Qayğı da var, nəzarət də

16:12 / 12.11.2014

 Sumqayıtı mən bax, belə görürəm: gələcəkdə Cənubi Qafqazın ən böyük sənaye mərkəzlərindən biri, dünya miqyasında ən böyük sənaye mərkəzlərindən biri olmalıdır, eyni zamanda, ekoloji cəhətdən tam təmiz, insanlar üçün rahat, gözəl, abad bir şəhər olmalıdır. Sumqayıtın təbiətini, dənizə çıxışını nəzərə alaraq, şəhər geniş miqyasda sənaye, turizm, mədəniyyət, istirahət mərkəzi olmalıdır. Bax, mən Sumqayıtı belə görürəm. Bu məqsədlərə çatmaq üçün hesab edirəm ki, kifayət qədər işlər görülmüşdür və sumqayıtlılar bütün bu işlərdə fəal iştirak etmişlər.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

 

         Bu gün dünyanın hər bir nöqtəsindıə bayrağımızın ucaldılması, Azərbaycan həqiqətlərinin ən nüfuzlu təşkilatlar tərəfindən etiraf olunması onu deməyə  əsas verir ki, xalqın inamına söykənən siyasi iradə və qətiyyətin əsas hədəfi təkcə regionun deyil, dünyanın ən qüdrətli dövlətlərindən birinə çevriləcək Azərbaycan qurmaqdır. Sabitlik adası kimi dünyadan boy verən ölkəmizin əldə etdiyi uğurların təməlində, dövlət başçımızın da dəfələrlə qeyd etdiyi kimi, sabitlik və ictimai asayişin etibarlı mühafizəsi durur. Bu isə onu deməyə əsas verir bu inkişafda digər hüquq-mühafizə orqanları kimi Azərbaycan Polisinin  də rolu danılmazdır.

         Baş Mühafizə İdarəsinin fəaliyyətini təkcə DİN rəhbərliyi deyil, vətəndaşlar da yüksək qiymətləndirirlər. Çünki keçən illər ərzində xidmətin təşkili, aparılması, ona nəzarət və şəxsi heyətin bu istiqamətdəki fəaliyyəti təkmilləşib işlək bir mexanizm halını alıb. DİN rəhbərliyi də daim bu qurumun təkmilləşməsinə, şəxsi heyətin sosial problemlərinin, qayğılarının həllinə çalışır. BMİ-nin paytaxtda və yerlərdə olan idarə, şöbə və bölmələrində peşə və fiziki hazırlığa ciddi nəzarətin və tələbkarlığın  yüksək səviyyədə olması cinayətkarlıqla mübarizədə, asayişin qorunmasında, xüsusilə də dövlət, sosial və strateji obyeyktlərin, vətəndaş mənzilləri mühafizəsində əsaslı dönüş yaradıb.

         Mühafizə etmək, etibar olunanı qorumaq çox böyük məsuliyyətdir və bunun öhdəsindən Sumqayıt Şəhər Mühafizə İdarəsinin əməkdaşları layiqincə gəlməyə çalışırlar. Ümumiyyətlə, hər hansı bir xidmət haqqında yazı hazırlayarkən ilk növbədə onun əldə etdiyi göstəricilərlə tanış olur, müşahidələr aparır, qeydlər edirik. ŞMİ-nin rəisi, polis polkovniki Akif Alışanovla söhbətimizə də müşahidə etdiklərimdən və apardığım qeydlərdən körpü saldım.

Gündən-günə inkişaf edib gözəlləşən və böyüyən  bir şəhərdə xidmət aparmağın, mühafizə etməyin çətin olub-olmamsı barədə soruşanda o, bunları dedi:

-         Bizdə xidmətin müasir standartlara uyğunlaşdırılması prosesi davam etdirilir, normativ-hüquqi bazanın inkişafı ilə yanaşı, maddi-texniki təminatın yaxşılaşdırılması,  nizam-intizamın, əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə zəruri tədbirlər həyata keçirilir. Bu isə xidmət zamanı qarşıya çıxan hər hansı problemin yerindəcə həllinə kömək edir.  Göstərilən diqqət və qayğının nəticəsidir ki, əməkdaşlarımızın fiziki və professional hazırlıqları, xidmətin təşkili, aparılması və onun təkmilləşdirilməsi, nizam-intizama riayət olunması, əməkdaşların intellekt səviyyəsinin yüksəldilməsi, qorunan obyekt və mənzillərin etibarlı mühafizəsi, cinayətkarlığa qarşı mübarizə istiqamətində görülən işlər konkret faktlarla öz nəticələrini verir. Əhali bu sahədə də mühafizə polisinə etibar edir, güvənir…

Günün istənilən saatında onlar xidmət başındadırlar və vəzifələri təkcə mühafizə etmək deyil, asayişi qorumaq, cinayətkarlıqla mübarizə aparmaqdır.

Öyrənirik ki, Şəhər Mühafizə İdarəsi tərəfindən dövlət və özəl mülkiyyətə məxsus 382 obyekt, o cümlədən 199 mənzil Kompyuterləşmiş Mərkəzi Mühafizə Məntəqəsi vasitəsilə qorunur. Bu ilin 9 ayı ərzində 101 obyekt, o cümlədən 78 mənzil mühafizəyə qəbul olunmuş və 100-ü müasir tipli siqnalizasiya sistemi ilə təchiz olunaraq KMMM-ə qoşulmuşdur. Mühafizə olunan obyektdən 8 oğurluq hadisəsinin qarşısı alınmış, axtarışda olan 46 şəxs tutulmuş, cinayət hadisələri törədən 2, ictimai qaydanı pozan 30 nəfər yaxalanaraq Şəhər Polis İdarəsinin bölmələrinə təhvil verilmişdir.

         Nizam-intizamı, şəxsi keyfiyyətləri və nümunəvi xidməti ilə seçilən 102 əməkdaş xidmətdə fərqləndiyinə görə mükafatlandırılmış,  ikisi zabit olmaqla 18 nəfərə xüsusi rütbələr verilmişdir. Ötən dövr ərzində 917 vətəndaş İdarəyə müraciət etmişdir. Xidmətə qəbul olunan gənc əməkdaşlarla işin təşkilində də mühüm irəliləyişlər var. Hamilərin fəaliyyəti ürəkaçandır, təqaüddə olan əməkdaşlar da öz peşə təcrübələrini bölüşür, onlara dəstək olurlar. Mütəmadi olaraq, veteranlarla görüşlər keçirilir ki, bu da öz növbəsində gənc əməkdaşların işə münasibətində mühüm rol oynayır...

 Yeri gəlmişkən, bu il aprelin 28-də Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasında Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi” respublika müsabiqəsinin yekunlarına və Beynəlxalq Əmək Təşkilatının təşəbbüsü ilə "İş yerlərində kimyəvi maddələrdən istifadə zamanı əməyin mühafizəsi üzrə təhlükəsizlik tələbləri"nə həsr edilən tədbirdə mükafatlananlar sırasında Sumqayıt Şəhər Mühafizə İdarəsi də vardı.

Mühafizə sistemi özünü maliyyələşdirən qurum olduğu üçün onlar çalışırlar ki, daha çox obyekt mühafizəyə cəlb edilsin, özəl mühafizə qurumları ilə rəqabətdə öz öncül mövqeyini də qorusun. Çünki bu fakt əməkdaşların maddi rifah halının yüksəlməsində mühüm əhəmiyyət daşıyır.

 Sumqayıt Şəhər Mühafizə İdarəsinin əməkdaşları yaxşı bilirlər ki, onlar respublikamızın üçüncü böyük şəhərində xidmət aparırlar. Strateji obyektlərin, dövlət və hakimiyyət orqanlarının, mühüm ali təhsil ocaqlarının, kommersiya banklarının, mədəniyyət məbədlərinin, böyük ticarət mərkəzlərinin yerləşməsi xüsusi sayıqlıq tələb edir. Bu səhər və axşam toplanışlarında şəxsi heyətin nəzərinə çatdırılır, şəxsi heyət üzərinə düşən vəzifələrin məsuliyyətini dərk edir.

         Bütün bunlar isə ondan xəbər verir ki, qarşıya qoyulmuş vəzifələrin uğurla yerinə yetirilməsinə can atan paqondaşlarımıza qayğı ilə birlikdə xidmətlərinə qiymət də var, nəzarət də.

 

 

         


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM