Leyla: “LUTFİ ZADƏ MƏNƏ DEDİ...”

09:49 / 05.02.2014

Leyla ABDULƏLİZADƏ

Azərbaycan Dövlət Tibb Universitetinin IV kurs tələbəsi

  “LÜTFİ ZADƏ İLƏ SÖHBƏTİM  GƏNCLİYİMİN ƏN DƏYƏRLİ ANLARIDIR”   

Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakuktəsinin IV kursunda oxuyuram. Məktəb illərində mənə nəsib olan bir hadisəni bütün ömrüm boyu unutmayacam. Oxuduğum liseydə Lütfi Zadə ilə keçirilən görüş və onun mənimlə söhbəti, tövsiyələri mənim üçün dünyanın ən böyük alimin qiymətli dərsidir.

 

2008-ci il idi. Nəsimi rayonunun 16 saylı texniki-humitar liseyində, onuncu sinifdə oxuyurdum. Müəllimlərimiz xəbər verdilər ki, Bakıda olan Lutfi Zadə bir neçə gündən sonra bizim məktəbə müəllim və şagirdlərlə görüşə gəlir. Görüşə ciddi hazırlaşmaq lazımdır. Bu xəbər bütün müəllim və şagirdləri sevindirdi. Dünya şöhrətli elm adamının, dünya elmində müasir kəşfləri ilə adını elm tarixinə yazan belə nüfuzlu bir şəxsiyyətin gəlişi, həqiqətən də məktəbimizin tarixində böyük hadisə idi. Təkcə məktəbinmi? Yox, hər birimizin həyatında...

 

Dünyanın ən mötəbər alimlərindən olan bu şəxsiyyətin Azərbaycanlı olması bizim üçün həmişə qürur mənbəyi və fəxrdir. Yadımdadır, müəllimlərimiz bizə deyirdilər ki, elə oxuyun ki, vətənə Lutfi Zadə kimi şöhrət və başucalığı qazandırasınız. Lutfi Zadə biz şagirdlərin təsəvvüründə əfsanəvi ad idi. Onun haqqında  eşitsək də, özünü yalnız televizyada görmüşdük. İndi isə Lutfi Zadənin özü bizim məktəbə görüşə gəlir... Taleyin qismətinə bax...

 

Bu böyük Azərbaycanlı haqqında bizlər üçün daha bir mühüm xəbər də verildi: Lutfi Zadə Bakının Nəsimi rayonunun 16 saylı orta məktəbində, yəni bizim oxuduğumuz məktəbdə təhsil alıb. Buna görə də təhsil aldığı məktəbdə görüşə gəlməyi qərara alıb. Doğrusu, onun vaxtilə bizim məktəbimizdə oxuması xəbərindən çox böyük sevinc yaşadıq, o xəbərin bəxş elədiyi xoşbəxtliyi hələ də unuda bilmirəm. Az qalırdı bütün dünyaya bəyan eləyək ki, Lutfi Zadə bizim məktəbimizdə təhsil alıb.

 

Bu xəbər görüşlə bağlı həyacanımızı, sevincimizi, məsuliyyətimizi daha da artırdı. Məktəbin direktoru Aidə Seyidova tapşırıq verdi ki, Lutfi Zadə ilə şagirdlər mütləq ingilis dilində danışmalıdırlar. Buna görə məktəbdə ingilis dilini ən yaxşı bilən şagirdlərdən biri kimi mənim üzərimdə dayandılar. Təsəvvür edirsiniz, mən məktəbimizə gələn Lutfi Zadəni şagirdlər adından qarşılamalı, onunla söhbət etməli, məktəbimiz, təhsilimiz haqqında məlumat verməli idim. Mən və Lutfi Zadə... Heç ağlıma da gəlməzdi.

“Hamı hazır olsun, Lutfi Zadə indi məktəbimizdə olacaq” – direktorun bu son xəbərdarlığından lap həyacanlandım. Mənim Lutfi Zadəni üzbəüz görməyimə cəmi bir neçə dəqiqə qalırdı...

Onu məktəbin həyətində qarşıladılar. Foyedə isə şagirdlər onu dövrəyə aldılar. Etiraf eləyim ki, Lutfi Zadə ilə bu qədər yaxından söhbət etməyimdən həyəcanlı olduğum qədər də, sevinc yaşayırdım. Onun səmimi, təbəssümlü və nurani çöhrəsini,  doğma baxışlarını görəndə bu sadəlik və səmimilik adi bir şagird kimi mənə ürək-dirək verdi. Ona ingilis dilində vətənimiz Azərbaycana, doğma məktəbinə gəldiyi üçün şagirdlərimiz adından “xoş gəldiniz” dedim. Onunla fəxr etdiyimizi bildirdim, yaxşı oxumağımız, bizə hər cür şərait yaradılması haqqında, keçilən fənlər, müəllimlərimiz, olimpiadalar, qaliblərimiz haqqında ətraflı danışdım.

 

O mənə diqqətlə qulaq asdı. Sonra başımı sığallayaq, təbəssümlə dedi: “Sən hansı ixtisası seçəcəksən”. Cavab verdim: “Həkimliyi”. Yenə də təbəssümlə dedi ki, “Leyla, həkim peşəsi çətin və müqəddəsdir. Çalış yaxşı həkim ol. Söz verirsən?” “Söz verirəm” - dedim. Sonra sevinc və həyacanla “biz hamımız sizinlə fəxr edirik, bilikdə, təhsildə sizə oxşamağa çalışırıq. Mən də sizin kimi məşhur Azərbaycanlı olmaq istəyirəm” - deyə ürək sözlərimi Mənə qulaq asıb güldü, “buna görə çox, lap çox oxumaq lazımdı”- dedi.

Bu görüş haqqında mətbuatda xəbərlər yayıldı...

Mən öz arzumla sənədlərimi Tibb Unversitetinə verdim, 655 balla universitetə daxil oldum. Hər dəfə bu şəklə baxanda, o görüşü xatırlayanda, o böyük alimin  təbəssümlü, sadə və mehriban simasının həm də nə qədər ciddi və mənalı olması yadıma düşür. Mən bir Azərbaycan gənci olaraq, vətənimizin belə böyük şəxsiyyətləri ilə fəxr edirəm. Onlar biz gənclər üçün elm, bilik, təhsil yolumuzda, vətənin adını həmişə ucaltmaqda örnəkdirlər.

 

Hər bir insanın məktəb illəri unudulmazdır. Mənim də məktəb illərimin, gəncliyimin ən qiymətli anlarından biri Lutfi Zadə ilə üzbəüz söhbət etməyim, onun dəyərli tövsiyələridir.    


Etiket:

Strategiya.az

Müəllifin digər yazıları

Daha çox
Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM