ATƏT-in Mİnsk qrupunun son bəyanatı və ya “nə tökərsən aşına, o da çıxar qaşığına” məntiqi

13:45 / 22.11.2014

Elman Nəsirov

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN DEPUTATİ, AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASININ SİYASİ ARAŞDIRMALAR İNSTİTUTUNUN DİREKTORU, SİYASİ ELMLƏR DOKTORU, PROFESSOR

Strategiya.az YAP-ın Beynəlxalq əlaqələr komissiyasının katibi, Siyasi elmlər doktoru, professor Elman Nəsirovun növbəti siyasi təhlilini sizə təqdim edir

ATƏT-in Minsk qrupunun həmsədrləri  Azərbaycanın işğal olunmuş ərazilərində təxminən 40 min nəfərlik qoşunla hərbi təlimlər keçən Ermənistana məxsus hərbi helikopterin  noyabrın 12-də Ağdam ərazisində vurulması ilə bağlı noyabrın 19-da verdiyi bəyanata lazımı dəyişiklik etmək məcburiyyətində qalmışdır. Bəyanatın ilkin formasında helikopterin vurulduğu ərazini “neytral ərazi” kimi təqdim etməyə çalışan həmsədrlər Azərbaycanın müvafiq dövlət qurumlarının və ictimaiyyətinin  etirazından sonra müvafiq mövqe dəyişikliyi edərək “məskunlaşmamış ərazi” ifadəsi üzərində dayanmışlar. Münaqişənin həllinə birabaşa məsuliyyət daşıyan bir qurumun ifadələrin seçimində təsadüfən yanlışlığa yol verdiyini düşünmək sadəlövlük olardı. Beynəlxalq hüquqda “neytal ərazi” termininin daşıdığı məzmundan həmsədrlərin bixəbər olduğunu fərz etmək  onların qeyri-peşəkar olduqlarını təsdiqləmək deməkdir. Həmsədr dövlətlərin bisavad vasitəçilərinin xidmətindən olduqca mürəkkəb problemin həlli  məqsədilə istifadə etməsi qeyri-məntiqi səslənir və izahı tənqidə dözmür. Deməli, 3 böyük dövlətin həmsədr olaraq irəli sürdükləri vasitəçilərin  fərdi olaraq diplomatik bacarıq, vərdiş və hazırlığının müvafiq səviyyədə olması daha inandırıcıdır. Bu reallıq fonunda həmsədrlərin məlum qərəzli mövqeyi bir sıra qənaətlərə gəlməyə əsas verir.

Birincisi, hər 3 həmsədr  daşıdıqları vəzifədən irəli gələrək, çox dəqiq bilirlər  ki, beynəlxalq hüquqda “neytal ərazi” termini  “hər hansı bir dövlətin ərazisisnin tərkib hissəsi olmayan ərazi”nı özündə ehtiva edir. Həmin ərazi “terra nullius” da, yəni “heç kimin olmayan” ərazi də deyildir.  “Neytaı ərazi” bir neçə dövlət arasında beynəlxalq razılaşmanın obyekti olur, tərəflərdən neç biri həmin ərazi üzərində idarəçiliyi həyata keçirə bilməz və ya razılaşmanın qüvvədə olduğu müddətdə buna riayət etməlidir.

Deməli, həmsədrlərin  istinad etdikləri “neytal ərazi” ifadəsi, əslində Azərbaycanın ərazi bütövlüyünün  və sərhədlərinin pozulması faktının ört-basdır edilməsi mənafeyinə xidmət göstərir və erməni maraqlarının müdafə olunması anlamındadır. Bu hal həmsədrlik institutunun beynəlxalq hüquqda təsbit olunmuş  neytallıq, tərəfsizlik və obyektivlik kimi fundamental prinsiplərinə daban-dabana ziddir. Həmsədrlər gec də olsa, dərk etdilər ki, verdikləri bəyanatda lazımı dəyişiklik etməslər, bu onların səmərəlilik əmsalı son dərəcə aşağı olan fəaliyyətlərinin sonunun başlanğıcını şərtləndirə bilər. Elə bu səbəbdən də “məskunlaşmamamış ərazi” terminini bu dəfə tərəfləri razı sala biləcək “neytral” termin kimi ortaya atdılar.

İkincisi, həmsədrlər hərbi avantüra nəticəsində fiziki baxımdan məhv edilmiş ermənilərin cəsədlərinin götürülməsi məsələsində də yeritdikləri siyasətin girovuna çevrilmişlər. Azərbaycanın işğal altınadakı ərazilərinin erməni terrorçuları tərəfindən büsbütün minalanması ilə bağlı ölkəmizin “həyəcan təbili” çalmasına hər zaman biganə qalan həmsədrlər indi eyni səbəbdən  “neytal ərazi”-“məskunlaşmamış ərazi” hesab etdikləri yerə təhlükəsizlik baımından daxil ola bilmirlər. Başqa sözlə, “bumeranq effekti” ilə üzləşiblər. Bu yerdə məşhur atalar sözünü xatırlamaq yerinə düşər: “Nə tökərsən aşına, o da çıxar qaşığına”

 

 

 

 

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM