Çevrəmizdəkilərdən kimsə düşüncəsini, fikrini ifadə etmək üçün onu hər hansı bir formada, lakin tamamilə başqalarından fərqli bir şəkildə ifadə etmək bacarığını nümayiş etdirə bilirsə, biz ona istedadlıdır deyirik. Bu fərqlilik min illər boyu özünü biruzə versə də, əslində məkanından və zamanından asılı olmayaraq bir mədəniyyət çətiri altında birləşməyin yolunu göstərib bizə. Bizdən fərqli olanlar isə bu fərqlilikləri ilə heç zaman öyünməyiblər, əksinə, hər zaman bizimlə bir sırada addımlamağı bacarıblar.
İstedad doğulur, ancaq onu mühit böyüdür, inkişaf etdirir. “O bəxti gətirənlərdən olmadı, yoxsa böyük istedad sahibi idi” ifadəsi hər halda bu gün adı gələndə fəxarət hissi keçirdiklərimizin necə keçməkeşli bir ömür yaşamasının bariz nümunəsidir. Yəni onlar da kiminsə kölgəsində qalıb var ola-ola yoxluqları ilə barışa bilərdilər.
Bizim ən böyük xoşbəxtliyimiz odur ki, biz öncəgörənlərdən fərqli olaraq “bizi nə gözləyir”i bilmirik. Gözləmək bəzən elə gözləntilərlə yadda qalır ki, onu uzun müddət unuda, təsirindən çıxa bilmirsən...
Elə biz də onu gözləyirdik. Muasir İncəsənət Muzeyindəki sərgi polis əməkdaşının əl işlərindən ibarət idi. Keçən illər ərzində belə sərginin nümayiş olunmasına birinci dəfə idi ki, rast gəlirdim. Sabitliyi qorumaq, asayişin müdafiəsində durmaqla yanaşı, könlünü sözə, rəngə, fırçaya verib qəlbindəkiləri duyğularının dili ilə insanlara çatdıran həmkarlarımızın uğurlarını eşidəndə, şahidi olanda sevincimizin həddi-hüdudu olmur. Polisin adına ləkə yaxanlar, hətta onun qüruru ilə oynayanlar bilmirlər ki, polis həm də cəmiyyətimizin mədəni, elmi sferasında layiqli yer tutan insanların xidmət etdiyi bir qurumdur...
Həmkarımız Rəşad Babayevin “ADA” adlı fərdi sərgisində nümayiş olunan əsərlərlə “dil tapmaq” ilk baxışdan çox çətin görünsə də cəmi bir neçə dəqiqədən sonra anlayırsan ki, modernizm və postmodernizm üslubunda çəkilmiş əsərlər “baxmaq” və ya ona necə yanaşmaq fəlsəfəsini sərgiləyir bizə. Yəni kim necə baxırsa, mənalandırırsa elə də görür...
Əlbəttə, həmkarımızın əsərləri barədə bu sahənin biliciləri daha dolğun fikir bildirə və ya onu təhlil edə bilərlər.
Qarşısında dayandığımız rəsm əsərləri ilk baxışdan heç nə demir. Rənglərin qarışığı, qurulmuş ekspozisiya əvvəlcə yad bir adam kimi diqqətdən kənarda qalsa da, sonradan doğma izlər, isti rənglər səni özünə çəkir. Bu əsərlərdə yad heç nə yoxdur. Əgər bir düz xətt sənin fikrini harasa yönəldirsə və o düz xətt boyunca sən öz fantaziyanın gücünə inanıb onu canlandıra bilirsənsə, demək rəssamın iç dünyası ilə dil tapa bilmisən.
Əslində müasir incəsənətin bütün növləri bizi inandırmağa çalışır ki, yaradılmış nə varsa, hər birində ilahi bir məna yükü var. Hətta “lazımsız”dır deyib tulladığımız əşya belə təxəyyülümüzdə yaşanmış zamanın simvoluna, yada hər kəsin diqqətini cəlb edəcək bir sənət əsərinə çevrilə bilər.
Ümumiyyətlə, incəsənətdə bu yaxşıdır, bu pisdir meyarı yoxdur, sadəcə müqayisəli təhlil var. İnsanı düşündürən, inkişafa səbəb olacaq nə varsa, o qiymətləndirilir, ya yazılır, ya da çəkilir. Müşahidələrdən belə qənaətə gəlmək olar ki, “iz qoymaq”, tarixdə qalmaq artıq müasir incəsənətdə polemika mövzusu deyil, əsas məsələ insanlarda maraq oyatmaqdır. Bu isə dövrümüzdə həm çətin, həm də çox asandır. Sadəcə bir az ürəkli və optimist olmaq lazımdır...
Həmkarımızın sərgisi ilə tanış olarkən əsərləri haqqında yazılmış bu fikirlər diqqətimi xüsusilə çəkdi: “Rəssam Rəşad Babayevin incə və bir qədər sirli yaradıcılığı birbaşa danışmanı sevmir. Qeyri-fiqurativ incəsənət dilinə malik olan və məişət təfərrüatlarına böyük əhəmiyyət vermədən, rəssam tamın intuitiv anlamasına cəhd edir, onun əsərləri isə zamansızlığı ilə, qəribə qeyri-maddiliklə və son dərəcə sadəliklə fərqlənir. Öz şəxsi reallığını yaradan rəssam xəyallar dünyasına müraciət edərək, fikirlərə forma və enerji verir”.
Fərdi sərgisinə “ADA” adını verməsi həm də rəssam-polisin iç dünyasından xəbər verir. “ADA” niyə deyəndə cavab verdi: “Yaradıcı insanları mən ada kimi görürəm. Düzdür, ada kimi müstəqil insan yoxdur və hər insan materikin bir hissəsidir, ancaq unutmamalıyıq ki, bir misranı yazanda, rənglərin sehrinə düşmüş bir xətti çəkəndə onların həqiqətən də fərqli olduğunu görmək olur”...
Qeyd edək ki, DİN BMİ-nin əməkdaşı, polis mayoru Rəşad Babayev 22 noyabr 1979-cu ildə Xaçmaz şəhərində anadan olmuşdur. 1997-ci ildə Amerika İnstitunun Beynəlxalq fakültəsini bitirmiş, təhsilini Bakı Dövlət Universitetində davam etdirmiş və 2001- ci ildə hüquq fakültəsini bitirmişdir. O, 2000-ci ildə rəssamlığa başlamazdan öncə hüquqşünas təhsili almışdır. İlk fərdi sərgisi 2004-cü ildə keçirilmişdir. Azərbaycan Rəssamlaq İttifaqının üzvüdür. 2005-ci ildən Londonda, Parisdə, Berlində, Romada keçirilən bir çox beynəlxalq sərgilərdə, eləcə də, 55-ci Biennalidə iştirak etmişdir. Rəssamın əsərləri Bakı Müasir İncəsənət Müzeyində və şəxsi kolleksiyalarda saxlanılır. 2012-ci ildən əsərlərə ssenarilər yazır və 2013-cü ildə Azərbaycan Kinematoqraflar Birliyində promo diploma layiq görülmüşdür.
Yeri gəlmişkən, adı çəkilən sərgidə polis-rəssamın 30-a yaxın rəngkarlıq əsəri və 3 installasiyası təqdim olunur.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM