Hər tərəfi ağıllı Nataşa

13:07 / 23.01.2014

Rövşən Naziroğlu yazır..

Üç tərəfi köhnə, birmərtəbəli evlərlə çevrələnmiş dördmərtəbəli binanı məktəbdən başqa hara desən, oxşatmaq olardı. Bu müqəddəs təhsil ocağının arxasında başqa həngamə vardı. Geniş asfalt küçə, möhtəşəm kinoteatr və ard-arda sıralanan hündür binalar məktəbimizin dalına ayrı bir ülviyyət qatmaqdaydı. Naşükür məktəbimiz mədəniyyətə, sivilizasiyaya arxa çevirmişdi...

 

Tənəffüs idi. Dünən eşidib əzbərlədiyim “Lökbatannamə”ni dostlarıma oxumaq istəyirdim. Həyəcanlıydım.  Sinif yoldaşlarımı bir kənara çəkib əzbərimdə olan bu nadidə şeir parçasını çaşmadan, karıxmadan birnəfəsə dedim. Məni diqqətlə dinləsələr də əhvallarında bir dəyişiklik olmadı. Sən demə, hamı bu “sənət əsəri”ni əzbər bilirmiş. Yaxşı yadımdadı, adını unutduğum sinif yoldaşım mənim oxuduğum şeirdən qat-qat ədəbsiz bir şeir oxudu. Susdum. İlk dəfəydi, tərbiyəli olduğuma görə pərt olurdum.

 

Bizim məktəbin yazılmamış qanunları vardı. Dərsdən “2” almısansa, müəllim səni danlayıbsa, evdə bişən yemək xoşuna gəlməyibsə, tənəffüs zamanı xoşuna gələn rus qızın ayağını tapdayıb hörüklərini darta, gücün çatan rus balalarını müəllim və müəllimələrin gözü qabağında rahat qapazlaya bilərdin. Bu işə görə heç kəs sənə güldən ağır söz deyə bilməzdi. Dərs vaxtı bitdi. Dağlı günəşində qızınıb Dağlı havasını ciyərimə çəkdim. Yavaş-yavaş evimizə tərəf meylləndim. Evə çatmağa az qalmışdı ki, kiminsə adımı çəkdiyini eşitdim. Dönüb baxdım. Qarşısından ötüb keçdiyim binanın birinci mərtəbəsinin pəncərəsindəki ortayaşlı fındıqburun, pırtlaşıq saçlı çirkin rus qadınını tanıdım. Yaxınlaşıb salam verdim. Sinəsini bir az da qabardıb əlində tutduğu “Mumu” konfetini mənə uzatdı: “İstəyirsən?” Birtəhər özümü ələ alıb istəsəm də, istəmədən “istəmirəm” dedim. Və evə getdim.

 

Yatmışdım. Axşama yaxın yuxudan anamın, bir də Dimanın nənəsinin səsinə oyandım. Anam çağırılmamış qonağı yola salarkən söz verdi ki, arxayın olsun, Dimanı vuran əllərim bu axşam atam tərəfindən qırılacaq. Axşam yeməyini bitirib süfrədən qalxmaq istəyirdim ki, atam dedi, otur, səninlə işim var. Kişi bu dəfə çox uzaqdan başladı. Sovet hakimiyyəti qurulmamışdan qabaq Azərbaycanda olan haqsızlıqlardan, bəylərin, ağaların zülmündən danışdı. Və bizi bu əsarətdən rusların qurtarmasını xüsusi qeyd edib qəhərləndi: “Oğlum, əsrlərdən bəridir, biz rus xalqı ilə dostuq, qardaşıq. Sənin vurduğun zərbələr Dimadan daha çox xalqlar dostluğuna dəyir. Rus mədəni xalqdı. Onlarla dost ol. Onlardan mədəniyyətli olmağı öyrən!” “Baş üstə” deyib ayağa qalxdım. Qapıdan çıxhaçıxda atamın səsi yenidən eşidildi: “O it uşağına bir də toxunma!”

 

Nədənsə səhər həmin eybəcər rus qadının arzusunu gözündə qoymağımı xatırladım... Özüm özümlə əhd-peyman bağladım: bundan sonra mədəni olacaqdım.

 

Məktəbimizdə oxuyan rus qızlarını bir-bir xatırlamağa çalışdım. Saçlarını dartdığım, məktəb çantalarını vurub əllərindən yerə saldığım rus qızları arasında mənim dəcəlliklərimə ən mədəni şəkildə dözən Nataşa idi. İki məhəllə bizdən aralı olurdu. Arıq, uzun qızıydı Nataşa. Dümdüz ayaqları varıydı. Yeriyəndə sarı, uzun hörükləri yanbızını döyəcləyirdi. Bu qızın hər tərəfi ağıllıydı...

 

Səhər yuxudan çox mədəni şəkildə ayıldım. Əl-üz yumağımdan, stul arxasında oturuşumdan, pilləkənləri düşməyimdən mədəniyyət fışqırırdı. Məktəbin ikinci mərtəbəsində qarşılaşdığım Dimanın dalına mədəni şəkildə bir-iki təpik əndərəndən sonra Nataşanın yolunu gözləməyə başladım. Çox keçmədi ki, slavyan gözəli ərzi-əndam elədi. Ürək sözümü deməyə cəsarətim çatmazdı. Ona görə də dörd arvad alıb, dördünün də qucağını uşaqla sevindirən rəhmətlik dayım Don Həmidin ruhunu köməyə çağırdım...

 

Həmin axşam Nataşa ilə məhlənin ətrafında görüşdük. Yenicə söhbət etməyə başlamışdıq ki, əlimdən tutub məni yaxınlıqdakı uşaq bağçasına tərəf çəkdi. Ətrafda heç kəs yox idi. Qəfil pişik kimi boynuma atıldı. Qurşaqdan yuxarısını ələk-vələk eləsəm də, istədiyimi tapmadım. Ana təbiət uca boylu bu qızın sinəsinə döş qoymağı unutmuşdu. Həmin gündən bu səssiz bağça atamın dediyi “xalqlar dostluğu”nun məbədinə çevrildi.../kulis.az/

 

(Ardı olacaq...)


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM