TARİX İNSTİTUTUNDAN NÖVBƏTİ DƏFƏ TARİXİ HƏQİQƏT AÇIQLANDI - EKSKLÜZİV

19:12 / 18.10.2014

Yaqub Mahmudov

Tarix elmləri doktoru, professor

Yaqub Mahmudov: İrəvan və ətrafındakı torpaqlar ermənilərə hansı şərtlərlə verilmişdi

 və ya

Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi

varislik hüququ bərpa olunmalıdır

 

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev real tarixi həqiqətlərə və ilk mənbələrə əsaslanaraq dəfələrlə bütün dünyaya birmənalı şəkildə və qətiyyətlə  bəyan etmişdir ki, ermənilər Azərbaycan Xalq Cümhuriyyətinin onlara verdiyi  İrəvan və ətraflarını əhatə edən Azərbaycan torpaqlarında bir dəfə özlərinə dövlət yaratmışlar. Azərbaycan öz ərazisində təcavüzkar Ermənistana ikinci erməni dövləti yaratmağa imkan verməyəcəkdir. Ölkə başçısının tövsiyyə və tapşırıqları əsasında Tarix İnstitutunda bu istiqamətdə aparılan tədqiqatlar daha da genişləndirilmiş, İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsilə bağlı bir sıra yeni sənədlər və maraqlı faktlar aşkar olunmuşdur.  Həmin sənədlər sübut edir ki, erməni tərəfi Batum danışıqları və müqavilələrinə (11 may – 04 iyun 1918-ci il) əsasən İrəvan və ətraflarındakı Azərbaycan torpaqlarının onlara verilməsi müqabilində üzərinə bir sıra öhdəliklər götürmüşdü. Lakin ermənilər məqsədlərinə nail olduqdan sonra üzərlərinə götürdükləri bütün öhdəlikləri birtərəfli qaydada pozmuş, işğalçılıq siyasətini davam etdirmişlər. Beləliklə, İrəvan və ətrafındakı Azərbaycan topraqlarının ermənilərə verilməsi barədə həm Batum müqavilələrinin müvafiq maddələri, həm də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 29 may 1918-ci il tarixli qərarı öz hüquqi qüvvəsini itirmişdir. Buna görə də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi haqqındakı qərarına yenidən baxılmalı, həmin qərar qüvvədən salınmalı və Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır.

 

Çar Rusiyasında mütləqiyyətin devrilməsindən sonra yaranmış Zaqafqaziya Demokratik Federativ Respublikası 1918-ci il mayın 26-da süqut etdi. Bununla Cənubi Qafqazda müstəqil yerli dövlətlərin formalaşması prosesi başlandı. Həmin dövrdə Cənubi Qafqazda yalnız iki yerli (aborigen) xalqın – azərbaycanlılarıngürcülərin dövləti yaradıla bilərdi.  Çünki ancaq bu iki xalqın müstəqil dövlət yaratmaq üçün tarixi etnik – ərazi bazaları vardı. Və ancaq bu iki xalq – azərbaycanlılar və gürcülər Cənubi Qafqazda dövlətçilik ənənələrinə malik idilər.

XIX əsrdə Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrinə əsasən Çar Rusiyası tərəfindən Qacarlar İranından və Osmanlı Türkiyəsindən Cənubi Qafqaza köçürülüb gətirilmiş və əsasən Azərbaycan torpaqlarında yerləşdirilmiş ermənilərin isə dövlət yaratmaq üçün burada – Cənubi Qafqazda ərazi bazaları yox idi. Beləliklə, Cənubi Qafqaz ərazisində erməni dövləti ancaq bu regionun yerli xalqları olan azərbaycanlılarıngürcülərin torpaqları hesabına yaradıla bilərdi.

Birinci Dünya müharibəsini aparan hərbi blokların hər ikisinin, həm Antantanın (Rusiya, İngiltərə, Fransa, ABŞ), həm də  Almaniya-Türkiyə blokunun üzvləri arasında ermənilərə dövlət yaratmaq barədə ümumi fikir formalaşmışdı. Rusiya, İngiltərə, Fransa və ABŞ gələcək erməni dövlətinin Osmanlı Türkiyəsi ərazisində – Şərqi Anadoluda yaradılmasına tərəfdar idilər.

Azərbaycanın arxalandığı və məğlubiyyət qarşısında olan Osmanlı Türkiyəsi isə “erməni təhlükəsi”ni özündən, yəni Şərqi Anadoludan uzaqlaşdırmaq üçün erməni dövlətinin Türkiyə sərhədləri xaricində Osmanlı hərbi qüvvələri tərəfindən zəbt olunmuş Azərbaycan torpaqlarında yaradılmasına çalışırdı.

Azərbaycan tərəfinin, real olaraq, həm böyük dövlətlərin təzyiqlərinə, həm də ölkənin bütün ərazilərində soyqırımları həyata keçirən daşnak-erməni silahlı birləşmələrinə və onların arxasında duran dövlətlərə silahlı müqavimət göstərmək gücü yox idi. Buna görə də, Azərbaycan milli hərəkatının xadimləri ermənilərə dövlət yaratmaq məsələsində Osmanlı Türkiyəsinin diktəsi ilə hərəkət edirdilər, daha doğrusu buna məcbur idilər.

Yaranmış tarixi şəraitdə Azərbaycan tərəfi, yəni Zaqafqaziya Seyminin Azərbaycan fraksiyasının nümayəndələri ermənilərə dövlət yaratmaq üçün hansı Azərbaycan torpaqlarının verilməsini müəyyən etmək üçün Türkiyənin vasitəçiliyi ilə erməni tərəfi ilə danışıqlara girdi. Danışıqlar Batum konfransı (11 may – 04 iyun 1918-ci il) çərçivəsində və konfransda iştirak edən Türkiyə nümayəndə heyətinin vasitəçiliyi ilə aparıldı (Danışıqların gedişi barədə ətraflı məlumat üçün bax: V.Qafarov. Türkiyə Rusiya münasibətlərində Azərbaycan məsələsi (1917-1922). Bakı, Azərnəşr, 2011).

Batum danışıqlarının lap başlanğıcındaca məlum oldu ki, həqiqətən də, Osmanlı Türkiyəsi “erməni təhlükəsini” özündən uzaqlaşdırmaq üçün gələcək erməni dövlətinin Azərbaycan ərazisində yaradılması siyasətini yeridir. Bununla bağlı olaraq, Batum konfransında aparılan danışıqların gedişi barədə danışıqlarda iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvü Nəsib bəy Usubbəyov Zaqafqaziya seyminin sabiq üzvlərinin 27 may 1918-ci il tarixli fövqəladə iclasında məlumat verdi. Batumdan yenicə qayıdan Nəsib bəy Usubbəyov fövqəladə iclas iştirakçılarına bildirdi ki, “Türkiyə nümayəndə heyətinin fikrinə görə Zaqafqaziyanın tərəqqisi üçün ən başlıca təminat Zaqafqaziya xalqlarının həmrəyliyi və birliyidir ki, buna nail olmaq üçün Azərbaycan tərəfi ermənilərə müəyyən qədər ərazi güzəştə getməlidir” (Bax:Azərbaycan Respublikasının Dövlət Arxivi, fond 970, siyahı 1, iş 1, vərəq 46).

Onu da qeyd etmək lazımdır ki, Türkiyənin hakim siyasi dairələrində Cənubi Qafqazda erməni dövləti yaradılması məsələsində fikir ayrılığı vardı. Sədrəzəm Tələt paşa və hərbi nazir Ənvər paşa Cənubi Qafqazda erməni dövləti yaradılmasının əleyhinə idilər və bu məsələdə “çibanı kökündən təmizləməktərəfdarı idilər. Bu mümkün olmadıqda “Ermənistanın çox zəif və yaşaya bilməyəcək bir dövlət şəklində təşəkkül etməsini” təklif edirdilər. Lakin, Tələt paşa və Ənvər paşadan fərqli olaraq, Batum danışıqlarında Türkiyə nümayəndə heyətinə başçılıq edən Dövlət Şurasının sədri və Ədliyyə naziri Xəlil bəy Menteşə və Osmanlı Orduları Qafqaz Cəbhəsinin komandanı Ferik Mehmed Vehib paşa  Cənubi Qafqazda Azərbaycan torpaqları hesabına ermənilərə dövlət yaratmaq tərəfdarı idilər. Onlar güman edirdilər ki, bununla ermənilər həm Anadoludan uzaqlaşdırılacaq, həm Türkiyə-erməni münasibətləri biryolluq nizama salınacaq, həm də “erməni məsələsi” ilə bağlı Türkiyəyə qarşı beynəlxalq qınağa son qoyulacaqdır.

Yeri gəlmişkən, Azərbaycan tərəfi də Tələt paşa və Ənvər paşanın “çibanı kökündən təmizləmək” siyasətinin əleyhinə idi və “kiçik bir erməni kantonunun” yaradılmasını təklif edirdi. Belə bir təkliflə Batumda danışıqlar aparan Azərbaycan nümayəndələri M.H.Hacınski və M.Ə.Rəsulzadə hələ 1918-ci il mayın 23-də Ənvər Paşaya xüsusi müraciətnamə göndərmişdilər. Həmin müraciətnaməni onlardan başqa Əhməd bəy (Can Baba), A.B.Səfikürdski, Ə.C.Pepinov, M.Y.Cəfərov, F.X.Xoyski, N.B.Usubbəyov və X.B.Xasməmmədov da imzalamışdılar (Bax: Türkiyə Cümhuriyyəti Başbakanlıq Osmanlı Arxivi, Hariciyye  Siyasi Kısım, Dosya 2398, Gömlek 4, Vərəq 12 a.b.c.d.). Eyni təkliflə  bundan bir gün əvvəl – 1918-ci il mayın 22-də Tələt paşaya və Ənvər paşaya Ə.B.Hüseynzadə və Ə.B.Ağaoğlu da müraciət etmişdilər (Bax: Türkiyə Cümhuriyyəti Başbakanlıq Osmanlı Arxivi, Hariciyye  Siyasi Kısım, Dosya 2398, Gömlek 4, Vərəq 19.).

Azərbaycan tərəfi belə bir təkliflə çıxış edərkən inanırdı ki, bu güzəşt müqabilində, yəni ermənilərə Azərbaycan torpaqları hesabına “kiçik bir kanton” yaradılacağı halda ermənilərin Türkiyə ərazilərindən Azərbaycan torpaqlarına, o cümlədən Bakıya axınının qarşısı alınacaq, ermənilər Azərbaycan xalqına qarşı soyqırımlarını dayandıracaqlar və bir daha ölkəmizə qarşı ərazi iddiaları irəli sürməyəcəklər. Azərbaycan tərəfi güman edirdi ki, bu addım, həm də, böyük dövlətlər tərəfindən rəğbətlə qarşılanacaqdır.

Beləliklə, Azərbaycan tərəfi Cənubi Qafqazda – Azərbaycan ərazisində ermənilərə “kiçik bir kanton” və ya “kiçik bir dövlət” yaradılmasına tərəfdar idi və bu məsələdə Xəlil bəy və Vehib paşa ilə eyni mövqedən çıxış edirdi (Bax: Türkiyə Cümhuriyyəti Başbakanlıq Osmanlı Arxivi, Hariciyye  Siyasi Kısım, Dosya 2398, Gömlek 5,Vərəq 129-130;146; 151 a-b).

Azərbaycan tərəfinin ermənilərə  Azərbaycan torpaqlarında dövlət yaradılması barədə yuxarıda göstərilən mövqeyi və bunun üçün konkret ərazi vermək təklifi Batum danışıqlarının gedişinə ciddi təsir göstərdi.

Bununla da Batumda, faktiki olaraq, ermənilərə dövlət yaratmaq üçün hansı Azərbaycan torpaqlarının verilməsi ətrafında danışıqlar aparıldı.

Batum danışıqları zamanı ermənilərin özlərinə mərkəz kimi iddia etdikləri QarsGümrü (Aleksandropol) artıq Osmanlı hərbi qüvvələri tərəfindən zəbt olunmuşdu və Türkiyə tərəfi bu şəhərlərdən hər hansı birinin danışıqlar mövzusu olmasına imkan vermədi. Beləliklə, İrəvan məsələsi gündəmə gətirildi. Ənvər paşa “çibanı kökündən təmizləmək” planının baş tutmadığını görcək ermənilərə veriləcək torpağın Azərbaycan və Türkiyə əraziləri arasında bir ada kimi əhatəyə alınması təlimatını verdi.

Danışıqlar zamanı Azərbaycan ərazisində dövlət yaratmaq üçün ermənilərə torpaq veriləcəyi halda erməni tərəfi Azərbaycan və Türkiyə tərəfləri qarşısında bir sıra öhdəliklər yerinə yetirməyi üzərinə götürdü. Həmin öhdəliklər aşağıdakılar idi:

  1. 1.    Ermənilərlə müsəlmanlar arasında düşmənçilik aradan qaldırılacaq və erməni tərəfi St.Şaumyanla əlaqəyə girib Bakının müsəlman əhalisinin təhlükəsizliyini təmin edəcək, bununla azərbaycanlılara qarşı kütləvi qırğınların qarşısı alınacaqdır. Erməni tərəfinin üzərinə götürdüyü bu öhdəlik Osmanlı imperiyası ilə yenicə yaradılmış Ermənistan Respublikası arasında 1918-ci il iyunun 4-də Batumda bağlanmış “Sülh və Dostluq” müqaviləsində təsbit olundu. Batum müqaviləsinin 11-ci maddəsinə əsasən Ermənistan Respublikası hökuməti erməni silahlı qüvvələrinin ən tez bir zamanda Bakıdan çıxarılması üçün bütün qüvvələrini səfərbər edəcəyini öhdəsinə götürdü (Bax: Türkiyə Cümhuriyyəti Başbakanlıq Osmanlı Arxivi, Hukuk Müşavirliği İştişare Odası Belgeleri, Dosya 107, Gömlek 11, Vərəq 11-19; ATASE. A.4/3671. K.2919. D.61-499. F.3-26). Müqavilənin yuxarıda göstərilən maddəsində deyilirdi: “Ermənistan Respublikasının hökuməti erməni qüvvələrini Bakıdan çıxmağa  məcbur etmək üçün özünün bütün qüvvələrini səfərbər edəcəyini öhdəsinə götürür” (Bax: göstərilən müqavilə, 11-ci maddə). Bundan əlavə, yenicə yaradılan Ermənistan Respublikasının hökuməti “Respublika ərazisində (yəni Ermənistan Respublikası ərazisində - Y.M.)” hər hansı silahlı quldur dəstələrinin yaradılmasının qarşısını alacağını, ölkənin müxtəlif yerlərində gizlənən və fəaliyyət göstərən bütün quldur dəstələrinin tərksilah ediləcəyini öhdəsinə götürdü” (Bax: Göstərilən müqavilə, maddə 5).

 

  1. 2.    Erməni tərəfi öhdəsinə götürdü ki, Azərbaycan qəzalarında erməni silahlı birləşmələri tərəfindən müsəlmanlara qarşı həyata keçirilən kütləvi qırğınlar dayandırılacaqdır (Bax: Türkiyə Cümhuriyyəti Başbakanlıq Osmanlı Arxivi, HSD. AFT, Dosya 6, Gömlek 61). Bu öhdəlik Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi sənədlərində də öz əksini tapmışdır. Belə ki, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin başçısı F.X.Xoyski İrəvan və ətrafındakı torpaqların ermənilərə verilməsi barədə Milli Şuranın 29 may 1918-ci il tarixli qərarından dərhal sonra Xarici işlər naziri M.H.Hacınskiyə verdiyi rəsmi göstərişdə yazırdı: “Biz ermənilərlə bütün mübahisələri bitirdik, onlar ultimatumumuzu qəbul edəcəklər və müharibəni dayandıracaqlar. Biz İrəvanı onlara güzəştə getdik” (Bax: Azərbaycan Respublikasının Dövlət Arxivi, fond 970, siyahı 1, iş 4, vərəq 1-2).

 

  1. 3.    Ermənistan hökuməti İrəvanda və yeni yaradılan erməni dövlətinin digər ərazilərində müsəlmanların sərbəst dini ibadət, mədəniyyət, siyasi və ana dilində təhsil almaq hüquqlarını təmin etməyi öhdəsinə götürdü. Ermənilərin qəbul etdiyi bu öhdəlik Osmanlı dövləti ilə yenicə yaradılmış Ermənistan Respublikası arasında bağlanmış Batum müqaviləsinin 6-cı maddəsində və müqaviləni tamamlayan III əlavədə təsbit olundu. Müqavilənin 6-cı maddəsinə və III əlavəsinə əsasən yeni yaradılan Ermənistan Respublikasında türk-müsəlman əhali bütün yuxarıda göstərilən sahələrdə ermənilərlə eyni hüquqa malik olmalı idi (Bax: Türkiyə Cümhuriyyəti Başbakanlıq Osmanlı Arxivi, Hukuk Müşavirliği İştişare Odası Belgeleri, Dosya 107, Gömlek 11, Vərəq 11-19, 28-32.). Batum müqaviləsinin 6-cı maddəsində bu məsələ aşağıdakı kimi təsbit olundu: “Ermənistan Respublikasında yaşayan müsəlmanların dininə və adətlərinə hörmət olunmalıdır...

Onlar başqa mədəniyyətlərə mənsub olan digər sakinlərlə eyni vətəndaşlıq hüquqlarına və siyasi hüquqlara malik olmalıdırlar. Onlar öz etnik dillərində təhsil ala və öz dinlərində ibadət edə bilərlər.

Müsəlmanlar praktiki olaraq öz dinlərində ibadət etmək və xeyriyyəçilik işlərilə məşğul olmaq üçün müsəlman icmaları yaratmaq, məscidlər, xəstəxanalar, məktəblər, dini müəssisılər açmaq və xeyriyyə cəmiyyətləri təşkil etmək hüququna malikdirlər.

İrəvan şəhərində Ermənistan Respublikası Müftisinin və respublikanın digər vilayətlərində müftilərin fəaliyyət göstərməsi zəruri hesab edilsin...” (Bax: Göstərilən müqavilə, 6-cı maddə).

Bəhs olunan müqaviləni tamamlayan III əlavədə bütün yuxarıda göstərilən öhdəliklər təfərrüatı ilə təsbit olunur və qeyd olunurdu ki, “Ermənistan hökuməti öz hesabına ibtidai və orta təhsil verən müsəlman məktəbləri açacaqdır” (Bax: Müqavilənin III əlavəsi, 6-cı maddə).

 

  1. 4.     Batum danışıqları zamanı əldə olunmuş razılığa əsasən ermənilər Azərbaycana qarşı ərazi iddialarından imtina edəcəkdilər (Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin  Siyasi Sənədlər Arxivi, fond 276, siyahı 9, iş 1, vərəq 47.).
  2. 5.     Bundan başqa, İrəvan və ətrafındakı torpaqların verilməsi müqabilində ermənilər Azərbaycanla vahid konfederativ dövlətdə birləşməli idilər.

 

Beləliklə, Batum danışıqlarında yuxarıda göstərilən məsələlərlə bağlı ilkin razılaşma əldə olunduqdan dərhal sonra, hələ Batum müqavilələrinin bağlanmasına, yəni 1918-ci il iyunun 04-nə bir həftə qalmış, 1918-ci il mayın 29-da Azərbaycan Milli Şurasının qərarı ilə qədim Azərbaycan şəhəri İrəvan onun ətrafındakı 9 min km2 ərazini əhatə edən torpaqlarla birlikdə ermənilərə verildi (Bax: Türkiyə Cümhuriyyəti Başbakanlıq Osmanlı Arxivi, Hariciyye Siyasi Kısım, Dosya 2372, Gömlek 1, Vərəq 69.).

Azərbaycan Milli Şurasının 29 may 1918-ci il tarixli qərarına əsasən ermənilərə dövlət yaratmaq üçün İrəvanla birlikdə aşağıdakı Azərbaycan torpaqları verilmişdi: Yeni Bayazit qəzası (Basarkeçər adlanan cənub-şərq qismi istisna olmaqla), İrəvan qəzası (Qəmərli-Gərnibasar, Uluxanlı-Zəngibasar və Vedibasar istisna olmaqla), Eçmiədzin qəzası (Sərdarabad istisna olmaqla) və Aleksandropol qəzası (qəza mərkəzi Aleksandropol istisna olmaqla). Beləliklə, yeni yaradılmış Ermənistan Respublikası Göyçə gölü ilə Osmanlı dövlətinin yeni sərhədləri arasındakı dar dağlıq ərazini əhatə edirdi.

 

 

Ermənilərə verilmiş Azərbaycan ərazisinin əhalisi cəmi 321.000 nəfər idi ki, onun da 230 mini erməni, 80 mini türk-müsəlman, 11 mini isə digər  xalqların  nümayəndələri idi (Yenə orada.).

Yeri gəlmişkən, Ermənilərə verilmiş İrəvan və onun ətrafındakı Azərbaycan torpaqlarında yaşayan 230 min nəfər erməni bu yerlərə 1828-ci ildən sonra Çar Rusiyası tərəfindən Osmanlı Türkiyəsi və Qacarlar İranından köçürülüb gətirilmişdi.

 Qeyd etmək lazımdır ki, yuxarıda göstərilən qərar qəbul olunarkən 28 nəfər Milli Şura üzvündən 20 nəfər iştirak edirdi. Onlardan qərarın lehinə 16 nəfər səs vermiş, 1 nəfər əleyhinə olmuş, 3 nəfər bitərəf qalmışdı (Bax: Azərbaycan Respublikasının Dövlət Arxivi, fond 970, siyahı 1, iş 1,vərəq 51-52.).

Azərbaycan Milli Şurasının yuxarıda göstərilən iclasında, eyni zamanda, ermənilərlə konfederativ dövlət yaradılması da qərara  alındı (Yenə orada.). Yəni İrəvan və ətrafındakı torpaqlar ermənilərə, həm də, onlarla konfederativ dövlət yaradılması şərti ilə verilmişdi.

Beləliklə, 1918-ci il mayın 29-da Azərbaycan ərazisində – Cənubi Qafqazda erməni dövləti yaradıldı. Ertəsi gün – mayın 30-da erməni dövlətinin yaradılması barədə bəyannamə elan olundu.

Yeni yaradılmış erməni dövlətini de-fakto  tanıyan ilk dövlət Osmanlı Türkiyəsi oldu. Bununla Osmanlı Türkiyəsi, faktiki olaraq,  Azərbaycan ərazisində ermənilərə dövlət yaratdı.

Osmanlı Türkiyəsinin vasitəçiliyi ilə Azərbaycan tərəfi ilə erməni tərəfi arasında razılıq əldə olunan kimi, daha doğrusu ermənilər məqsədlərinə nail olduqdan dərhal sonra, 1918-ci il iyunun 4-də Batumda Osmanlı dövləti ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında “Dostluq”, Osmanlı dövləti ilə Gürcüstan və Ermənistan respublikaları arasında isə “Sülh və Dostluq” müqavilələri imzalandı.

Batum müqavilələrinə əsasən ən çox ərazi itkisinə Azərbaycan məruz qaldı. Azərbaycan ermənilərə verilmiş torpaqlardan əlavə Tiflis və İrəvan quberniyalarındakı digər tarixi torpaqlarının – Ahıska, Axalkələk, Gümrü (Aleksandropol), Sürməli (İğdır), Sərdarabad, Qəmərli (Gərnibasar), Uluxanlı (Zəngibasar), Vedibasar, ŞərurNaxçıvan kimi iri yaşayış məntəqələrinin də Osmanlı Türkiyəsinə verildiyini təsdiq etdi.

Batum müqavilələrinin Azərbaycan üçün ən ağır nəticəsi bu oldu ki, xalqın iradəsi ilə hesablaşılmadan onun torpağında İrəvan mərkəz olmaqla erməni dövləti yaradıldı.

Cümhuriyyət xadimləri Azərbaycan torpaqlarının ermənilərə verilməsi səbəblərini beynəlxalq aləmə açıqlayan bəyanatla da çıxış etmədilər.

Ermənilər məqsədlərinə nail olduqdan dərhal sonra Batum danışıqları zamanı və Batum müqavilələrinə əsasən İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının onlara verilməsi müqabilində üzərlərinə götürdükləri bütün öhdəlikəri  yerinə yetirməkdən imtina etdilər.

  Belə ki, 1) Yeni yaradılmış erməni hökuməti, götürdüyü öhdəliyin əksinə olaraq, nəinki Bakıda hakimiyyəti ələ keçirərək Azərbaycan xalqına qarşı soyqırımı cinayəti həyata keçirən St.Şaumyanla əlaqə yaradıb qırğınları dayandırmadı, əksinə St.Şaumyanın göstərişi ilə daşnak-bolşevik qüvvələri ermənilərə dövlət yaratmaq üçün torpaq vermiş Azərbaycan Xalq Cümhuriyyəti hökumətini aradan qaldırmaq üçün Gəncə istiqamətində hücuma başladı və Azərbaycan xalqına qarşı yeni soyqırımları həyata keçirdi.

 

             2) Ermənilər, verdikləri vədlərin əksinə olaraq, Azərbaycan qəzalarında nəinki soyqırımlarını dayandırmadılar, əksinə yeni yaradılmış Ermənistan Respublikasının silahlı müdaxiləsi və yardımı ilə Azərbaycan xalqına qarşı  soyqırımları daha dəhşətli xarakter aldı.

 

             3) Erməni tərəfi, verilmiş vədlərin əksinə olaraq, nəinki yeni yaradılmış Ermənistan Respublikasının ərazisindəki türk-müsəlman əhalinin dini ibadət, mədəni, siyasi və ana dilində təhsil almaq hüquqlarını təmin etmədi, əksinə Azərbaycan ərazisində dövlət yaratmaq məqsədlərinə nail olan kimi yerli azərbaycanlılara qarşı dövlət səviyyəsində kütləvi soyqırımlarına başladı. Bununla kifayətlənməyən Ermənistan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin sərhədlərini pozaraq Azərbaycan xalqına qarşı soyqırımlarının coğrafiyasını daha da genişləndirdi. Yeni-yeni Azərbaycan torpaqları işğal olundu. İşğal olunmuş Azərbaycan torpaqlarında türk-müsəlman əhaliyə qarşı etnik təmizləmə və soyqırımları həyata keçirildi. Ermənistan Respublikasının siyasi varisi olan müasir Ermənistan Respublikası hazırda ancaq ermənilərdən ibarət olan monoetnik və təcavüzkar dövlətə çevrilmişdir. Beləliklə, vaxtı ilə əhalisinin böyük əksəriyyəti türk-müsəlman əhali olan müasir Ermənistan ərazisində 1 nəfər də olsun azərbaycanlı qalmamışdır. 

 

       4) Yeni yaradılmış erməni dövləti – Ermənistan Respublikası, götürdüyü öhdəliyin əksinə olaraq, nəinki Qarabağın dağlıq hissəsinə olan iddialarından əl çəkmədi, əksinə Batum müqaviləsinin imzalanmasından dərhal sonra ermənilərə dövlət yaratmaq üçün ərazi vermiş Azərbaycan Xalq Cümhuriyyətinin sərhədlərini pozaraq yeni-yeni Azərbaycan torpaqlarının işğalına başladı. Məhz buna görə də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin başçısı  F.X.Xoyski 1918-ci il iyulun 31-də  o zaman İstanbulda danışıqlar aparan Azərbaycan nümayəndə heyətinin başçısı M.Ə.Rəsulzadəyə belə bir göstəriş vermişdi: “əgər ermənilər əldə olunmuş razılığı pozaraq Qarabağla bağlı iddia qaldırsalar İrəvanın onlara güzəştə gedilməsindən (yəni Milli Şuranın 29 may 1918-ci il tarixli qərarının icrasından – Y.M.) imtina et” (Bax: Azerbaydjanskaya Demokratiçeskaya Respublika (1918-1920). Vneşnyaya politika (Dokumentı i materialı). Baku, 1998. s. 42). Qeyd etmək lazımdır ki, ermənilər bundan sonra da, bütün tarixi dövrlərdə, Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirdilər. O zamankı Ermənistan Respublikasının varisi olan müasir Ermənistan Respublikası da həmin işğalçılıq siyasətini davam etdirərək öz havadarlarının köməyi ilə Dağlıq Qarabağı və ətrafındakı digər Azərbaycan rayonlarını da işğal etdi,  1 milyon nəfərdən çox azərbaycanlını öz doğma yurd-yuvalarından didərgin saldı və bütün dünyanın gözləri qarşısında 1992-ci il Xocalı soyqırımını törətdi.

 

         5) Batum müqaviləsinin şərtlərinə və Azərbaycan Milli Şurasının qərarına  əsasən ermənilərə dövlət yaratmaq üçün İrəvan və ətrafında    9  min km2 sahəsi olan Azərbaycan torpaqları verilmişdi. Yəni, erməni dövləti həmin ərazi çərçivəsində mövcud olmalı idi. Lakin, yuxarıda qeyd olunduğu kimi, ermənilər, çox keçmədən, Batum müqaviləsinin şərtlərini pozaraq Azərbaycan torpaqları hesabına öz ərazilərini genişləndirməkdə davam etdilər. Belə ki, 1918-ci ilin 29 mayında 9 min km2-lik Azərbaycan torpağında yaradılmış Ermənistan dövləti müxtəlif dövrlərdə Moskvanın birbaşa köməyi ilə daha 20,8 min km2  Azərbaycan torpağını ələ  keçirərək ərazisini 29,743 min km2-ə çatdırdı.

1918-ci il mayın 29-da 9 min km2-lik Azərbaycan torpağında yaradılmış Ermənistan dövləti sonrakı dövrlərdə aşağıdakı Azərbaycan torpaqlarını işğal etdi: 1920-ci ilin dekabrından başlayaraq 10 il ərzində Moskvanın birbaşa köməyi ilə Zəngəzur qəzasından 405.000 desyatin (4414,5 km2), Qazax qəzasından 535096 desyatin (5832,82 km2) , Naxçıvan MSSR-dən 657 km2Cəbrayıl qəzasından Nüvədi, EynəzirTuğut kəndlərini  əhatə edən Azərbaycan torpaqları Ermənistan ərazisinə qatıldı. Sovet rejiminin sonrakı illərində də Ermənistan ərazisi Azərbaycan torpaqları hesabına daha da genişləndirildi və 29,743 km2-ə çatdırıldı.

         Yuxarıda göstərilən işğallar nəticəsində Azərbaycan özünün ayrılmaz tərkib hissəsi olan Naxçıvandan ayrı salındı və Türkiyə ilə birbaşa əlaqə saxlamaq imkanından məhrum edildi.

Ermənilərin həyata keçirdiyi yuxarıda qeyd olunan işğallar nəticəsində, ümumiyyətlə, türk dünyası ölkələrinin bir-biri ilə birbaşa əlaqə saxlamaq imkanları da aradan qaldırıldı.

Bütün bunlarla kifayətlənməyən təcavüzkar Ermənistan 1988-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ və ətrafındakı rayonlarından ibarət daha 17 min km2-lik ərazisini işğal etdi, insanlığa qarşı misilsiz vəhşilik aktı olan Xocalı soyqırımını törətdi.

 

  6) Erməni tərəfi, bütün yuxarıda göstərilənlərdən əlavə, Azərbaycanla konfederativ dövlət yaratmaq şərtini də yerinə yetirmədi. Daha doğrusu, Azərbaycan Milli Şurasının 1918-ci il Mayın 29-da ermənilərlə konfederativ dövlət yaradılması barədə yekdilliklə qəbul etdiyi qərar da ermənilər tərəfindən yerinə yetirilmədi.

Göründüyü kimi, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti İrəvan və ətrafındakı Azərbaycan torpaqlarını ermənilərə 1918-ci il Batum danışıqları (11 may04 iyun) və Batum müqavilələrinin (04 iyun 1918-ci il) şərtlərinə əsasən vermişdi. Azərbaycan tərəfi bu taleyüklü addımı atarkən ermənilərlə dostluq və mehriban qonşuluq münasibətləri yaratmağa çalışırdı və danışıqlarda iştirak edən erməni tərəfinin səmimiyyətinə inanırdı. Lakin erməni tərəfi Batum danışıqları zamanı əldə olunmuş razılaşmalara və Batum müqavilələrinin şərtlərinə əsasən üzərinə götürdüyü bütün öhdəlikləri birtərəfli qaydada pozdu: işğalçılıq, deportasiyalar və soyqırımları siyasətini davam etdirdi. Buna görə də 04 iyun 1918-ci il tarixli Batum müqavilələri və Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 29 may 1918-ci il tarixli qərarı əslində öz hüquqi qüvvəsini itirmişdir.

Fikrimizcə, erməni tərəfi 1918-ci il Batum razılaşmalarının və Batum müqavilələrinin bütün şərtlərini birtərəfli qaydada pozduğu üçün və bununla da göstərilən müqavilələr öz hüquqi qüvvəsini itirdiyinə görə Azərbaycan Xalq Cümhuriyyətinin qanuni varisi olan Azərbaycan Respublikası adekvat addım atmalıdır: Azərbaycan Milli Şurasının xalqın iradəsini nəzərə almadan İrəvanın və ətrafındakı torpaqların ermənilərə verilməsi haqqında 29 may 1918-ci il tarixli qərarına yenidən baxılmalı və həmin qərar qüvvədən salınmalıdır. Bununla, Azərbaycan xalqının öz tarixi torpaqlarına varislik hüququ bərpa olunmalıdır.

 

 

                                                                                  Yaqub Mahmudov

                                                                            Əməkdar elm xadimi,

                                                                        AMEA-nın müxbir üzvü,

                                                                         Dövlət mükafatı laureatı

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM