Dərdin adı Xocalı...

10:51 / 07.11.2014

Gördüyümüz hər şeyin, eşitdiyimiz hər səsin adı var. Ad müraciət forması olmaqla yanaşı, həm də biri-birimizlə ünsiyyət vasitəsidir. Hər kəs, hər şey öz adı ilə çağırılanda o daha yaddaqalan olur, sözün hər mənasında. Ad yaddaşdır, ad həyatımızın sirri açılmayan kodlarından biridir. Bir ad bir nəslin davamıdır deyib aqillərimiz...

Sevincimizin adı müstəqil Azərbaycan olsa da, dərdlərimizin adını saymaqla bitməz. İrəvan, Dərbənd, Borçalı, Təbriz, Qarabağ. Bir zaman sinəsində sərhəd olmayan vətənimizin bağrının başında qövr eyləyən bu yaraları sağaltmağa illərin və nəsillərin gücü çatmadı. Davamız oldu zaman-zaman, dərmanımız yox. Əl tutduq əlimizi, danışdıq dilimizi kəsdi düşmənlərimiz. Yerdəki ah, nalə, qəm, ələm göylərin kərəmini kəsdi üstümüzdən. Bəndəlik eləyə bilmədik Yaradana. Sanki adımız gələndə göylər də ürpəndi bəşər kəlməsindən...

Ancaq onlar dərdlərinin sayını adları kimi əzbər bilirlər. Bir neçə il öncə Nizami RPİ-də  Xocalı faciəsinin ildönümünə həsr olunmuş tədbirlərin birində ona söz veriləndə bir xeyli susdu və danışa bilmədi. Gözündəki yaşı görməsinlər deyə başını aşağı dikib bunları dedi: “Atamı əlimdən alıb məni yetim qoyan düşməndən intiqam almaq üçün hər an döyüşə hazıram. İstəyirəm ki, bundan sonra atalar, analar ölməsin, uşaqlar yetim, kimsəsiz qalmasın”.

Onun bu fikirlərindən sonra sanki zala dərin bir sükut çökdü. Danışmaq istəyənlərin dilinə boğazlarındakı qəhər iri bir düyün vurdu. Kiminsə dillənməyə heyi qalmadı...

Haqqında maraqlandım. Dedilər ki, adı İsmayıldır. RPİ-nin Post-patrul Xidmətinin əməkdaşı, polis serjantıdır.  2009-cu ildən DİO-da xidmət edir.

Bu yaxınlarda təsadüfən rastlaşdıq və məni evlərinə, daha doğrusu, məskunlaşdıqları  Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının  yataqxanasına dəvət etdi. Yolüstü xidmətin necə getdiyini, bir çətinlik olub-olmamasını soruşdum.  Bir şəhid övladı kimi deyil, həm də gənc bir əməkdaş kimi ona göstərilən diqqət və qayğıdan razılığını, RPİ-nin Post-Patrul Xidmətinin komandiri, polis polkovnik-leytenantı Mehman Abışovun gənc əməkdaşlarla təcrübəsini bölüşdüyünü, vətəndaşlarla ünsiyyət zamanı onların etik-davranış kodeksinin tələblərinə uyğun olaraq münasibət qurmaları üçün əlindən gələni etdiyini bildirdi.  Azərbaycan Polisi adını daşıdığına görə qürur hissi keçirdiyinin sevincini bölüşdü mənimlə polis serjantı İsmayıl Məmmədov...

 Qapıda bizi anası Elmira xanım qarşıladı. Qadının gözləri dərdin içindəydi. Hönkürən baxışlarında bir ümidin az da olsa sezilən işığı vardı. Bir anlıq mənə elə gəldi ki, bütün xocalıların belə qəmgin, oxşar baxışları var.

Mən xocalılar barədə düşünəndə bir fikir həmişə başımda cövlan edir: Nə dərd onları unutdu, nə də onlar dərdin yaxasından geri itələdilər. Hələ faciədən öncə yaxalarını dərdə tanıdıb, ona simsar olmuşdu xocalılar...

Hal-əhval tutduqdan sonra keçən illərə qayıtmaq ağır olsa da xatırlamaq lazımdır deyəndə Elmira xanımın dərdin içində olan gözlərindən sanki çeşmə qaynadı:

“Ay bala, bizimçün hər il 1992, hər ay fevral ayıdır. Bax, havalar belə yağışlı, çiskinli olanda sümüklərimin donduğunu hiss edirəm. Ölənə kimi unutmaram o dəhşətləri.”

Bu illər ərzində göynəyini, nisgilini, yurd həsrətini bayatıya, laylaya çevirib övladlarının, sonra da nəvələrinin beşiyi başında nalə çəkib ömür gün yoldaşının, üç qardaşının, itkin düşən yaxınlarının ağrısına dözə-dözə bağrına daş basıb yeddi uşaq böyütmək bugünümüzün ən böyük möcüzəsidir...

Elmira xanım danşır, mən isə dinləyirəm.

“Qırğından öncə yoldaşım (Məmmədov Vaqif Şəmil oğlu) məni Ağdama qohumumgilə gətirmişdi. Vəziyyət çox pis idi, un, çörək tapa bilmirdik. Özü isə rayonumuzn indiki deputatı Elman Məmmədovla birlikdə fevralın 1-də Ağdama gəlmişdi, ordan da Yevlağa, Gəncəyə getmişdilər ki, çörək tapıb camaata paylasınlar. Faciədən öncə Xocalının başına 17-dən çox tank yığılıbmış. Qardaşım evə gəlib anama deyir ki, deyəsən, Xocalıya hücüm edəcəklər. O, evdə gizlətdiyi qumbaranı götürüb gedir. Faciə günü yoldaşımı Qara qaya deyilən yerdə ermənilər vurdular.

Martın 1-də yoldaşımın meyitini Ağdama məscidə gətirəndə İsmayıl onu görüb “Ata”, “Ata” deyib üstünə qaçır...”

...Qəhər ikimizi də boğur....

Elmira xanım deyir ki, qardaşının meyitini gətirməyə gedəndə o vaxt 9 aylıq körpə olan sonbeşiyi Sürəyyanı vertalyotda itirir. Vertalyot Ağdamda yox, Gəncədə yerə enir. Tərlan adlı Xocalıdan olan bir qadın görür ki, bir körpə uşaq yüklərin arasında ağlamaqdan çartlayır. Onu qucağına götürüb sakitləşdirir...

Atası qardaşının meyitini gətirmək üçün gedəndə ermənilər meyiti vermirlər. O, ayağından ayaqqabısını çıxarıb qardaşımın ayağına geyindirir, paltosunu cansız bədəninin üstünə sərir ki, üşüməsin.

“Atam növbəti dəfə meyitin dalınca gedəndə deyirlər ki, get 40 litr kerosin gətir meyiti verək. Atam kerosini  apardı, ancaq o namərdlər meyiti vermədilər...

Bir mənzərəni heç vaxt unutmaram. Atamla birlikdə qardaşımın meyitini gətirməyə gedəndə Qaraqaya deyilən yerdə 150 nəfərdən çox adamı öldürüb qalaq-qalaq biri-birinin üstünə yığmışdılar. Səkkiz-on yaşlarında bir qız uşağı isə onların içində qalıb qışqırırdı...”.

Sonra Ağdamda qalası olurlar. Faciə zamanı yaralanmış anası və bacısı xəstəxanaya yerləşdirilibmiş. Fevralın 28-də ermənilər xəstəxananı qrad atəşinə tuturlar. 100 yaxın yaralının 30-40 nəfəri özünü pəncərədən aşağı atır. Yenə də ölüm, qan-qada. Anası, bacısı sağ qalır.

Elmira xanım anasını Azərbaycanın Milli Qəhramanı Çingiz Mustafayevin sağaltdığını deyir. Deyir ki, anamı qan aparırdı və mən ora-bura vurnuxub həkim dalınca qaçırdım. Birdən o mənə yaxınlaşıb: “Nə olub, hara qaçırsan”,- dedi. Cavab verdim ki, anamı qan aparır.  Dedi ki, mən kömək edərəm. Axı o, operator idi. Sonradan bildim ki, həm də həkimdir...

  Ağdamdandan sonra Yevlaxda uşaq baxçasında məskunlaşırlar. Sonra dövlət başçımızın müvafiq sərəncamı ilə onlara da Yevlaxda mənzil verilir...

Bütün məcburi köçkünlər, o cümlədən xocalılar, həmçinin bir şəhid, polis ailəsi kimi onlar da ölkə rəhbəri cənab İlham Əliyevin və DİN rəhbərliyinin diqqət və qayğısından razılıqlarını ifadə edir, gözəl Qarabağımıza, Xocalıya, Şuşaya qayıdacaqları günün çox da uzaqda olmadığına ümidlərini itirmədiklərini, qələbə xəbərini eşidəcəkləri günün  arzusu ilə yaşadıqlarını bildirirlər.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM