Qurani Kərimdə Dövlət anlayışı

09:55 / 05.02.2014

Seymur Tağıyev

Zərdab rayon R.Rza adına Əlibəyli kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi

Qurani  Kərimin,dövlətin  mənşə  və  prinsiplərini  izah  edərkən  müraciət  etdiyi  dəlili  daha  çox  tarixi  hadisələrdir.Orada  ümumi  əhkam  Ərəbistanın  və  ətraf  ölkələrin   tarixindən  örnəklər gətirilmək  surətilə  izah  edilmişdir.Hətta  kitab  mücərrəd  bir  məfhumu   ifadə  etdiyi  zaman,bunu  keçmiş  tarixdən  ,Ad  və  Səmud  kimi  Ərəbistan  qövmlərinin  adət-ənənələrindən,Misir  və  ya  Fələstindən,Şərqi  Roma  imperatorluğundan,İraq  və  İrandan  götürülmüş  örnəklərlə  izah  edir.

     Kitab  yaxşı  krallardan  bəhs  etdiyi  kimi,pislərdən   də  bəhs  etmişdir.Bu  iki  ayrı  misalda,insanların  yaxşı  misalları  örnək  götürməsi,pislərdən  də  çəkinmələrinə  işarə  edilmişdir.Qədim  zamanlardan  söhbət  getdikdə,hadisələr  daima  bir   peyğəmbərin  həyatı  ilə  əlaqəli  olaraq  anladılır.Keçmiş  peyğəmbərlərin  tutumu  mövzusunda  İslamın  ən  etimad  ediləcək  qaynağı   Qurani  Kərim  və  hədisi-şəriflərdir.

  Qurani  Kərimin üslub  və  metoduyla  əlaqəli  bu  sətirlərdən  sonra  bəzi   örnəklərə  baxa  bilərik.Qədim monarxiyalardan  olan Misir   haqlı olaraq  ən  qədim  və  ən  qüdrətli  bir  dövlət  kimi  qeyd  edilmişdir.Buna baxmayaraq  Misir  darmadağın oldu.Çünki,hökmdarlar  insan  oğlunun   əczini   və  ilahi  qanunun  mütləq  hakimiyyətini   anlamaqda  səhv  etmişdilər.Musa  və  Harun (ə.s)  Misir  fironlarına  göndərilmişdi.Onlar  hədlərini  aşmış,zülm  edənlərdən  olmuşdular.

      “Firona gedin,çünki  o  həqiqətən  azdı”(Taha 20/43)”Çünki  Firon  o  yerdə (Misirdə) həqiqətən  qalibdi.Və  aşırı  gedənlərdəndi”,(Yunus   10/82)

       Quran,İsrail  qövmündən  misallar  verərək,yalnız  aralarından  birini  peyğəmbər  olaraq  göndərmək  surətiylə  deyil,Hz.Musanın  vəfatından sonra ,yerlərindən  çıxarılmaları  və  zülmə  uğramalarından  sonra  Talutu  kral  etmək  surətilə  Allahın  onlara  ehsan  etdiyi  böyük  nemətdən  bəhs  edir:                                                                                                          

       “Bir zamanlar  Musa  qövmünə   belə  demişdi: Ey  mənim  qövmüm,Allahın  üzərinizdəki  nemətini  düşünün  ki, içinizdən  peyğəmbər  göndərdi,sizi  hökmdarlar  etdi,sizə kainatda  heç birinə  vermədiyini  verdi(Əl-Maidə  5/20)

         Bu  vəsilə  ilə   yazşı  bir  hökmdarın   əsl  vəzifələrinin  necə  açıqlandığı  da  diqqətəlayiqdir.Bilikli  və  güclü  olmaq.Qurani  Kərim  bəzən  millətlərin  geriləmə   və  ya  eniş  səbəblərini,başlarındakı  hökumətə  şamil  etməyərək  millətə  də  şamil  edir.

          Bu  tarixi  örnəklərdən  sonra  Qurani  Kərimə  görə  dövlətin  başlıca  prinsip  və  xüsusiyyətlərini  belə  sıralaya  bilərik:

 

1)Hakimiyyət  Allaha  aiddir:

Qurani  Kərimdə “mülk”  kəliməsi,Allaha  aid  olaraq  zikr  ediləndə  “hakimiyyət”,”hökmranlıq”  mənasına  gəlməkdədir.Hakimiyyətin  yalnız  Allaha  aid  olduğunu  bildirən  bir  çox  ayət  vardır:

   “Göylərin  və  yerin  hakimiyyəti(mülkü) Allaha  aiddir,Allah  hər  şeyə  qadirdir.(Ali-İmran3/189)

Hakimiyyətin  Allaha  aid  olması  bu  siyasi  sonluqları  gətirməkdədir:

A)  Hakimiyyət  bir  hökmdara  aid  olduğunda  necə  onun  təbəəsi  ona  nisbətlə  bir-birinə  bərabərdirlərsə,Allahın  hakimiyyəti  qarşısında   da  bütün  insanlar  birdir,bir-birinə  bərabərdir.

B)   Qanun  qoyma  haqqı  Allaha  aiddir.Bu  mənada  başqalarının  təşri  səlahiyyəti  yoxdur.

2)Düzən  və  istiqrar  təmin  edilməlidir:

Anarxiya  İslami  qaynaqlarda”fəsad  və fitnə”  kəlimələri  ilə  ifadə  edilmiş,fitnə  və  fəsadın  ortadan  qaldfırılması,sakitlik  və  qayda-qanunun  hakim  olması  üçün  nə  gərəkirsə  edilməsi  istənmişdir:

“...fitnə  öldürmədən  betərdir”(Bəqərə 2/27)

3)Haqqa  təslimiyyət  və  qanuna  itaət   saxlanacaqdır:İslam  kəliməsi”Haqqa  təslim  olmağı”,iman  isə  “könüldən  qəbul  və  itaəti”  ifadə  etməkdədir.

4) Qanun hakimiyyəti  saxlanacaq  və  ədalətə  riayət  ediləcəkdir(hüquq  dövləti):

     Qanun   ilahi   iradəni  təmsil  etdiyi  üçün  bütün  adamların  qanuna   riayət  etmələri,  heç  bir  şəxsin  qanundankənar  hərəkət  azadlığının  olmaması,hüquq  qarşısında  ayrı-seçkiliyinin   bəhs  olunmaması  bu  təmsilin  zəruri  bir  sonu  olaraq   ortaya  çıxmaqdadır.

          5)Sosial  ədalət  gerçəkləşdiriləcəkdir:

      Zəkat  adıyla  toplanan,çatmayanda  vergi  tətbiqetmə   yoluyla   əldə  edilən,digər  bəzi   qaynaqlardan   da   əldə  edilən  fonddan  bütün  ehtiyac  sahiblərinin  faydalanmaları,əsas  ehtiyaclarını  mütləq  təmin etmələri,milli  gəlirin  ədalətlə  paylanması  saxlanacaq,beləcə  sərvət  yetəri  qədər  insana  çatacaqdır.

      6)İlahi  iradə  çərçivəsində  dövlətlərarası  əlaqələr:Qurani  Kərimdə  döyüş,sülh,andlaşma,tərəfsizlik   kimi  dövlətlərarası  əlaqələrə  aid  sağlam  və  mükəmməl  prinsiplər  vardır.Fitnə,zülm  və  din  üzündən  basqı  edilmədikcə  bir  başqa  dövlətə  müharibə  açılmaz  və  sülh  içində  yaşanır(Bəqərə:2/139)

7)Dini   tolerantlıq olacaqdır:

 Ətraf  ölkələrdə  dini  birliyi  saxlamaq n  üçün  hər  şey  edilirkən,Qurani  Kərim  “Bəlli  bir  dini  mənimsəməsi  üçün  insanlara  təsir  edilməz”prinsipini  gətirmiş,Mədinə  Sitə  Dövləti   qurularkən  yəhudi  topluluğuna,din  və  vicdan  azadlığı  ilə  birlikdə  ədli  muxtariyyət  verilmişdir.(Bəqərə2/256)Din  təməli  üzərinə  qurulmuş  bir  dövlətdə,dini  qardaşlıq  əsasına  görə  yetişmiş  bir  cəmiyyətdə,fərqli  dindən  olanlara  bəzi  fərqli  yerləşdirmələrin  edilməsi  təbiidir,ancaq  haqsızlıq  və  təzyiq  qəti  olaraq  olmamışdır.

8)İslam  dövləti  və  cəmiyyəti  bütün insanlara  açıq  olacaqdır:

İslam  insanların  rəng  və  dil  baxımından  fərqli  olmalarına,qəbilə,millət  kimi  kiçik-böyük   qruplara  ayrılmalarını  təbii  hesab  etməkdə,bunun  hikmətlərindən  bəhs  etməkdədir.(Hücurat:49/3).Ayrıca  cəmiyyət  içində  insanların   iqtisadi,fiziki,elmi  və  bacarıq  baxımından  fərqli  olmalarını  da  vaqeə  olaraq  qəbul  etmişdir.Ancaq  bütün   bu  fərqlərin  bir-birlərinə  keçid    verməyən,aralarında  didişən  və  savaşan  siniflərə  çevrilməsinə  icazə  verməmiş,bunu  önləyən  tədbirlər  almış,islam  dövləti  və  toplumunun  qapısını,ya  eyni  imanı  mənimsəmək,  yaxud  da   bəlli  şərtlərə  və   söxləşmələrə  uymaq  surətiylə   bütün  insanlara  açıq  tutmuşdur.İslam  ölkəsi  vətəndaşı  olan  insanlar,dil,din,rəng,irq,soy,qabiliyyət,məslək ,mövqe...fərqinə  baxmadan  insan  və  vətəndaş  haqlarından  yararlanırlar.


Etiket:

Strategiya.az

Müəllifin digər yazıları

Daha çox
Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM