Xalq, dövlət və bayraq üçün… Foto

22:44 / 15.06.2015

Bu başlığı oxuduqdan sonra yəqinki yazıya ani də olsa göz gəzdirənlər “Sən nə etmisən” sualını axtaracaqlar. Məqsədim heç də bu deyil. Bu gün “mən azərbaycanlıyam” deyən hər kəs öz çapında, öz çevrəsində Vətənimizin inkişafı, onun tanınması üçün az da olsa iş görə bilirsə, o dövrümüzün qəhrəmanıdır. Əslində, min bir əzab-əziyyətlə övlad böyüdüb ərsəyə gətirən və cəmiyyətə fayda verənlərə əsl Vətən övladı titulunu verib onları digərlərinə örnək göstərmək olar. Bu yerdə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun valideynlərinin əllərindən öpürəm. Hər işimizdə Mübariz olmalıyıq…

Döyüşlərdə qəhrəman olmaq hamının alnına yazılmır. Bu tale, zaman, məkan işidir.

İlk Avropa Oyunlarının, sülhün və həmrəyliyin bariz nümunəsi kimi yaddaşlara yazılan, hələ çox illər bundan sonra da xoş xatirələrlə anılacaq bir idman bayramının açılış mərasiminin möhtəşəm görüntüləri bir daha sübut etdi ki, bütün dünyanın gözünün dikildiyi çətin və məsuliyyətli işin altına çiynini verməyin özü də böyük bir qəhrəmanlıqdır. O qəhrəmanları təkcə biz, Azərbaycan xalqı deyil, dostlarımız, düşmənlərimiz də daha yaxından tanıdılar.

On minlərlə tamaşaçının, ölkəmizə gələn əcnəbilərin gözü qarşısında əsl Azərbaycan reallığının təntənəsi kimi tarixə qızıl hərflərlə yazılan o möhtəşəm gündə Vətənimizin bugününü, gələcəyini, qədimliyini, mənəvi və mədəni irsini, adət-ənənəsini, həm də Avropanın bir parçası olduğunu bütün dünyaya böyük bir coşqu ilə göstərə bildik…

Azərbaycanın idman ölkəsi kimi dünyada tanınmasında, himnimizin dünyanın böyük idman arenalarında səslənməsində, bayrağımızın dalğalanmasında onların da əməyi az deyil. Bu qəhrəmanlar həm sabitliyin keşiyində dayanır, asayişi qoruyur, həm cinayətkarlıqla mübarizə aparırlar…

Bir müddət öncə Azərbaycandan İtaliyanın Liqnano şəhərinə 7 nəfər getmişdilər. Dörd nəfəri Azərbaycan Polisi, Daxili İşlər Nazirliyinin əməkdaşı idi. Bilirdilər ki, uzaq İtaliyada onları çətin sınaq gözləyir. Rəqibləri güclü olsa da, illərin idman sınağından çıxanları bu qorxutmurdu, əsas hədəfləri qalib olmaq, qızıl medal qazanmaqdı. Tək deyildilər, başlarının üstündə, burada onlara güc, qüvvət verən, qələbəyə səsləyən üçrəngli Azərbaycan bayrağı da var idi…

Onunla Nəsimi RPİ-nin 22-ci Polis Bölməsində görüşdüm. Divardan asılan “Fəxri fərman”lar, diplomlar, kuboklar həmkarımın idman uğurlarından xəbər verirdi. İtaliyadan da əliboş dönməmişdi, qəhrəman kimi, qalib kimi qayıtmışdı.

Polis kapitanı İlkin Səfərovun adı idmansevərlərə yaxşı tanışdır. Onu bu gün təkcə vətənimizdə deyil, dünyanın əksər ölkələrində də adlı-sanlı bir idmançı kimi tanıyırlar. 2010-cu ildən bu günə kimi qatıldığı hər bir yarışdan, döyüşdən qalib kimi ayrılıb…

Hal-əhval tutub birbaşa mətləbə keçdik. Vətənə qələbə ilə dönmək necə hisdir” sualıma cavab verməzdən öncə üçrəngli bayrağımızı göstərib dedi: “Bax, bu bayraq üçün, azərbaycanlı olduğum üçün mütləq qəlib gəlməliydim.”

Və yarış haqqında təəssüratlarını bölüşdü:

“Yarışda 34 ölkənin idmançısı gücünü sınayırdı. Müasir standartlara cavab verən idman arenasında baş tutan yarış çox gözəl təşkil olunmuşdu. Mən 95 kiloqram çəki dərəcəsində gücümü sınayırdım. İlk rəqibim şotland idi. Ona qəlib gəldikdən sonra macar idmançısı ilə qarşılaşdım və qələbə çaldım. Ən həlledici görüşüm final mərhələsində iranlı idmançı ilə oldu. Rəqibimi bundan öncə keçirilən yarışlara, dünya çempionatlarına qatıldığı üçün orada yaxşı tanıyırdılar. Çox güclü və təcrübəli idmançı olmaqla bərabər, onun çəkisi də mənimkindən çox idi. O, ilk həmlədə güclü zərbələrlə hücuma keçsə də göz açmağa imkan vermədim. Bütün gücümü toparlayıb 125 kiloluq iranlıya sübut etdim ki, əsl idmanda qalib olmaq üçün güclülər düşdüyü hər bir sınaqdan üzü ağ çıxmağı bacarır.”

İlkin Səfərov deyir ki, digər ölkələrdə olduğu kimi, İtaliyada da olarkən müşahidə etdiyi nüanslar- idmançılarımızın qatıldığı yarışlarda, keçirdiyi döyüşlərdə əcnəbilərin qısqanclığı, hətta, sözün əsl mənasında bizim idmançılardan qorxduqları, bizi özlərinə daha güclü rəqib kimi görmələri də diqqətindən yayınmayıb…

“Əlbəyaxa döyüş üzrə İtaliyada keçirilən dünya çempionatı dəfələrlə qatıldığım professional qaydasız döyüş yarışlarından çox fərqlənirdi. Burada boğma, qırma kimi fəndlərdən istifadə etmək qadağan olunmuşdu”,- deyən həmkarım onu da bildirdi ki, ilk növbədə psixoloji və fiziki hazırlığı yerində olmasaydı qələbədən əllərini üzəcəkdi.

Qeyd edək ki, yarışda birinci yeri İtaliya, ikinci yeri isə İran yığmasının idmançıları tutub. Azərbaycanı, Daxili İşlər Nazirliyini təmsil edən dörd nəfər idmançımızdan ikisi-polis kapitanı İlkin Səfərov 95, Qaradağ RPİ-nin əməkdaşı,

polis serjantı Nizami Məmmədov daha ağır çəkidə qızıl medal qazanaraq çempionatın ən yüksək pilləsində qərarlaşıblar. Digər idmançılarımız da uğurlu nəticələr göstəriblər….

İndi o, avqust ayında dünya kuboku uğrunda Hindistanda keçiriləcək daha məsuliyyətli bir yarışa hazırlaşır. Ümidvarıq ki, uzaq Hindistandan da həmkarımız, polis kapitanı İlkin Səfərov qələbə ilə qayıdacaq və hər birimizi sevindirəcəkdir.

Bu danılmaz faktdır ki, Xalq, Dövlət və Bayraq naminə göstərilən hər bir qəhrəmanlıq qızıl hərflərlə tarixə yazılır, qərinələr, əsrlər keçsə belə silinmir, itmir.

Azərbaycanımızın adını üçrəngli bayrağımız kimi uca tutan oğullar isə dövlətimizin, ölkə baçşısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ali diqqət və qayğısı ilə qələbədən-qələbəyə doğru inamla addımlayır, xalqımıza sonsuz sevinc bəxş edirlər.

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM