AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN DEPUTATİ, AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASININ SİYASİ ARAŞDIRMALAR İNSTİTUTUNUN DİREKTORU, SİYASİ ELMLƏR DOKTORU, PROFESSOR
Azərbaycan tərəqqi etdikcə “permanent yuxusuzluq” sindromundan əziyyət çəkən antazərbaycan qüvvələr əvvəcə “siyasi apatiya” vəziyyətinə düşür, sonra isə “psixi sayıqlamalar” fonunda qərəzli məqsədlərini reallaşdırmaq istəyirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin söylədiyi kimi, “bu kampaniya əslində heç vaxt dayanmamışdır. Sadəcə olaraq önəmli beynəlxalq tədbirlər ərəfəsində bu kampaniya daha da eybəcər formalar alır. Biz bunu üç il bundan əvvəl – 2012-ci ildə “Eurovision” müsabiqəsi ərəfəsində görmüşük. Bu gün də birinci Avropa Oyunları ərəfəsində bunu görürük. Bu, koordinasiya şəklində təşkil edilmiş, bir və ya bir neçə mərkəzdən idarə olunan antiazərbaycan kampaniyasıdır”
Bu vəziyyətin təhlili təzyiqin mənbələri, məqsədi, mərhələləri və nəticələri ilə bağlı aşağıdakı qənaətlərə gəlməyə əsas verir:
Birincisi, təzyiqlər, Azərbaycana, əsasən, 5 istiqamətdən ünvanlanmışdır. Bura beynəlxalq təşkilatlar, beynəlxlaq QHT-lər, ayri-ayrı dövlətlər, dünyadakı erməni lobbisi və diasporu, habelə daxildə “sapı özümüzdən olan baltalar” daxildir.
İkincisi, təzyiq tərəfi olan həmin qüvvələrin məqsədi Azərbaycan Respublikasının Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun sözləri ilə desək, ilk növbədə Azərbaycanın müstəqil siyasətinə öz iradələrini qəbul etdirmək, ölkəmizin imicini ləkələmək, ona təzyiq göstərmək və beləliklə də, mühüm beynəlxalq idman tədbirinə qarşı təxribat törətməklə onun baykot edilməsinə nail olmaqdan ibarətdir.
Üçüncüsü, bu təzyiqləri 3 mərhələdə izləmək mümkündür. I mərhələ-I Avropa oyunlarının başlayacağı günədək, yəni 12 iyunadək olan dövrü əhatə edir. Bu kontekstdə mayın 12-də Avropa Parlamentində təşkil edilən “Bakı oyunları: insan haqları ugrunda mübarizə” adlı antiazərbaycan tədbiri qeyd etmək olar. Burada ilk növbədə Azərbacana qarşı “siyasi məhbus” adı altında uydurma ittiham irəli sürərək dünya liderlərini 12 iyun I Avropa oyunlarının açılış mərasiminə qatılmamağa çağırış əks olunmuşdur. Bu ruhda digər çağırışın müəllifi də Avropa Parlamentinin təmsilçisidir. Lakin bu təmsilçi həm vəzifəsi, həm də cinsi
oriyentasiyası baxımından “sıravı” təmsilçı hesab oluna bilməz. Bu şəxs Avropa Parlamentinin vitse-prezidenti, seksual azlıqların nümayəndəsi Ulriki Lunaçekdir. Ölkəmizin radikal müxalifət düşərgəsinın-AXC və Müsavat partiyalarının da Ulriki “xanim”la I Avropa oyunları ərəfəsində sinxron davranış tərzi nümayiş etdirməsi haqlı olaraq bu partiyaların rəhbər mənsublarının kimliyi haqqında həm siyasi, həm də siyasi leksikondan uzaq olan “qeyri-ənənəvi suallar”ın yaranmasına rəvac verməkdədir.
Bundan savayı, iyunun 3-də BMT-nin insan haqları müdafiəçiləri üzrə xüsusi məruzəçisi Mişel Forst, ATƏT-in media azadlığı üzrə təmsilçisi Dünya Mijatoviç və Avropa Şurasının insan haqları üzrə komissarı Nils Mujnieksin müştərək qələmə aldıqları və OpenDemocracy portalında çap etdirdikləri məqaləni əslində açıqlığa-aşkarkığa (Open) və demokratiyaya (Democracy) parodiya kimi dəyərləndirsək, səhv etmərik. Məqalədə atletlərin I Avropa oyunlarına qatılıb, təmsil etdikləri ölkələrin idman şərəfini ləyaqətlə qorumaqla bağlı hər hansı çağırışa rast gəlmək mümkün deyil. Lakin yazı idmana dəxli olmayan absurd siyasi çağırışlarla zəngindir . Adlarını çəkdiyimiz “avrodemokrat” müəlliflərə görə, Bakıya gələn 6 mindən artıq idmançı ilk növbədə Azərbaycanda “insan hüquqları” ilə bağlı müzakirərlər aparmalıdırlar. Başqa sözlə, “avrodemokratlar” atletlərə “idman qaçmır ki, onu öz evinizdə də edə bilərsiniz. Əsas işiniz Azərbaycanda “insan haqları” ilə bağlı “oyun-yarışı” yüksək səviyədə keçirməkdən ibarətdir” mesajını verirlər. Görünür, “avrodemokratiya”da “idman” və “siyasət” sinonim sözlərdir. Onların məntiqincə, idmançı ilk nöbvədə siyasətçıdır, politoloqdur, yalnız sonda özüdür. Məşqçısi isə ən azı siyası xadimdir.
Təzyiqlərin ikinci mərhələsinin I Avropa oyunlarının keçiriləcəyi 12-28 iyun günlərini əhatə edəcəyini proqnozlaşdırmaq mümkündür. Bu mərhələdə AŞPA-nın “təzyiq estafeti”ni ələ alacağının ilkin simptomları özünü göstərməkdədir. Artıq bəlidir ki, iyunun 22-26-da, yəni I Avropa oyunlarının başlanmasından 10 gün sonra Strasburqda toplanacaq AŞPA-nın yay sessiyasında Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı müzakirələrin keçiriləcəyinin anonsu verilmişdir. O da məlumdur ki, AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt (İspaniya)və Tadeuş İvanski (Polşa) ölkəmizlə bağlı qərəzli qətnamə layihəsi hazırlayıblar. Bu tip qətnamələr əslində I Avropa oyunlarından sonra Azərbaycana qarşı növbəti qarayaxma kampaniyasını həyata keçirmək üçün “hüquqi baza” funksiyasını yerinə yetirməyə hesablanmışdır.
Beləliklə, Azərbaycan əleyhinə təzyiqlərin üçüncü mərhələsinin 28 iyundan sonrakı dövrə təsadüf edəcəyini də təxmin etmək çətin deyildir. Yuxarıda haqqında bəhs olunan I və II mərhələlərdən fərqli olaraq III mərhələdə əleyhdarlarımızın
Azərbaycanda insan haqllarının pozulması ilə bağlı qondarmla “arqumentlər”inin daha çox öz əleyhlərinə işləyəcəyi də gəldiyimiz qənaətlər sırasındadır. Başqa sözlə, 10 minlərlə idmançı, turist və jurnalistlər birbaşa ünsiyyət, habelə milyonlarla (bəzi mənbələrə görə, milyardlarla) tamaşaçı və dinləyicilər isə virtual təmas əsasında Azərbaycanın bütün parametlər üzrə, o cümlədən insan haqlarının müdafiəsi, söz və ifadə azadlığı, multikultural dəyərlərə sadiqlik, habelə təhlükəsizlik baxımından nümunəvi ölkə olduğunu təsdiqləyəcəlkər. Bu təsdiq həm də sivil dünya tərəfindən antiazərbaycan qüvvələrin şər və böhtan kamaniyasının inkarı kimi qavranılacaqdır.
Beləliklə, idman ilk növbədə xalqları birləşdirir və siyasətdən kənar olmalıdır. Qeyd etdiyimiz qurumların üzdəniraq bəzi təmsilçiləri və digər “psevdodemokratlar” idmanı siyasiləşdirməklə məşğuldurlar. Bu ilk növbədə Olimpiya Xartiyasının məqsəd və prinsipləri ilə ziddiyyət təşkil edir və antidemokratik addımdır.
Demokratik inkişaf xəttini seçmiş və bu yolda davamlı uğurlar qazanan Azərbaycan dövləti I Avropa oyunlarını yüksək səviyədə keçirməklə yenidən tarix yazacaqdır. Qələbə və zəfər tarixi. Bizi həmin şərəfli tarixdən saylı günlər ayırır.
Elman Nəsirov
“Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək”
Vətəndaş Cəmiyyəti Koalisiyasının eksperti,
siyasi elmlər doktoru, professor
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM