“Kapitan Kataniya” və ya “Qara rus polkovniki”... Fotolar - Xüsusi olaraq Strategiya.az üçün

10:36 / 29.03.2015

 

Bizim bir Vətənimiz var-Azərbaycan! Bizim bir dilimiz var-Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var-azərbaycançılıq məfkurəsi! Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə bir yerdə olsunlar. Həmişə bilsinlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır və onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlər.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

 

         Onu iki ilə yaxındır ki, tanıyıram. Rusiya daxili işlər orqanlarında xidmət edib. Hazırda isə təqaüddədir. Polis polkovnikidir. Özü haqqında danışmağı sevmir, daha doğrusu, çoxdanışan deyil...

Bəzən təsadüflər həyatımızı dəyişəndə, bütöv bir ömrün məcrasını istədiyimiz səmtə yönəldəndə və ya yönəltməyəndə bizdən asılı olmayan bir qüvvənin hər anımıza belə müdaxiləsinin fərqinə varmış oluruq. Yerin və göyün cazibəsindən çıxa bilməyimizin mümkün olmadığını görüb filosof şairimiz Məmməd Araz demiş: “Bir ümidinin ətəyindən tutub fırlanırıq.”

         Qatarda baş verən bir hədisədən sonra ömrünü daxili işlər orqanlarına bağlayan həmyerlimiz Mehdiyev Yaşar İmprant oğlu 1955-ci ildə avqustun 20-də Cəlilabadın Sərhadabad kəndində dünyaya göz açıb. Doğma kəndlərindən Rusiyanın Çinlə olan sərhədlərinə qədər uzanan yollar bu gün alın qırışlarından qısa gəlir ona. Ümumiyyətlə, yazıya inanan insandır, həm də taleyin yazdığı alın yazısına.

         Sən demə, çevrəmizdə bizi əhatə edən maddi-mənəvi aləmin də həyatımızda rolu böyükdür. O, hərbi xidmətini başa vurduqdan sonra təyyarə ilə də evlərinə dönə bilərdi.

         Yaşar müəllimi suallarla bezdirməməkdən ötrü tezcə mətləbə keçmək istəyirəm. O isə: “Mən danışım, siz isə çayınızı için”,- deyib qaynarqanlı cənublu balası olduğunu bir daha biruzə verir. Və danışmağa başlayır:

         “Orta məktəbi bitirdikdən sonra  1974-cü il mayın 3-də həqiqi hərbi xidmətə çağırıldım.  Bir kənd uşağının Bakını görmək xöşbəxtliyi çox  uzun çəkmədi. Hara, kimlə gedəcəyimiz bəlli deyildi. Düz 14 gün qatarla yol gəlib Çinlə sərhəd olan Primorski vilayətinə çatdıq. Bizi Ukrep rayonuna gətirdilər. Rus dilini yaxşı bilmirdim deyə ilk günlər çox darıxdırıcı  gəlirdi. Sonra mühitə və rejimə alışdım, rus dilini öyrənməyə başladım.  Bacarıqlı, idmanı sevən, qayda-qanuna riayət edən əsgər kimi komandirlərin etimadını doğrultduğum üçün məni serjant məktəbinə göndərdilər. Orada altı ay oxudum.  1976-cı il mayın 20-də baş serjant rütbəsi ilə ordudan tərxis olundum. Evə qayıdıb doğmalarımı, əzizlərimi, atamı-anamı görmək istəyirdim. Bu iki il mənə sanki 20 il kimi gəlmişdi.

         Ussırıski şəhərinin dəmiryolu vağzalına gəlib qatara bilet aldım. Qatarın yola düşməyinə az qalmış bizim yaxınlığımızda milislər bir nəfəri dövrəyə aldılar. Axtarış zamanı onun cibindən və çantasından narkotik maddə çıxdı. Mən də bunun şahidi oldum. Məni və yanımda olan bir neçə nəfəri də hal şahidi kimi saxlayıb dindirdikdən sonra izahatımızı aldılar. Mənim azərbaycanlı olduğumu bilən kiçik leytenant rütbəli bir milis əməkdaşı yaxınlaşıb bu prosesdə sonadək onlara köməyimin lazım olduğunu dedi və mən bir neçə gün ləngiməli oldum”...

         Həmin gənc milis kiçik leytenantı isə bu gün bəlkə də çoxumuzun tanımadığı general-mayor, hüquq elmləri doktoru, professor Xanlar Ələkbərov idi. Xanlar müəllimin təkidi ilə Yaşar müəllim qalmağa qərar verir. Öz həmyerlisinə, qanı, canı bir olan soydaşına arxa durmaq, onun gələcəyini qurmaq üçün Xanlar Ələkbərov çox əziyyət çəkir, onu Rusiya daxili işlər orqanlarında xidmətə qəbul etdirməkdən ötrü, sözün əsl mənasında, fədakarlıq göstərir.

         Yaşar müəllim deyir ki, milis sıralarına daxil olanda sevincinin həddi-hüdudu yox idi. Bu təsadüf olmaqla yanaşı, həm də onun çoxdankı arzusuymuş.

Bu yerdə kiçik bir haşiyə çıxmaq istəyirəm: Yaşar müəllimin babası İmanxan Qara oğlu Qarayev 1941-1945-ci illər müharibəsindən sonra Xalq daxili İşlər Komissarlığında işləyib, cinayətkarlığa və banditizmə qarşı mübarizə aparıb.

“Babama söz vermişdim ki, mən də sənin kimi milis olacağam. Min bir əzab-əziyyətlə olsa da arzuma çatmışdım.  Məni DİO-ya qəbul etmək üçün uzun müddət araşdırma getdi, demək olar ki, haqqımda hər şeyi bircə-bircə yoxlamışdılar. Həm də axı o zaman azərbaycanlıların sovet milisi sıralarına qəbul olunmağı elə də asan deyildi. Üzdə olmasa da müəyyən qadağalar vardı. Bəxtim üzümə gülmüşdü, ancaq üzərimdə çox böyük məsuliyyət vardı. Savadımı, biliyimitəkmilləşdirməli, rus dilinin  incəliklərinə yiyələnməliydim ki, sənədləşmə, yazı-pozu işlərində çətinliyim olmasın. Yenə də Xanlar Ələkbərov köməyimə çatdı. O, mənim müəllimim idi. Bilirdim ki, çıxdığım yol çətin, əziyyətli olsa da, sonunda işıq var.”

         Tale onun bundan sonrakı xidmət yolunu da nəqliyyata bağlamışdı. O, nəqliyyat polisi kimi cinayətkarlığa, narkotiklərin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı amansız mübarizə aparacaqdı.  Sahəsi Vətənimiz Azərbaycandan böyük olan, özü də Çinlə sərhəddə yerləşən məkanda, 165 min kvadratkilometrlik sahədə xidmət etmək insandan hünər və səbr  istəyirdi. Ərazinin Çinlə, Şimali Koreya ilə sərhəddə yerləşməsi,çoxşaxəli ticarət əlaqələri və burada dəmir yolunun imkanlarından geniş istifadə edilməsi dəmir yolunda, qatarlarda baş verən cinayətlərin üstünü açmaqda çətinlik yaradırdı. Qısa bir zaman kəsiyində özünü doğrultması, peşəkar bir əməliyyatçı kimi bağlı qalmış cinayətlərin üstünü açması rəhbərliyin gözündən yayınmır. Və tezliklə Yaşar müəllimi Cinayət-axtarış  şöbəsinə dəvət edirlər...

         Milliyyətindən asılı olmayaraq hər kəs ona hörmət edir, rəğbət bəsləyirdi. Çünki işini sevirdi, ona tapşırılan vəzifənin öhdəsindən bacarıqla gəlirdi, cinayətkardan qorxmurdu, hazırladığı əməliyyatlarda səhvə yol verməzdi. Qazandığı savadla təcrübənin vəhdəti onu ən çətin sınaqlardan üzü ağ çıxarmışdı...

         Çıqan millətindən olan cinayətkarlar ona “Qara akula”, azərbaycanlılar “Kapitan Katanya”, çinlilər isə “Qara rus polkovniki” deyirdilər...

         “Bir müddət işlədikdən sonra rəis məni yanına çağırıb dedi ki, sən yaxşı işçisən, məsuliyyətlisən. Mən istəyirəm ki, ali təhsil alasan ki, vəzifə pillələrində irəliləyə biləsən.  1984-cü ildə Xabarovskda Nəqliyyat institutuna qəbul olundum. O vaxtı qatarlarda törədilən cinayətlərin əksəriyyəti bağlı qalırdı. Bu sahədə təhsil almağım işimə yaradı və bu da heç şübhəsiz ki, cinayətlərin açılmasında özünü çox gözlətmədi. Məni sonuncu kursda əməliyyat müvəkkili təyin etdilər. Yenə də əsas işim nəqliyyat vasitələrində, xüsusən də qatarlarda narkotiklərin  və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə idi. Primorski vilayəti Çinlə sərhəd olduğundan burada narkotiklərlə bağlı törədilən cinayətlər üstünlük təşkil edirdi.”

         Bəzən bir insanın taleyi yaşadığı dövrün tarixinə çevrilir, onun həqiqətlərini özündə əks etdirir. Bəlkə də dünyada insanı öyrənməkdən mürəkkəb heç nə yoxdur. Onu öyrənmək üçün isə vaxtdan, zamandan çox, ünsiyyətə ehtiyac var. Məhz ünsiyyət vasitəsilə yaşanmış hadisələri öyrənmək, işıqlandırmaq, keçmişdən gələcəyə körpü salmaq olar. Dünən olduğu kimi, bu gün də Rus siyasətinin labirintindən çıxmaq, onun ideoloji, siyasi, iqtisadi dayaqlarının hansı dəyərlər üzərində qurulmasına vaqif olmaq elə də asan deyildi.

Sən demə, o zaman sovet ideoloqları vətəndaşlarını, xüsusən də Çinlə sərhəddə yaşayan insanları öyrədirmiş ki, Çin Sovet İttifaqı ilə olan sərhəd bölgələrində ona görə narkotik tərkibli bitkilər becərir ki, sovet insanının, sovet gəncinin beynini zəhərləyib gəncliyi və gələcəyi məhv etməklə yanaşı, dövlətin də sütünlarını sarsıtsın.

1984-1985-ci illərdə tərkibində alkaqol olan içkiləri satmaq qanunla yasaq edildiyindən həmin ərəfədə, xüsusən də gənclər narkotik vasitələrə meyl saldılar. Bu da narkomaniya adlı bir bəla ilə cəmiyyəti üzbəüz qoydu ki, sonda onunla mübarizəyə bütün ictimaiyyət cəlb olundu. Baş verən cinayətlərin çoxu elə narkomanlar tərəfindən törədilirdi. Tonlarla narkotik vasitənin qanunsuz dövriyyədən çıxarılmasına baxmayaraq, hüquq-mühafizə orqanları narkomaniya ilə mübarizə aparmaqda çətinlik çəkirdi...

Xabarovsk Nəqliyyat İnstitunu bitirdikdən sonra rəhbərlik ona hüquqi təhsil almasını da məsləhət görür və beləcə həmyerlimiz Uzaq Şərq Dövlət Universitetində hüquq təhsili alır.

Qürbətdə keçən mənalı ömrün akkordları səsləndikcə xəyalımdan bu gün Rusiyanın elminin, iqtisadiyyatının, hərbi qüdrətinin artmasında əməyi olan həmvətənlərim keçir. Və Yaşar müəllim xatirələrini varaqlayır:

“Düz beş il 5 il narkotiklərlə mübarizə apardım. Sonra səhhətimdəki problemlərlə əlaqədar həkimlərin məsləhəti ilə bu işdən uzaqlaşdım. 1994-cü ildə Nəqliyyat polisində 6-cı idarə yaradıldı. Bu əməliyyat-axtarış bürosu adlanırdı. Orada baş inspektor idim. Sonra ağir və xüsusilə ağır cinayətlərə dair şöbə yaradıldı.  Həmin şöbədə  9 il 7 ay işlədikdən sonra milis polkovnik-leytenantı aldım.”

Yaşar müəllim SSRİ dağıldıqdan sonra Rusiyada gəlmələrə qarşı qəribə abı-havanın hökm sürdüyünü, rusların qeyri-millətləri görmək istəməməsini belə xatırlayır:

“1990-ci ildə vəziyyət pisləşəndə və gəlmələrə münasibət kəskinləşəndə vəziyyətin burada yaşayan azərbaycanlılar üçün ağır olacağını əvvəlcədən təxmin etmişdik. Vəziyyətdən çıxış yolu tapmaq üçün müxtəlif vasitələr düşündük və belə qərara gəldik ki, “Bizim xalq” adlı diaspor təşkilatı yaradaq. Düzdür, o zaman ermənilərdən fərqli olaraq bizim diasporla bağlı düşüncələrimiz elə də geniş deyildi. Ancaq sonradan bu işin də öhdəsindən layiqincə gəldik və ruslara sübut etdik ki, biz azərbaycanlılar kimsənin haqqını tapdamır, zəhmətimizlə, savadımızla daim irəliyə doğru gedib, bizə olan etimadı doğrultmağa çalışırıq.”

O, 2006-cı ildə Primorsk diyarı Nəqliyyatda Polis İdarəsinin Regional Şöbəsinin rəis müavini işləməklə bərabər, həm də kriminal milisin rəisi olub. Bir müddət  sonra isə Nəqliyyatda Polis İdarəsinin Regional Şöbəsinin rəisi vəzifəsinə yüksəlib. 2008-ci ildə polkovnik rütbəsi verilib.2010-cu il  dekabrın 22-də 55 yaşında təqaüdə çıxıb. 36 il, 6 ay, 21 gün Rusiya daxili işlər orqanlarında qüsursuz  xidmət edib.

Xidmət ili ərzində 86 dəfə DİN rəhbərliyi tərəfindən mükafatlandırılıb.  “Milis əlaçısı”, Əmək veteranıdır. Rusiya DİN-in 200 illik medalı ilə təltif olunub.

Ailəcanlıdır. Üç övlad atasıdır. Həm də babadır. Oğlu bir zamanlar çalışdığı xidmət sahəsində-Nəqliyyat polisində çalışır, polis  mayorudur.

 

         Hafiz Təmirov,

         polis kapitanı

         


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM