İdman və gənclik bayramına hazırıq-peşəkarlığımızla və məsuliyyətimizlə…

08:48 / 08.06.2015

İnkişafın təməli sabitlikdir. Bu dünən də belə olub, bu gün də belədir. Müstəqillik əldə etdikdən sonra qarşıya çıxan problemləri həll etmək üçün sabitliyə, asayişin etibarlı qorunmasına yaranan ehtiyac dövlətin güc strukturlarının, xüsusən də polisin fəaliyyətini işlək bir mexanizm halına gətirməyin vacibliyini otraya qoydu. Yaranan boşluqları aradan qaldırmaq üçün Vətən qarşısında sadiqlik andı içərək xidməti vəzifəsinin öhdəsindən layiqincə gələn, torpaqlarımız uğrunda döyüşlərdə, ərazi bütövlüyümüzün təmin olunmasında igidliklər göstərən, şəhidlik zirvəsinə ucalan Azərbaycan Polisi ona olan ümidi, etibarı və inamı bir daha doğrultdu.

Daxili işlər orqanlarında başladılan islahatlar böyük bir tarixi başlanğıcın bünövrəsinə çevrildi, polisin fəaliyyəti ilə bağlı mühüm qanunlar qəbul edildi, maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində uğurlu addımlar atıldı.

Azərbaycan dünyanın ən sabit ölkələri sırasındadır. Məhz görülən işlərin nəticəsidir ki, beynəlxalq idman yarışlarının, forumların Azərbaycanda keçirilməsi artıq ənənə halını alıb.

Bakını gözəlliklər paytaxtı, əsl sabitlik adası adlandıran əcnəbilər də burada gördüklərini məmnunluqla ifadə etməkdən qurur duyurlar.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müasir və modern Azərbaycanın gündən-günə daha sürətlə inkişaf etməsi, regionun lider dövlətinə çevirilməsi üçün ölkə başçımız cənab İlham Əliyevin gördüyü işlər, vətənimizi tanıtmaq yolunda böyük siyasətdə əldə olunan uğurlar və bütün bunların nəticəsi olaraq, ilk Avropa Oyunları kimi tarixə düşən idman bayramının məhz ölkəmizdə keçirilməsi hamımızda həm fəxarət, qürur, həm də yüksək məsuliyyət hissi doğurur. Bu idman bayramında ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, digər hüquq-mühafizə orqanları ilə yanaşı, polisin də əsas vəzifələrindəndir.

Ölkəmizə minlərlə əcnəbinin gəlməsi gözlənilir. Onların burada təhlükəsizliyinin tam təminatı, Azərbaycanla yaxından tanış olmaları, həm də

turizm imkanlarımızı nümayiş etdirməyə yaşıl işıq yandırır. Heç şübhəsiz ki, onlardan bəziləri burada ölkələrini təmsil edən səfirliklərin, diplomatik nümayəndəliklərin də imkanlarından yararlanacaqlar. Bəs, həmin obyektlərin qorunması necə həyata keçirilir? Mötəbər beynəlxalq tədbirə DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taboru necə hazırlaşır?

Tabor komandiri, polis polkovniki Mehdi Təmrazovla da bu barədə təəssüratlarımı bölüşəndən sonra əsas məsələyə keçirik. Birinci Avropa Oyunlarının başlanmasına sanılı günlərin qaldığı bir vaxtda taborun şəxsi heyəti tərəfindən görülən işlər barədə komandir bunları deyir:

- Əməkdaşların postlarda ayıq-sayıqlığını yoxlamaq üçün günün istənilən vaxtında yoxlamalar aparılır. Etibarlı mühafizə ilə yanaşı, səfirliklərə, diplomatik nümayəndəliklərə yaxın ərazilərdə ictimai təhlükəsizliyin təmini və cinayətkarlığa qarşı mübarizə məqsədilə bir sıra profilaktiki tədbirlər həyata keçirilir. Aşkar edilmiş nöqsanlar dərhal aradan qaldırılır. Nöqsanı olan əməkdaşlarla müvafiq söhbətlər və araşdırmalar aparılır. Sıravi və rəis heyətinin yığıncaqları nizam-intizamın möhkəmləndirilməsində mühüm rol oynayır, bu da şəxsi heyət arasında mənəvi-psixoloji mühitin sağlamlaşdırılmasına birbaşa təsir edir. Təcrübəli əməkdaşlar gənclərə hamilik edir, hər rübün sonunda onların özlərinin hesabatları dinlənilir. Xidməti peşə hazırlığı dərslərinə xüsusi diqqət yetirilir, tabel silahlarından bacarıqla istifadəyə, onların təmizlənməsi, qorunması, saxlanması, şəxsi heyətə verilmə qaydasına riayət olunması daim nəzarətdə saxlanılır. İş şəraitinin yaxşılaşdırılması istiqamətində də tədbirlər görülür, polis köşklərinin sanitar-gigiyenik və texniki istismar vəziyyətinin yoxlanılması müntəzəm olaraq həyata keçirilir. Şəxsi heyət tərəfindən qanunçuluğun və nizam-intizam qaydalarının möhkəmləndirilməsi, habelə insan və vətəndaş hüquq və azadlıqlarının təmini, etik-davranış qaydalarına riayət edilməsi sahəsində peşəkarlığın yüksəldilməsi və maarifləndirilməsi məqsədi ilə Baş İctimai Təhlükəsizlik İdarəsinin rəhbərliyi tərəfindən seminarlar keçirilir, mühazirələr oxunur.

Tabor komandiri onu da əlavə edir ki, diqqət mərkəzində saxlanılan əsas vəzifələrdən biri əcnəbilərlə, o cümlədən diplomatik korpusun nümayəndələri ilə ünsiyyət zamanı əməkdaşların etik-davranış qaydalarına riayət etmələridir ki, bu məsələdə də heç bir problemlə üzləşmirlər.

Onu da öyrənirik ki, taborun əməkdaşlarından 15 nəfəri hazırda DİN-in Polis Akademiyasında təhsil alır. Təhsilini başa vuran zabitlərin əksəriyyəti elə taborda xidmətlərini davam etdirirlər.

Azərbaycanın bölgənin lider dövlətinə çevrilməsi, dünyanın siyasi xəritəsində öz layiqli yerini möhkəmləndirməsi, beynəlxalq və regional çərçivədə fəaliyyətini genişləndirməsi təbii ki, uğurlarımızı istəməyən, bunu hər vasitə ilə əngəlləməyə, ləkələməyə çalışan qüvvələrin xoşuna getmir, planları alt-üst olur.

Belə bir şəraitdə səfirliklərin, beynəlxalq təşkilatların nümayəndəliklərinin qorunması da yüksək səviyyədə təşkil edilməlidir və sevindirici haldır ki, polisimiz bu sahədə də ümidləri doğruldur.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM