Bayrağımızı ucaldanlar... -Fotolar

13:40 / 17.10.2014

 Bayrağımız dalğalanır, himnimiz səslənir. Bu qüruru bizə yaşadanlar isə gələcəyimiz olan gəncliyimizdir.

Belə gənclərdən biri də BMİ Nərimanov Rayon Mühafizə İdarəsinin əməkdaşı Səməd İbrahimovdur.

Səmədin adını eşidib döyüşlərini izləsəm də üzünü görmək nəsib olmamışdı. RMİ-nin rəis müavini, polis polkovnik-leytenantı Nazim Həsənov “Bir çox rayonların mühafizə xidmətindən, onların əməkdaşlarından yazırsan, bizim əməkdaşdan da bir yazı hazırla, o bayrağımızı ucaldır, bizi tanıdır” deyəndə, sözün düzü, tutuldum. Düz sözə nə deyəsən...

Əlində böyük bir çanta ilə otağa girəndə təəccübləndim. Çantanı açdı və masanın üstü medallarla, vunpellərlə doldu. Bu dəfə heyrətləndim. Və tanış olduq. Siz də tanış olun.Səmədi tanıdım. Görüşüb, hal-əhval tutduq. Səndən yazmaq istəyirəm fikrimi gülə-gülə qarşladı və “nə etmişəm ki, onu da yazasan” dedi...

Səməd İbrahimovu 1985-ci ildə Bakı şəhərində doğulub. İdmanı kiçik yaşlarından sevib. Özünün dediyi kimi, atasının, əmisinin gətirdiyi və o zaman qadağan edilən döyüş filmlərini izləyəndən sonra idmançı olmağa qərar verib. 258 nömrəli ota məktəbin idman zalında kinoda gördüyü fəndləri təkrarlayanda sinif yoldaşları ona gülsələr də  o, inadından dönməyib. Beləcə, böyük idmana gəlib. Karate-do idman növündə idman həyatının çətinliklıəri ilə rastlaşsa da özünü kiqboksinqdə, taekvandoda sınayıb. Səbr, dözüm, həvəs gücünə-güc qatıb. Kontakt-karatedən 12 dəfə respublika, 4 dəfə Bakı  çempionu titulunu qazandıqdan sonra dünyaya çıxıb, beynəlxalq dərəcəli idman yarışlarının da qalibi olub.

60 kiloqram çəki dərəcəsində öz sözünü deyə biləcək bir idmançı kimi artıq onunla hesablaşırdılar. Əlbəyaxa döyüş növləri ustası Azad Əskərovun rəhbərliyi ilə məşqlərə başlayır və Pankration döyüş növündə 60 kiloqram çəki dərəcəsində Bakı, Respublika çempionatında birinci olub.

Uğurların sərhəddini genişləndirmək üçün xarici ölkələrə üz tutur. Gürcüstanda, Rusiyada, Rumıniyada, Polşada, Türkmənistanda, Qazaxstanda keçirdiyi görüşlərdə parlaq qələbələrlə yadda qalıb.

Deyir ki, 2011-ci ildə Sankt-Peterburq  şəhərində dünya çempionatında vuruşanda Peşəkar Döyüş Növləri Federasiyasının Prezidenti yaxınlaşaraq haradan olduğunu soruşub  və onu dünyaca məşhur olan Rusiya Əlbəyaxa Döyüş Növləri Federasiyasının Prezidenti Fyodr Yemelyanko ilə tanış edib...

“Ən çox yadında hansı yarış qalıb” sualıma cavab verməyə tələsmədi. Gözlərini qızıl kimi par-par parıldayan kuboklara zilləyib danışmağa başladı:

- 2009-cu ildə Ukraynada çoxnövçülük döyüş növləri üzrə keçirilən yarışa qatılmışdım. Finalda rəqibim erməni döyüşçü idi. Sözün düzü, həyəcanlıydım. Ondan qorxmurdum, qorxum ondan idi ki, birdən uduzsam mən vətənimə necə, hansı üzlə qayıdacağam. Döyüş Ka-1 formasında keçirilirdi. Rəqibimə artıq birinci raundda bələd oldum, onun güləşdən anlayışı yox idi. Maraqlı məqam o idi ki, döyüşdən öncə rəqibimin məşqçisi ilə danışdım ki, əgər mən udsam, sənin yetirmən Azərbaycan bayrağını kürəyindən asacaq, yox əgər uduzsam, mən sizin bayrağı kürəyimdən asacağam. Təhlükəli bir addım atmışdım, sözün əsl mənasında, risqə getmişdim. Çətinliklə də olsa, döyüşü uddum. Bayrağımızı ermənin kürəyindən asdım. Bu həm də simvolik məna daşıyırdı. Yəni siz ermənilər də vaxt gələcək ki, bu bayrağın altında yaşayacaqsınız, Azərbaycan öz bütövlüyünə, tarixi torpaqlarına qovuşacaq və mən ən möhtəşəm yarışlara ata-babalarımın yurdu olan Göyçədən qatılacağam..

Bir müddət keçəndən sonra o məni revanş döyüşə çağırdı. Biz avqustun 28-də Batumidə görüşdük. Döyüşün hakimi erməni olduğundan narazılığımı bildirdim və gürcü hakim onu əvəzlədi. Döyüş başlayanda hiss etdim ki, rəqibim güclənib və o müəyyən vaxt ərzində döyüşlərimi izləyib, zəif-güclü tərəflərimi ayırd edib. İkinci raundda o məndən üstün idi. Üçüncü raundda fikirləşdim ki, qələbəni əldən vermək olmaz və ona ağır sarsıdıcı, sındırıcı fənd işlədib diz çökdürdüm...

Dördüncü dan qara kəmər sahibi olan həmkarımız 2015-ci ildə Polşada keçiriləcək Qeyri-Döyüş Növlərinin Olimpiadasına hazırlaşır.

O, həm də məşqçi kimi fəaliyyətini davam etdirir. Deyir ki, əlbəyaxa döyüş növlərini bilmək həm cinayətkarlıqla mübarizədə, həm də ictimai asayişin qorunmasında polisin köməyinə çatır. Axı polis əməkdaşı həm də güclü olmalıdır ki, vətəndaşlara xidmət etməkdə, onu qorumaqda çətinlik çəkməsin.

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM