olaraq, Londonda kafelərin birində ofisiant işləyərək həyatına davam etməli olur. Beləliklə, Cahidə Sonku səfalətdən qurtulmaq üçün son şansını da belə itirir. Bu olaydan sonra qızını da birdəfəlik itirən Sonku içkiyə əvvəlkindən daha çox bağlanır. Artıq bahalı şampanları spirt əvəz etmişdi. Bu, isə artıq onu ölümə hər ötən gün daha da yaxınlaşdırırdı. Və bir gün Paris moda evlərinin hazırladığı paltarları bəyənməyən bu çox məşhur, istedadlı qadın köhnə nimdaş paltarda 62 yaşında Alkazar kinoteatrında həyata gözlərini əbədi yumdu. Son istəyi isə belə idi: "Mənə başmaqlarımı gətirin"./kulis.az/
Aytən NƏSİBBƏYLİ
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM