“Namusuyla oynanılan qız, sənin qızındır”

15:18 / 27.11.2014

Məşhur aktyor, ssenarist, rejissor, şair, yazıçı və biznesmen Yılmaz Ərdoğan 1968-ci il 4 noyabrda Hakkaridə dünyaya gəlib. Uşaqlığı Ankarada keçib. Onun Dəniz Ərdoğan və Mustafa Ərdoğan adlı iki qardaşı da var. İbtidai sinfi və orta məktəbi bitirdikdən sonra təhsilini Ankara Aydınlıkevlər Liseyində davam etdirib.

  

Teatr

1987-ci ildə İstanbul Texniki Universitetinin inşaat fakültəsinə daxil olsa da təhsilini yarımçıq buraxıb və Fərhan Şensoyun “Növbətçi teatr” qrupuna qatılıb. Burada həm ssenaristlik, həm də aktyorluq edən Yılmaz 1988-ci ildə “Güldüşünürü Teatrı”nı qurur. Bu teatrda özünün yazdığı və rejissorluq etdiyi “Kanuni Sultan Süleyman ve Rambo” adlı tamaşanı nümayiş etdirir. Bu illərdə özünü yeni tamaşalara həsr edən Yılmaz “Ləvənt Kırca Teatrı”nda “Gereği Düşünüldü”, “Olacak o kadar” adlı televiziya ssenarisini, “Yasəmən Yalçın Teatrı”nda “Kadınlık bizde kalsın” və “Haşlama Taşlama”nı yazır. “Umut Taksi” serialının ssenarisini yazan aktyor elə həmin serialda aktyor kimi də rol alır.

 

1994-cü ildə Yılmaz şəriki Necati Akpınarla birlikdə Beşiktaş Mədəniyyət Mərkəzini qurur. "Sen Hiç Ateşböceği gördünmü?", "Otogargara", "Cibimde sözler", "Bana Bir Şeyhler Oluyor", "Haybeden Gerçeküstü Aşk" kimi böyük maraq görən tamaşaları yazır və bir qismini orada nümayiş etdirir. Bu müddətdə baş rollarını Dəmət Akbağ ilə bölüşdüyü "Bir Demet Tiyatro" adlı serialın ssenariliyini öz üzərinə götürür. O, həm də serialda Mükremin xarakterini də canlandırır. Ssenarisini yazdığı "Gereği düşünüldü" tamaşası ən böyük aktyor heyətinə sahib idi və 4 il müddətində nümayiş olundu.

Kino

 

Ərdoğan kinoya keçidi “Vizontele” filmi ilə reallaşdırdı. Filmin ssenarisini yazdı, rejissorluğunu öz üzərinə götürdü və eyni zamanda aktyor kimi də rol aldı. Nümayiş olunduğu 2000-ci ildə “Vizontele” Türkiyədə ən çox izlənilən film oldu. Onun davamı olan “Vizontele Tuuba”da da eyni vəzifələri öz üzərinə götürən Yılmaz 2003-cü ildə bu filmlə böyük müvəffəqiyyətə imza atdı.

 

2005-ci ildə nümayiş olunan “Organize İşler” filminin ssenarisini yazıb rejissorluğunu edən aktyor həm də baş rolda oynadı. Filmdə onunla birgə Dəmət Akbağ, Cem Yılmaz, Altan Erkekli kimi məşhurlar da rol alıb. 

 

Şeir

 

İlk şeir albomu “Kayıp Kentin Yakışıklısı”nda 17 şeiri yer alır. Bundan əlavə şeirlərə uyğun səsləndirilən mahnılardan birini də özü səsləndirib.

 

Qardaşları Mustafa Ərdoğan və Dəniz Ərdoğan da Türkiyənin məşhur simalarıdır. Qeyd edək ki, dünya şöhrətli “Anadolu Ateşi” rəqs qrupunun yaradıcısı olan Mustafa Ərdoğan 8 il məşhur müğənni Gülbən Ərgənlə evli olub. Boşanan cütlüyün 3 övladı var.

 

Yılmaz Ərdoğanın, Muhsin Kızılkaya tərəfindən yazılmış və onun həyatından bəhs edən kitabı da var.

 

Onun ən çox sevilən və diqqət çəkən filmlərindən biri ssenarisini yazdığı, rejissorluğunu etdiyi və rol aldığı“Kelebeğin Rüyası”dır. II Dünya Müharibəsi dövründə Zonquldakda yaşayan iki şairin həyatından bəhs edən filmdə Yılmaz Ərdoğan mədənçilərin də həyatına işıq salıb. Bu ilin 13 mayında Türkiyədə baş verən və 301 işçinin ölümünə səbəb olan Soma faciəsindən çox məyus olan Yılmaz bununla bağlı “Çizmeler” şeirini yazıb.

Şəxsi həyatı

 

Aktyor 1993-cü ildə Sanem Oktarla ailə qurub. Amma cütlüyün evliliyi uzun müddət davam etmir və onlar 1998-ci ildə boşanır. Yılmazın bu evlilikdən Berfin adlı qızı var. Yılmaz 2006-cı il 9 avqustda 23 yaşlı məşhur aktrisa Belçim Bilginlə ikinci evliliyinə imza atdı. Cütlüyün Rodin Ərdoğan adlı övladı var.

 

“Kelebeğin Rüyası” filmindən sonra cütlük Amerikaya köçüb. Türkiyədə olduğu kimi, ölkə xaricində də böyük diqqət görən, hətta “Oskar” mükafatına namizəd göstərilən film Ərdoğan ailəsinin tamamilə başqa bir həyat qurmağına səbəbkar oldu. Filmin “Oscar” tanıtımları üçün uzun müddət Amerikada qalmalı olan Belçim buradan ayrılmaq istəmədi. Gözəl aktrisa oğlu Rodinlə birgə burada böyük villada yaşamağa başladı. Daha sonra Yılmaz Ərdoğan da onların yanına getdi. Bundan sonrakı həyatlarını ABŞ-da davam etdirməyə qərarlı olan cütlük oğulları Rodinin burada təhsil almasını istəyir. Cütlük artıq İstanbula qısa müddətlik gəlib geri qayıdırlar. Ərdoğanın ilk evliliyindən olan qızı Berfin də Vaşinqtondakı “Johnson and Wales University”də aşpazlıq təhsili alır.

 

Aforizmləri

 

- Acdığını deyəndə “qalx özün götür” cümləsini eşidəndə, ümumiyyətlə acmaqdan imtina edər Türk insanı.

 

- "Adam kimi" sevmələrin qadağan edildiyi bir yerdə, nə qədər sevsən o qədər ağrı çəkərsən. Sonramı? Çəkdiyin ağrıyla qalarsan...

 

- Anladım ki, ağaclar torpağa ağrı verdikcə böyüyürlər.

 

- Bəzən sən belə "vay bə!" deyərsən özünə. Tək sətirlik adamları necə roman etmişəm könlümə.

 

- Çirkli bir uşaq üzüyəm qapında, amma dünyanın ən təmiz gözləriylə baxıram sənə!

 

- Doğuşdan çarəsi olmayan bir xəstəliyim var: Hər gördüyümü insan zənn edirəm.

 

- Əvvəllər eşqindən yataqlara düşənlər var idi, indi də eşq deyə yatağa düşənlər var.

 

- Fikir vermə! Eşqmi qaldı artıq? Hər kəs gördüyünü sevər olub. Nə olduğuna deyil, nə verdiyinə baxar olub.

 

- Gizlətmək qabiliyyəti yüksək olan, güclü biriyəm. Hətta gözlərimdən yaşlar düşəndə belə bu iki sözü deyirəm: "Mən yaxşıyam."

 

- Güc kişiyə, gözəllik qadına verilir, amma hər şeyi məğlub edən güc, bir tək gözəlliyə məğlub olur.

 

- Hər kişi ağıllı, gözəl, anlayışlı və onu çox sevəcək bir qadın istəyir. Yaxşı, amma adamdan soruşmazlarmı, bunları haqq edəcək nə etdin.

 

- Heç kim sevgilisinə "mənim üçün nə etdin?" deməməlidir. 6 milyard insanın içində səni tapıb, daha nə etsin?

 

- İndi sən gedirsən deyə hər kəs sənə bənzəyəcək.

 

- Köhnə sevgilidən qalan yaranı, günahsız bir qızla bağlamağa çalışma. Çünki bir gün o namusuyla oynanılan qız, sənin qızın ola bilər.

 

- Qısqanclıq deyil ki bu. Mənim olanı başqasıyla paylaşa bilmərəm. Bu qədər.

 

- Mən gedərkən ən çox səni apardım.

 

- Mən də bilirdim getmə deməyi, amma meyitxanada yatan bir cəsədə, qalx gedirik demək kimi bir şey olardı bu.

 

- Mən sənin, məni sevə bilmək ehtimalını sevdim.

 

- Nəymiş? Birini seviriksə, sərbəst buraxacaqmışıq. Dönsə bizimmiş, dönməzsə heç bizim deyilmiş. Göyərçin bəsləyirik elə bil.

 

- Sənə qovuşmaq deyil niyyətim, narahat olma! Yolda bir dilənçi görsəm pul belə vermirəm "Allah sevdiyinə qovuşdursun" deyər deyə.

 

- Sənin kimi olmaq var idi, amma Allah məni "insan" olaraq yaratdı.

 

- Sənə baxmaq bir möcüzəni anlamaqdır.

 

- Səninlə qarşılaşmağım həyatımın ən böyük səhvi idi. Sırf səninlə digər tərəfdə qarşılaşmamaq üçün halal edirəm haqqımı!

 

- Son siqaretim kimi idin sən, sevgilim, qıya bilməzdim çəkməyə. O, cibimdə qırıldı, sən ürəyimdə.

 

- Söyləmək istəyib də söyləyə bilmədiyim çox şey var. Kiminin üzünə, kiminin gəlmişinə-keçmişinə...

 

- Tarakan başı qopsa belə 8 gün yaşayarmış. O da bir şeymi? Bəzi insanlar, bir ömür boyu beyinsiz yaşaya bilərkən.

 

- Ya sevməyi bilmədik, ya da həddindən çox sevdik...

 

- Yaxşı, qəbul edirəm, uşaqkən maqnit udmuş ola bilərəm, amma bütün axmaqlar da dəmirmi udub?

 

- Yaşamaq sürətli ölməyin formasıdır.

 

- Yazıçılıq, yazmaq-uydurmaq deyil, seçməkdir.

 

- Yıxılıram hər keçən gün, yoxluğunun üstünə.

 

- Zəmanə çox dəyişdi... Artıq qatillər öldürmədən əvvəl "özünə yaxşı bax" deyirlər./kulis.az

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM