Gələcək üçün, gənclik üçün...

16:33 / 11.03.2015

 

 

         Çevrəsində mövhumata, xürafata inanıb dünyanın gərdişini, insanın zamanın içində əriməsini anlamayanların ucbatından milli mətbuatımızın əsası olan “Əkinçi”ni ərsəyə gətirmək üçün Həsənbəy Zərdabi “iynəynən gor qazdı”, “kirpiyi ilə od götürdü”. Anlamaq dərdini ana türkcəmizdə demək istəsə də rusa, farsa, ərəbə, fransıza meyl edənlərin daş qəlbini yumşalda bilmədiki, bilmədi.

Maariflənin, oxuyun, öyrənin, düşünən başları qoruyun ki, sizdən sonra gələnlər qaranlıqlara qərq olub, kimliyindən bixəbər olmasınlar, - dedi neçə-neçə Zərdabi davamçısı...

XXI əsr olsa da bəzən zamanın aynasında gördüklərimdən belə qənaətə gəlirəm, nə yaxşı Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir bəy Hacıbəyli dövrümüzdə yaşamadılar. Yoxsa öz dövründə gördüklərinə şükr edərdilər...

İndi Allaha şükr, texnika, kosmos, raket əsridir. Hamı istənilən xəbəri, videogörüntünü bir anın içində əldə edə və maariflənə bilər. Amma...

Amma biz maariflənmək istəmirik. Niyə? Çünki texniki tərəqqiyyə əyləncə kimi baxırıq, şüurumuzu şouların üstündə kökləyirik. Beləcə, beynimizdə piylənmə gedir. Qısası, öyrənmək hissi get-gedə yadlaşır bizə.

Əgər belə olmasaydı, baş verən yol qəzalarında bu qədər insan dünyasını dəyişməzdi. Ağır qəzalar törədib insan ölümünə bəiskar olan sürücü terrorçular daha çox öyrənməli, daha çox bilməliydilər.

Bilməliydilər ki, idarə etdikləri at, uzunqulaq arabası deyil, mühərriki neçə at gücünə malik olan avtomobillərdir. Bilməliydilər ki, yüksək sürət onları mənzil başına deyil, ölümə aparır. Bilməliydilər ki, içkili, hələ üstəlik sənədsiz maşın sürmək qanunaziddir. Yol polisinin “Dur” əmrinə tabe olmayıb, guya canını qurtarırmış kimi aradan çıxdıqdan sonra ağır qəza törədib elin qınağı ilə üzləşənlər, elin lənətinə gələnlər bir insanı həyatdan məhrum etməyin cazasının bu dünyada olmasa da, o dünyada necə ağır olacağını düşünüblərmi görəsən? Bəs öz əzizlərini, doğmalarını necə???

Nə yaxşı ki, bu gün gələcəyimizi, uşaqlarımızı, gəncliyimizi düşünüb onları maarifləndirmək üçün öz vaxtını, zehnini, əməyini, vəsaitini sərf edən insanlarımız var. Haqqında söhbət açacağım soydaşımızı bu gün elm aləmində çoxları tanıyır. Mən onu yol polisləri ilə bağlı keçirilən bir tədbirdə tanıdım və polislərimizin, xüsusən də mətbuat işçilərinin polislərimizə dəstək verərək önun fəaliyətini, ziyalı mövqeyini, vətəndaş yanğısını, alim töhfəsini dəstəkləməsi diqqətimdən yayınmadı...

Məmmədov Sədrəddin Əkbər oğlu   haqqında qısaca onu deyə bilərik ki, o, “Azərbaycan Mühəndislər Assosiasiyası”  İctimai Birliyinin sədri  və Hi-Tech  Engineering  MMC-i təsisçisidir. Hazırda konseptual  layihələri  və  təklifləri  əsasında  Cənubi Koreya, Çin  və Türkiyənin  sənaye şirkətləri  tərəfindən    müxtəlif  təyinatlı  cihaz  və  ləvazimatlar  istehsal  olunur.

      Nəqliyyat sistemində həyata keçirilən bir neçə layihələrin, o cümlədən, “Bakı şəhərində nəqliyyat əməliyyatlarının intelektual idarəedilməsi sisteminin yaradılması” və Ələt qəsəbəsində “Yeni Beynəlxalq Dəniz Ticarət limanın tikintisi” layihələrinin  layihə-idarəetmə qruplarına, Beynəlxalq nəqliyyat sisteminə inteqrasiya, Avrasiya məkanında əməkdaşlığın genişləndirilməsi məqsədilə BMT-nin Komissiyaları, Avropa İttifaqı, MDB, GÜAM, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Nəqliyyat Forumu, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı ilə əməkdaşlığa dair təkliflərin hazırlanmasına rəhbərlik etmişdir. Xidmətlərinə görə Azərbaycan  Respublikasını Prezidentinin Sərəncamı ilə ”Dövlət  qulluğunda  fərqlənməyə  görə “ medalı ilə təltif  olunmuşdur.

Sədrəddin müəllimlə yol hərəkəti qaydalarının öyrədilməsi üzrə müasir kompleksdə görüşdük. Xatirladım ki, bu tədris kompleksi Bakı şəhəri Baş Yol Polisi İdarəsinin  və Azərbaycan Mühəndislər Assosiasiyasının dəstəyi ilə 46 nömrəli məktəbdənkənar mərkəzi yanında yaradılmışdır. Tədris kompleksi üçün ayrılmış ikimərtəbəli bina müasir texnika, monitorlar, iki müasir avtotrenajor, svetoforlar və maşın maketləri ilə təchiz olunmuşdur. Yaşından asılı olmayaraq arzu edən hər kəsə tədris kompleksinin sürücülük kurslarına yazılmaq, habelə avtomobillərin texniki xarakteristikalarını öyrənmək imkanı verilir.

Bu tədris kompleksini yaratmağa sizi nə vadar etdi sualıma cavabı belə oldu:

“Bu gün paytaxtda və regionlarda avtomobil qəzalarında ölənlərin sayının gündən-günə çoxalması, insanların belə ucuz ölümlərin qurbanı olması məni çox düşündürürdü. Ən ağrılısı isə bu qəzalarda uşaqların dünyasını dəyişməsi idi. Axı uşaqlar bizim gələcəyimizdir, onları qorumalıyıq. Məhz bundan sonra qolumu çırmayıb işə başladım. Bu işdə mənə DİN və Təhsil nazirliyi mənəvi dəstək oldu, ideyamı alqışladılar. Qeyd edim ki, Ukraynada və Belarusda bu cür tədris kompleksləri fəaliyyət göstərir.”

Sədrəddin müəllim deyir ki, burada şagirdlərin, yol hərəkəti qaydalarını öyrənənlərin ixtiyarına verilən avadanlıqlar Türkiyədə, Çində istehsal olunur.  Bu avadanlıqların bir üstün cəhəti də ondan ibarətdir ki, avadanlıqlarda quraşdırılan kompyuter sistemi və yüklənmiş proqramlar vasitəsilə şərti avtomobil idarə edən şəxs bir sürücünün keçirdiyi hissləri, düşdüyü vəziyyətləri keçirir. Bu da onların gələcəkdə avtomobil idarə edərkən psixoloji hazırlıq səviyyəsinin bilavasitə yüksəlməsinə kömək edir.

Həmsöhbətim onu da qeyd etdi ki, bu gün belə mərkəzləri müasir texnoloji və istirahət parklarında da yaratmaq olar. Bununla da biz yollarda günbəgün çoxalan qəzaların qarşısını belə mədəni maarifləndirmə tədbirləri vasitəsi ilə ala bilərik.

Müşahidələrdən belə qənaətə gəlmək olar ki, bu gün sürücülük kursları adı altında fəaliyyət göstərən bəzi qurumlarda vəziyyət çox acınacaqlıdır. Belə ki, orada yol hərəkəti qaydalarını, avtomobili və onun hissələrini öyrətmək üçün əyani vasitələr, maddi-texniki baza yox səviyyəsindədir. Bu isə maarifləndirmə işinə, ən ümdəsi, yol terroru ilə mücadiləmizə böyük zərbə vurur.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM