Sona xanım Vəliyeva və müasir Azərbaycan ədəbiyyatı

09:25 / 10.02.2014

Sona xanım Vəliyeva müasir Azərbaycan ədəbiyyatında nadir yaradıcılıqüslubu ilə seçilən, poetik düşüncələrini lirik-fəlsəfi biçimdə oxucuyla bölüşdürməyi bacaran şairələrdəndir

Özünəməxsus deyim tərzi, xalq dilinə və poeziyasına yaradıcılıqla yanaşmaq, Vətənə və insani dəyərlərə olan tükənməz məhəbbətini aydın və şəffaf mövqedən poetik dildə ustalıqla təsvir etmək şairənin ədəbialəmindəki nadir üslubunu ortaya qoymuşdur

Bu yaxınlarda filologiyaelmləri üzrə fəlsəfə doktoru, “Kaspi” qəzetinin rəhbəri, azərbaycançılıq ideologiyası sahəsində bir neçə kitabın və çoxsaylı məqalələrin müəllifi olan Sona xanım Vəliyevanın daha bir kitabı işıq üzü görüb. Müəllifin əsərləri arasında arxadan əvvəlinci yerlərdə sıralanan “Arazbari” kitabında Vətən sevgisi və vətəndaşlıq mövqeyi, torpaq həsrəti, milli hisslərimizin, duyğularımızın, adət-ənənələrimizin, gündəlik həyatımızda rastlaşdığımız hadisələrin qeyri-adi yozumu, ən başlıcası isə Uca Tanrıya və Onun yaratdığı insana, təbiət gözəlliklərinə irfani eşq insan qəlbini riqqətə gətirir. “Vətən deyib yola varan”, “Ruhum yollar ayrıcında”, “Ay qaragilə” və “Mən Tanrının yol adamı” bölümlərindən ibarət olan kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Kitabda yer alan “Ata evim”, “Salam ata”, “Sərçələrin yurd sevgisi”, “Sökülən evlər, ömürlər, xatirələr” adlı şeirlərin hər biri oxucu gözlərinin önünüdəsanki həsrətlə gözlədiyi efir əsərindən maraqlı epizodları canlandırır. Müəllifin qələmə aldığı şeirlərdə ata ocağı ilə yanaşı, Azərbaycanın darda olan hər bir guşəsi üçün, Arazın o tayı, söndürülməkdə olan Qarabağ ocağı, eləcə də paytaxt Bakıda sökülən evlər üçün eyni hüznlə ağı deyilir.Bu kitab şairənin keçdiyi çətin və şərəfli ömür yoluna əbədi bir nur çiləmişdir. Vətənə, ayrı-ayrı müqəddəs yerlərimizə, ömür-gün yoldaşına, övladlarına həsr etdiyi şeirlərini oxuyanda istər - istəməz Vətəninə, ailəsinə, övladlarına qırılmaz tellərlə bağlı olan, insan düşüncəsində yalnız yaxşı əməl axtaran zərif və mübariz azərbaycanlı qadınının müdrik obrazını görürsən

Şairə xanım özünəməxsus yaradıcılıq üslubu, dəqiq, bəzən həddən ziyadə həlim, bəzənsə kəskin və sərt ifadə tərzi ilə seçildiyi kimi orjinal hərəkətləri ilə də aydın mövqe nümayiş etdirir. Müsahibələrinin birində məlum olur ki, onun iş otağındakı portretlərdən biri də Azərbaycan ədəbiyyatının parlaq simalarından sayılan Cəlil Məmmədquluzadəyə məxsusdur. Bəli, C Məmədquluzadəyə ehtiram Azərbaycan ədəbiyyatına olan sönməz bir rəğbətin nümunəsidir

Milli varlığımız, dini paklığımız, mənəvi dəyərlərimiz Sona xanımın özündə və sözündə tükənməz bir sevgi ilə vəhdət daşıyır. Təhlillər göstərir ki, hər bir görkəmli ədəbi simanı yaradıcılığa dartan mühüm səbəblər olur. Bu təyinatlı araşdırmalar ortaya çıxarır ki, haqqında bəhs etdiyimiz şairənin yaradıcılıq eşqini və ictimai fəallığını daxilindən qaynayan Vətən sevgisi və ülvi hislər yaratmışdır. Bütün bu duyğu və hislər şairəni zirvəsi ağ qarlı dağlardan qaynayan çeşmə kimi coşdurmuşdur. Yaradıcılığa orta məktəb yaşlarından başlayan Sona xanımın müsahibələrinin birinə belə bir sərlövhə seçilmişdir: “Şeirimdəki qonşu oğlan da, məktubunu gizli oxumağa yer axtardığım adam da... həyat yoldaşımdır”. Bu büllur kimi təmiz adla yaşamaq, ərənlər kimi mübariz olmaq, Vətən və dövlət naminə çalışmaqla bu günümüz üçün də, sabahımıza da nümunələr sırasında olan Sona Vəliyevanın paklıq simasıdır. Şairə xatirələrinin birində deyir: ““Pioner” qəzetində “Hardan başlanır Vətən” mövzusunda inşa müsabiqəsində iştirak etmək üçün sinfimizdə inşa yazan uşaqların hamısı “Sovetlər mənim böyük vətənimdir”, “Vətən sərhəddən başlayır” kimi ifadələr işlətmişdilər, mən yazmışdım ki, Vətən mənim yaşadığım evimizdən, həyətimizdən və hər gün altında oynadığım tut ağacından başlayır”. Bəli, el-obasını, böyüdüyü həyəti, budağından yıxıldığı, kölgəsində sərinlədiyi, odununda qalanan ocaqda qızındığı, atlasıyla bəzəndiyi, tutqurusuna yapışan qum dənəciyinin dişləri arasında xırçıldamasından belə ləzzət ala bilməyən şəxs “Vətən daşı” ola bilməz. Şairənin şeir yaradıcılığından kiçik bir nümunə

 

Gözümmü,ağlımmı,qəlbimmi,haqlı

Bu yaşımda nə dəyişim, nə danım

Dünyanı ağ-qara görmək üçün mən

Gərək əlifbadan başlayım, canım

 

Mən layla eşitdim çəhrayı rəngdə

Mən öyüd eşitdim çəhrayı rəngdə

Üzümdə göz yaşım möcüzə, Vallah

Görsən, inanmazsan - çəhrayı rəngdə

 

Şairə xanıma Vətənizim və elimiz, ədəbiyyatımızın inkişafı naminə daha böyük yaradıcılıq uğurları arzusu ilə məlumat verə bilərik ki, Sona Vəliyevanın indiyə qədər işıq üzü görmüş “Azərbaycançılıq milli ideologiya və və ədəbi-estetik təlim kimi”, “Milli dövlətçilik hərəkatının yüksəlişi və Xalq Cümhuriyyəti dövründə Azərbaycançılıq ideyası” elmi-publisistik və “Çəhrayı rəngli dünyam” şeirlər kitabı oxucular tərəfindən rəğbətlə qarşılanmışdır.

http://www.daniznews.ir/index.php?option=com_content&view=article&id=1468

 

 

Sabir Şahtaxtı

AzərTAc-ın və AzTV-nin

İrandakı nümayəndəsi

Siyasi elmlər üzrə fəlsəfə doktoru

 

 

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM