İş vaxtının bitməyinə az qalmışdı və hazırlaşıb evə getmək istəyirdim ki, zəng gəldi. Dəstəyi götürdüm. Özünü təqdim etdikdən sonra qəzetimizdə idmançılar haqqında yazılanlara görə təşəkkür etməyi unutmadı. Danışdıqca hiss edirdim ki, sözlü adama oxşayır, daha doğrusu, səsindəki giley aydınca sezilirdi.
“Mən də idmançıyam” dedi...
O, idmana başlayanda Naxçıvan Muxtar Respublikası blokadaydı. Uşaq olsa da hiss edirdi ki, təkcə valideynləri deyil, bütün naxçıvanlıların böyük sıxıntısı var. Vəziyyət çətin, dözülməz olsa da, kasıblıq, aclıq kimi sınaqla üzbəüz qalmaq elə də təhlükəli deyildi. Hər kəsin qorxusu doğulduğu torpağın, yurdun itirilməsindən, düşmən tapdağı altında qalmasından idi. Qonum-qonşu, bir sözlə, hamı-kəndin qocası da, əsgərlik yaşı çatanı da səngərə-cəbhəyə axışırdı. Dəfələrlə o da atasına, əmisinə, dayısına qoşulub ön xəttə getmək istəsə də “Sən hələ uşaqsan” demişdilər. Hər şəhid xəbəri gələndə kiçik yumruqları ilk dəfə rəqibinə deyil, üzünü görmədiyi düşmənə düyünlənirdi...
Onu bu gün təkcə vətənimizdə deyil, dünyanın əksər ölkəsində yaxşı tanıyırlar. Qatıldığı idman yarışlarını, peşəkar döyüşlərini izlədikdən sonra bir zamanlar dəbdə olan döyüş filmlərinin qəhrəmanları gözümüzdə adiləşir. Kino ilə həqiqət arasındakı məsafəni daha yaxşı hiss edirsən...
Həmkarımızla elə redaksiyamızda görüşdük. İçəri girəndə onu müxtəlif televiziya kanallarının idman verilişlərində gördüyümü xatırladım...
Polis kapitanı İlkin Səfərov qədim oğuz-türk yurdu olan Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda doğulub. Kiçik yaşlarından idmana həvəsini görən atası onu karate ilə məşğul olmaq üçün idman zalına gətirəndə yaşıdları bu qara oğlanın öncə zəhmini, illər sonra isə gücünü, qormazlığını, ürəkli bir oğul olmağını hiss edirlər. Qısa zamanda ümidləri doğruldur və orta məktəb illərində idmanın karate, kiqboks kimi növləri üzrə keçirilən yarışların qalibi olur. Orta məktəbi bitirib ali məktəbə, amma qiyabi fakultəyə qəbul olur. Qiyabi təhsil aldığı üçün hərbi xidmətə yollanır və Daxili Qoşunların “N” saylı hərbi hissəsində əsgəri borcunu yerinə yetirir. Hərbi xidmətdən sonra kiçik yaşlarından ürəyində gəzdirdiyi arzusuna çatmaq üçün 2002-ci ildə sənədlərini daxili işlər orqanlarına təqdim edir və qəbul olunur. Təhsilə, elmə olan həvəsi onu 2003-cü ildə DİN-in Polis Akademiyasına gətirir. Akademiyanı 2008-ci ildə bitirdikdən sonra elə həmin il də daxili işlər nazirinin əmri ilə ona “polis leytenantı” xüsusi rütbəsi verilir və 22-ci PB-yə əməliyyat müvəkkili təyin edilir.
Bu idman növü ilə nə vaxtdan məşğul olursan sualımın cavabı özünü çox gözlətmədi: “2010-cu ildə bu idman növündə ilk debütüm oldu. Ümummilli liderimiz Heydər Əliyevin doğum günü ərəfəsinə təsadüf edən və Xarkovda keçirilən qaydasız döyüş üzrə dünya çempionatı idi və mən 93 kiloqram çəkidə ölkəmizi təmsil edirdim. Sevindirici haldır ki, bu idman növündə gözəl nəticələri olan, dünyada sözünü deyə biləcək idmançılarımız var. Və bu həqiqətdir ki, hər şeyin ilki çətin və yaddaqalan olur. Finalda macar idmançısı ilə qarşılaşmağım və onu vaxtından əvvəl nokauta salıb qələbə qazanmağım təkcə tamaşaçıların deyil, təşkilatçıların da marağına səbəb olmuşdu. İlk döyüşdən qələbə ilə ayrılmağımın sevinci sanki növbəti illərdə də məni adımbaaddım izlədi”...
2013-cü ildə qaydasız döyüş üzrə Azərbaycanda keçirilən Avropa çempionatında da zirvədəki yerini, birinciliyini qoruyub saxlayır. Təcrübəsi, peşəkarlığı və humanistliyi onun əsl idmançı olmasını sərgiləyir. Bir idman həvəskarı kimi mənə təqdim etdiyi döyüş çəkilişlərini izləyərkən bunu sezə bildim.
Bəzən qaydasız döyüşlərdə nokauta düşmüş döyüşçünü qalib tərəf az qala ölümcül şəkilə salır. Ancaq İlkinin döyüşləri insanda idman estetikasını formalaşdırır, həm də rəqibinə qarşı amansız, eyni dərəcədə humanist ol fikrini aşılayır.
Həmkarımız qatıldığı hər yarışda DİN rəhbərliyinin ona xüsusi diqqət və qayğısından danışdı və yaradılan şəraitdən razılığını ifadə etdi. Bir azərbaycanlı, polis əməkdaşı kimi bayrağımızı ucalara qaldırmağından fəxr etdiyini dedi...
Ən yaddaqalan və məsuliyətli döyüşə bu ayın 9-da Minskdə keçirilən dünya çempionatında qatılıb. Rəqibinin köməkçisi erməni imiş. Orda da erməni xisləti özünü biruzə verib və əsl həqiqət üzə çıxıb. Sən demə İlkinin rəqibinin çəkisi 93 kiloqram deyil, 114 kiloqram imiş. İdmançımız deyir ki, onun çəkidə ağır olması məni qorxutmurdu, ancaq erməninin atmacalı fikirləri, tənəli baxışları səbrimi daşırırdı. Döyüşün tez başlamasını gözləyirdim.
O, elə birinci raunddaca ermənini yerə sərir və bu dəfə də çempionatın qalibi olur.
Həmkarımızın daha bir fikri diqqətimdən yayınmadı. Deyir ki, peşəkar qaydasız döyüşlər elə bircə raunddan ibarət olur. Ya qalib, ya da məğlub olmalısan. Maraqlı məqamlardan biri də budur ki, belə çətin bir idman növünü seçib onun hər çətinliyinə sinə gərənlər yarışlara qatılarkən sığortalanırlar. Çünki idmandır, hər şey ola bilər.
Onu da öyrəndim ki, sonuncu döyüşdüyü və qalib olduğu çempionata 12 dövlətdən idmançılar qatılıbmış və həmkarımızın qarşılaşmasını “Superboy” kimi sona saxlayıblarmış. Yəni o idmançının döyüşü sona saxlanılır ki, reytinqi yüksəkdir və ona tamaşaçılar daha çox maraq göstərirlər...
O, təkcə idmanda peşəkar deyil. Həm də polis peşəsinin sirlərini, incəliklərini öyrənmək üçün yorulmadan çalışır, veteran həmkarlarımızın təcrübəsindən yararlanır, oxuyur, mütaliə edir.
Onun ən böyük arzusu bir azərbaycanlı övladı, polis əməkdaşı kimi sevdiyi qaydasız döyüş növü üzrə adının dünyanın ən güclüləri sırasında çəkilməyidir.
Biz də onun sevincinə şərik olur və inanırıq ki, həmkarımız, polis kapitanı İlkin Səfərov yeni-yeni qələbələrlə bizləri sevindirəcək, bayrağımızı ucaldacaqdır.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM