AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Trans-Avrasiya Super İnformasiya Magistralı” Layihəsi Katibliyinin əməkdaşı
Giriş.
XX əsrdən etibarən ictimai həyatın bütün sahələrinin kompüterləşdirilməsi və informasiyalaşdırılması ümumibəşəri inkişaf məqsədlərinə nail olmaq üçün əsas vasitələrdən birinə çevrilmişdir. Belə ki, 1946-cı ildən başlayaraq ENIAC kompüterlərin yaradılması ilə əsası qoyulmuş müasir kompüterlər, 1970-ci ildən isə ARPANet şəbəkəsinin genişlənməsi ilə ərsəyə gələn hazırkı internet müasir texnologiyaların tətbiqi ilə milyonlarla kompüterləri lokal və qlobal şəbəkədə birləşdirməklə informasiya proseslərini sürətləndirmiş və informasiyanı strateji resursa çevirmişdir. Bu baxımdan, əhatə olunduğumuz ətraf mühitin mühafizəsi və cəmiyyətdə baş verən sosial, iqtisadi, siyasi, mədəni və ekoloji hadisələrin inkişafına təsir baxımından informasiyanın qlobal əhəmiyyəti beynəlxalq hüquqi sənədlərdə öz əksini tapmış, bəşəriyyəti narahat edən problemlərin həllində vacib amil kimi etiraf edilmişdir.
Qeyd etmək lazımdır ki, 1972-ci ildə Stockholmda keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) “İnsanla Əhatə Olunmuş Ətraf Mühit” adlı konfransının insan və ətraf mühitin qorunmasına dair çağırışları əks etdirən bəyannaməsində təhsil, informasiya, sosial və mədəniyyət sahələrini əhatə edən problemlərin həllində qlobal informasiya mübadiləsinin təşkili xüsusi vurğulanmışdı[1]. Bundan əlavə, BMT-də təşkil edilən “Minilliyin Sammiti” çərçivəsində Baş Assambleyanın 8 sentyabr 2000-ci il tarixli qətnaməsi ilə müəyyən edilən Minilliyin İnkişaf Məqsədlərinin 2015-ci ilədək qarşıda duran hədəflərinə nail olmaq üçün insanların yeni texnologiyaların, xüsusi ilə qlobal tərəfdaşlığın inkişafında informasiya-kommunikasiya texnologiyalarının (İKT) verdiyi faydalardan bəhrələnməsi və azad informasiya əldə etmə imkanlarına sahib olması vacib hesab edilmişdir[2]. 2012-ci ildə BMT-nin Rio de Janeiroda baş tutmuş digər qlobal əhəmiyyətli tədbirində -“Rio+20:Dayanıqlı İnkişaf üzrə Konfrans”ında üzv dövlətlərin dəstəyi ilə qəbul edilən və 2015-ci ildən sonrakı dövrün Dayanıqlı İnkişaf Məqsədlərinə çatmağın aydın praktiki icra mexanizmlərini müəyyənləşdirən “İstədiyimiz gələcək” adlı yekun siyasi sənəddə texnoloji transfer və baza, informasiya, müasirt texnologiyalar, yeni biliklər və innovativ həllər inkişaf etməkdə olan ölkələrdə sözügedən məqsədlərə nail olmaq üçün əhəmiyyətli vasitələr kimi öz təsdiqini tapmışdır[3].
Həqiqətən, İKT bu gün dayanıqlı inkişafın əsas sütununu təşkil edən sosial və iqtisadi inkişafla yanaşı ətraf mühitin mühafizəsinin təmin edilməsində xüsusi rol oynayır. Bu baxımdan, mövcud olduğumuz cəmiyyətin müasir inkişaf mərhələsində baş verən qlobal proseslərə inteqrasiya məqsədi ilə informasiya və İKT məsələləri Azərbaycanın dövlət siyasətində prioritet hesab edilir. Ölkə başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi: “İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı bizim uğurlu gələcəyimizi müəyyən edəcək, təmin edəcəkdir. İnformasiya-kommunikasiya texnologiyaları sahəsi həm bilik, zəka, intellekt, eyni zamanda, biznes sahəsidir.”[4]. Bunun əyani sübutu olaraq İKT-nin inkişafı və informasiya cəmiyyətinə (İC) keçidin təmin edilməsi Prezidentin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında öz əksini tapmışdı. Konsepsiya çərçivəsində İC-nə keçidin təmin edilməsi, innovasiyayönümlü və biliyə əsaslanan iqtisadiyyatın qurulması, dövlət və yerli özünüidarəetmə orqanlarında İKT-nin tətbiqinin və elektron xidmətlərin, həmçinin informasiya təhlükəsizliyi sahəsində fəaliyyətin genişləndirilməsi, cəmiyyətin informasiya məhsul və xidmətlərinə tələbatının dolğun ödənilməsi, rəqabətqabiliyyətli və ixrac yönümlü İKT potensialının gücləndirilməsi, yüksək ixtisaslı mütəxəssislərin və elmi kadrların hazırlanması prioritet hesab edilmişdi[5].
2000-ci ildən etibarən ictimai həyatının bütün sahələrində informasiya xidmətlərinin yaradılması və kütləvi istifadəsi ilə əhali, dövlət, özəl və vətəndaş cəmiyyətinin informasiya tələbatının ödənilməsi, habelə onların bu sahədəki hüquqlarının təmin edilməsi üçün həyata keçirilən genişmiqyaslı təşkilati, sosial-iqtisadi və elmi-texniki işlər informasiyalaşmanı sürətləndirərək İC-nin inkişafına səbəb olmuşdur. Lakin İC-də İKT-dən, o cümlədən internetdən qeyri bərabər istifadə icmalar və sosial qruplarla yanaşı, ölkələrin inkişafında “rəqəmli fərqə” şərait yaratmışdır. Mövcud qeyri bərabər inkişaf meylərinin qarşısının alınması və rəqəmsal imkanlardan həmrəy istifadəni təmin etmək məqsədi ilə BMT Baş Assambleyasının 21 dekabr 2001-ci il tarixli 56/183 saylı qətnaməsi ilə İC-nin əsaslarını müəyyən edən iki mərhələli İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitinin (World Summit on the Information Society (WSIS)) keçirilməsi qərara alınmışdır.
Şəkil 1. WSIS-in məqsədləri
WSIS-in ilk mərhələsi 175 ölkədən 50-yə yaxın dövlət və hökumət başçıları, onların müavinləri, 108 nazir və nazir müavinləri ilə yanaşı, beynəlxalq təşkilatlar, özəl qurumlar və vətəndaş cəmiyyətinin iştirakı ilə 10-12 dekabr 2003-cü il tarixlərində Cenevrədə, ikinci mərhələ isə 174 ölkədən 50-yə yaxın dövlət və hökumət başçıları, 197 nazir və nazir müavinləri ilə yanaşı, beynəlxalq təşkilatlar, özəl qurumlar və vətəndaş cəmiyyətinin iştirakı ilə 16-18 noyabr 2005-ci il tarixlərində Tunisdə təşkil edilmişdir[6]. İC-yə həsr olunmuş Dünya Samitinin hər iki mərhələsində müvafiq olaraq yeni minilliyin əsas məsələsi olan İC-nin yaradılması və sonrakı dövrlərdə inkişafını dəstəkləyən beynəlxalq siyasi sənədlər-“Cenevrə Prinsipləri üzrə Bəyannamə və Fəaliyyət Planı” “İnformasiya Cəmiyyəti üzrə Tunis Proqramı və Öhdəliyi” qəbul edilmişdi. Cenevrə Sammitində təhsil, bilik, informasiya və kommunikasiyanın insan inkişafı ilə bərabər sosial rifahın özəyi olması, o cümlədən İKT-nin virtual olaraq insan həyatına hədsiz təsir imkanları etiraf edilmişdir. Məhz bu aspektlər nəzərə alınmaqla, İC üçün ümumi baxışlar və prinsiplər müəyyən edilmiş, fundamental əsasların yaradılması üzrə aydın siyasi təkliflər irəli sürülmüşdür. Dünya birliyinin təmsil olunduğu sözügedən mötəbər tədbirdə mərkəzində insan amili dayanan, yüksək həyat və dayanıqlı inkişafı təmin edən, informasiya və bilik yaratmaq, ona malik olmaq, ondan maneəsiz istifadə etmək və paylaşmaq üçün bütün insanlara hüquq verən İC-nin aşağıdakı əsas prinsipləri rəsmən bəyan edilmişdi[7]:
Yuxarıda sadalanan prinsiplərlə yanaşı i) özəl qurumlar və vətəndaş cəmiyyətinin hökumətlə birgə dialoqu nəticəsində mükəmməl, irəliyə baxan və dayanıqlı milli strategiyaların hazırlanması və həyata keçirilməsi, ii) İKT-nin inkişafı və geniş yayılmasında özəl sektorun öhdəliklərinin müəyyən edilməsi, iii) İC-nin yaradılması üçün İKT yönümlü təşəbbüslərin icra edilməsinə vətəndaş cəmiyyətinin cəlb edilməsi və iv) mövcud lazımi resursların inkişafı prosesində beynəlxalq və regional institutların, o cümlədən maliyyə institutlarının əhatəli rolunun müəyyən edilməsi üzrə fəaliyyət istiqamətləri dəqiqləşdirilmişdir[8].
Tunis Sammitində isə informasiya, ideya və bilik mübadiləsi, fundamental azadlıqlar və insan hüquqlarının müdafiəsi, həmçinin sərbəst ifadə azadlığının təmin edilməsində İKT-nin yaratdığı sərhədsiz imkanlar müzakirə edilərək, bu sahələrdə infrastruktur və müvafiq xidmətlərin genişləndirilməsi, texniki əməkdaşlıq, texnoloji və elmi imkanların yaradılması üzrə siyasi fəaliyyət dəstəklənmişdir. Bundan əlavə, İC-nin inkişafında internetin qlobal təsirləri nəzərə alınaraq onun çoxtərəfli formatda dövlət qurumları, özəl sektor, vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatların birgə iştirakı ilə şəffaf və demokratik üsullarla idarə edilməsi məqsədi ilə İnternet İdarəçiliyik Forumunun əsası qoyulmuşdur.
2. Azərbaycanda İC-nin inkişafına təminat verən hüquqi əsaslar
Azərbaycanda İC-nə xas olan xüsusiyyətlərə malik dünyəvi dövlət və demokratik quruluşlu vətəndaş cəmiyyətinin təməli 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilmiş Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ilə qoyulmuşdur. Buna imkan verən ümumi konstitusion prinsiplərlə yanaşı, həyata keçirilən dövlət siyasətinin hüquqi əsasları analoji sahəni tənzimləyən Qanunlarla, icra mexanizmləri isə aidiyyəti üzrə Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərarları, habelə icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktları, müvafiq dövlət proqramları və fəaliyyət planları ilə müəyyən edilir.
İC-nin inkişafında həlledici rol oynayan insan və vətəndaş amili, onların hüquqları, azadlıqları, müdafiəsi və əsas prinsipi, bərabərlik hüququ, təhsil hüququ, fikir, söz və məlumat azadlığı Konstitusiyada təsbit edilir. Bu ali hüquqi qüvvəyə malik normativ hüquqi akta əsasən hər kəsin qanuni yolla istədiyi məlumatı axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı mövcuddur. Bununla yanaşı, kütləvi informasiyanın azadlığına Konstitusiya ilə təminat verilir və kütləvi informasiya vasitələrində (KİV) dövlət senzurası qadağan edilir.
Hazırda mövcud olan müasir cəmiyyətin informasiya məkanında vətəndaşların artan tələbatı və hüquqlarının təminatına dair məsələləri əhatə edən fərdi məlumatlar, informasiya əldə etmək, telekommunikasiya, elektron ticarət, dövlət sirri, ictimai televiziya və radio yayımı, elektron imza və elektron sənəd, televiziya və radio yayımı, kütləvi informasiya vasitələri, informasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi sahəsində yaranan münasibətlərin ictimai, hüquqi, iqtisadi, sosial, təşkilati əsasları aşağıdakı qanunvericilik bazası ilə tənzimlənir:
Cədvəl 1: İnformasiya fəaliyyətinin tənzimlənməsinə dair əsas qanunvericilik bazası
Mənbə: Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi internet səhifəsi: http://www.mincom.gov.az/qanunvericilik/qanunlar/#
3. Azərbaycanda rabitə və informasiya sahəsində aparılan dövlət siyasəti
Müstəqil Azərbaycanda rabitə və informasiya fəaliyyətinin inkişaf mərhələsini üç dövrə bölmək olar. Birinci mərhələni dövlət müstəqilliyinin bərpasından sonra milli rabitə və informasiya fəaliyyətinin yaradılması istiqamətdə aparılan ilkin islahatlar dövrünə (1992-2002), ikinci mərhələni kosmik sənayenin əsasının qoyulması, İKT ilinin elan edilməsi və İC-nə hazırlıq işləri ilə əhatə olunan dövrə (2003-2013), üçüncü mərhələni isə İC-nin inkişafına dair kompleks islahatları əhatə edən yeni dövrə (2014-2020) aid etmək olar.
Şəkil 2: Müstəqil Azərbaycanda rabitə, informasiya texnologiyaları və İC-nin inkişaf mərhələləri
Qapalı informasiya sistemində höküm sürən keçmiş sovet ittifaqının süqutu ilə müstəqilliyini bərpa edən dövlətimizdə açıq informasiya mühitinin təmin edilməsi üçün milli telekommunikasiya və medianın inkişafı qarşıda duran əsas məsələlərdən idi. Bu dövrdə ilk addım olaraq müstəqil Azərbaycanın efir məkanında milli teleradio verilişlərinin təşkili məqsədi ilə Respublika Prezidentinin 25 aprel 1991-ci il tarixli 207 saylı Fərmanına əsasən “Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Şirkəti haqqında Əsasnamə” təsdiq edilmişdir. Bundan sonra Azərbaycanda ilk özəl teleşirkət olan ANS ilk dəfə 26 noyabr 1991-ci ildə AzTV-1 kanalında “Xəbərçi” xəbərlər proqramı ilə efirə çıxmışdır.
Növbəti addım kimi ölkədə beynəlxalq və şəhərlərarası rabitənin təşkili məqsədi ilə dövlət başçısının 02 iyul 1992-ci il tarixli 13 saylı Sərəncamına əsasən “Aztelekom” İstehsalat Birliyi təsis edilmişdir. Bu sahədə aparılan müstəqil siyasət bütün dövlət televiziya, radio, elektrik və poçt rabitə növlərinin yayımına rəhbərliyi həyata keçirən dövlət idarəetmə orqanın fəaliyyətinin yenidən təşkilini zəruri etmişdir. Beləliklə, 1994-cü ilin 4 aprel tarixində Nazirlər Kabinetinin 143 nömrəli qərarı ilə “Azərbaycan Respublikası Rabitə Nazirliyinin Əsasnaməsi” təsdiq edilmiş, rabitə sahəsində dövlət idarəetməsi yeni orqana həvalə edilmişdi. Qəbul edilmiş bu qərar rabitə sahəsində sonrakı genişmiqyaslı institusional inkişafa təkan vermiş[9], 1997-ci ildə rabitə və müəssisələr haqqında qüvvədə olan qanunvericiliyə əsasən “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi (BTRİB), 1999-cu ildə Rabitə Nazirliyinin 23 sentyabr tarixli 151 saylı “Poçt rabitəsi sahəsində islahatların davamı və strukturun təkmilləşdirilməsi haqqında” əmri ilə hazırki “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasının qoyulması ilə nəticələnmişdir.
Bu mərhələdə başlanılan yenidənqurma işlərinin ardınca telekommunikasiya bazarında yeni iqtisadi islahatlar dövlətin siyasi kursunun əsas tərkibinə çevrilmişdi. Sözügedən islahatlar çərçivəsində xarici rabitə şirkətləri daxili bazara cəlb edilmiş, sellülar rabitə xidməti göstərən “Baksell”, “Azərsell” və digər birgə müəssisələr yaradılmış, Türkiyənin “Teletaş” və “Netaş” şirkətləri tərəfindən Bakıda, Sumqayıtda, Gəncədə və digər bölgələrdə müasir tipli elektron avtomat telefon stansiyaları qurulmuşdu[10].
Müstəqil ölkədə çağdaş vətəndaş cəmiyyəti quruculuğu sosial, iqtisadi, siyasi, mədəni əlaqələrin açıq mühitdə inkişafına zəmin yaratmışdır. Bu uzun müddət qapalı informasiya mühitində mərkəzi idarəetmə rejimi tərəfindən məhdudlaşdırılan münasibətlərin açıq informasiya sisteminə inteqrasiyasını tələb edirdi. Bu da hazırda bütün dünyanı birləşdirən internet vasitəsi ilə mümkün ola bilərdi. Ölkədə onun tətbiqinə 1991-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Avtomatlaşdırılmış İdarəetmə Sistemləri Şöbəsində (AİSŞ) (indiki İnformasiya Texnologiyaları İnstitutunda) ilk dəfə olaraq elektron poçt xidmətinin, 1993-cü ildən milli “.az” domeninin (hazırda bu domenində qeydiyyatdan keçmiş internet saytları 20 minə çatmışdır) inzibatçılığının həyata keçirilməsi və 1994-cü ildən ilk internet saytı “ab.az”-n yaradılması ilə nail olunmuşdur. Beləliklə, 1994-cü ildə AİSŞ tərəfindən Türkiyə hökumətinin və BP şirkətinin dəstəyi ilə AMEA-nın binasında VAX kompüterləri və Sun serverləri əsasında internetin ilk qovşağı yaradılmış, Türksat süni peyki vasitəsi ilə Ortadoğu Texniki Universitetinin internet mərkəzi arasında əlaqə kanalı qurularaq internetə çıxış təmin olunmuşdu[11]. Əldə edilən yenilikdən sonra 1996-cı ildən ilk dəfə geniş əhali kütləsi üçün internet xidmətlərinin təklifinə “İntrans”, “Azerin” və “AzEvroTel” şirkətləri başlamış, 2000-ci ildə beynəlxalq internet şəbəkəsinə qoşulan (əvvəl peyk rabitəsi ilə 2004-cü ildən etibarən regionda ilk dəfə optik bağlantı vasitəsi ilə) özəl telekom operatoru “Delta Telekom” şirkəti, 2001-ci ildə isə BTRİB-in nəzdində ilk dövlət internet şəbəkəsi “Bakİnternet” yaradılmışdır.
Sivil cəmiyyət yaradıcılığı üçün mədəni, tarixi və ədəbi irsin milli ruhda doğru-dürüst təbliği, o cümlədən ictimai həyatda baş verən hadisələrin geniş kütləyə çatdırılması prosesində dövrün əsas ənənəvi media vasitələri hesab edilən televiziya və radio sahəsində fəaliyyətin təkmilləşdirilməsi olduqca vacib idi. Bu məqsədlə, 09 iyul 1998-ci il tarixində Dövlət Radiotezliklər İdarəsi Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış, televiziya və radio yayımı sahəsində effektiv fəaliyyətin həyata keçirilməsini təmin etmək məqsədilə Prezidentin 05 oktyabr 2002-ci il tarixli 794 saylı Fərmanı ilə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının əsası qoyulmuşdu.
Azərbaycanda müasir rabitə və informasiya mühitinin inkişafı istiqamətində aparılan dövlət siyasətinin tərkib hissə kimi 2003-cü il 17 fevral tarixli 1146 nömrəli Sərəncamla “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” təsdiq edilmişdir. Bu Strategiya ilə İKT-dən geniş istifadə sahəsində fəaliyyətin əsas məqsəd, vəzifə və prioritet istiqamətlərini müəyyən edən, cəmiyyətin tələblərini, qabaqcıl dünya təcrübəsini nəzərə alan, ölkədə demokratik cəmiyyət quruculuğu və beynəlxalq aləmə inteqrasiya kimi problemlərin həllinə xidmət edən inkişafın müasir modeli müəyyən edilmişdi. Belə ki, sözügedən sənəd vətəndaşların informasiya tələbatının ödənilməsi, hərtərəfli insan inkişafına nail olunması, ölkənin intellektual potensialının artırılması, İC-yə keçidi təmin etmək üçün zəruri mühitin formalaşdırılması, effektiv, şəffaf və nəzarət oluna bilən dövlət idarəetməsi və yerli özünüidarəetmənin həyata keçirilməsi istiqamətində konkret proqramların və fəaliyyət planlarının qəbulu üçün əsas olmuşdur.
Strategiyanın kəmiyyət və keyfiyyət baxımından lazımi səviyyədə həyata keçirilməsi üçün dövlət başçısının 2004-cü il 21 avqust tarixli 355 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)”, 21 oktyabr 2005-ci il tarixli 1055 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)”, 2008-ci il 10 iyuntarixli Sərəncamı ilə “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”, 2010-cu il 11 avqust tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)”28 mart 2013-cü il tarixli Sərəncamı ilə“Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya Texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilmişdi.
Azərbaycan Hökumətinin xüsusilə 20 fevral 2004-cü il tarixli 94 saylı Prezident Sərəncamı ilə yaradılmış Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin bu proqramlarla qarşıda duran vəzifələrin dəqiq əlaqələdirməsi və yerinə yetirilməsi nəticəsində ölkədə rabitə və İKT sektoru yüksək templə inkişaf etmiş, internetə çıxış imkanları yaxşılaşdırılmış (2014-cü ilin ilk rübün yekunlarınagörə ölkədə hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 73-ə, genişzolaqlı internet istifadəçilərinin sayı isə 55-ə bərabər olmuş, beynəlxalq internet kanallarının ümumi tutumu 250 Gb/s-ə çatmışdır[12]), əhalinin kompüterləşməsi (2013-ci ilin rəsmi statistikasına əsasən kompüteri olan ev təsərrüfatlarının bütün ev təsərrüfatlarında xüsusi çəkisi 53.2% təşkil edir[13]) və informasiyalaşması sahəsində davamlı dövlət proqramları həyata keçirilmişdir. Bu illər ərzində e-hökumət (www.e-gov.az), e-imza xidmətləri (www.e-imza.az), e-ticarət (www.b2b.az), elektron vergi idarəsi (www.e-taxes.gov.az), elektron səhiyyə (www.e-health.gov.az) və elektron təhsil portalı (www.portal.edu.az) yaradılmış, ölkəmizin ümumdünya elektron məkanına daha sürətli inteqrasiyası təmin edilmiş, informasiya sistemləri şəbəkələrinin təhlükəsizliyi təmin edilmişdi.
İKT-dən istifadə etməklə müasir cəmiyyətin tələblərinə uyğun dövlət idarəetməsinin təmin edilməsi, şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılmasına imkan verən elektron xidmətlərin göstərilməsi üçün dövlət başçısı tərəfindən 23 may 2011-ci il tarixində “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər” haqqında Fərman imzalanmışdır. Bu Fərmandan irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə ümumilikdə 40 mərkəzi icra hakimiyyəti orqanının fəaliyyətini (ailə, qadın, uşaq problemləri, əmək və məşğulluq, qaçqınlar və məcburi köçkünlərlə iş, dini qurumlarla iş, hüquqi xidmətlər, hüquq mühafizə, müdafiə, miqrasiya, konsulluq xidmətləri, gömrük işi, vergilər, statistika, dövlət qulluğu, vətəndaşlıq, rabitə və informasiya texnologiyaları, standartlaşdırma və metrologiya, maliyyə, qiymətli kağızlar, audit, kənd təsərrüfatı, kommunal xidmətlər, sənaye, ticarət, sosial müdafiə, sosial təminat, mədəniyyət, təhsil və elm, turizm, nəqliyyat, səhiyyə, idman və bədən tərbiyəsi, təbii resurslar və ekologiya, torpaq və xəritə çəkmə, arxitektura və tikinti, əmlak münasibətləri) əhatə edən 417 e-xidmət növləri müəyyən edilmişdi[14]. Ardıcıl praktiki işlərin davamı olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması və dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Prezidentin 13 iyul 2012-ci il tarixli, 685 nömrəli Fərmanına əsasən ayrı-ayrı dövlət orqanlarının fəaliyyətinə aid olan xidmətlərin vətəndaşlar tərəfindən elektron qaydada daha keyfiyyətli, rahat və vahid məkandan geniş istifadəsinə imkan verən “ASAN xidmət” mərkəzləri yaradılmışdı.
“Elektron Azərbaycan” dövlət idarəçiliyinin müasir prinsiplər əsasında həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2013-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Elektron hökumət” portalı haqqında Əsasnamə” yə müvafiq olaraq dövlət qurumları tərəfindən müvafiq e-xidmətlərin (bunlardan 428-i təsdiq olunmuş, 256-sı portala inteqrasiya olunmuş, 462–si dövlət saytlarında, 351-i isə portalda mövcuddur) “bir pəncərə” rejimində göstərilməsi üçün “elektron hökumət” portalı yaradılmışdı[15].
Bundan əlavə, ölkədə informasiyanın əldə edilməsinin asanlaşdırılması və elektron xidmətlərin təkmilləşdirilməsi sahəsində konkret tədbirlərin görülməsi üzrə Prezidentin 5 sentyabr 2012-ci il tarixli 2421 nömrəli Sərəncamı ilə “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” da təsdiq edilmişdi. Planla i) dövlət qurumlarında informasiya azadlığı üzrə məsul şəxslərin müəyyən edilməsi, ii) informasiya azadlığı ilə bağlı daxili icraat qaydalarının qəbul edilməsi və bu barədə ictimaiyyətin məlumatlandırılması, iii) informasiya azadlığının təmin edilməsi məqsədi ilə məsul dövlət qulluqçuları üçün ətraflı treninqlərin keçirilməsi, iv) dövlət orqanlarının öz fəaliyyəti barədə ictimaiyyətə müntəzəm məlumat verməsi, məlumatları mütəmadi, yenilənmiş əsaslarla internet səhifələrində yerləşdirməsi, illik məruzələr tərtib etməsi və internet səhifələrində açıqlaması, mətbuat konfransları və ictimaiyyətlə birbaşa ünsiyyət formasında tədbirlər keçirməsi, v) dövlət proqramlarının əhatə etdiyi sahələr üzrə internet portallarının yaradılması, vi) dövlət orqanlarının internet səhifələrinin müasir standartlara uyğun olaraq vahid nümunəvi formasının və minimum şərtlərinin müəyyən edilməsi, vii) dövlət orqanlarının fəaliyyətində ictimaiyyətin iştirakının genişləndirilməsi, viii) rüsumların, vergilərin, inzibati cərimələrin, kommunal xərclərin və digər inzibati ödənişlərin elektron qaydada ödənilməsinin təkmilləşdirilməsi və ix) regionlarda əhalinin elektron xidmətlərdən istifadə imkanlarının artırılması üzrə tədbirlərin həyata keçirilməsi aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına tapşırılmışdır[16].
Ölkədə İKT-nin inkişaf etdiyi dövrdə İC-nin tələblərinə cavab verən ədalət mühakiməsinin həyata keçirilməsi məhkəmə fəaliyyətinin elektronlaşdırılması və müxtəlif texnoloji yeniliklərin tətbiqinə zəmin yaratmışdır. Bu istiqamətdə texnoloji islahatların aparılması üzrə hüquqi əsas isə “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında Prezidentin 13 fevral 2014-cü il tarixli 268 nömrəli Sərəncamı ilə müəyyən edilmişdir.
Dövlət tərəfindən İC quruculuğu istiqamətindən aparılan siyasət ölkədə yüksək texnologiyaların tətbiqi və kosmik sənayenin inkişafına ehtiyac yaratmışdır. Bununla əlaqədar, 2008-ci ilin 4 noyabr tarixində dövlət başçısı “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” 27 nömrəli Sərəncam imzalamış, Sərəncamdan irəli gələn işlərin ardıcıl və sistemli şəkildə həyata keçirilməsi, kosmik sənayenin yaradılması və inkişafı, telekommunikasiya peykinin orbitə çıxarılması, həmçinin bu sahədə fəaliyyətin təşkili üzrə müvafiq idarəetmə strukturunun təmin edilməsi üçün ölkə başçısının 17 avqust 2009-cu il tarixli növbəti Sərəncamı ilə “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilmişdi. Proqramdan irəli gələrək telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar üzrə işlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə Prezidentin 03 may 2010-cu ilin tarixli 885 nömrəli digər Sərəncamı ilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti təsis edilmişdir. Qeyd edilən sahədə aparılan işlərin nəticəsi olaraq 2013-cü il 8 fevral tarixində isə ilk telekommunikasiya peykimiz geostasionar orbitə buraxılaraq, Azərbaycan kosmik sənaye ölkələri sıralarına daxil olmuşdur[17].
İC-də informasiya təhlükəsizliyi vətəndaş hüquqlarının qorunması baxımından vacib əhəmiyyət kəsb edir və daim diqqət mərkəzində saxlanılır. Bu sahədə fəaliyyətin təkmilləşdirilməsi, kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyasını, mövcud və yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı, əhalinin, özəl və digər qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsini və onlara metodiki köməklik göstərilməsini təmin etmək məqsədi ilə Prezidentin 2012-ci il 26 sentyabr tarixli 708 nömrəli Fərmanına əsasən Elektron Təhlükəsizlik Mərkəzi yaradılmışdı.
Sivilizasiyanın hazırki inkişaf mərhələsində vətəndaşların informasiya təminatının əsas vasitələrdən sayılan müasir medianın rolu olduqca vacibdir. Belə ki, WSIS-in müəyyən etdiyi prinsiplərdən biri olan media İC-də insanların informasiya ehtiyaclarının dolğun ödənilməsində xüsusi əhəmiyyət kəsb edir. Bu istiqamətdə siyasi islahatların davamı olaraq Prezidentin 5 noyabr 2004-cü il tarixli Fərmanına əsasən İctimai Televiziya və Radio Yayımları Şirkəti, 23 martın 2005-ci il tarixli 213 saylı Fərmanı ilə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin bazasında “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdı. Bunun ardınca televiziya yayımının keyfiyyətli təşkili Nazirlər Kabinetinin 274s saylı 13 sentyabr 2006-cı il tarixli Sərəncamına əsasən respublika ərazisində rəqəmli televiziya yayımı[1] üçün DVB-T Avropa standartının tətbiqi məqsədəuyğun hesab edilmiş və analoq televiziya yayımından rəqəmli televiziya yayımına (hazırda təqribən əhalinin 97%-dən çoxu açıq paket rəqəmli DVB-T MPEG-4 standartlı TV yayımla əhatə edilmişdir) keçidin təmin edilməsi üçün 26 saylı 10 fevral 2011-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikası ərazisində DVB-T rəqəmli televiziya yayımı sisteminin tətbiqi və inkişafı Proqramı” təsdiq edilmişdir[18].
Bundan əlavə, ölkədə fikir, söz və məlumat azadlığının inkişafı, KİV-lərin müstəqilliyi, informasiya sektorunda müasir İKT-nin tətbiqinin stimullaşdırılması, o cümlədən dövlət və cəmiyyət üçün prioritet təşkil edən məsələlərin həllində KİV-in potensialından (hazırda ölkədə 10 ümumrespublika, 1 peyk, 13 regional və 11 kabel televiziyası, 13 radio proqramı[19], 20-yə yaxın informasiya agentliyi fəaliyyət göstərir, 40-a yaxın gündəlik, 200-dən artıq həftəlik və aylıq qəzet, 80-dən artıq jurnal nəşr olunur[20]) səmərəli istifadə nəzərə alınaraq 2008-ci il iyulun 30-da Prezidentin Sərəncamı ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” təsdiq etmişdir.
Bu inkişaf mərhələsində müvafiq qanunvericilik bazası xeyli təkmilləşdirilmiş, azərbaycandilli internet resursları zənginləşdirilmiş, internet-radio və televiziya proqramlarının (http://yayim.net/), elektron qəzet və jurnalların (300-ə yaxın) yayımı genişlənmiş, sosial şəbəkələrin istifadəçilərin sayı (2 milyona yaxın) artmış, kosmik sənaye, elektron hökumət və məhkəmə sistemi yaradılmış, “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinə başlanmş, informasiya təhlükəsizliyi təmin edilmişdir.
Qeyd etmək lazımdır ki, təhlil edilən dövr ərzində ölkədə informasiyalşdırma və komputerləşdirmə sahəsində əldə edilən nəticələrin siyasi qiyməti kimi 2013-cü il dövlət başçısının 16 yanvar 2013-cü il tarixli 2664 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilmişdir.
Ölkədə rabitə və İKT sahəsini əhatə edən dövlət siyasətinin bütün mərhələlərində əldə olunmuş nəticələr İC-nin əsaslarının yaradılması prosesini tamamlamış, bu istiqamətdə inkişaf üçün əlverişli şərait yartmışdır. Belə ki, növbəti mərhələdə cəmiyyətin informasiyalaşmasını təmin edən gələcək siyasətin əsas məqsədi, vəzifəsi, prinsip və prioritet istiqamətləri 2014-cü il 2 aprel tarixli Prezident Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” ilə artıq müəyyən edilmişdir. Hədəfə alınmış zaman çərçivəsində İKT infrastrukturu və xidmətləri, yüksək texnologiyalar sektorunun inkişafı və bu sahədə elmi-texniki potensialın gücləndirilməsi, “elektron hökumət”in inkişafı, İKT-cəmiyyətin inkişaf amili, kadr hazırlığı, informasiya təhlükəsizliyinin təmin edilməsi, milli kontentin inkişafı gələcəyin prioritetlərini təşkil edir. Bu Strategiya ilə müəyyənləşən istiqamətlərin siyasi təminatında dövlət aparıcı rol oynayaraq öz fəaliyyətinin təşkilində İC-nin inkişafını sürətləndirən aşağıdakı məsələlərin həllinə xüsusi əhəmiyyət verəcəkdir[21]:
İstifadə edilmiş ədəbiyyat:
[1]Rəqəmli TV – TV proqramların rəqəmli formatda hazırlanaraq yayımlanmasıdır. Rəqəmli TV yayımının ötürülmə üsulundan asılı olaraq yerüstü (DVB-T), peyk (DVB-S) və kabel (DVB-C) növləri mövcuddur.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM